Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.

səhifə1/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   26


 

Ramiz Mehdiyev 



Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü 

 

Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında 



və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti 

 

Dünya nizamından “nizamsızlığa” doğru 



 

Ön söz əvəzi 

 

Dünya birliyində bipolyar sistem dağılandan sonra gələcək 



qlobal təhlükəsizlik və qarşılıqlı fəaliyyət haqqında eyforiya hiss 

edilməyə başladı. Alimlərin, analitiklərin, jurnalistlərin çoxu 

beynəlxalq münasibətlərdə “güc epoxası”nın başa çatdığını 

bildirdilər. “Soyuq müharibə” başa çatanda dünya birliyi 

demokratiyanın, azadlığın və bütün dövlətlərin bərabərliyinin 

təntənəsi şəklində bəyan edilmiş məqsədlərə nail olmağa kökləndi.  

XX əsrin sonunda tamamilə təbii gözləntilər məcrasında aparıcı 

müəlliflərin ideoloji mübarizənin olmadığı şəraitdə yeni dünya 

nizamının formalaşması barədə proqnozların əks olunduğu 

fundamental paradiqmaların dəyişməsi haqda  tədqiqat araşdırmaları 

ortaya çıxmağa başladı. Bu istiqamətdə əlamətdar işlərdən biri 

məşhur Amerika filosofu Frensis Fukuyamanın “Tarixin sonu və 

sonuncu insan” kitabı oldu. Müəllif bu kitabda Qərb dəyərlərinin 

kommunizm üzərində zəfərinin semantikasını təsvir edib. Bu əsərdə 

ifadə olunmuş baxışların əsasını təşkil edən ideyaya görə Qərb 

nümunəli demokratiyanın yayılması geosiyasi və sosiomədəni 

təkamülün bəşəriyyət üçün son mərhələsini reqlamentləşdirməli idi. 



 

Lakin F.Fukuyamanın nəzəriyyəsi tarixin sonundan xəbər 



vermirdi, yalnız qlobal ideoloji sarsıntılar, müharibələr və inqilablar 

dövrünün başa çatmasını postulat şəklində bəyan edirdi. Məsələn, 

onun fikrincə, qalib gəlmiş ideologiya dərhal universal siyasi, sosial 

və mədəni standartların formalaşmasına başlamalı, yeni müstəqil 

qurumlar da daxil olmaqla bütün dövlətlər hökmən bu standartlara 

istiqamətlənməli idi. 

Məsələnin bu cür qoyuluşunun tərəfdarı təkcə F.Fukuyama 

deyildi, Qərbin aparıcı ekspertlərinin çoxunun baxışları və 

proqnozları onun məntiqi mühakimələrinin ruhuna uyğun idi. Lakin 

beynəlxalq münasibətlər sisteminin sonrakı inkişafı əyani şəkildə 

göstərdi ki, suveren dövlətlərə liberal demokratiya konsepsiyasını 

inkişafın yeganə rasional modeli kimi zorla qəbul etdirmək cəhdləri 

həm  vaxtından tez, həm də səhvdir. 

Ötən əsrin doxsanıncı illəri Qərb ilə Şərq arasında soyuq 

qarşıdurmanın bir qədər mülayimləşməsi ilə əlamətdar olsa da, bu, 

böhranların sayının azalmasına gətirib çıxarmadı. “Soyuq müharibə” 

dövründə mövcud olan ayrı-ayrı münaqişələr SSRİ-nin dağılması və 

ideoloji kolliziyaların başa çatması üzündən keçmişdə qaldı. Lakin 

postsovet məkanında və Şərqi Avropada əvvəlkindən heç də az kəskin 

olmayan başqa münaqişələr yarandı.  

SSRİ-nin dağılmasından sonrakı keçid dövrü çərçivəsində böyük 

dövlətlərin uzağı görməyən mövqe tutması beynəlxalq koordinatlar 

sistemində yeni böhranın yaranmasına səbəb oldu. Nəticədə 

beynəlxalq hüquqa riayət edilməsi sahəsində vakuum vəziyyəti 

yarandı, bunun ardınca beynəlxalq münasibətlər kompleksində 

dağıdıcı meyillər gücləndi. 




 

Birqütblü dünya şəraitində tarazlığın olmaması dövlətlərin bir-



birindən ciddi ayrılması, yeni sərhədlər müəyyən edilməsi, dünyanın 

müxtəlif regionlarında eksperimental ssenarilərin köməyi ilə qanuni 

seçilmiş hökumətlərin zorla devrilməsi prosesində güc tətbiq 

edilməsi presedentləri yaratdı. ABŞ və onun müttəfiqləri təhlükəli 

özbaşınalıq presedentləri yaradaraq beynəlxalq hüququn tələblərinə 

nümayişkaranə şəkildə məhəl qoymamağa başladılar. Bu gün həmin 

presedentlər dünyanın ayrı-ayrı yerlərində müdhiş parçalayıcı əks-

səda verir. Regional və kontinental dövlətlər ABŞ-ın metodlarını onun 

özünə qarşı tətbiq etməyə, beləliklə xaos məkanını genişləndirməyə, 

Qərb ilə Şərq arasında eskalasiyanın artdığı şəraitdə təmas nöqtələri 

axtarışını mürəkkəbləşdirməyə başladılar. 

İkili standartlar siyasətinin hər yerdə tətbiq edilməsi, “soyuq 

müharibə” dövrünün blok təfəkkürünə qayıdış və bunun təsiri altında 

Qərbin Şərq qütbü boyunca hərbi-siyasi təsirinin yayılması onunla 

nəticələnib ki, Şərqi Avropanın və postsovet məkanının bəzi kiçik 

dövlətləri bu eskalasiyanın qurbanlarına  çevrildi və çevrilməkdədir. 

Qondarma “rəngli inqilablar”la bağlı siyasi və sosial-iqtisadi 

eksperimentlər, müəllifi Qərb dövlətləri və onlara xidmət edən 

institutlar olan düşünülməmiş qloballaşma siyasəti, digər dövlətlərin 

və bütöv regionların inkişafının regional, mədəni, dini, tarixi 

determinantlarına məhəl qoyulmaması qlobal miqyasda konfliktlərin 

və qeyri-sabitliyin artmasına gətirib çıxarıb. 

Yeni müstəqil dövlətlərin yerləşdiyi coğrafi məkanlar mübarizə 

meydanına çevrilib. Mənafelərin kəskin toqquşması vahid iqtisadi 

şəraitə məhvedici təsir göstərir. Böhranın dərinləşməsi və beynəlxalq 

hüququn nəzarətindən kənarda qalan qaynar regionların əmələ 

gəlməsinə şərait yaradılması suveren milli qurumların inkişafı 



 

prosesinə hədsiz ziyan vurur, qarşıdurma vəziyyətində olan tərəflər 



arasında kompromislər axtarışı vəziyyətini son həddə qədər 

kəskinləşdirir.  

Müasir dünyada böhranın genişlənməsində Avropa təsisatları və 

təşkilatları da az rol oynamırlar, onlar başqa dövlətlərdə və 

regionlarda yaranmış mürəkkəb problemlərlə bağlı qərarlar qəbul 

etmək hüququnu inhisarlaşdırmağa çalışırlar. Avropa İttifaqını (Aİ) bu 

cür strukturların ən nüfuzlusu hesab etmək olar. Cənubi Qafqaz 

regionunun və Azərbaycanın Avropa sərhədlərinə coğrafi yaxınlığı 

nəzərə alınsa, Aİ-nin siyasətinin müsbət və mənfi aspektlərinin təhlili 

həm Şərqi Avropa regionunda, həm də postsovet məkanında 

geosiyasi vəziyyətlə bağlı çox suallara cavab verə bilər.  

Dünya nizamının böhranına və beynəlxalq hüququn 

fəaliyyətsizliyinə gətirib çıxarmış siyasi proseslərin, habelə 

beynəlxalq münasibətlərin aktoru kimi Aİ-nin institusional və 

funksional problemlərinin xüsusiyyətlərinin araşdırılması böyük elmi-

siyasi maraq kəsb edir. Artmaqda olan islamofobiya, Avropada 

multikulturalizmin böhranı, rəsmi Brüsselin xarici siyasətində ikili 

standartların xarakterik təzahürləri kimi tendensioz hadisələr çoxlu 

suallar doğurur.  

Təkcə Avropa İttifaqının deyil, həm də ATƏT, Avropa Şurası, 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kimi kontinental təsisatların 

anti-Azərbaycan siyasətinin təhlili Azərbaycanın milli maraqları üçün 

praktiki əhəmiyyət kəsb edir. Bu strukturların suveren Azərbaycana 

münasibətdə qərəzli siyasətinin həm qlobal, həm də regional 

determinantlarının öyrənilməsi rəsmi Bakı üçün vacibdir.  

Bu gün həmin Avropa təsisatlarının, ümumiyyətlə, müstəqil 

ölkələrə münasibətdə və xüsusən Azərbaycanla bağlı fəaliyyəti insan 



: store -> files -> file


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə