Ramiz Mehdiyev Azərbaycan Respublikası



Yüklə 298,77 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü298,77 Kb.
#80119


 

Ramiz Mehdiyev 



Azərbaycan Respublikası  

Prezidenti Administrasiyasının rəhbəri,

 

Milli Elmlər Akademiyasının akademiki 



 

Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili 

 

Bakı, 12  iyul, AZƏRTAC 



2016-cı  il  iyunun  3-4-də  Bakıda,  Heydər  Əliyev  Mərkəzində 

Dünya  Azərbaycanlılarının  IV  Qurultayı  keçirilib.  Mühüm  ictimai-

siyasi  hadisə  olan  forum  həmvətənlərimiz,  bütün  Azərbaycan  xalqı 

üçün əlamətdar tədbirə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev 

qurultayı  açaraq  proqram  nitqi  ilə  çıxış  edib.  Prezident  qurultayı 

əlamətdar  hadisə  kimi  qiymətləndirərək  xüsusi  vurğulayıb  ki,  o, 

dünya  azərbaycanlılarının  birləşməsində,  onların  beynəlxalq 

geosiyasətin  inkişafı  istiqamətində  fəallaşmasında  mühüm  rol 

oynayır. Dövlət başçısı hədəfləri müəyyən edib və qarşıya həlli diaspor 

təşkilatlarının fəaliyyətini xeyli genişləndirəcək və yaşadıqları ölkədə 

onların sosial statusunu gücləndirəcək konkret vəzifələr qoyub. 

  

Təşəkkül yolunda  



Azərbaycan  diasporunun  inkişafının  başlanğıc  mərhələlərini 

səciyyələndirərkən qeyd edək ki, 1993-cü ilin iyununda hakimiyyətə 

qayıdan  Heydər  Əliyev  azərbaycanlıların  birləşməsi  probleminin 

prioritet  vəzifələrdən  biri  olduğunu  göstərib.  Ümummilli  Liderin 

“Azərbaycan 

bütün 


azərbaycanlıların 

Vətənidir” 

tezisi 

həmvətənlərimizin birləşməsinin və qarşılıqlı fəaliyyətinin əsası olub, 




 

onların səylərini və istəklərini Azərbaycan Respublikasının inkişafı və 



çiçəklənməsi üzərində cəmləşdirib. 

Ümummilli Lider istəyirdi ki, xalqımız özünün xüsusi missiyasını 

hiss  etsin,  bununla  da  həm  cəmiyyətin  rasional  quruluşu  haqqında 

milli  ideyaları,  həm  də  ümumbəşəri  dəyərləri  özündə  əks  etdirən 

spesifik 

ideologiyanın 

– 

azərbaycançılıq 



ideologiyasının 

formalaşmasına təkan versin. 

Azərbaycanlıların  ümumxalq  qüruru  olan  milli  ideyanın 

yaranmasını təkcə  onların  vahid ailədə  yaşayıb-yaratmaq  və  inkişaf 

etmək  tələbatı  deyil,  həm  də  tarixin  ən  yeni  mərhələsində 

Azərbaycanda  yaranmaqda  olan  ictimai-siyasi  quruluşun  təbii 

xarakterini əsaslandırmaq və sübut etmək zərurəti şərtləndirib. Bu da 

öz növbəsində milli ideyamızın spesifikasının özünü, sosial həyatda, 

ölkə vətəndaşlarının şüurunda onun yerini müəyyən edib.  

Beləliklə, artıq 1993-cü ilin ortalarından başlayaraq Azərbaycan 

rəhbərliyi  xarici  ölkələrdə  yaşayan  azərbaycanlıların  həyatına  və 

fəaliyyətinə böyük diqqət və qayğı ilə yanaşıb. Bütün bu illər ərzində 

dövlətimiz diaspor nümayəndələrinə imkan daxilində hər cür dəstək 

göstərməyə  çalışıb,  yaşadıqları  ölkələrdə  onların  təşkilatlanması, 

uyğunlaşması,  özlərini  inamlı  hiss  etməsi,  cəmiyyətdə  müvafiq 

mövqelər  tutması  və  tarixi  Vətənin  maraqlarına  xidmət  etməyi 

unutmaması üçün tədbirlər görüb.  

Amma həmişə belə olmayıb. Xüsusən sovet hakimiyyəti illərində. 

Dünyanın  müxtəlif  ölkələrində  yaşayan  azərbaycanlılar  rahat 

həyatdan məhrum olublar: bu, bir tərəfdən tarixi Vətən həsrəti, digər 

tərəfdən  öz  hüquqlarını,  Azərbaycanın  mənafeyini  müdafiə  etmək 

imkanının olmaması ilə bağlı idi.  




 

1991-ci  il  dekabrın  31-də  Ümummilli  Lider  tərəfindən  Dünya 



Azərbaycanlılarının  Həmrəylik  və  Birlik  Günü  təsis  edilib.  Bu  qərar 

Heydər  Əliyevin  sədri  olduğu  Naxçıvan  Muxtar  Respublikasının  Ali 

Məclisinin tarixi iclasında qəbul edilib.  

2001-ci  il  Azərbaycan  diasporunun  təşkili  işində  növbəti 

mühüm mərhələ olub. Həmin il müasir müstəqil Azərbaycanın banisi 

Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı 

keçirilib. Prezident Heydər Əliyev dərin məzmunlu nitqlə çıxış edərək, 

diaspor  təşkilatlarının  fəaliyyət  proqramını,  habelə  Azərbaycanın 

ictimai və dövlət təsisatlarının diasporla sıx əlaqələrinin qurulmasına 

dair vəzifələrini müəyyən edib. 

Ümummilli Lider hesab edirdi ki, “...hər bir millət, hər bir xalq 

yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində 

yaşaya bilməz... Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli 

mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli mənəvi 

dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız, 

incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza 

mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından 

asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın.  

Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar, – 

mən azərbaycanlılar haqqında danışıram, - gərək, yaşadıqları ölkədə, 

yenə  deyirəm,  o  şəraiti  mənimsəyərək,  orada  özləri  üçün  yaxşı 

mövqelər  tutsunlar.  Ancaq  daim  öz  milli  mənəvi  dəyərlərinə,  milli 

köklərinə  sadiq  olsunlar.  Bizim  hamımızı  birləşdirən  məhz  bu 

amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq 

ideyasıdır...  Azərbaycançılıq  öz  milli  mənsubiyyətini  qoruyub 

saxlamaq, milli mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda 

onların  ümumbəşəri  dəyərlərlə  sintezindən,  inteqrasiyasından 



 

bəhrələnmək  və  hər  bir  insanın  inkişafının  təmin  olunması 



deməkdir”

1

.



 

Heydər Əliyev diaspor üzvlərinə tövsiyə edirdi ki, xarici ölkələrdə 

yaşayan  həmvətənlərimiz  öz  ölkəsinin  ictimai-siyasi  həyatında 

müvəffəqiyyət qazansınlar, təsir və nüfuz sahibi olsunlar və başlıcası 

- öz milli mənşəyini və köklərini unutmasınlar.  

Ümummilli Liderin çağırışı ilə bütün dünyada həmvətənlərimizin 

ictimai-mədəni təşkilatlarının yaradılmasına başlandı.  Ümumiyyətlə, 

2000-ci  ilədək  Azərbaycan  diaspor  təşkilatlarının  sayının  sürətlə 

artması  və  onların  institusionallaşması  müşahidə  olunur.  Müxtəlif 

diaspor  təşkilatları  arasında  əlaqələri  yaxşılaşdırmaq  üçün 

əlaqələndirmə  mərkəzlərinin  yaradılmasına  başlanıb.  Azərbaycan 

diasporunun fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə 2002-ci 

ildə  Xarici  Ölkələrdə  Yaşayan  Azərbaycanlılarla  İş  üzrə  Dövlət 

Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adlanır) yaradılıb. 

Nəticədə  diaspor  təşkilatlarının  təşəkkülü  və  formalaşması  prosesi 

daha geniş vüsət alıb.  

Artıq  formalaşan  diaspor  təşkilatları  Heydər  Əliyevin  səyləri, 

onun  müxtəlif  ölkələrdə  yaşayan  azərbaycanlılara  çağırışları  və 

müraciətləri  sayəsində  Azərbaycan  haqqında  doğru-dürüst 

informasiyanın  yayılmasına  və  xarici  ölkələrdə  respublikanın 

nüfuzunun möhkəmlənməsinə yönələn fəaliyyətlərini nəzərəçarpacaq 

dərəcədə  genişləndirdilər.  2001-ci  ildə  dünyada  artıq  218  belə 

təşkilat fəaliyyət göstərirdi.  

                                                           

1

  Dünya  Azərbaycanlılarının  Qurultayında  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  nitqi. 



Bakı, 9 noyabr 2001-ci il. 

 



 

Yuxarıda deyilənlər göstərir ki, Prezident Heydər Əliyevin səyləri 



hədər  getmədi,  Azərbaycan  diasporunun  fəaliyyəti  məzmunlu 

xarakter  daşımağa  başladı  və  bu  da  dünya azərbaycanlılarının  milli 

birliyinin əldə edilməsi üçün möhkəm zəmin yaratdı.  

Bu gün Heydər Əliyevin təcrübəsindən istifadə olunması və bu 

təcrübənin inkişaf etdirilməsi Azərbaycan diasporunun fəaliyyətində 

üstünlük təşkil edir. Bu baxımdan çox müsbət nəticələr əldə olunub. 

Başlıcası isə Prezident İlham Əliyev əsası Ümummilli Lider tərəfindən 

qoyulan ənənələri bilavasitə özü uğurla reallaşdırır və davam etdirir, 

xarici ölkələrdəki həmvətənlərimizin həyat fəaliyyəti ilə bağlı olan bir 

sıra istiqamətlər üzrə yenilənmiş konseptual yanaşma həyata keçirir. 

Dövlət  başçısının  siyasəti  xarici  ölkələrdəki  azərbaycanlıların  sıx 

birləşməsinə,  onların  respublikamızın  vətəndaşları  ilə  həmrəy 

olmasına  istiqamətlənib.  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan 

Prezidentinin  bu  prinsipial  mövqeyi  gözlənilən  nəticələr  verir. 

Azərbaycan diasporunun üzvləri və onların təmsil etdikləri təşkilatlar 

yaşadıqları ölkələrdə sanballı rol oynayır, Vətən ilə daim sıx əlaqələr 

saxlayırlar.  

 

Müasir geosiyasi trendlər və Azərbaycan  



diasporunun vəzifələri 

 

Bundan  başlayım  ki,  müasir  geosiyasi  şəraitdə  Azərbaycan 



diasporunun  məqsəd  və  vəzifələrini  Prezident  İlham  Əliyev 

Qurultaydakı çox məzmunlu və proqram xarakterli nitqində müəyyən 

edib.  Şübhəsiz  ki,  Prezidentin  Dünya  Azərbaycanlılarının  IV 

Qurultayındakı  nitqində  qaldırdığı  problemlərin  həlli  diaspor 

təşkilatlarının  fəaliyyətini daha  mütəşəkkil və  məqsədyönlü  edəcək. 



 

Bütün  bu  problemlər  müasir  dünyanın  inkişaf  meyilləri  ilə  əlaqəli 



olduğu üçün onların həlli aktualdır.   

Vurğulamaq  lazımdır  ki,  son  illər  dövlət  Azərbaycan 

diasporunun təşəkkülü və möhkəmlənməsi istiqamətində böyük işlər 

görüb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanda 15 il 

ərzində  diaspor  təşkilatları  ilə  qurulan  iş,  əlaqələr  tam  yeni  bir 

vəziyyətə  gətirib  çıxardı.  Bu  gün  biz  dünyanın  müxtəlif  yerlərində 

istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə 

daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik”

2



Prezident  xarici  ölkələrdəki  həmvətənlərimizi  Vətənə  yaxın 



olmağa,  daim  onun  barəsində  düşünməyə,  qayğı  və  maraqları  ilə 

yaşamağa çağırır. Azərbaycan diasporunun üzvləri harada olurlarsa-

olsunlar,  respublikanın  tərəqqisi  onlarda  sonsuz  qürur,  milli 

müvəffəqiyyəti  şəxsi  töhfəsi  ilə  artırmaq  və  inkişaf  etdirmək  hissi 

doğurmalıdır.  Öz  xalqının  və  Vətəninin  qarşısında  yüksək  borc  və 

məsuliyyət hər bir azərbaycanlının həyatının və taleyinin leytmotivinə 

çevrilməlidir.  

Bir çox azərbaycanlı öz taleyini müxtəlif ölkələrlə bağlayıb. Bəzi 

məlumatlara  görə,  hazırda  dünyada  50  milyona  yaxın  azərbaycanlı 

yaşayır. Məsələn, İranda təqribən 40 milyon, Türkiyədə təxminən 3 

milyon, Rusiyada 1,5 milyon, ABŞ-da 450 min, Ukraynada 450 minə 

yaxın,  SSRİ  dövründə  Gürcüstanda  təqribən  500  min  (hazırda 

Gürcüstanın məlumatına görə, 280 min), Qazaxıstanda 300 min və s.  

Odur ki, azərbaycanlıların xarici ölkələrdəki təmsilçiliyi Vətəndə 

yaşayanlara  nisbətdə  çox  sanballı  görünür.  Odur  ki,  Azərbaycan 

                                                           

2

 Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında nitqi. AZƏRTAC. 



http://azertag.az/

. 3 iyun 

2016-cı il. 

 



 

diasporunun fəaliyyəti, həmvətənlərimizin həyatında onun əhəmiyyəti 



ciddi təsir bağışlayır. 

Prezident İlham Əliyev öz nitqində diaspor təşkilatlarının gələcək 

fəaliyyəti,  onların  missiyası,  işinin  xüsusiyyətləri,  səmərəli  fəaliyyət 

şəraiti ilə bağlı dəyərli ideyalar səsləndirib. Dövlət başçısı “...dünyada 

yaşayan  azərbaycanlılar  öz  tarixi  Vətənləri  ilə  əlaqələri  heç  vaxt 

kəsməsinlər... Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini 

daha  da  rahat  hiss  edəcəklər.  Belə  olan  halda  Azərbaycan  dövləti 

onlara  daha  da  böyük  dəstək  verə  biləcək”

3

  sözləri  ilə  diaspor 



təşkilatlarının üzvlərini daha fəal həyat tərzi sürməyə çağırıb.  

Prezident  bu  fikri  vurğulamaqla  diaspor  təşkilatlarına,  xarici 

ölkələrdə  yaşayan  azərbaycanlılara  xatırladır  ki,  Vətən  onlara  inam 

hissi, həyat gücü və ruh yüksəkliyi bəxş edən mənəvi qaynaqdır. Buna 

görə  də  dövlət  başçısı  Qurultay  iştirakçılarına  müraciət  edərək 

vurğulayır: “Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da 

böyük  mövqelərə  nail  ola  bilsinlər.  Yaşadıqları  ölkələrin  ictimai, 

siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”

4



Bu,  xarici  ölkələrdəki  həmvətənlərimizin  daha  məzmunlu 



fəaliyyətinin təşkili məqsədilə təkcə onların qarşısında deyil, həm də 

Azərbaycanın  dövlət  orqanlarının  qarşısında  qoyulan  konkret 

vəzifədir. 

Bu 


fikirlər 

respublikanın 

xarici 

ölkələrdəki 



həmvətənlərimizə  hər  cür  dəstək  göstərməyə  qadir  olan  ictimai 

təşkilatlara  da  ünvanlanır.  Bütün  səviyyələrdən  olan  “hakimiyyət 

strukturlarının”, 

cümlədən 



 

Prezident 

Administrasiyası 

təmsilçilərinin,  Milli  Məclisin  deputatlarının,  şəhərlərin,  paytaxtın 

                                                           

 

3



 AZƏRTAC. 

http://azertag.az/

. Yenə orada. 

4

 AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 

 



 

rayonlarının,  habelə  regionların  icra  hakimiyyəti  başçılarının  və 



əlbəttə,  Diasporla  İş  üzrə  Dövlət  Komitəsinin  diaspor  üzvlərinin 

müxtəlif  problemlərlə  bağlı  müraciətlərini  qəbul  etmək  və  başa 

düşmək,  lazım  gəldikdə  onlara  daha  əhəmiyyətli  sosial-hüquqi 

dəstək  göstərmək,  o  cümlədən  ailə-məişət,  sanatoriya-kurort 

müalicəsi, idman-turizm istirahəti məsələlərinin və s. həllində kömək 

etmək vəzifəsi də elə bundan ibarətdir.   

Müvafiq 

idarələrin 

nümayəndələri 

müraciət 

edən 

həmvətənlərimizi  özlərindən  uzaqlaşdırmamalı,  yaxud  bezdirib 



qaçırmamalı, əksinə, həvəsləndirmək, kömək etmək məqsədilə onlara 

həssaslıqla  və  diqqətlə  yanaşmalı,  bunun  üçün  zəruri  səylər 

göstərməlidirlər.  Bu  məsələ  istər  “yerli  instansiyaların”,  istərsə  də 

bütövlükdə  dövlət  orqanlarının  diqqət  mərkəzində  ola  bilər  və 

olmalıdır.  Azərbaycan  Prezidenti  həmin  məsələlərdə  örnək 

göstərərək, bu  fəaliyyəti  hər  vəchlə  dəstəkləyir  və  təşkil  edir,  onun 

inkişafı üçün zəruri səylər göstərir, diaspor üzvlərinin müraciətlərinə 

operativ reaksiya verir, onlarla əlaqədar işlərin mahiyyətinə varır.  

Bu da aydındır ki, istər ölkədə, istərsə də xaricdə  Azərbaycanın 

milli mədəniyyətinin, dini və tarixi ənənələrinin, incəsənətinin təbliği 

üzrə daim ardıcıl iş aparmaq, diasporumuzun üzvləri, eləcə də arzu 

edən  hər  kəs  üçün  milli  bayramlarımızın,  xatirə  gecələrinin 

keçirilməsini  təşkil  etmək,  Azərbaycan  haqqında  mümkün  qədər 

geniş informasiya, o cümlədən Ermənistan-Azərbaycan qoşunlarının 

təmas xəttində vəziyyət haqqında məlumat təqdim etmək, müxtəlif 

ictimai-siyasi  mərhələlərdə  xalqımızın  demokratiya  və  müstəqillik 

uğrunda çətin mübarizəsindən söz açmaq əhəmiyyətlidir.  

Azərbaycana gələn diaspor üzvləri respublikamızda ən yüksək 

səviyyədə  təşkil  olunan  beynəlxalq  forumlardan  tutmuş  sanki  lokal 



 

görünən, bununla belə, heç də az maraq və əhəmiyyət kəsb etməyən 



hadisələrədək, demək olar, hər şeyə maraq göstərirlər. Axı xaricdəki 

həmvətənlərimiz yaşadıqları ölkələrin vətəndaşları olsalar da, onların 

çoxu özlərini ilk növbədə azərbaycanlı sayır və öz Vətəninin həyatı ilə 

yaşamaq  istəyirlər.  Həmvətənlərimizə  hər  cür  ehtiram  göstərmək, 

onları layiqincə qəbul etmək gücümüz və səlahiyyətimiz daxilindədir.  

Bundan  başqa,  respublikaya  gələn  diaspor  üzvləri  turizmin 

inkişafı nöqteyi-nəzərindən də Azərbaycan üçün xüsusi maraq kəsb 

edirlər.  Axı  onlar  doğma  torpaqda  qonaqpərvərlik  və  mehribanlıq 

gördükləri üçün respublikaya bir kərə deyil, dəfələrlə həm şəxsi, həm 

də  ictimai  səfərlər  edəcək,  üstəlik,  ölkəmiz  barəsində  əcnəbi  

dostlarına və həmkarlarına danışacaq, onları  Azərbaycana gəlməyə,  

onun  özünəməxsusluğunu  və  bənzərsizliyini  əyani  görməyə  dəvət 

edəcəklər. 

Prezident  İlham  Əliyev  bu  barədə  deyib:  “Bir  məsələyə  də 

toxunmaq  istəyirəm.  Azərbaycanlılar  dünyada  özlərini  həmişə  öz 

Vətəninə  bağlı  insanlar  kimi  göstəriblər.  Bu  gün  də  bu,  belədir. 

Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç 

olmasa,  ildə  bir  dəfə  Azərbaycana  gəlsin.  Birincisi,  ona  görə  ki, 

Vətənlə  əlaqələr  qırılmasın.  İkincisi,  ona  görə  ki,  Azərbaycanın 

müxtəlif yerlərində çox gözəl şərait yaradılıb.  

Bakı  şəhərində,  bölgələrimizdə  istirahət  üçün  gözəl,  müasir 

otellər, istirahət zonaları var. Hesab edirəm ki, Azərbaycan indi dünya 

miqyasında  öz  imkanlarını  ortaya  qoyur.  Bunun  əlbəttə  ki,  ölkə 

iqtisadiyyatına da xeyri olacaq. Çünki hazırda biz turizm sektorunu 

sürətlə inkişaf etdiririk. Bu sektoru daha da sürətlə inkişaf etdirmək 

üçün vizalarla bağlı çox ciddi islahatlar aparılır və görürük ki, hazırda 

Azərbaycana  gələn  turistlərin  sayı  getdikcə  artır.  Əlbəttə  ki,  biz 



10 

 

onların  arasında  dünya azərbaycanlılarını da  görmək istəyirik.  Əgər 



xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən 

azı bir dəfə Azərbaycana gəlsə, bu, çox yaxşı olar”

5



Həqiqətən  də  bir  vaxtlar  Vətənimizin  hüdudlarını  tərk  etmiş 



həmvətənlərimizin  çoxu  getdikcə  daha  tez-tez  respublikaya  gəlir, 

bəzən  isə  həmişəlik  qayıdırlar.  Müxtəlif  səbəblər  üzündən  Vətəni 

tamamilə  atıb  getməyi  və  qürbətdə  assimilyasiya  olunmağı 

bacarmayan  həmvətənlərimiz  mühüm  hadisələrin  –  Yeni 

Azərbaycanın quruculuğunun (sakral ifadəni yada salaq: “Soruşma ki, 

ölkən  sənin  üçün  nə  edib,  soruş  ki,  sən  özün  ölkən  üçün  nə  edə 

bilərsən”) iştirakçılarına çevrilməyin zəruriliyini hiss edirlər. Diaspor 

üzvləri Azərbaycana çox vaxt əliboş deyil, maliyyə vəsaiti və heç də 

az əhəmiyyət daşımayan konversiya edilən biliklər şəklində sanballı 

baqajla, sərmayələrini sürətlə inkişaf edən respublika iqtisadiyyatına 

yatırmağa hazır gəlirlər. Belə bir deyim var: ölkə nə qədər varlıdırsa, 

onun diasporu o qədər güclüdür və əksinə. 

Prezident öz nitqində Azərbaycan diasporunun tarixi və ictimai-

siyasi missiyasının əhəmiyyətini vurğulayaraq, diqqəti iqtisadiyyat və 

bizneslə  məşğul  olan  təşkilatların  rolu  üzərində  cəmləşdirib,  onları 

xarici  ölkələrdəki  həmvətənlərimizi  başqa  məsələlərlə  bərabər,  cari 

iqtisadi məsələlərin, respublikanın maliyyə durumunun da müzakirə 

və  həll  olunduğu  mötəbər  tədbirlərin  çoxunda  fəal  iştiraka  cəlb 

etməyə çağırıb. Son illər bu istiqamətdə mühüm irəliləyişlər baş verib.  

Azərbaycan  hamıya  açıq  dövlətdir.  Hər  bir  biznesmen  buraya 

rahatca  sərmayə  yatırıb  biznesini  inkişaf  etdirə  bilər.  Bunun  üçün 

hazırda  ölkəmizdə  ictimai-siyasi  sabitlik  və  əlverişli  qanunvericilik 

                                                           

5

 AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 

 



11 

 

mövcuddur.  Biznes  subyektlərində  yoxlamalar  iki  il  müddətinə 



dayandırılıb,  bürokratik  süründürməçiliyi  aradan  qaldırmaq 

məqsədilə  biznes  aparmaq  üçün  verilən  lisenziya  və  icazələrin  sayı 

dəfələrlə azaldılıb.  

Fəaliyyətinin əhəmiyyətli hissəsi iqtisadiyyatla, biznes mühiti ilə 

bağlı  olan  Azərbaycan  diasporu  bu  sektorun  inkişafında  xüsusi  rol 

oynayır. Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycanlılar müxtəlif 

ölkələrdə  böyük  biznes  imkanlarına  malikdirlər.  Mən  bunu 

alqışlayıram,  bu,  çox  müsbət  haldır.  Bu,  xalqımızın  iqtisadi 

imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan iş adamları 

Azərbaycandakı  qohumlarına  da  kömək  göstərirlər.  Bu  da  burada 

yaşayanlar üçün çox önəmlidir. Əlbəttə, mən çox istərdim ki, xaricdə 

yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar”

6



Azərbaycanda  gözəl  investisiya  mühiti  yaradılıb,  çox  yaxşı 



biznes-mühit  mövcuddur.  Məsələn,  Prezidentin  ilin  əvvəlindən 

imzaladığı sərəncamlar,  fərmanlar nəticəsində bu  istiqamətdə  ciddi 

dönüş  yaranıb.  Bütün bürokratik  əngəllər  aradan qaldırılır,  şəffaflıq 

tam təmin olunur. Orta və kiçik biznes canlanıb, bazar əvvəllər ölkədə 

istehsal  olunmayan  müxtəlif  növ  mallarla  dolur.  Bütün  bunların 

nəticələrini  gündəlik  həyatımızda  görürük.  Biz  bunu  nüfuzlu 

beynəlxalq  maliyyə  qurumlarının  hesabatlarında  və  bəyanatlarında 

görürük. Bu  gün Azərbaycan dünyada  investisiya  yatırmaq üçün  ən 

cəlbedici ölkələrdən biridir.  

Prezident  bəyan  edib:  “Bir  daha  demək  istəyirəm  və  xüsusilə 

böyük  maliyyə  imkanlarına  malik  olan  azərbaycanlı  iş  adamlarına 

müraciət  etmək  istəyirəm:  Azərbaycana  sərmayə  qoyun.  Müxtəlif 

                                                           

6

  AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 

 



12 

 

sahələrə,  xüsusilə  iqtisadiyyatın  real  sektoruna,  kənd  təsərrüfatı, 



sənaye,  turizm,  yüksək  texnologiyalar  sektorlarına.  Bütün  bu 

sektorlar  sürətlə  inkişaf  edir  və  bu  sektorlara  qoyulan  sərmayə 

batmır”

7

.  



Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  iqtisadiyyatı  başlanğıcını 

2008-ci ildən götürən dünya böhranına davamlı olduğunu göstərdi. 

Son  iki  ildə  neftin  qiymətlərinin  aşağı  düşməsi  və  dünya 

iqtisadiyyatının  qeyri-sabit  olması  hökuməti  “Azərbaycan  2020: 

gələcəyə baxış”  İnkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlərin 

sürətlə reallaşmasına səfərbər edib. Bütövlükdə bu Konsepsiya qeyri-

neft  sektorunun  əhəmiyyətli  dərəcədə  inkişafına  yönəlib.  İnsanların 

həyat keyfiyyətinin daim yaxşılaşdırılması onun əsas bölmələrindən 

biridir.  

Bu  gün  təcrübəli  mütəxəssislər  tərəfindən  ölkənin  iqtisadi 

inkişaf konsepsiyasının hazırlanması üzrə böyük iş aparılır. Bu iş ayrı-

ayrılıqda  hər  bir  şəhərin  və  rayonun  şəraitini  və  lazımi  ehtiyatlarını 

nəzərə almaqla, onların iqtisadiyyatının inkişafını nəzərdə tutur.  

Milli  iqtisadiyyat  və  onun  əsas  sektorları  üzrə  strateji  yol 

xəritəsinin 

hazırlanmasının 

birinci 

mərhələsi 

çərçivəsində 

iqtisadiyyatın 11 sektorunun inkişafı üzrə dünya təcrübəsi öyrənilib 

və  on  kitab  nəşr  edilib,  tanış  olmaları  və  öz  fikirlərini  bildirmələri 

məqsədilə  müvafiq  strukturlara  göndərilib.  Bu  kitablarda 

iqtisadiyyatın ayrı-ayrı sektorlarının inkişafı üzrə dünyanın ən yaxşı 

təcrübəsi əksini tapıb.  

Hazırda  strateji  yol  xəritəsinin  yaradılmasının  ikinci  mərhələsi 

üzərində iş başlayıb. İkinci mərhələ çərçivəsində reallaşması iqtisadi 

                                                           

7

  AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 

 



13 

 

sektorların  inkişafını  nəzərdə  tutan  konkret  layihələr  müəyyən 



olunacaq.  

Strateji  yol  xəritəsində  industrial  və  innovativ  inkişafa  xüsusi 

diqqət yetirilir. Sənayenin üç əsas sektoru – neft-qaz və kimya; ağır 

sənaye;  maşınqayırma  sektorları  seçilib.  Toxuculuğun,  qida 

sənayesinin və yüngül sənayenin digər istiqamətlərinin, kiçik və orta 

sahibkarlığın inkişafı da nəzərdə tutulub.  

Dövlət  başçısı  xarici  sərmayələr  cəlb  edilməsi  ilə  kooperativ 

idarəetmə sisteminin inkişafına xüsusi diqqət yetirməyi tapşırıb.  

Sənayeləşmənin  yeni  mərhələsi  regionlarda  sənayenin 

innovativliyi və inkişafı, ekoloji təhlükəsizliyə riayət olunması, yeni iş 

yerlərinin yaradılması, istehsal edilən məhsulun keyfiyyətinin və ixrac 

potensialının artırılması ilə xarakterizə olunur.  

Yaxın həftələr ərzində Neftçala Sənaye Məhəlləsi işə başlayacaq. 

Burada  400-ə  yaxın  adam  çalışacaq.  Sumqayıt  Kimya  Sənaye, 

Balaxanı,  Mingəçevir  Yüksək  Texnologiyalar  parklarında  intensiv  iş 

aparılır.  Parkların  investisiya  cəlbediciliyini  artırmaq  üçün  onların 

rezidentləri 7 il müddətinə gəlir, torpaq və əmlak vergisindən azad 

edilib.  Bununla  bərabər,  parklarda  istifadə  olunan  avadanlıq  və 

texnologiyalar da əlavə dəyər vergisindən (ƏDV) azad ediliblər.  

Dövlət  ölkədə  biznesin  aparılmasını  və  xarici  sərmayənin 

yatırılmasını  daha  da  asanlaşdırmaq  üçün  təsirli  tədbirlər  görür. 

Məsələn, əhaliyə dövlət dəstəyi göstərilməsi sahəsində “ASAN xidmət 

indeksi”nin  yaradılması  bürokratik  süründürməçiliyi  aradan 

qaldırmağa kömək edəcək. Agentlik həyata keçirilən hər bir aksiyanın 

qiymətini  “ASAN  xidmət  indeksi”  reyestrində  yerləşdirəcək,  habelə 

görülən  tədbirlər  barədə  hər  il  dövlət  başçısına  hesabat  verəcək. 




14 

 

Beləliklə, dövlət əhaliyə göstərilən xidmətlərin keyfiyyətini  artırmağa 



ümid bəsləyir.  

Azərbaycan Prezidenti İlham Əliyevin əcnəbi vətəndaşların viza 

almalarını  asanlaşdırmaq  məqsədilə  bu  günlərdə  imzaladığı  “ASAN 

Viza” sisteminin yaradılması haqqında Fərmanı da qeyd etmək olar. 

Bu sistem işə başlayandan sonra əcnəbilər elektron vizanı evlərindən 

çıxmadan  cəmi  3  gün  ərzində  ala  biləcəklər.  Sözsüz  ki,  bu  islahat 

turizmin  inkişafına  ciddi  təkan  verəcək,  xarici  biznesmenlərin  və 

sərmayədarların gözündə respublikanın cəlbediciliyini gücləndirəcək.  

Okeanın  o  biri  tayında,  Avropada,  yaxud  dünyanın  hər  hansı 

digər ölkəsində yaşamasından asılı olmayaraq, hər bir həmvətənimiz 

vaxtı  çatmış  milli  problemlərin  həllində,  müstəqil  Azərbaycanın 

inkişafı  prosesində  iştirak  edə  bilər.  Bu,  ilk  növbədə  dünyada 

Azərbaycanın  nüfuzunu  artırmaq,  Azərbaycan  iqtisadiyyatına 

maksimum  xarici  sərmayə  yatırmaq,  “Qarabağ  problemi”ni  bundan 

sonra  da  miflərdən  azad  etmək,  respublikamızın  uğurlu  inkişafı  ilə 

bağlı bir çox digər məsələləri həll etmək üçün lazımdır.  

“Yerlərdə”  diaspor  təşkilatlarının  fəallığı  xeyli  dərəcədə 

ölkəmizin  səfirliklərinin  bacarıqlı,  peşəkar  fəaliyyəti  ilə  bağlıdır. 

Dövlət  başçısı  çıxışında  vurğuladığı  kimi  “...

bizim  xarici  ölkələrdə 

fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar... Mən 

xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər 

bir  çıxışda  xüsusilə  bu  mövzuya  toxunuram  ki,  onlar  diaspor 

təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər 

arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki 

bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız 

istəyirik ki, Azərbaycan daha da güclənsin

8



                                                           

8

  AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 




15 

 

Müxtəlif  diaspor  təşkilatları  arasında  qarşılıqlı  fəaliyyətin, 



konsensusun  əhəmiyyəti  heç  də  az  aktuallıq  kəsb  etmir.  Prezident 

İlham Əliyev öz nitqində həmvətənlərimizi bir-biri, başqa millətlərin 

və  xalqların  nümayəndələri  ilə  sıx  ünsiyyət  saxlamağa  çağıraraq, 

bunun zəruri olduğunu bildirib.  

Amma  Prezidentin  qeyd  etdiyi  kimi,  diasporların  fəaliyyətində 

uğurlarla yanaşı, ciddi problemlər də var: “

Qeyd etdiyim kimi, xaricdə 

bizim  462  diaspor  təşkilatımız  var.  Bu,  özlüyündə  onu  göstərir  ki, 

azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. 

Əlbəttə,  bu  təşkilatlar  arasında  koordinasiya  işi  aparılmalıdır,  birlik, 

həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri 

ilə  rəqabət  aparırlar.  Əgər  bu,  sağlam  rəqabətdirsə,  mən  bunu  ancaq 

alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə 

daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz 

birliyimizdədir...

  

Əgər  xarici  ölkələrin  ictimaiyyəti  görsə  ki,  Azərbaycan  diaspor 



təşkilatları  bir-biri  ilə  yola  getmirlər,  bir-birinin  əleyhinə  fəaliyyət 

göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox 

deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum 

və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün 

azərbaycanlılar,  onların  böyük  əksəriyyəti  vətənpərvərdirlər,  Vətənə 

bağlıdırlar.  Onlar  istəyirlər  ki,  Azərbaycan  dövləti  daha  da  güclənsin, 

daha  da  qüdrətli  dövlətə  çevrilsin”

9

.  Odur  ki, 



istər  respublikanın 

daxilində,  istərsə  də  onun  hüdudlarından  kənarda  olan 

azərbaycanlılar  hər  hansı  ixtilaf  və  anlaşılmazlıq,  xüsusən  də 

                                                           

9

 AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 

 

 



16 

 

qarşıdurma və toqquşma hallarından qaçmalı və belə halların qarşısını 



almalıdırlar.  

Diasporumuz  mövcud  problemlərin  həllində  başqa  diaspor 

təşkilatları  ilə  alyanslar  strategiyasından  geniş  istifadə  etməlidir. 

Türkiyə  diasporu,  habelə  başqa  ölkələrin,  o  cümlədən  postsovet 

respublikalarının  diasporları  ilə  əməkdaşlıq  bu  baxımdan  daha 

səciyyəvidir.  Belə  ki,  Türkiyə  diasporu  ictimai-siyasi  aksiyaların, 

mədəniyyət 

və 


matəm 

tədbirlərinin, 

məsələn, 

Xocalıda  

azərbaycanlıların 

soyqırımına 

həsr 

olunmuş 


tədbirlərin 

keçirilməsində  bizimlə  daim  birlik  nümayiş  etdirir,  bizə  dəstək 

göstərir  və  iştirak  edir,  bizim  diasporumuz  isə  onları  Türkiyə 

hökumətinə  siyasi  təzyiq  vasitəsi  kimi  istifadə  olunan  qondarma 

“erməni  soyqırımı”nın  süni  şişirdilməsinə  qarşı  mübarizədə 

dəstəkləyir.  

Prezident Azərbaycan həqiqətləri haqqında geniş informasiyanı 

dünya  ictimaiyyətinə  çatdırmaq  vəzifəsini  qarşıya  qoyur:  “

Biz  dövlət 

olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey 

asılıdır.  Xüsusilə  biz  bunu  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük... Erməni 

diasporu  uzun  illərdir  ki,  dünyada  bizə  qarşı  çox  çirkin  kampaniya 

aparır”


10

.

  Əlbəttə,  əsas  məqsəd  budur:  “



Azərbaycanı  qaralasınlar, 

Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, “blokada” şəraitində 

olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan, 

uydurma məlumatları sızdırsınlar... 

                                                           

 

10



 AZƏRTAC. 

http://azertag.az/

. Yenə orada. 

 



17 

 

Əgər  belə  olmasaydı,  1992-ci  ildə  ABŞ  Konqresi  o  məlum  və 



mənfur  907-ci  düzəlişi  qəbul  etməzdi.  Təsəvvür  edin,  Ermənistan 

Azərbaycan torpaqlarını zəbt edir, Xocalı soyqırımını törədir, insanları 

didərgin  salır,  etnik  təmizləmə  aparır,  ABŞ  Konqresi  “Azadlığa  dəstək 

aktı”na  düzəliş  qəbul  edir  ki,  Azərbaycan  Amerika  dövlətinin  birbaşa 

yardımından məhrum edilməlidir... Bundan cəfəng və riyakar qətnaməni 

bəlkə heç bir parlament görməyib”

11



Bütün  bunlar  ona görə  baş verib  ki,  “



erməni lobbisinə  aid  olan 

satqın, rüşvətxor konqresmenlər, - bəziləri bu çirkin missiyanı hələ də 

davam  etdirir,  -  belə  bir  yalanı  ortaya  atıblar.  Azərbaycan  isə  sadəcə 

olaraq susub. O vaxt bizim diasporumuz da yox idi. Azərbaycanı idarə 

edənlər də, ümumiyyətlə, heç bilmirdilər ki, idarəçilik nədir. Ona görə 

ölkəni  belə  uçurum  kənarına  qoydular  və  vətəndaş  müharibəsinə 

başladılar”

12

.



 

Gələcəkdə  belə  presedentlərə  yol  verməmək  üçün  yaşadığı 

ölkələrin  müxtəlif  hakimiyyət  orqanlarında  diasporumuzun 

təmsilçiliyini genişləndirmək strateji əhəmiyyət kəsb edir. Prezident 

İlham Əliyev öz nitqində bu barədə birmənalı şəkildə bildirib: “

Bir daha 

qeyd etmək istəyirəm ki, dövlət, hökumət, qanunvericilik orqanlarında 

Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Hesab 

edirəm  ki,  bu  sahədə  hələ  görüləsi  işlər  çoxdur.  Əfsuslar  olsun  ki, 

azərbaycanlılar  müxtəlif  dövlət  və  qanunvericilik  orqanlarında  lazımi 

səviyyədə təmsil olunmurlar. Bu təmsilçilik onların sayına uyğun deyil. 

Ona görə bu istiqamətdə də iş aparılmalıdır”

13

.

  



                                                           

11

 AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 

12

 AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 

13

 AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 

 

 

 



 


18 

 

Əlbəttə,  ölkəmiz  Azərbaycan  diasporunun  üzvlərinin  (çoxsaylı 



olmasına 

baxmayaraq) 

yaşadığı 

ölkələrin 

daxili 

işlərinə 



qarışmamalıdır  və  heç  vaxt  qarışmayacaq.  Amma  respublika  xarici 

ölkələrdəki  həmvətənlərimizin  siyasət,  iqtisadiyyat,  elm,  təhsil  və 

sosial həyatın müxtəlif sahələrində fəal iştirak etmək səyləri ilə bağlı  

təşəbbüslərini  hər  vəchlə  dəstəkləməyə  hazırdır.  Bununla  əlaqədar 

olaraq  Prezident  öz  nitqində  gənclər  mövzusunu  qeyd  edib,  çünki 

onların  vətənpərvərlik  və  vətəndaşlıq  ruhunda  tərbiyəsi  ölkəmizin 

dövlət siyasətinin mühüm istiqamətidir. Bu strategiyanın mahiyyətini 

Heydər Əliyev vətənpərvərlik məktəbi təşkil edir.  

Məlum  olduğu  kimi,  gənclərin  mənəvi-intellektual  potensialını 

formalaşdırmaq,  müdafiə  etmək  və  qoruyub  saxlamaq,  onların 

mənəvi-əxlaqi  imkanlarını  və  qabiliyyətlərini  maksimum  həyata 

keçirmək,  şəxsi  keyfiyyətlərini  formalaşdırmaq  Heydər  Əliyev 

siyasətinin  əsas  prinsiplərindən  biridir.  Daim  xalqının  gələcəyinin 

qayğısına qalan Ümummilli Lider hələ respublikaya rəhbərlik etdiyi ilk 

dövrdə  -  1970-1980-ci  illərdə  zamanı  qabaqlayaraq,  güclü  kadr 

potensialı,  XXI  əsr  Azərbaycanın  etibarlı  intellektual-mədəni 

təbəqəsini yaradırdı.  

Otuz  ildən  çox  əvvəl  respublikanın  başçısının  təşəbbüsü  ilə 

istedadlı  gənclər  təhsil  almaq  və  təcrübə  keçmək,  sonra  Vətənə 

qayıdıb aldıqları bilikləri həyata keçirmək üçün ölkənin ən yaxşı ali 

məktəblərinə  göndərildi.  1970-1980-ci  illərdə  15  mindən  çox 

azərbaycanlı  tələbə  müvafiq  təhsil  alıb  yüksək  səviyyəli  diplomlu 

mütəxəssislərə  çevrildi.  Onların  çoxu  bu  günə  qədər  Azərbaycanın  

dövlət  və  özəl  sektorunda,  müxtəlif  elmi  mərkəzlərində,  təhsil 

ocaqlarında,  müəssisələrində,  orta  və  ali  məktəblərində  çalışır, 



19 

 

ölkənin 



elm-təhsil, 

iqtisadi 

və 

ictimai-siyasi 



resursunu 

möhkəmləndirir və artırır.  

Prezident  İlham  Əliyev  nitqində  həmin  siyasətin  bugünkü 

Azərbaycan  üçün  də  aktual  olduğunu  bildirərək  vurğulayıb  ki,  ulu 

öndər  Heydər  Əliyev  hər  zaman,  o  cümlədən  sovet  dönəmində 

Azərbaycanın  kadr  potensialının  güclənməsi  məsələlərinə  xüsusi 

diqqət yetirirdi: “

Məhz onun təşəbbüsü ilə Sovet İttifaqında istisna hal 

kimi Azərbaycan gəncləri imtahan vermədən Rusiyanın, digər müttəfiq 

respublikaların  ali  məktəblərində  təhsil  alırdılar.  Hər  il  800-dən  çox 

Azərbaycan  gənci  ən  qabaqcıl  təhsil  ocaqlarında  təhsil  alırdı.  Ondan 

sonrakı  dövrdə  -  müstəqillik  dövründə  Ulu  Öndər  bu  məsələni  daim 

diqqət mərkəzində saxlayırdı”

14

.



 

Prezident İlham Əliyevin səyləri ilə bu siyasət ölkənin inkişafı və 

modernləşməsi  xeyrinə  davam  etdirilir.  “2007-2015-ci  illərdə 

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” 

dövlət  başçısının  istedadlı  gənclərə,  onların  gələcəyinə  qayğısının 

əyani  təsdiqi,  eyni  zamanda,  Heydər  Əliyevin  təhsil  siyasətinin 

təcəssümü və davamıdır.  

Zaman xarici ölkələrdə təhsil alan indiki azərbaycanlı tələbələrin 

imkanlarını  xeyli genişləndirib: onların  təhsil aldıqları  ali  məktəblər 

sırasında  Avropanın,  Cənubi  Koreyanın  və  ABŞ-ın  aparıcı 

universitetləri  var.  Yaxın  və  uzaq  xarici  ölkələrin  nüfuzlu  ali 

məktəblərinin  tələbə  və  aspirantları  olan  Azərbaycan  gəncləri  

humanitar  və  texniki  biliklərin  müxtəlif  sahələrində  Vətənimizi 

layiqincə təmsil edirlər ki, təhsilləri başa çatandan sonra sələfləri kimi 

                                                           

14

 AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 

 



20 

 

Azərbaycana qayıdıb, öz işi ilə iqtisadiyyatın və idarəetmənin müxtəlif 



sahələrində respublikaya fayda versinlər.  

Dövlət  başçısı  öz  nitqində  Azərbaycan  diasporunun  ən  gənc 

nümayəndələrinə  xüsusi  diqqət  yetirərək  vurğulayıb:  “Yetişən  gənc 

nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini 

bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox 

həftəsonu  məktəbi  fəaliyyət  göstərir.  Yəqin  ki,  biz  bu  məktəblərin 

sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini 

davam etdirəcək”

15

. Təbii ki, bu məsələnin həlli ilə ilk növbədə Təhsil 



Nazirliyi,  Diasporla  İş  üzrə  Dövlət  Komitəsi  və  Azərbaycanın  xarici 

ölkələrdəki səfirlikləri məşğul olmalıdırlar.  

Azərbaycan  diasporunun  nümayəndələri  sürətli  inkişaf  yoluna 

qədəm  qoyan  və  regionun  lider  dövlətinə  çevrilən  respublikamız 

haqqında  obyektiv  informasiyanı  geniş  yaymaq;  vətəndaş 

həmrəyliyinə  əsaslanan  demokratik  cəmiyyət  quruculuğunda 

Azərbaycanın  uğurları  haqqında  xarici  ictimaiyyəti  daha  çox 

məlumatlandırmaq üçün səylərini əsirgəməməyə çağırılırlar.  

Amma  əgər  bu  gün  Azərbaycanın  qarşısında  həllinə  görə  ən  

mürəkkəb problem - Qarabağ münaqişəsi durmasaydı, tərəqqi xeyli 

yüksək, nailiyyətlər daha əhəmiyyətli olardı. Azərbaycan diasporunun 

fəaliyyətinin,  onun  dünya  iqtisadiyyatına,  mədəni,  ictimai-siyasi 

strukturlara inteqrasiyasının prioritet istiqamətlərini erməni diasporu 

tərəfindən  aparılan  antiazərbaycan  təbliğat,  Dağlıq  Qarabağ 

probleminin həllini tapmaması, ərazilərimizin 20 faizinin Ermənistan 

tərəfindən  işğal  olunması  müəyyən  edir.  Xarici  ölkələrdəki 

həmvətənlərimizin  əsas  fəaliyyəti  məhz  erməni  işğalçıların 

                                                           

15

 AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada. 

 



21 

 

Azərbaycan  torpağında  törətdikləri  cinayətlərin  ətraflı  açıqlanması 



vəzifəsi ətrafında cəmləşməlidir.  

Ermənistanın 1980-ci illərdə Azərbaycana qarşı başladığı silahlı 

təcavüz  irimiqyaslı  antiazərbaycan  təbliğatı  ilə  müşayiət  olunurdu. 

Təəssüf  ki,  həmin  dövrdə  Azərbaycan  xalqı  bir  çox  əsrlər  ərzində 

formalaşmış  erməni  lobbisinə  müqavimət  göstərə  bilmirdi.  Bu  gün 

dünya ölkələrinin çoxunda erməni lobbisinin təbliğat imkanları var. 

Belə  şəraitdə  bütün  azərbaycanlıların,  o  cümlədən  xarici  ölkələrdə 

yaşayan  azərbaycanlıların  birləşməsinə,  ölkəmizin  maraqlarının 

reallaşmasında Azərbaycan diasporunun nümayəndələrinin köməyinə 

xüsusi  ehtiyac  hiss  olunur.  Xarici  ölkələrdəki  həmvətənlər  etnik 

mənşəyindən  və  siyasi  əqidəsindən  asılı  olmayaraq,  Azərbaycan 

dövlətinin  maraqlarının  lobbiləşdirilməsinin  çox  mühüm  vəsiləsinə 

çevrilməlidirlər.  

Prezident  İlham  Əliyev  diaspor  üzvləri  qarşısına  son  dərəcə 

aktual  vəzifə  qoyur:  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsi haqqında həqiqəti dünya ictimaiyyətinə təhrif olunmadan 

çatdırmaq,  “böyük  Ermənistan”  mifini  ifşa  etmək,  ermənilərin  ərazi 

iddialarının  təkcə  Azərbaycanın  deyil,  başqa  dövlətlərin  də 

maraqlarına toxunduğunu göstərmək və sübut etmək.  

Respublikamızın  başçısı  bu  mövzunun,  xüsusən  xarici 

mətbuatda  getdikcə  daha  fəal  işıqlandırılmasının  əhəmiyyətindən 

daim danışır: “...xarici media qurumları ilə bizim işimiz o qədər də 

yaxşı qurulmayıb. Burada da əsas rolu əlbəttə ki, diaspor təşkilatları 

oynamalıdır...  Bizim  xarici  mediaya  çıxışımız  çox  məhduddur...  Biz 

çalışmalıyıq  ki,  azərbaycanlı  jurnalistlər  təbəqəsi  yetişsin  və  onlar 

müxtəlif  media  orqanlarında  təmsil  olunsunlar.  Onlar  öz  Vətənini 

müdafiə  edəcəklər.  Onlar  həqiqətləri  çatdıracaqlar.  Çünki  XXI  əsr 



22 

 

informasiya əsridir... Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün 



ölkələrdə bəlkə də birinci məsələ olmalıdır... 

Bax, ən yeni misal aprel döyüşləri ilə bağlı olubdur. Ermənistan 

nə qədər çalışıb ki, bu döyüşlər haqqında yenə də yalan məlumatlar, 

informasiyalar  ötürsün,  buna  nail  ola  bilməyib.  Ancaq  erməni 

diasporu  ilə  sıx  biznes  əlaqəsində  olan  çox  məhdud  sayda  bəzi 

satılmış jurnalistlər,  -  onların adlarını biz  hamımız yaxşı bilirik,  bu 

auditoriyada  onları  çəkmək  yerinə  düşməz,  -  çalışdılar  ki, 

Azərbaycanı  günahlandırsınlar  və  o  aprel  döyüşlərini  Ermənistanın 

böyük qələbəsi kimi qələmə versinlər. 

Amma  alınmadı.  Nəyə  görə?  Çünki  birincisi,  artıq  bizim  də 

imkanlarımız  var.  İkincisi,  biz  də  öz  sözümüzü  deyirik.  Hamı  bilir  ki, 

nələr baş verib. Hamı bilir ki, aprel döyüşlərinin nəticəsi nədir. 

Çox təəccüblüdür, Ermənistan rəhbərliyi bu situasiyada da çalışır 

ki, öz xalqını, dünya ictimaiyyətini aldatsın. Bu gün bu, mümkün deyil. 

İndi isə nəticə etibarilə özünü belə gülünc vəziyyətə qoyub”

16



Bu  yaxınlarda,  aprel  ayında  (2016-cı  il  aprelin  2-5-də)   

Ermənistan-Azərbaycan qarşıdurması xəttində baş verən hadisələr və 

bu hadisələrin bir çox KİV-lər tərəfindən düzgün işıqlandırılması hələ 

də kimin üçünsə “cavabı tapılmamış” sayılan suala tutarlı cavab oldu: 

torpağımız kimin tərəfindən işğal olunub – Qarabağ “vətənpərvərləri”, 

yoxsa  Ermənistan  silahlı  qüvvələri  tərəfindən?  Qarabağ  müharibəsi 

lokal  separatçı  hərəkatın,  yaxud  kənardan  kömək  sayəsində  qonşu 

dövlət  tərəfindən  əsaslı  surətdə  hesablanmış  irimiqyaslı  təcavüzün 

nəticəsidir? Erməni lobbisi uzun illər bütün səviyyələrdə sübut edirdi 

ki,  Qarabağ  münaqişəsinin  səbəbi  “Qarabağ  ermənilərinin  azadlıq 

                                                           

16

 AZƏRTAC. 



http://azertag.az/

. Yenə orada.  

 



23 

 

hərəkatıdır”,  hərçənd  aydındır  ki,  Dağlıq  Qarabağın  azsaylı  erməni 



icması  Ermənistanın  yardımı,  habelə  kənardan  yardım  olmadan 

Azərbaycan  ərazisinin  20  faizini  sadəcə  işğal  etmək  iqtidarında 

deyildi. 

Bu  fonda  Azərbaycan  diasporu  Azərbaycanın  həqiqi  imicinin 

yaradılmasında,  Dağlıq  Qarabağ  münaqişəsinin  əsl  səbəbləri, 

əcnəbilərdə  Vətəninin  şərəfini  müdafiə  edən  Azərbaycan  xalqının 

əzəli  tolerantlığı  və  vətənpərvərliyi,  onun  ərazi  bütövlüyü  və  dövlət 

suverenliyi  hüququ  haqqında  obyektiv  biliklərin  formalaşmasında 

getdikcə daha əhəmiyyətli rol oynamalıdır. 

 

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının 



birliyinin əsası kimi 

 

Müasir  dünya  sürətlə  dəyişir,  özümüz  hiss  etmədən  biz  də 



onunla  birlikdə  dəyişirik.  Amma  bəzən  gözlə  görünməsə  də, 

həyatımızın ən əhəmiyyətli və etibarlı oriyentirləri olan əbədi dəyərlər 

dəyişmir və həmişəlik qalır. Azərbaycan diasporunun inkişafının dərk 

edilməsinin  nəticələri  göstərdi  ki,  ümummilli  lider  Heydər  Əliyev 

tərəfindən  formalaşdırılan  və  reallaşdırılan,  müasir  mərhələdə 

Prezident  İlham  Əliyev  tərəfindən  inkişaf  etdirilən  azərbaycançılıq 

strategiyası yeganə düzgün və sarsılmaz strategiyadır və ilk növbədə 

həmvətənlərimizin Vətənə mənəvi bağlılığını müəyyən edir.  

Azərbaycan cəmiyyəti ən yeni tarixi mərhələdə dünya məkanına 

inamla inteqrasiya edərək və paralel olaraq öz tarixi, mədəni, dini və 

digər  dəyərlərini  daha  dərindən  və  əhatəli  dərk  edərək,  bütün  ölkə 

əhalisi  üçün  vahid  olan,  ölkəni  həqiqi  tərəqqiyə  və  firavanlığa 

çatdırmağa qadir olan azərbaycançılıq ideyası sayəsində fəal surətdə 



24 

 

birləşir. 



Azərbaycan 

xalqının 

birliyinin, 

mütəşəkkilliyinin, 

özünəməxsusluğunun  və  nadirliyinin  rəmzi  olan  bu  anlayış 

həyatımızda möhkəm yer tutub.  

Respublika  vətəndaşlarını,  eləcə  də  bütün  dünyada 

həmvətənlərimizi  sıx  birləşdirən  azərbaycançılıq  ideologiyası 

çoxmillətli  həyatın  əsas  cəhətlərini  açaraq,  Azərbaycan  xalqının 

birliyini yaradır. Əzəldən Azərbaycan xalqının mentalitetinə xas olan 

keyfiyyət kimi multikulturalizmə ilk dəfə siyasi xarakter verən Heydər 

Əliyevin  strategiyasına  əsaslanan  İlham  Əliyevin  multikulturalizm 

siyasəti dünya azərbaycanlılarının birləşməsinə xeyli dərəcədə kömək 

edir.  


Nadir 

hallar 


istisna 

olmaqla, 

Azərbaycan 

xalqının 

nümayəndələrinin  başlıca  fərqi,  eyni  zamanda,  üstünlüyü  bundan 

ibarətdir:  harada  olsalar  da,  taleyin  hökmü  ilə  dünyanın  hansı 

guşəsində  yaşasalar  da,  bu  qədər  qədim,  bu  qədər  əbədiyaşar,  

özünəməxsus  şəkildə  unikal  olan,  Şərqin  və  Qərbin  nailiyyətlərini 

sintez  edən,  bütün  zəmanələrdə  daim  və  hədsiz  sevilən  və 

Azərbaycanın  hər  bir  həqiqi  vətənpərvərinə  son  dərəcə  əziz  olan 

gözəl diyarımızın ənənələrinə sadiq qalırlar. 

Aydındır  ki,  güc  və  inkişaf  sürəti  toplayan  Azərbaycanın 

diasporun  tərəqqisi  işində  perspektivləri  çox  sevindiricidir. 

Respublika  rəhbərliyinin,  dünyanın  hansı  guşəsində  yaşamasından 

asılı olmayaraq Azərbaycan cəmiyyətinin ən yaxşı nümayəndələrinin  

vətənpərvərlik 

imkanlarının 

və 


qabiliyyətlərinin 

maksimum 

reallaşmasına  yönələn  uzaqgörən  və  məqsədyönlü  siyasəti  bundan 

qaynaqlanır.  Azərbaycanlılardan  başqa,  ümumi  Vətənimizi  spesifik 

adət-ənənələri və mərasimləri ilə vahid ərazi birliyi kimi qəbul edən 

sabiq  Azərbaycan  vətəndaşları  -  ruslar,  yəhudilər,  tatarlar,  başqa 




25 

 

millətlərin  və  xalqların  nümayəndələri  də  onlara  aiddir.  Dünya 



azərbaycanlılarının  mentalitetinin  əsasını,  birliyinin  və  qarşılıqlı 

anlaşmasının  təməl  qaynağını  da  elə  bu  regional  mədəniyyət, 

mənəviyyat təşkil edir. Azərbaycançılıq gerçəklik proseslərini düzgün 

və  dərindən  müəyyən  edərək,  Azərbaycan  xalqının  maraq  və 

istəklərini  ifadə  edir,  onu  yeni-yeni  qələbələrə  və  nailiyyətlərə 

səfərbər edir.  

Bu  gün  Azərbaycan  diasporu  sadəcə  bu  və  digər  səbəblərdən 

xarici ölkələrdə olan, orada yaşayan həmvətənlər deyildir, o, “yaşadığı 

yerdə” çox işlər görməyə qadir olan qüdrətli ictimai-siyasi qüvvədir. 

Belə  demək olarsa,  milli  maraqlarımızın  müdafiəsi işində, potensial 

müttəfiqlər  və  tərəfdaşlar  uğrunda  mübarizədə  forpostdur. 

Həmvətənlərimiz  əcnəbi  dostlarını  Azərbaycan  dövlətinin  daxili  və 

xarici siyasəti, cari və perspektiv məqsədləri, planları və vəzifələri ilə 

tanış  etməklə,  dünyada  Azərbaycan  Respublikasının  nüfuzunu  hər 

vəchlə yaymaq və möhkəmləndirməklə mühüm diplomatik missiya – 

müstəqil Azərbaycanın elçiləri missiyasını həyata keçirirlər.  

Azərbaycan  xalqının  ideologiyasının  -  azərbaycançılığın  təməl 

daşı Vətənə məhəbbət, bütün gücün, bacarığın və imkanların ilə onun 

maraqlarına  xidmət  etməkdır.  Tarixən  özünüdərk  hissinin  tərkib 

hissəsinə  çevrilən  bu  ideologiya  (sosial,  siyasi  və  konfessional 

müxtəlifliklər  və  prioritetlərdən  asılı  olmayaraq)  Vətənin  prinsip  və 

ideallarına sədaqəti sayəsində dünya azərbaycanlılarının birləşməsinə 

və möhkəmlənməsinə xidmət edir. 

 

X       X      X 



 


26 

 

Azərbaycan 



Respublikası 

Prezidentinin 

Administrasiyası 

dövlətimizin  başçısının  Dünya  Azərbaycanlılarının  IV  Qurultayında 

irəli  sürdüyü  vəzifələrə  müvafiq  olaraq  geniş  Tədbirlər  Planı 

hazırlayaraq  icraçılara  göndərib.  Tədbirlər  Planında  Azərbaycan 

Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələr aydın əksini tapıb. 

Bu vəzifələri həyata keçirmək diaspor təşkilatlarına tövsiyə edilib və 

dövlət  orqanlarına  tapşırılıb.  Tədbirlər  Planında  icraçılar,  müddətlər 

və  icraya  nəzarəti  təmin  edən  məsul  şəxslər  göstərilib.  Əminik  ki, 

Qurultayda  irəli  sürülən  vəzifələrin  icrası  diaspor  təşkilatlarının 

fəaliyyətini  müasir  tələblər  məcrasında  xeyli  gücləndirəcək  və 



genişləndirəcək.  


Yüklə 298,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə