Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   2   3   4   5   6   7   8   9   ...   26

 

hüquqları məsələsindən suveren dövlətə siyasi təzyiq metodu kimi 



istifadə edilməsi ilə xarakterizə olunur. Süni şəkildə şişirdilən 

problemlərin və ənənəvi alətlərin köməyi ilə dövlətin daxili işlərinə 

müdaxilə edilir, mühüm qərarların qəbulu praktikasında ikili 

standartlar tətbiq olunur.  

Mən aşağıda Azərbaycanın bugünkü tarazlaşdırılmış və suveren 

xarici siyasət strategiyasının xüsusiyyətlərini açıqlamağa 

çalışacağam. Burada qısaca onu qeyd edim ki, iqtisadi inkişaf və 

dövlət quruculuğu sahəsində qazanılmış uğurlar Avropa 

strukturlarının ölkəmizə qərəzli münasibətinin səbəbləri ola bilər. 

Çoxdan məlumdur ki, Azərbaycanın Prezident İlham Əliyev tərəfindən 

həyata keçirilən suveren və müstəqil siyasəti, ölkəmizin iqtisadi 

baxımdan özünəyetərli olması öz geosiyasi istəklərini reallaşdırmaq 

xatirinə ölkəmizi qeyri-sabit, pərakəndə və alovlanan bir məkan kimi 

görməyi arzu edən bəzi Qərb dairələrini qıcıqlandırır.  

Prezident İlham Əliyev 2015-ci il oktyabrın 12-də respublika 

Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib: 

“Azərbaycanda 

düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu 

yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə 

imza atmışıq. 

Müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. 

Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. 

Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə 

ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, 

prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi 

narahat etməməlidir... Çünki mənim üçün əsas məsələ ölkəmizin 

təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan 

sonra da müstəqillik yolu ilə gedəcək.  




 

Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas 



vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini 

qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, 

öz yolumuzdan dönməyəcəyik” 

1

.

  



Azərbaycanın mövqeyi belədir və əgər onun tərəfdaşları 

bərabərhüquqlu əməkdaşlıq etmək istəyirlərsə, bu mövqe ilə 

hesablaşmalıdırlar.  

Aİ-nin və digər Avropa strukturlarının ikili standartlar siyasətini 

bilavasitə təhlil etməyə başlamazdan əvvəl bugünkü dünya nizamının 

böhranında və onun kiçik dövlətlərə təsirinin xüsusiyyətlərində 

Qərbin böyük dövlətlərinin rolunu açıb göstərmək lazımdır.  

Məlum olduğu kimi, nüvə silahının yaranması və böyük 

dövlətlərin nüvə arsenalının artması ilə əlaqədar müharibə paradoksu 

yaranıb. Almaniyalı hərbi nəzəriyyəçi və tarixçi Karl fon Klauzevits 

yazırdı: “

Müharibə siyasətin davamıdır, amma başqa vasitələrlə

2



Lakin nüvə silahının dağıdıcı gücü o vaxta qədər mübahisə 

doğurmayan bu tezisi şübhə altına aldı. Nüvə silahı tətbiq edilməklə 

aparılan müharibə nəinki hər cür siyasətə, həm də bütün bəşəriyyətə 

son qoya bilər. XX əsrin 60-70-ci illərinin realist alimlərinin çoxu 

belə bir ideyanı inkişaf etdirməyə çalışırdılar ki, nüvə silahı 

beynəlxalq münasibətlərdə münaqişələrin səviyyəsini azaldır. Lakin 

bir müddətdən sonra Klauzevitsin prinsipi hər halda özünün həyat 

qabiliyyətli olmasını sübut etdi – beynəlxalq münasibətlərin sonrakı 

inkişafı göstərdi ki, güc amili (xüsusən hərbi güc) əsla yox olmayıb və 

azalmayıb. Bu amil yalnız dolayısı ilə tətbiq edilməyə başlanıb. Yəni, 

müharibə, silahlı zor tətbiq edilməsi hər halda dövlətlərin siyasətinin 

                                                           

1

 Bax: “Azərbaycan” qəzeti. 14 oktyabr 2015-ci il. 



2

 Карл фон Клаузевиц «О Войне» Часть 1-я «Природа Войны» пункт 24.   




 

davamı kimi qalıb. Lakin nüvə dövlətləri birbaşa müharibə apara 



bilmədiklərini nəzərə alaraq dolayısı ilə savaşmağa, bu və ya digər 

ölkənin daxilində fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmaları 

dəstəkləməyə başladılar.  

XX əsrin ikinci yarısında SSRİ və ABŞ “düşmənimin düşməni 

mənim dostumdur” prinsipini rəhbər tutaraq, müvafiq surətdə 

Vyetnamı və əfqan mücahidlərini dəstəkləyirdilər. Beləliklə, bu iki 

fövqəldövlət birbaşa hərbi toqquşmadan çəkinirdi, çünki bu cür 

toqquşma nüvə müharibəsi ilə nəticələnə bilərdi. ABŞ və onun 

müttəfiqləri bu savaşdan qalib çıxdılar, onlar öz rəqiblərini əldən 

saldılar, lakin sonradan məhz əfqan müqavimət hərəkatı sıralarından 

“Əl-Qaidə” və bu gün bütün dünyada təhlükəsizlik sistemi üçün 

təhdid mənbəyi olan beynəlxalq terrorizm şəbəkəsi yarandı.  

Məhz bu dövrdə silahlı zorakılığın əsas kanalı kimi qeyri-

konvensional (qeyri-ənənəvi) müharibə taktikası Qərb ölkələrində 

geniş populyarlıq qazanmağa başladı. Hərçənd, həmin dövrdə Qərb 

dövlətləri hələ duya bilməzdilər ki, həmin taktikadan onların özlərinə 

qarşı istifadə edə bilərlər, bu isə beynəlxalq münasibətlərdə 

anarxiyanın artmasına gətirib çıxarar, Yer kürəsinin müxtəlif 

nöqtələrində qiyamçıların dəstəklənməsi əks nəticə verə bilər. Bu 

baxımdan Əfqanıstan və Suriya əyani nümunədir.  

Qeyri-konvensional müharibə iki və daha artıq dövlət arasında 

adi (konvensional) müharibəyə aid olmayan silahlı və kvazi-silahlı 

zorakılığın bütün tipləri deməkdir. Əlbəttə, qeyri-konvensional 

müharibə tipləri və metodları XX əsrin başlanmasından xeyli əvvəl 

tətbiq edilirdi. Lakin məhz bipolyar sistemin iflası ilə əlaqədar, onlar 

Qərb dövlətlərinin əlindəki güc amilinin bu ölkələr üçün strateji 

maraq doğuran regionlara proyeksiyasının əsas kanalına çevrildi. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə