Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix21.03.2018
ölçüsü0,53 Mb.
#32752
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

28 

 

Bu kontekstdə Aralıq dənizində boğulmuş suriyalı balaca Aylan 



Kürdinin ölümü xüsusi narahatlığa səbəb olub. Onun ailəsi müharibə 

və xaosdan yaxa qurtarmaq üçün Avropaya qaçmağa çalışırdı. Cəsədi 

Türkiyə sahillərinə atılmış bu körpənin fotosu sosial mediada yayıldı, 

qaçqınların qarşısında sərhədləri bağlayan Avropa kəskin tənqid 

edildi. Hətta buna baxmayaraq, söz azadlığının yalançı rəmzi olan, 

Məhəmməd Peyğəmbərin karikaturaları ilə bağlı qalmaqal sayəsində 

məşhurlaşmış “Charlie Hebdo” jurnalı həlak olmuş oğlanın təhqiramiz   

karikaturası ilə nömrə buraxıb.  

Azərbaycan Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü, o 

cümlədən söz azadlığı ilə bağlı öhdəliklərə riayət edilməsinin 

tərəfdarıdır, lakin uşağın ölümü ilə bağlı həqarət heç bir meyar üzrə 

qəbul edilə bilməz. Bizim anlamımızda bu, söz azadlığı deyil, ayrı-

seçkilik, ksenofobiya, islamofobiya, bəlkə də sadəcə həyasızcasına 

təhrikçilikdir. Aİ-də mənəviyyatın, ümumbəşəri dəyərlərin və sağlam 

ideyaların deqradasiyası göz qabağındadır.  

Harvard Universitetinin professoru Samuel Hantinqton 

“Sivilizasiyaların toqquşması” əsərində dünyanı müxtəlif mədəni-

sivilizasiya areallarına bölür və ümumbəşəri dəyərlərin beynəlxalq 

təşkilatlar tərəfindən necə arxa plana keçirilməsini izah edir. Onun 

pessimist baxışları ilə bəzi adamlar razılaşmasa da, bu əsər aktuallığı 

ilə fərqlənir.  

Dünyada baş verən hadisələrin obyektiv qiymətləndirilməsi 

göstərir ki, Hantinqtonun yanaşması öz təsdiqini tapmış bir sıra 

faktlarla bağlıdır. Məsələn, qitənin sərhədləri barədə Avropa İttifaqı 

və Avropa Şurası çərçivəsində aparılan müzakirələr göstərir ki, 

Avropa təsisatları xristian dəyərlərini açıq-aşkar üstün tuturlar.  




29 

 

Avropa siyasətində islamofobiya təzə trend deyil. Bu narrativ 



(qarşılıqlı əlaqəli hadisələrin sözlərin və ya obrazların ardıcıllığı 

şəklində ifadə edilməsi) səlib yürüşləri dövründən başlayaraq 

“özününkü-yad” qarşıqoyma prinsipinin köməyi ilə Avropada əsrlər 

boyu formalaşıb. Xatırladaq ki, Azərbaycan Avropa Şurasına qəbul 

edilərkən xristian demokratlar bu ölkədə müsəlman əhalinin üstünlük 

təşkil etdiyinə görə onu təşkilatın üzvləri sıralarında açıq-aydın 

görmək istəmirdilər. Türkiyə də artıq uzun illərdir ki, belə 

münasibətlə üzləşir. O, Avropa İttifaqına üzv olmaqdan ötrü müraciət 

edəndən sonra avropalı məmurların qəbulu üçün gözləmə zalını heç 

cür tərk edə bilmir. Ona üzvlük verilməsindən imtina edilməsi 

müxtəlif bəhanələrlə əsaslandırılır. Avropalı siyasi xadimlər, 

ekspertlər bu qeyri-müəyyənliyi vaxtaşırı olaraq onunla izah edirlər 

ki, Türkiyə müsəlman dövlətidir, buna görə də onun Aİ-yə daxil 

olması arzuedilməzdir.  

2000-ci illərin əvvəlində Avropa Konstitusiyası layihəsinin 

hazırlanması prosesində bu məsələ yenidən gündəliyə daxil edildi. 

Türkiyə layihənin hazırlanmasına namizəd ölkələr sırasında idi. Lakin 

layihəyə rəhbərlik edən Fransanın eks-prezidenti Valeri Jiskar d’Esten 

yenidən vurğuladı ki, Türkiyə əhalisi müsəlmanlardan ibarət olan 

dövlətdir, Avropaya daxil deyil və beləliklə, formal müzakirələr üçün 

zəmin yaratdı, Almaniyanın keçmiş kansleri Helmut Kolun “xristian 

klubu” haqqında ideyasını debatların kvintesensiyasına çevirdi. 

Bununla bərabər, layihəyə xristian dünyagörüşü modelini əks etdirən 

bəndlər daxil edilməsi təklif olunurdu. Təəccüblü deyil ki, bu halda 

ümumbəşəri dəyərlər dini mənsubiyyətdən asılı vəziyyətə qoyulur.  



30 

 

Avropa Azərbaycandan yüzilliklər boyu formalaşmış tolerantlıq, 



dini dözümlülük və multikulturalizm təcrübəsini əxz etsəydi, pis 

olmazdı.  

Aİ gələcəkdə necə olacaq? İndi bu suala cavab vermək çətindir. 

O, formal, yoxsa real ittifaq olacaq? Bugünkü mərkəzsizləşmə 

meyilləri onun tamamilə və ya qismən fraqmentasiyasına gətirib 

çıxaracaqmı? 

Azərbaycan Aİ-nin tərəfdaşı  kimi, onun bütün sahələrdə ardıcıl 

inkişaf etməsində maraqlıdır. Lakin bizim fikrimizcə, bu inkişaf çox 

cəhətdən Brüsselin Avropa inteqrasiyasının əsasını təşkil edən baza 

prinsiplərinə və ideyalarına nə dərəcədə riayət etməsindən və onun 

istər İttifaq daxilində, istərsə də İttifaq hüdudlarından kənarda ikili 

standartlar siyasətini aradan qaldırmağı bacarmasından asılı olacaq. 

Şübhəsiz ki, bunsuz Aİ 1990-cı illərin əvvəlində öz qonşularının 

nəzərində qazandığı cəlbedici imici bərpa edə bilməyəcək. 

İttifaqda əsaslı islahatların vaxtının çoxdan çatması danılmaz 

faktdır, bu gün Aİ rəsmilərinin əksəriyyəti bunu etiraf edir. Buna görə 

də cəsarətlə belə bir proqnoz vermək olar ki, Avropa İttifaqının 

gələcəyi çox cəhətdən ortamüddətli perspektiv üçün qəbul edilən 

siyasi qərarların adekvat, ölçülüb-biçilmiş və uzaqgörən olmasından 

asılıdır.  

 

2-ci fəsil. Aİ-nin postsovet məkanında ikili standartlar siyasəti 



 

Bugünkü reallıqlar göstərir ki, Avropa İttifaqı bu qurumun 

təməlini qoyanların ilkin ideya və hədəflərindən çox uzaqlaşıb. Bu isə 

Aİ üzvü olmayan ölkələrlə əməkdaşlıq proqramlarına mənfi təsir 

göstərir və bundan əlavə, tərəfdaşlarla əməkdaşlığı səmərəli inkişaf 



31 

 

etdirməyə imkan vermir. Aİ-nin “Şərq tərəfdaşlığı” layihəsinin kədərli 



aqibəti, Avropa Parlamentinin anti-Azərbaycan siyasəti, Dağlıq 

Qarabağ münaqişəsi və Azərbaycanda insan haqları məsələsində ikili 

standartlar buna sübutdur. 

 

1.Aİ-nin ilkin oriyentirlərinin itirilməsi 



 

“Şərq tərəfdaşlığı” konfliktogen layihə kimi 

 

Ukrayna böhranı, geosiyasi koordinatlar sistemində artmaqda 



olan xaos və beynəlxalq hüququn həll edilə bilməyən çoxlu 

münaqişələr qarşısında acizliyi bizi məcbur edir ki, bəşəriyyətə yeni, 

daha geniş miqyaslı sarsıntılar gətirə biləcək bugünkü gərgin 

vəziyyətin mənbələri barədə düşünək. Bəs bu pat vəziyyətinin 

yaranması hansı regional və qlobal miqyaslı təşəbbüslərin və 

hadisələrin nəticəsidir?  

Artıq bir neçə ildir ki, Aİ postsovet məkanındakı altı ölkə 

(Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) ilə 

xarici siyasəti “Şərq tərəfdaşlığı” layihəsi vasitəsilə həyata keçirir. Bu 

layihə 2008-ci ildə İttifaqın üzvü olan bir neçə Şərqi Avropa ölkəsinin 

təşəbbüsü ilə başlanıb. “Şərq tərəfdaşlığı” – Avropa İttifaqının fərqli 

sivilizasiyalar sərhədində qonşuluq siyasətinin tərkib hissəsi və 

davamıdır.  

Bu təşəbbüslə yanaşı Rusiya Federasiyası postsovet məkanında 

özünün inteqrasiya layihələrini fəallaşdırıb və Gömrük İttifaqı, 

Avrasiya İqtisadi İttifaqı kimi platformalar yaranıb. Nəticədə 2013-cü 

ilin sonunda “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti ərəfəsində iki 

inteqrasiya qütbünün – Qərbin və Şərqin sərt rəqabəti, opponentin 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə