Siyasi baxımdan Azərbaycan iki böyük Avropa qurumunun
- Avropa Şurasının və Avropada Təhlükəsizlik və Ə m əkd aşlıq
Təşkilatının üzvüdür. Hərbi-siyasi müstəvidə Avratlantik təh lü k ə
sizliyinin mühüm elementi olan NATO ilə əməkdaşlığa böyük d iq
qət yetirilir.
Qloballaşan dünya məkanına yeni təhlükə və təhdidlər b ey n əl
xalq terrorizm v ə separatizmə, etnik zorakılıq və setsessiya (d ö v lə
tin tərkibindən çıxmaq) cəhdləri ilə mübarizədə birgə tədbirlər g ö
rülməsini zəruri edir. Bu m əsələd ə “ikili standartlar” olmam alıdır
və ola da bilməz. Beynəlxalq hüquq ərazi bütövlüyünün qorunma
sını təmin etməklə yanaşı, həm də insan hüquqlan və azadlıqları
nın təmin olunmasını öhdəsinə götürür. Hüquqlan tapdalanmış bir
milyondan çox azərbaycanlı beynəlxalq hüququn əsas normalannın
reqlamentasiyasından kənarda qalmamalıdır. Beynəlxalq qurumlar
erməni təcavüzkarlarını cilovlamalı və Dağlıq Qarabağ probleminin
sülh yolu ilə həllinə kömək etməlidirlər.
Bununla belə, qloballaşma dövründə milli strategiyanın əsasını
təkcə iqtisadi v ə hərbi-siyasi amillər təşkil etmir. Azerbaycan XX I
əsrdə qloballaşan məkanlardakı sivilizasiyaların dialoq v ə təmas
nöqtəsidir. Qloballaşan dünyanın əsas cəhətlərindən biri keyfiyyət
cə yüksək intellektual səviyyəli kadrlara ehtiyacın artmasıdır.
Müasir dünyada “kraxmallı köynəklilər” adlandırılanlar qlobal
laşma proseslərinin uğurlu “müdaxiləsinin” əsas hissəsini təşkil
edirlər. M əsələn, hər bir insanın həyatında informasiya texnologi
yalarının çox böyük rolu nəzərə alınmaqla, Azərbaycanda təhsilin
səviyyəsinin artırılmasının və ən yeni texnologiyaların cəlb edil
məsinin nə qədər rentabelli olduğunu dərk etmək lazımdır.
Qloballaşmanın hazırkı mərhələsi sənaye müəssisələrinin inki
şaf etməkdə olan ölkələrə köçürülməsi fenomenini doğurmuşdur.
1970-ci illərin ortalarından ABŞ, Yaponiya və Avropa şirkətləri
yeni v ə daha ucuz işçi qüvvəsi əldə etmək və sənaye istehsalı üçün
zəruri olan xammalın gətirilməsi xərclərinə qənaət etmək məqsədi
ilə öz sənaye müəssisələrini fəal surətdə digər ölkələrə köçürməyə
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
________
180
başlamışlar. Bu, bir çox malların qiymətlərini xeyli aşağı salmağa
və Yer kürəsi əhalisinin böyük bir hissəsinin həmin malları əld ə
edə bilməsinə imkan vermişdir. Digər tərəfdən, bu, həmin layihə
lərin həyata keçirildiyi yeni məkanlarda təhsilin səviyyəsinin art
masını şərtləndirmişdir. Bu, transformasiya dövrünü yaşayan bir
sıra cəmiyyətlərdə işsizlik problemini də qismən həll etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Cenevrədə İnformasiya
cəm iyyəti üzrə ümumdünya sammitindəki nitqində Azərbaycanda
qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının inkişafı
nın v ə tətbiqinin aktuallığını aydın şəkildə xarakterizə edərək de
mişdir: “Ölkəmizin əlverişli coğrafi-siyasi mövqeyi Azərbaycanı
Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib hissəsi
etmişdir. Bu nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycana yeni biz
neslər və yeni informasiya növləri axıb gəlir. Hazırda həmin infor
masiyanı rabitə texnologiyalarına çevirmək ehtiyacı duyulur” 107.
İnformasiya-kommunikasiya texnologiyalarının fəal surətdə iş
lənib hazırlanmasında iştirak, istehsal edilən məhsulun dünya ba
zarlarına çıxarılması hər bir dövlətin və cəmiyyətin səmərəli və
hərtərəfli inkişafının mühüm elementi kimi yüksək səviyyəli təhsi
lin olmasını tələb edir. Keyfiyyətli təhsil vətəndaşın və deməli, bü
tövlükdə dövlətin uğurlu və perspektivli inkişafının rəhnidir. Uzun
tarixi seleksiya prosesi keçmiş təhsil sistemi Sovet İttifaqının süqu
tundan sonra tənəzzül etm əyə başladı. Siyasi, iqtisadi ve sosio-
mədəni məkanlarda meydana çıxan problemlər bir çox postsovet
respublikalarında, o cümlədən Azərbaycanda təhsil sisteminin key
fiyyətlə fəaliyyət göstərməsinə nezərəçarpacaq dərəcədə mənfi
təsir göstərdi.
1980-ci illərin sonu - 1990-cı illərin əvvəlində tələbələrin, bə
zən də şagirdlərin keçmiş V.Lenin adına meydanda (indiki Azadlıq
meydanı) keçirilən mitinqlərdə iştirak etməsi hələ də yadımızdadır.
1988-1993-cü illərdə ölkədəki anarxist meyillərin mövcudluğu və
respublika rəhbərliyinin inkişaf perspektivlərini aydın təsəvvür et
məməsi gənclərin təhsilə həvəsini söndürmüşdü. Bu dövrdə milli
__________________
III fəsil. Qloballaşma dövründə dövht və cəmiyyət
181
təhsil sistemi xeyli tənəzzülə uğramışdı. Təhsil sistemində yaran
mış boşluq tələm -tələsik digər dövlətlərin təhsil strukturları v ə sis
temləri ilə doldurulmuşdu.
Siyasi v ə struktur baxımından hələ formalaşmamış A zərbay
canda Amerika, Türkiyə v ə keçmiş sovet təhsil sistemləri bir-birinə
qarışmışdı. Müstəqillik qazanıldıqdan dərhal sonra “Azərbaycan is
tehlakçısı” Amerika universitetində, Türkiyə liseylərində, Oksford
məktəbində v ə “ən yaxşı” sovet ənənələrini hələ də qoruyub sax
layan dövlət ali məktəblərində təhsil almaq imkanı əld ə etdi. Eyni
zamanda, tələbələrin xarici ali təhsil ocaqlanna kütləvi axını baş
ladı. Bu fakt özlüyündə sevindirici olsa da, bir çox hallarda tə lə b ə
lərin bütöv qrupları xarici dövlətin bu və ya diger ali m əktəbində
məcburi olan yeni ideoloji görüşlərin “girovuna” çevrilirdilər.
Keçid dövrünün mövcud problemlərinə və onların doğurduğu ç ə
tinliklərə baxmayaraq, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra
Prezident Heydər Əliyevin səyləri sayəsində ölkənin təhsil sistemin
də qismən institusional yenidənqurma həyata keçirmək mümkün
oldu. Lakin müasir dünya bir-birilə qarşılıqlı surətdə bağlı v ə bir-bi
rindən qarşılıqlı surətdə asılı olan dövlətlərdən, cəmiyyətlərdən və
fərdlərdən ibarət sürətlə inkişaf edən məkandır. Region dövlətləri
lazımi səviyyədə inkişaf etdiyi təqdirdə qloballaşma uğurlu layihə
olmaq imkanı qazanır, əks halda isə qloballaşmanın siyasi, iqtisadi və
sosiomədəni məkana hibridləşdirici təsiri labüddür.
Bu baxımdan məhz keyfiyyətli milli təhsil səmərəli inkişafa və
qloballaşma proseslərinə mükəmməl inteqrasiyaya imkan verir. Bu
isə, öz növbəsində, industrial epoxadan postindustrial epoxaya sü
rətli sıçrayışı və keçidi təmin edir.
Ölkəmizin əldə edə biləcəyi belə imkanlar nəzərə alınmaqla,
qloballaşma gedən məkan kimi Azerbaycanda təhsil sistemi key
fiyyətcə yeni texnologiyaların tətbiqinə əsaslanmalı, milli m ənafe
lərə cavab verməli, tədrisin yüksək səviyyəsini təmin etməli, v ə
tənpərvər, intellektual və səriştəli gənclər yetişdirməli, dövlətin
“beyin axını ”nın qarşısını almağa kömək etməlidir.
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
________
182
i
Qloballaşmanın milli məkanlara təsiri prosesində dövlətin da
xili siyasi inkişafı böyük əhəm iyyət kəsb edir. İnteqrasiya proses
lərinin təsiri yeni qavrayış, təfəkkür tərzi formalaşdırır, sonra isə
yeni dövrün bu komponentlərinə həyat verir. Davranışın yeni
stereotipləri və formaları meydana gəlir. Demokratik dövlət kimi
Azərbaycan hüquqi v ə demokratik əsasları möhkəmləndirmək isti
qamətində irəliləyir.
Müstəqillik əldə edildiyi gündən 13 il keçəndən sonra əminlik
lə demək olar ki, əslində, totalitar dövrün kütləvi şüur formasının
açıq, şəffaf və demokratik cəm iyyət elementləri ile zənginləşm iş
şüur forması ilə əvəz olunmasını nəzərdə tutan ictimai transforma
siya baş vermişdir. Bu, bütövlükdə cəmiyyətdə yeni siyasi oriyen
tirlərin formalaşmasına əhəm iyyətli təsir göstərir, funksional
baxımdan yeni siyasi təşkilatlann yaradılmasına gətirib çıxarır.
Formalaşan siyasi məkan xeyli dərəcədə əhalinin bütün təb əq ələ
rinin mənafelərini ifadə edir. Demokratik cəm iyyətdə monosentrik
siyasi sistemlərdən danışmağın əsassız olması tamamilə təbiidir.
Lakin siyasi məkan hətta ikiqütblü, yaxud polisentrik olsa belə,
kütlənin tələblərinə cavab verməli, əhalinin mənafelərini ifadə et
m əli, inkişafa və tərəqqiyə kömək gösterməli, başlıcası isə, dövlət
müstəqilliyinin əsası kimi milli suverenliyi, - o cümlədən daxili si
yasi m əsələlərdə, - qoruyub saxlamalıdır.
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna nail olmaq si
yasi hakimiyyətin bütün dairələri üçün öncül istiqamət sayılan
məqsəddir. Kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət gös
tərməsi, üçüncü sektorun - qeyri-hökumət təşkilatlarının, birlik və
assosiasiyaların maneəsiz işləm əsi, söz, iradə, fikir, dini etiqad
azadlığı müasir Azərbaycanın ictimai-siyasi inkişafının öncül isti
qamətləridir.
Lakin qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün
a priori
qəbul edilən, hər şeyi əhatə edən aksiomlar kompleksi mövcuddur
v ə onlarsız keçid dövrü cəmiyyətlərinin inkişafı mümkün deyildir.
Vətəndaş cəm iyyətində dialoqun mühüm tərkib hissəsi tolerantlıq
__________________
III fəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
183
Dostları ilə paylaş: |