Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   2   3   4   5   6   7   8   9   ...   26

11 

 

möhkəmlənməsinə bizim yanaşmamız buna əsaslanır. Qarşıdurma 



oxu üzərində yerləşən dövlətlərin əksəriyyəti bu baxışın tərəfdarıdır.  

 

1-ci fəsil. Zamanın imtahanından kəsilmiş Birləşmiş Avropa  



 

1.Avropa Birləşmiş Ştatları: “böyük dövlət”, yoxsa fraqmentlərə 

bölünmüş regional oyunçu?  

Aİ-nin yaranması və onun təkamülü bəzi ekspertləri dövlətin 

rolunu və onun suverenliyini müqayisə məsələsinə yenidən nəzər 

salmağa məcbur etdi.  

İki dünya müharibəsindən sonra bəşəriyyətin gələcəyi məsələsi 

xüsusilə kəskin şəkildə qarşıda dururdu. Belə ki, Birinci Dünya 

müharibəsi Paris Paktının (və ya Brian-Kelloq Paktının) imzalanmasına 

gətirib çıxardı. Mahiyyət etibarilə bu müqavilə milli siyasətin aləti 

kimi müharibədən imtina olunmasını bəyan etdi. Bu sənədin 

imzalanması Avropada kollektiv təhlükəsizliyin təmin edilməsində ilk 

addım və böyük irəliləyiş hesab olunur. 1945-ci ildə nasizmə qalib 

gəlmiş ölkələr Birləşmiş Millətlər Təşkilatını yaratmaqla müharibədən 

sonrakı dövrdə dünya quruluşunun təməlini qoydular. Çox təəssüf ki

bu təşkilatın yaradılmasının 70-ci ilində biz onun böhrana 

uğramasının şahidləriyik.  

Texnologiyanın sürətli inkişafı bir tərəfdən insanların həyatının 

keyfiyyətinin yaxşılaşmasına, onların arasında ünsiyyətin artmasına, 

ətraf mühitə təsir imkanlarının müxtəlifləşməsinə, planetə bizim 

ümumi evimiz kimi baxmağa təkan verib, digər tərəfdən kütləvi 

qırğın silahlarının yayılmasını şərtləndirib, bəşəriyyətin özünün 

mövcudluğu risk dərəcəsinə çatıb. Şübhəsiz, texnoloji tərəqqi rifahdır 

yəqin ki, bu prosesi dayandırmaq kiminsə ağlına gəlməz (əslində 




12 

 

bu heç mümkün də deyil). Lakin hər şey bu tərəqqinin faydalarından 



necə və nəyin naminə istifadə edilməsindən asılıdır.  

Bu konteksdə beynəlxalq münasibətlər sahəsində 

nəzəriyyəçilərin əksəriyyəti adətən idealistlərin və realistlərin 

yanaşmalarında mövcud fərqlərə istinad edir. Bu, onlara daha əsaslı 

görünən arqumentlərini işləyib hazırlamağa imkan verir.  

Lakin coşqun ideya müzakirələri fonunda bir neçə həyati 

əhəmiyyətli sual yaranır:  

-doğrudanmı beynəlxalq münasibətlər bu dərəcədə 

fundamental şəkildə dəyişib?  

-doğrudanmı bütün proseslərin əsasında insan və insani 

dəyərlər dayanır?  

-doğrudanmı beynəlxalq siyasət humanist prinsiplərə əsaslanır?  

Cavab axtarışı bizi müxtəlif konseptual yanaşma və baxışların 

ümumi nəticəyə təsirini daha dərindən dərk etməyə sövq edir. Yadda 

saxlamaq lazımdır ki, nəzəriyyə bizim reallığı qavramağımızın 

qanunauyğunluqlarını əks etdirir və onun məqsədi bu reallığı izah 

etməkdir. Bundan əlavə, vurğulamaq lazımdır ki, təkcə nəzəri 

paradiqmalar əsasında tamın bütün xassələrinin açıqlanması 

problemin natamam, bəlkə də fraqmentar başa düşülməsinə səbəb 

ola bilər. Çünki beynəlxalq münasibətlər sahəsində bəzi 

mütəxəssislərin qeyd etdiyi kimi, nəzəriyyə dünyanın mühafizəkar 

təcəssümüdür

4



Əvvələn, bu gün praktiki olaraq hamıya məlumdur ki, suverenlik 



Tomas Hobbsa görə “təbii vəziyyət” səhnəsini – “hamının hamıya 

qarşı müharibəsi”ni, “cəngəlliklər qanunu”nu əks etdirmir. Əksinə, 

                                                           

4

 Braillard Philippe – Théorie des relations internationales, Paris, PUF, 1977, pp. 13-14.



 


13 

 

suverenlik onun daşıyıcıları tərəfindən öz üzərinə müəyyən 



öhdəliklərin götürülməsi və bu “cəngəlliklərdə” qarşılıqlı hörmət 

əsasında davranışın ümumi qaydalarının hazırlanması deməkdir. 

Dövlət öz suverenliyini “qarşılıqlı anlaşma prinsipi”nin çərçivələri və 

müəyyən ümumi qaydalar ilə məhdudlaşdırmır. Maks Veberin 

dediyinə görə, “zorakılıq” və ya problemlərin həllinin güc 

metodlarının tətbiqi onun “spesifik vasitəsidir”. Beynəlxalq 

münasibətlər dövlətlərarası münasibətlərlə məhdudlaşmır, onlar daha 

geniş məna kəsb edir. Lakin onların əsas iştirakçısı, aktoru, nəhayət 

subyekti dövlətdir.  

Müasir şəraitdə təkamülün əsas hərəkətverici qüvvəsi məhz 

dövlətdir. Lakin əgər bu tərif obyektivdirsə, onda necə deyə bilərik ki, 

dövlət özünün ilkin mahiyyətini itirib? “İctimai müqavilə”dən irəli 

gələn vəzifələr yalnız dövlət tərəfindən yerinə yetirilə bilər. Dövlətin 

zəifləməsi yalnız ciddi problemlər yaradır.  

Müasir dünyada cərəyan edən proseslər, o cümlədən 

Əfqanıstanda, Somalidə, İraqda, Liviyada və Suriyada baş verən 

hadisələr göstərir ki, problemlər yalnız dövlətin zəifləməsi 

nəticəsində yaranır. Bu, hətta “uğursuz dövlət” termininin meydana 

gəlməsinə səbəb olub. Dövlət ölkənin milli təhlükəsizliyini təmin 

edən, beynəlxalq sistemin konfiqurasiyasını müəyyən edən, 

beynəlxalq hüququn inkişafını şərtləndirən və şəxsiyyətin optimal 

inkişafını təmin edən əsas vasitədir.  

İkincisi, dövlətin siyasətinin mahiyyətinin onu beynəlxalq 

aləmdə həyata keçirdiyi şəkildə tədqiqi bizim görmək istədiyimizdən 

tamamilə fərqli nəticələr verir. Beynəlxalq münasibətlərin realist və 

neorealist məktəblərinin tərəfdarları qeyd edirlər ki, dövlətlərin 

ziddiyyətli maraqlarına uyğun olan qlobal siyasət münaqişə xarakteri 



14 

 

daşıyır. Dövlətin mənafeləri bəziləri üçün “güc”, başqaları üçün 



“təhlükəsizlik” axtarışı ilə səciyyəvidir. Beynəlxalq siyasətdə güc onlar 

üçün həm vasitədir, həm məqsəddir, həm də dövlətin 

təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur.  

“Güc” anlayışının əsasını təşkil edən elementlərin sayı-hesabı 

yoxdur. N.Spaykmandan və H.Morqentaudan başlamış Z.Bzejinskiyə 

qədər müxtəlif tədqiqatçıların əsərlərini nəzərdən keçirsək, onlarda 

təkamül müşahidə etmək olar. Tarix göstərir ki, məsələn, Hans 

Morqentaunun istinad etdiyi qüvvələrin tarazlığı prinsipi müəyyən 

sabitlik vəd etdiyinə baxmayaraq, qüsurlu olması ilə səciyyəvidir.  

Üçüncüsü, beynəlxalq sistemin daxilində bir-biri ilə siyasi, 

diplomatik və iqtisadi əlaqələr saxlayan ölkələr bu münasibətlərin 

tənzimlənməsi, sülhün və əmin-amanlığın müdafiəsi, onların daha 

möhkəm zəmin əsasında qorunması üçün müəyyən prinsiplər, 

normalar və mexanizmlər işləyib hazırlayıblar. Əlbəttə, bu, mənafelər 

anlayışını arxa plana keçirmir.  

H.Morqentau yazırdı: 

“Dövlət xadimləri, xüsusən müasir 

şəraitdə, xalqın dəstəyini qazanmaq üçün öz xarici siyasətini fəlsəfi 

və siyasi rəğbətə uyğun olaraq təqdim etməyə alışa bilərlər. Lakin 

milli maraqlara uyğun olaraq “rəsmi vəzifələrini” yerinə yetirərkən 

A.Linkoln kimi fikirləşə və hərəkət edə bilərlər, onlar bu maraqları 

dünyanın istənilən yerində öz siyasi prinsiplərini və əxlaqi dəyərləri 

həyata keçirmək istəyində “şəxsi istəklərindən” fərqləndirəcəklər

5



Millətlər Liqasının, sonra isə həm də BMT-nin hüquq sistemində 

ifadə edilmiş vəzifələrin mahiyyəti hüquq prinsiplərinə və 

normalarına söykənən yeni beynəlxalq birlik yaratmaq ideyasını əsas 

                                                           

5

 Philippe Braillard, Theories des relations internationales, Paris, 1977 p.88.



 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə