Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   2   3   4   5   6   7   8   9   ...   26

18 

 

rasionallıq və qarşılıqlı maraqların nəzərə alınması əməkdaşlığın və 



etimadın inkişafı üçün əsas meyarlardır.  

Avropa İttifaqının xarici siyasətinin əsas hərəkətverici qüvvəsi 

üzv ölkələrin məcmu potensialıdır. Lakin konkret beynəlxalq 

məsələlərin həllində onların maraqları heç də həmişə üst-üstə 

düşmür. Nəzəri baxımdan, Aİ beynəlxalq münasibətlərin aktoru kimi 

supramilli beynəlxalq təşkilatlara (subyektlərə) aiddir. Lakin 1990-cı 

illərdə onun inkişafında yaranmış meyillər bunu deməyə məcbur edir 

ki, Aİ tədricən kvazidövlət aktoruna transformasiya olunur. Belə bir 

təbii sual yaranır: Aİ-ni hansı səviyyəli geosiyasi aktor hesab etmək 

olar – regional lider, böyük dövlət, yoxsa fövqəldövlət?  

Beynəlxalq münasibətlər sahəsinin tədqiqatçılarının 

əksəriyyətinin fikri iki əsas kateqoriyaya yönəlib – “böyük dövlət” və 

ya “regional lider”.  

Avropa İttifaqına böyük dövlət kimi yanaşmağın tərəfdarları 

buna istinad edirlər ki, Aİ üç böyük ölkədən – Böyük Britaniya, 

Almaniya və Fransadan ibarətdir. Beləliklə, onların ittifaqı ən azı 

böyük dövlət formalaşdırır. Xatırladaq ki, qlobal səviyyədə bir neçə 

sektorda beynəlxalq münasibətlərə təsir göstərən dövlət böyük 

dövlət hesab edilir. Lakin fövqəldövlətdən fərqli olaraq böyük 

dövlətlərin milli qüvvəsi həmişə milli təhlükəsizliyin bu və ya digər 

mühüm sektoru ilə məhdudlaşır. Onlardan fərqli olaraq fövqəldövlət 

hər hansı təhdid və çağırışlara qarşı çıxmaq üçün təhlükəsizliyin 

bütün əsas sektorlarında kifayət qədər güclüdür.  

Məlum olduğu kimi, ənənəvi realizm alyansların siyasətini 

dövlətlərin milli gücünün cəmləşdirilmiş siyasəti hesab edirdi. Lakin 

Aİ-də bu məsələdə hər şey tərsinədir. İttifaqın genişlənməsi onun 

ayrı-ayrı aktorlarının milli gücünü zəiflədir. Bir tərəfdən, dövlətlərin 



19 

 

çoxunun qərarların qəbulunda tələb olunan konsensus Aİ-nin taleyini 



həll edən adekvat və vaxtında siyasi qərarlar qəbul edilməsi prosesini 

ləngidir. Digər tərəfdən, iqtisadiyyatın inkişafı və Aİ ölkələrində 

korrupsiyaya qarşı mübarizənin səviyyələrində fərqlər ona gətirib 

çıxarır ki, güclü iqtisadiyyatlar İttifaqı irəliyə aparmaqdansa, daha çox 

zəiflər onu geriyə çəkir. Buna görə də Aİ-də bir neçə böyük dövlətin 

təmsil olunmasına baxmayaraq, vahid ittifaq onları gücləndirmək 

əvəzinə zəiflədir.  

Bu siyasət ABŞ-ın maraqlarına uyğundur, ABŞ Avrasiya 

məkanında hər hansı bir dövlətin üstünlüyünə yol verməməyə çalışır. 

Vaxtilə Prezident C.Karterin milli təhlükəsizlik məsələləri üzrə 

müşaviri olmuş Zbiqnev Bzejinski bu barədə birmənalı olaraq 

yazmışdı. Onun sözlərinə görə, Avropa inteqrasiyası ABŞ-ın 

mənafelərinə uyğundur. Çünki o, Almaniyanın və digər nüfuzlu 

oyunçuların iqtisadi qüdrətini Köhnə Dünyanın inteqrasiya layihələri 

içərisində əritməyə imkan verir.  

Qlobal qüvvələrin stratifikasiyasında Aİ-nin yerini müəyyən 

etmək üçün aktorun müharibələr, qeyri-ənənəvi risklər, iqtisadi 

böhranlar və onlardan uğurla çıxmaq səviyyəsi kimi müxtəlif 

təhdidlərə reaksiyasının effektivliyinin təhlili metodikasından da 

istifadə etmək olar.  

Bipolyar sistemin parçalanmasından sonra Aİ-nin üzləşdiyi ilk 

münaqişələrdən biri Yuqoslaviya böhranı oldu. Özlüyündə bu böhran 

və Aİ-nin həmin prosesdə fəaliyyəti göstərdi ki, təhlükəsizlik kimi 

taleyüklü sahədə NATO olmasa İttifaqın heç bir əhəmiyyəti yoxdur. 

Balkan böhranının gedişində strateji qərarlar qəbul edilməsində əsas 

rol oynayan Vaşinqton idi. Məsələn, 1995-ci il dekabrın 14-də 

Parisdə imzalanmış Deyton sülh sazişi Bosniya və Herseqovinada qan 



20 

 

tökülməsinə və müharibəyə son qoydu. Şübhəsiz ki, zorakılığın 



dayandırılmasında Qərb ölkələri böyük rol oynadılar. Lakin bizi daha 

çox maraqlandıran tarixə “Deyton diplomatiyası” adı ilə düşmüş bu 

diplomatiyanın xarakteridir. Bu diplomatiya ABŞ tərəfindən 

beynəlxalq normalara hörmətsizlik və təzyiq siyasətini açıq-aşkar 

nümayiş etdirən “qamçı və qoğal” prinsipinə əsaslanırdı. Deyton 

danışıqlarının nümayəndələrini uzun müddət danışıqlar zalından 

buraxmadılar, sözün hərfi mənasında şərt qoydular ki, əgər onlar 

razılığa gəlməsələr, heç kəs zaldan çıxmayacaq. Bəs, hər bir dövlətin 

suverenliyi prinsipi necə oldu? Bu hiddətləndirici və sərt yanaşma 

özlüyündə münaqişə tərəflərinin inandırılması və onların özlərinin 

qarşılıqlı məqbul və kompromis seçimə gəlməsi imkanı verilməsinə 

əsaslanan vasitəçiliyin məntiqinə zidd idi.  

Balkan böhranı ilə bağlı tarix təqribən iyirmi ildən sonra Ukrayna 

nümunəsində təkrarlandı. Lakin bu dəfə istər Aİ, istərsə də ABŞ hər 

hansı təsirli hərbi, siyasi və ya iqtisadi tədbir görmədi. Ukrayna 

faciəsinin kökü məhz Balkan münaqişəsindən başlanır. O vaxt Qərb 

ölkələri SSRİ-nin dağılması fonunda beynəlxalq hüquq normalarını, 

beynəlxalq hüququn subyektlərinin suveren hüquqlarını unudaraq 

kefləri istəyəni bəyan edirdilər.  

Qərb ölkələri tərəfindən düşünülməmiş addımlar atılmasını, ikili 

standartlar siyasətini və beynəlxalq hüquq normalarının təhrif 

olunmuş interpretasiyasını nümayiş etdirən daha bir nümunə 

Kosovodur. Brüsseldəki və Vaşinqtondakı siyasətçilər siyasi 

uzaqgörənlik nümayiş etdirməyi bacarmadılar və qabaqcadan görə 

bilmədilər ki, Balkanlarda siyasi xəritənin zorla dəyişdirilməsi və 

sesessiyanın leqallaşdırılması cəhdləri münaqişələrin daha da 

artmasına gətirib çıxara bilər və volyuntarist layihələrin müəlliflərinin 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə