Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   2   3   4   5   6   7   8   9   ...   26

15 

 

götürür. Lakin onlar beynəlxalq sistemin konfiqurasiyasına təsir 



göstərmək və zorakılığın aradan qaldırılması məsələlərində acizdirlər. 

Bu gün hərbi müdaxilələr BMT Təhlükəsizlik Şurasının mandatı 

olmadan baş verir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 

qətnamələri, o cümlədən Ermənistanın Azərbaycana hərbi təcavüzü 

və işğal amili ilə bağlı olan dörd qətnamə indiyə qədər yerinə 

yetirilməyib. Fransız alimi Raymon Aronun haqlı olaraq qeyd etdiyi 

kimi, buradan belə çıxır ki, 

“əslində iki qanun mövcuddur: biri 

güclülər, digəri isə zəiflər üçün”

 

6



Dördüncüsü, beynəlxalq sistemin sabit xarakter kəsb etməsi 

təkcə aparıcı aktorlar arasında “qüvvələr tarazlığı” konfiqurasiyasına 

uyğun olaraq baş vermir, həm də sistemin daxilində əməkdaşlığa 

meylin güclənməsi ilə diqqəti cəlb edir. İş burasındadır ki, mövcud 

şərtlər dövlətlər arasında qarşılıqlı asılılığın güclənməsi və dünya 

iqtisadiyyatının qloballaşması fonunda formalaşıb. Bu da öz 

növbəsində yeni qarşılıqlı münasibətlər sisteminin formalaşmasına 

təkan verib. Azad ticarət və qarşılıqlı varlanma hesabına liberal 

cərəyanın tərəfdarları sülhün və ədalətin bərpa olunmasını israr 

edirlər. Hər bir ideyanın yaşamaq haqqı var, lakin azad ticarət 

mövcud tərəflər arasında bərabər şərait olduqda mümkündür. Bəzi 

avropalı mütəxəssislər Avropa ölkələrinin əvvəlki əsrlərdə həyata 

keçirdiyi müstəmləkəçilik və istismar siyasəti nəticəsində həmin 

ölkələrin varlanmasını xüsusi qeyd edirlər. Belə olan halda hansı 

qarşılıqlı zənginləşmədən söhbət gedə bilər?  

İkinci Dünya müharibəsinin axırlarında transmilli cərəyanın 

nümayəndələri dövlətlər arasında formal münasibətləri tənzimləyən 

                                                           

6

 Raymond Aron, Qu’est qu’une theorie des relations internationales? Revue française de 



science politique, no5, 1967, p. 844.

 



16 

 

prinsiplərdən uzaqlaşaraq bu münasibətlərin möhkəmlənməsinə 



xidmət edən yeni əməkdaşlıq mexanizmi yaradılmasını təklif etdilər. 

Onlar milli maraqların yeni səviyyədə uyğunluğunu və “soyuq 

monstrlar” (F.Nitsşe dövləti belə adlandırırdı) arasında siyasi ittifaqlar 

yaradılması imkanını məhz texniki sahədə əməkdaşlığın 

möhkəmlənməsində görürdülər. Funksional prinsipin birinci yerə 

çəkilməsi funksionalizm və neofunksionalizm nəzəriyyəsinin əsasını 

qoydu. Avropanın inteqrasiyası ideyası ümumi rifah, möhkəm sülhün 

və təhlükəsizliyin təmin edilməsi naminə əməkdaşlığa əsaslanırdı. Bu 

ideyalar 1920-ci illərin axırlarından irəli sürülürdü. Müharibələr 

nəticəsində baş vermiş dağıntılar Avropa liderlərini qarşılıqlı faydalı 

əməkdaşlığı inkişaf etdirməyə yönəltdi.  

Qarşılıqlı iqtisadi asılılıq şəraitində Avropa İttifaqı ümumi 

maraqları vahid səbətdə yerləşdirmiş üzv ölkələrin əməkdaşlıq 

formasıdır. Lakin Avropa Komissiyasının keçmiş sədri Jak Delorun 

qeyd etdiyi kimi, Avropa İttifaqı müəyyən müddət ərzində “qeyri-

müəyyən siyasi obyektə” çevrildi. 1992-ci ildə Maastrixt sazişi 

bağlanandan sonra bu təşkilat rəsmən Avropa İttifaqı adlanmağa 

başlayanda onun konfiqurasiyası üç sütun üzərində dayanırdı. 

Birincisi – həmin dövrə qədər əldə edilmiş inteqrasiya layihələrinin 

məcmusu və gələcəkdə onların kompleks şəkildə inkişafı. İkincisi – 

vahid təhlükəsizlik və xarici siyasət. Üçüncüsü – daxili işlər və 

məhkəmə icraatı sahəsində əməkdaşlıq.  

İkinci sütun olan vahid təhlükəsizlik və xarici siyasət 

dövlətlərarası xarakter daşıyır və dövlətin nəzarəti altında həyata 

keçirilir. Avropa İttifaqının strukturunda müəyyən sahələrdə bəzi 

suveren xassələrin mövcudluğu müşahidə olunur, lakin bununla 

paralel surətdə  Aİ-nin üzvü olan ölkələr özlərinin əzəli suverenliyini 



17 

 

qoruyub saxlayırlar. Müəyyən səlahiyyətlərin mərkəzin xeyrinə 



itirilməsi dövlətin hüquqlarına xələl gətirmir, mahiyyət etibarilə 

dövlət yenə təşkilat olaraq qalır.  

Son zamanlar yaranmış maliyyə böhranı və miqrasiya problemi 

göstərir ki, əgər yeni çıxış yolları tapılmasa, onda avropalılar 

tərəfindən uzun illər boyu həyata keçirilən inteqrasiya arzuları qısa 

müddətdə şovinizmin və ksenofobiyanın artması nəticəsində məhv 

ola bilər. Bu gün Avropa ölkələrinin çoxsaylı rəsmi və qeyri-rəsmi 

nümayəndələri açıq etiraf edirlər ki, onlar Avropa İttifaqının, Şengen 

sazişinin, Avrozonanın və s. mövcudluğunun əsaslarını şübhə altına 

alırlar. Sirr deyil ki, Avropa İttifaqının yaradılması ilə başlanmış 

inteqrasiya prosesi bu gün dalana dirənib və bəyan edilmiş ideallar 

reallıqla ziddiyyət təşkil edir. Aİ üzvü olan ölkələrin Yaxın Şərqdə 

qeyri-qənaətbəxş xarici siyasəti isə bumeranq kimi Avropanın özünə 

zərbə vurur. 

Beşincisi, Aİ-də qərarların qəbul edilməsi prosesi göstərir ki, bu 

təşkilat özünü rasional aktor kimi aparmır. Bu da öz növbəsində 

qərarların hazırlanmasında obyektivliyin pozulmasına gətirib çıxarır. 

Bu, qərarların qəbulu zamanı xüsusilə əyani şəkildə təzahür edir. Bu 

halda subyektiv əhval-ruhiyyəli lobbiçi qrupların təsiri altında 

obyektivlik prinsipinə məhəl qoyulmur. Avropa təsisatlarının Cənubi 

Qafqaz barəsində qənaətləri və rəyləri belə güman etməyə əsas verir 

ki, bu təşkilatın regional reallıqlara ümumi və ölçülüb-biçilmiş baxışı 

yoxdur və qəbul edilən qərarlar ya təşkilatın daxilində ziddiyyətlərə 

səbəb olur, ya da müxtəlif lobbiçi qrupların korporativ və şəxsi 

maraqlarına əsaslanır. Tədqiqatçılar bəzən qəbul edilmiş qərarlarda 

rasional əsas tapa bilmirlər. Hərçənd, beynəlxalq münasibətlərdə 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə