Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
buna sadiqlik anlayışı formalaşdırır” 17. Qorbaçov islahatlarının baş
lanğıcını sovet adamı özünün müstəqilliyinin, özünün azad seçim
etmək hüququnun tanınması kimi qəbul etdi. Yalnız totalitar
cəm iyyətdə həyat təcrübəsi olan insan üçün kənardan məcburet-
mənin zəifləm əsi cəm iyyət v ə dövlət tərəfindən onun üzərinə qo
yulan bütün öhdəliklərdən xilas olmaq, deməli, üm umiyyətlə, m ə
suliyyətdən azad olmaq kimi başa düşülmüşdü. Bir ifratçılıqdan
digərinə yuvarlanmaq postsovet respublikaları üçün geniş diapa
zonda - siyasi kataklizmlərdən etnoeqoizmədək, korporativ qrupla
rın mənafelərinin hökmranlığından traybalizmədək, yerliçilikdən
ifrat m illətçiliyədək diapazonda m ənfi hallar v ə əyintilər doğurdu.
M əlum olduğu kimi, “g ələcəyin sinifsiz cəm iyyəti ”nin nümu
nəsi olmuş sovet sosiumunda müasir orta sinif tamamilə yox idi.
Orta sinfin olması postindustrial cəm iyyət üçün vətəndaş razılığına
və demokratiyaya nail olmağın, iqtisadi rifahı möhkəmlətməyin
zəruri şərtidir. Lakin Qərbdə orta sinfin mövcudluğu sovet sosiolo
giyası tərəfindən inadcıllıqla inkar edilirdi. Ona görə də, SSR İ-də
belə sinif ola bilməzdi. Bu da əsassız deyildi. Əlbəttə, hər hansı
orta kəmiyyətləri peşələr şkalası, təhsilin və əmək haqqının səv iy
yəsi üzrə həm işə müəyyən etmək olar, lakin bunlar yalnız nominal
qruplar olacaqdır. Onlar yalnız sosial hərəkətin subyektlərinə çev
rildikdə, öz spesifik mənafelərini dərk etdikdə, öz təşkilatlarını ya
ratdıqda, fərd, qruplar və ümumen cəm iyyət barəsində m üəyyən
funksiyaları yerinə yetirdikdə real olurlar.
Bütün bu deyilənlər o demək deyil ki, SSRİ-də hər şey həm işə
pis idi v ə getdikcə daha da pisləşm əyə doğru gedirdi. 1945-1980-ci
illər dövründə ölkədə qara metallar istehsalı 12,3 milyon tondan
148 milyon tona, elektrik enerjisi hasilatı 43,2 milyon kilovat-saat
dan 1,294 milyon kilovat-saata, avtomobil istehsalı 74 min ədəddən
2,2 milyon ədədə çatmışdı. 1960-cı ildən 1985-ci il üçün SSRİ-də
ümumi ictimai məhsul v ə milli gəlir 3,87 dəfə, istehsal edilmiş s ə
naye məhsulunun həcmi 4,85 dəfə, məcmu istehsal fondları isə
təxminən 7 dəfə artmışdı. Sovet statistikasının məlumatına görə,
1985-ci ilədək SSRİ-də sənaye məhsulu istehsalı ABŞ-da sənaye
36
məhsulu istehsalının təqribən 85 faizi qədər olmuş, ölkə qaz, polad,
koks, mineral gübrələr, traktor, dəmir-beton konstruksiyalar və bir
sıra digər xammal v ə sənaye məhsulları istehsalına görə dünyada
birinci yeri tuturdu18. 1950-ci illərin ortalarından başlayaraq, elm
v ə təhsilin inkişafını səciyyələndirən bütün göstəricilərin sürətlə
artdığı müşahidə edilirdi: tələbələrin sayı 1950-ci ildəki 1,25 mil
yondan 1965-ci ildə 3,86 milyon nəfərə çatmış, elmi tədqiqatlar
üçün xərclər həmin dövrdə təxminən 7 dəfə artaraq, 1965-ci ildə is
tehsal olunmuş bütün milli gəlirin təqribən 7 faizini təşkil etmişdir.
Lakin ötən yüzilliyin artıq 1970-80-ci illərində Qərbdə yeni is
tehsal texnologiyalarının intensiv tətbiqinə başlanmış və aydın ol
muşdur ki, planlı sovet iqtisadiyyatı dinamizmde azad bazar sahib
karlığına uduzur.
Sovet sisteminin gələcəyi barədə proqnozlar da mehz onda xü
susi məna və əhəm iyyət kəsb etdi. Zbiqnev Bjezinski SSRİ-nin g ə
ləcək inkişaf yollarını araşdıraraq, olduqca bədbin proqnozla çıxış
etm əyə risk etmişdi. O, sovet sisteminin siyasi inkişafının beş alter
nativ yolunu gösterirdi. Onları sadalayaq:
•
oliqarxiya durğunluğu: Kommunist partiyası öz hakim ro
lunu saxlamaqda davam edir; ideologiya kommunist ideolo
giyası olaraq qalır; siyasi rəhbərlik kollektiv rəhbərlik ol
maqda davam edir. Heç bir dəyişiklik yoxdur;
•
plüralistik təkamül: Kommunist partiyası daha az monolit
təşkilata çevrilir. Ehkamçı Lenin-Stalin ənənəsi süquta uğ
rayır. Belə vəziyyətdə “partiya hakim qruplaşma rolundan
daha çox, m enəvi-ideoloji stimulyator rolu oynayardı”; c ə
miyyətin özü kimi, dövlət de yeniliklərin və dəyişikliklərin
daha mühüm m ənbəyi olardı;
•
texnoloji uyğunlaşma: bürokratik partiya kimi Sov.İKP-nin
texnokratlar partiyasına çevrilməsi. Dövlətə rəhbərliyi yeni
texniki nailiyyətlərə yiyələnən elmi mütəxəssislər öz üzə
rinə götürər, sovet cəmiyyətinin təhlükəsizliyinin və onun
sənayece inkişafının təmin olunması naminə elmi yenilik
ləri izləyərdilər;
_________
I fəsil. SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
37
•
davakar təməlçilik: ideoloji canfəşanlıq yenidən başlayır,
sərt bürokratik struktur silkələnir; həcm cə kiçik, lakin daha
çox mərkəzləşdirilmiş rəhbərlik yaranır və xarici aləm ə düş
mənçilik güclənir. Çinin m ədəni inqilab dövrünün variantı;
•
siyasi dezinteqrasiya: hakim elitada daxili iflic. A yn -a y n
qruplaşmaların iddiaları getdikcə artır, silahlı qüvvələrdə və
dövlətçiliyin digər əsas dayaqlarında təfriqə başlayır.
Bjezinski əm in idi ki, sovet rəhbərliyi öz variantını - inkişafın
birinci v ə üçüncü yollarını özündə birləşdirən variantı tapmağa ça
lışacaqdır. Onun fikrincə, ideoloji sərtliyin və texnoloji uğurların
uyğunlaşdırılınası 1970-ci illərdə sistemin transformasiyasına sə
bəb ola bilərdi, amma bu, baş vermədi.
SSRİ-nin iqtisadiyyatın durğunluğunda və tənəzzülündə bila
vasitə ifadəsini tapan geriliyinin səbəbi, əslində, kommunist rəh
bərliyin bəsirətsiz siyasəti idi. Son dərəcə səm ərəsiz xarici iqtisadi
fəaliyyət, o cümlədən “üçüncü dünya” ölkələrindəki nüfiızsuz
kommunist rejimlərinin dəstəklənm əsi, cəmiyyətin həddindən zi-
yadə hərbiləşdirilməsi, - bu, ən ixtisaslı əmək və intellektual ehti
yatları hərbi sənaye kompleksinə tabe edirdi, - tarazlı inkişaf im
kanlarını azaldırdı. SSRİ təkcə 1960-cı ildən 1987-ci ilədək hərbi
ehtiyaclara təxminən 4,6 trilyon dollar, yaxud ümumi milli m əhsu
lun 15 faizindən 30 faizə qədərini sərf etmişdi ki, bu da A B Ş-m
analoji xərclərindən təxminən 4 dəfə, Yaponiyanın həmin göstəri
cisindən 40 dəfə çox idi. Büdcədən ayrılan vəsaitin artırılmasına
baxmayaraq, sovet ordusu ciddi problemlərlə üzləşirdi və lazımi
modernləşdirmə aparmırdı. ABŞ, Böyük Britaniya, Fransa və digər
ölkələrin orduları daim modernləşdiyi, yeni texnologiya və silah
larla təchiz olunduğu halda, sovet silahlı qüvvələri əvvəlki onillik
lərin köhnə cəbbəxanalarından istifadə etməkdə idi. Yeni növ
silahların hazırlanmasına ayrılan maliyyə vəsaiti fövqəldövlətin tə
ləbatını ödəm ək üçün kifayət etmirdi.
Bundan başqa, həmin dövrdə istehsalın səmərəliliyinin azalma
sının “mexanizm”i formalaşmışdı. İnkişaf etmiş ölkələrdəki texno
loji inqilab sovet sənayesinin məhsulunu rəqabət qabiliyyətindən
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
38
tamamilə məhrum etmişdi, xammalın dünya qiymətlərinin artması
isə ilkin sektor sahələrinin sürətlə inkişafını şərtləndirmişdi.
1982-ci il üçün sovet ixracatında maşın və avadanlığın payı 1970-ci
ildəki 21,5 faizdən 12,9 faizədək azalmış, yanacaq və elektrik ener
jisinin payı isə 15,6 faizdən 52,3 faizədək artmışdı. Səciyyəvi hal
dır ki, eneıji daşıyıcıları ixracının artırılması ilə paralel olaraq,
onların ölkə daxilində istehlakımn izafiliyi də çoxalmışdı ki, bu da,
əslində, istehsalın təşəkkül tapmış strukturunu dayandırmışdı.
1970-ci illərdə və 1980-ci illərin birinci yarısında - SSRİ-yə neft
ixracından 170 milyard dollardan çox valyuta daxil olduğu dövrdə
adambaşına düşən elektrik eneıjisi istehlakı iki dəfədən çox, şərti
yanacaq hesabı ilə 3,16 tondan 6,79 tonadək artmışdı. Nəticədə,
SSRİ 1988-ci ildə birlikdə götürdükdə, Yaponiya, Fransa, Böyük
Britaniya və İsveçrədən daha çox enerji daşıyıcıları sərf etmişdi.
Sovet iqtisadiyyatında getdikcə genişlənən proseslərin “bəd-
xassəli” xarakteri tədricən tənəzzülə uğrayan təsərrüfat sisteminin
ərzaq proqramını heyata keçirməyə qadir olmamasında daha parlaq
şəkildə təzahür etdi: dünyada adambaşına en çox əkin sahələri olan
ölkə 1980-ci illər ərzində xaricdən 375 milyon ton taxıl almış, ə v ə
zində, cəm i 12 milyon ton taxıl ixrac etmişdi. 1990-cı illərin əv v əl
lərində sovet ixrac və idxalının strukturundakı belə vəziyyət adamı
sadəcə olaraq mat qoyurdu.
Bundan əlavə, qeyd etmək lazımdır ki, SSRİ-nin elmi və tex
niki sahələrdə uğurları həddən artıq şişirdilmişdi. 1980-ci illərin
axırlarında SSRİ-de əhalinin hər min nəfəri hesabı ile ali məktəb
tələbələrinin sayı təxminən 18 nəfər olduğu halda, ABŞ-da təqri
bən 55 nəfər idi.
Sovet sisteminin süqutunun əsas səbəblərindən biri təsərrüfatın
postindustrial tipinin mühüm resursu olan intellektual kapital yarat
mağa ve ondan istifadə etm əyə qadir olmaması idi. SSRİ-de meri-
tokratik (ingiliscə merit - “xidmət” sözündəndir) sistemin, - elə bir
sistem ki, burada insanın cəm iyyətdə vəziyyəti onun şəxsi səyləri
nin nəticəsidir, - meydana gəlm əsinə ve hətta fəal əhalinin xeyli
hissəsinin fəaliyyətinin xüsusi olsa da, hər halda, qeyri-maddi
_________
I fəsil. SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
39
Dostları ilə paylaş: |