Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

45 

 

Amma yaxşı olardı ki, onlar yeni sifarişli anti-Azərbaycan qətnamələri 



hazırlamağa başlamazdan əvvəl tam informasiya əldə etsinlər. Biz 

avropalı həkimlərin L.Yunusun səhhətinin sabit və qənaətbəxş olması 

barədə bəyanatlarını nəzərdə tuturuq. İstisna edilmir ki, avropalı 

deputatların erməni lobbisinin və digər anti-Azərbaycan dairələrin 

maraqlarını irəli çəkməyə həddən artıq aludə olması onları qayğısına 

qaldıqları insanın fiziki vəziyyəti ilə maraqlanmaq imkanından 

məhrum edib.  

Üçüncüsü, Aİ-nin növbəti “narahatlığı” onunla bağlı idi ki, guya 

hakimiyyət orqanları yerli QHT-ləri Azərbaycanın milli qanunlarına 

müvafiq qaydada “işləməyə məcbur edirlər”. Bu halda həmin QHT-

lərin fəaliyyət növü barədə yerli ictimaiyyətə məlumat verməsi

maliyyə hesabatını vaxtında təqdim etməsi, qüvvədə olan 

qanunvericilikdə nəzərdə tutulan prosedurlara və normativ qaydalara 

riayət edilməsi, sən demə, özünüifadə azadlığının pozulması hesab 

edilə bilərmiş. Belə çıxır ki, Avropa Parlamentinin deputatları qəti 

əmindirlər ki, dünyada qüvvədə olan bircə qanunvericilik var – Avropa 

qanunvericiliyi.  

Belə çıxır ki, Avropa İttifaqının Azərbaycanın qeyri-hökumət 

strukturlarına ayırdığı qrantlar, onların mənimsənilməsi prinsipləri və 

qaydaları, göründüyü kimi, Aİ-nin qüvvədə olan qanunvericiliyinin 

normalarına və müddəalarına əsasən nəzarət edilə bilər. Lakin əgər Aİ 

xoşməramlı proqramların, özü də Azərbaycan dövlətinin mənafeyi 

naminə reallaşdırılması üçün maliyyə resursları göndərirsə ayrılan 

vəsaitlərin taleyi barədə bu cür canfəşanlıqla narahat olmağa 

dəyərmi? Ümumiyyətlə, suveren dövlətin fiskal orqanlarının 

təmizliyinə şübhə etmək nə dərəcədə düzgündür? Bu, heç də adi sual 

deyil.  



46 

 

Dördüncüsü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 



icmalararası əlaqələr məsələlərinə görə Aİ-nin narahatlıq keçirməsi 

maraqlıdır. Qətnamədə Avropa Məhkəməsinin “Sarkisyan 

Azərbaycana qarşı” işi üzrə 2015-ci il 16 iyun tarixli qərarına 

istinadən erməni və Azərbaycan ictimaiyyətinin görüşlərinə maneə 

törədilməsinə son qoymaq tələb edilir. Lakin Azərbaycan Dağlıq 

Qarabağ münaqişəsinin həllində ictimai diplomatiyanın vacibliyinə 

həmişə tərəfdar olub. Hərçənd, bizim fikrimizcə, bu mexanizmlər 

yalnız Azərbaycanın işğal edilmiş əraziləri azad olunandan sonra 

səmərəli ola bilər. Təcavüzkar pislənməyincə, hərbi kontingentin 

bizim ərazimizdən çıxarılması məsələsini qəbul etməyincə xalq 

diplomatiyası vəziyyətdə dönüş yarada və məcburi köçkünləri Dağlıq 

Qarabağdakı evlərinə qaytara bilməz.  

Üstəlik, avropalı deputatlar həmin qətnamədə Avropa 

Məhkəməsinin “Sarkisyan Azərbaycana qarşı” işi üzrə qərarını 

xatırladıb, lakin nədənsə analoji “Çıraqovun işi”ni unudublar. Halbuki 

bu iş üzrə qərar elə həmin gün qəbul edilib və bu qərarda 

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı bir 

daha etiraf olunur. Biz bir qədər sonra bu işlərin təhlili üzərində 

ətraflı dayanacağıq. Hələlik isə vurğulamaq istərdik ki, Aİ-nin yayğın 

standartlar siyasətinə dair nümunələrin sayı (məhkəmənin onlara sərf 

edən qərarları xatırlanır, sərf etməyən qərarlar isə yeşiyin küncünə 

atılır) həndəsi silsilə üzrə artır.  

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Avropa 

Parlamentinin bu cür qərəzli qətnamələri bizim üçün yalnız kağız 

parçasıdır. Onlar Azərbaycanın müstəqil siyasi kursuna təsir edə 

bilməz. Bizim prioritetimiz sağlam əməkdaşlıqda həqiqətən marağı 

olan ayrı-ayrı Aİ ölkələri ilə strateji münasibətlər yaratmaqdır. 



47 

 

Azərbaycanla diktat metodu ilə, güc mövqeyindən danışmaq cəhdləri 



heç vaxt uğur qazanmayacaq. Bu cür siyasət yalnız Aİ ilə 

Azərbaycanın əməkdaşlıq sahələrinin daralmasına gətirib çıxara bilər. 

Milli Məclisin Avronest (Şərq Tərəfdaşlığı) çərçivəsində əməkdaşlığı 

dayandırmaq haqqında qərarı buna əyani nümunə oldu. Brüssel 

siyasətçiləri buna nail oldular ki, 2015-ci il sentyabrın 14-15-nə 

təyin edilmiş strateji tərəfdaşlıq haqqında müqavilə bağlanmasına 

dair danışıqlar Azərbaycan tərəfindən dayandırıldı.  

Ümumiyyətlə, bu gün Avropa Parlamentini ayrıca götürülmüş bir 

ölkəyə dair fantom müzakirələr və dinləmələr təşkil edən idarə kimi 

səciyyələndirmək olar. Aİ-nin siyasətinin lobbi maraqlarına xidmət 

etməyə nə dərəcədə qurşandığını göstərən daha bir neçə nümunəni 

nəzərdən keçirək.  

2015-ci il iyunun 3-də Avropa Parlamentində “Münaqişələr və 

təyini-müqəddərat hüququ” məsələsinə dair müzakirələr aparılıb. 

Burada əsasən Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Tədbir 

üzdəniraq “Aİ-Ermənistan dostluq qrupu” tərəfindən təşkil olunub. 

Lakin əsas məsələ bu deyil. Əsas məsələ odur ki, həmin tədbirdə 

Azərbaycandan heç kəs iştirak etməyib. Avropa Parlamentinin 

üzvlərinə tamdəyərli və qərəzsiz vasitəçiliklə bağlı tələblərin və 

münaqişələrin tənzimlənməsinin əlifbasını xatırlatmaq istərdik.  

Münaqişəli vəziyyətin obyektiv təhlil edilməsi üçün münaqişə 

tərəflərinin hamısının mövqelərinin öyrənilməsi zəruridir. Yəni, belə 

bir tədbirə heç olmasa minimal obyektivlik görkəmi vermək üçün 

Avropa Parlamenti (hətta formallıq xatirinə də olsa) Azərbaycanın heç 

olmasa bir nümayəndəsini dəvət etməli və onun çıxış etməsinə imkan 

verməli idi. Belə çıxır ki, bu cür tədbirlər qabaqcadan təşkil olunub və 

məkrli lobbi dairələrinin maraqlarına xidmət edir.  



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə