Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Başqa sözlə desək, qeyri-konvensional müharibə qüvvələrin düşmən 



tərəflə birbaşa toqquşmasını nəzərdə tutmur.  

Hazırda silahlı zorakılığın bu cür dolayısı ilə tətbiq edilməsi 

“hibrid müharibə” – kibermüharibə metodlarından istifadə edilməklə 

qeyri-konvensional müharibə aparılması adlanır.  

Həm qeyri-konvensional, həm də hibrid müharibə 

strategiyasının tətbiq edilməsinin xüsusiyyəti ondan ibarətdir ki, bu 

strategiya əsas etibarilə dost olmayan dövlətin sərhədlərində və 

qonşu dövlətlərin ərazisində həyata keçirilir. Beləliklə, bu 

müharibənin əsas məqsədi dost olmayan dövlətin iqtisadi və maliyyə 

resurslarını tükətmək, onu həmin resursları təhlükəni 

neytrallaşdırmağa sərf etmək məcburiyyətində qoymaqdır. Nəticədə 

həm dost olmayan ölkə, həm də onu əhatə edən qonşu (əsasən kiçik) 

dövlətlər zərər çəkir. Onlar müharibələr, terror dalğası, inqilablar, 

separatizm, etnik və dini təmizləmələr ilə üzləşirlər.  

XX əsrin 90-cı illərində və 2000-ci illərin əvvəlində Qərb 

özünün qeyri-hökumət təşkilatları, fondları vasitəsilə müxtəlif etiraz 

hərəkatlarını dəstəkləməklə, Şərqi Avropa ölkələrində və postsovet 

məkanında “rəngli inqilablar”, sanksiyalaşdırılmamış bombardmanlar 

və “sülhyaratma” əməliyyatları təşkil etməklə, nəhayət, beynəlxalq 

instansiyalar tərəfindən sanksiya verilmədiyi halda qiyamçıları silahla 

təchiz etməklə (İŞİD-in gücləndirilməsi buna misal ola bilər) həm 

Avropa ilə yaxınlaşmağa çalışan ölkələrə ziyan vurur, həm də Ukrayna 

böhranından sonra ciddi lakunlar (boşluqlar) hiss edilməyə başlamış 

beynəlxalq hüququ latent şəkildə məhv edirdi.  

Bu böhran beynəlxalq hüquqla tənzimlənməyən qeyri-

konvensional və hibrid müharibələrin strategiya və taktikasının tətbiq 

edilməsinin bütün təhlükəsini dünya birliyinə bir daha nümayiş 



 

etdirdi. Vestfaliya beynəlxalq münasibətlər sisteminin baza 



prinsiplərinə ciddi təhdid yarandı, Qərb ölkələri buna “göz 

yummaqla” və ya hiddətləndirici sükutla cavab verdilər.  

Görkəmli amerikalı siyasi xadim, diplomat və realist alim Henri 

Kisincer də müasir dünya nizamının böhranından danışır. O, belə 

hesab edir ki, vəziyyətin gərginləşməsinə və qlobal şəraitin 

pisləşməsinə görə Qərb müəyyən qədər məsuliyyət daşıyır. H.Kisincer 

bəyan edir ki, Avropa və ABŞ Ukraynanın Rusiya üçün xüsusi 

əhəmiyyət kəsb etdiyini lazımınca qiymətləndirməyiblər: “

Səhv onda 

idi ki, onlar vəziyyəti başa düşmədilər

”. H.Kisincer qeyd edir ki

Krımın ilhaqını etiraf etmək Qərbə lazım deyil və o bunu etməməlidir, 

lakin “

Qərbdə heç kəs Krımın qaytarılmasına dair konkret proqram 



təklif etmədi.... Heç kəs Şərqi Ukraynada döyüşmək istəmir. Həyatın 

sərt reallığı belədir

3

.  



ABŞ Prezidenti Barak Obama Birləşmiş Millətlər Təşkilatının Baş 

Məclisinin bu qurumun yaradılmasının 70 illiyinə həsr edilmiş 

iclasındakı çıxışında bugünkü Ukrayna probleminə toxunaraq deyib: 

“Ölkənin suverenliyinin və ərazi bütövlüyünün hiddətləndirici şəkildə 

pozulduğu bir vaxtda biz kənarda qala bilmərik”.  

Bu hadisələr cənab Barak Obamanı hiddətləndirir. Amma 20 

ildən artıq müddətdə Ermənistan tərəfindən bizim torpaqların işğal 

edilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması 

nədənsə ABŞ Prezidentini özündən çıxarmır. Bu cür münasibət nə 

dərəcədə ədalətlidir?  

                                                           

3

 Rethinking the cost of Western intervention in Ukraine 



http://www.washingtonpost.com/opinions/katrina-vanden-heuvel-rethinking-the-

cost-of-western-intervention-in-ukraine/2014/11/25/b92f8496-741a-11e4-9c9f-

a37e29e80cd5_story.html 



10 

 

Ukrayna böhranından sonra ABŞ və Aİ başa düşməlidir ki, 



(hərçənd, bundan xeyli əvvəl: İraq, Liviya, Suriya hadisələri zamanı 

nəticə çıxarmaq olardı) SSRİ dağılandan sonra onilliklər boyu onların 

tətbiq etdiyi strateji və taktiki üsullar, başqa ölkələrin (həm regional 

liderlərin, həm də kiçik dövlətlərin) mənafelərinin nəzərə alınmaması, 

belə dövlətlər birliyinə qarşı etinasızlıq, beynəlxalq hüququn norma 

və prinsiplərinə nümayişkaranə şəkildə riayət edilməməsi, ikili 

standartlar siyasətinin hər yerdə geniş yayılması yaxın gələcəkdə 

Ukrayna böhranına oxşar yeni kəskin böhranlar əmələ gəlməsi üçün 

təhlükəli presedent yaradır.  

Beynəlxalq münasibətlərdə artan nizamsızlıq və beynəlxalq 

hüquq normalarına hörmətsizlik, həmçinin Qərb ilə Şərq arasında 

yeni qarşıdurma ilk növbədə SSRİ dağılandan sonra müstəqilliyini 

bərpa etmiş postsovet ölkələri üçün təhlükə törədir. Əgər Qərb 

ölkələri postsovet regionunun inkişafında maraqlıdırlarsa, başa 

düşməlidirlər ki, Qərb-Şərq oxu boyunca qarşıdurma təkcə onların 

regionda maraqlarının reallaşdırılmasına deyil, həm də Avrasiya 

kontinentində sülhə və sabitliyə ziyan vurur.  

Vurğulayıram ki, əgər böyük dövlətlər XXI əsri qanlı 

müharibələr, uzun sürən münaqişələr, soyqırımları, davam edən və 

pislənilməyən işğallar əsri kimi deyil, sülh, sabitlik, inkişaf və 

əməkdaşlıq əsri kimi görmək istəyirlərsə, onda beynəlxalq hüquq 

normalarına hörmət etmək, bərabərhüquqlu dialoq yolu ilə 

əməkdaşlığı reallaşdırmaq, başqa ölkələrin mənafelərinə hörmət 

etmək və suveren dövlətlərin daxili işlərinə qarışmamaq vacibdir.  

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, 

Azərbaycan mübarizə və qarşıdurma məkanı olmayacaq, o, dialoq və 

quruculuq fəaliyyəti məkanı olmağa çalışır. Laxlamış dünya nizamının 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə