Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə1/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
  1   2   3   4   5   6   7   8   9   ...   253


 

5

Ramiz Mehdiyev 

 

 

 



 

 

 



 

 

 



 

 

 



DEMOKRATİYA YOLUNDA: 

irs haqqında düşünərkən 

 

 



 

 

 



 

 

 



 

 

 



 

“Şərq-Qərb” 

Bakı 

2008 


 


 

 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

 



 

 

 



ISBN 978‐9952‐34‐169‐0 

 

321.8‐dc22 



1. Demokratiya. 2. Demokratiya – Tarix. 

 

R.Mehdiyev. DEMOKRATİYA YOLUNDA:  

irs haqqında düşünərkən 

Bakı, “Şərq-Qərb”,  2008, 792 səh. 

 

© Ramiz Mehdiyev, 2008 



© “Şərq‐Qərb”, 2008 

 

 



Redaktorlar: 

Aslan Aslanov 

Vaqif Musayev 

Tərcüməçilər:  Elman Cəfərli 

Oqtayedr Məmmədov 

Yaşar Quluzadə 

Korrektorlar: 

Bətul Eyvazlı 

 

 

Gülzaman Qurbanova 



 

Çapa imzalanmışdır: 05.04.2008. 

Formatı 60x90 

1

/



16.

.

 



Fiziki çap vərəqi 49,5. 

Ofset çapı. 

Tiraj 500. 

Sifariş 24. 

 

“Şərq‐Qərb” mətbəəsində çap olunmuşdur. 



Bakı, Aşıq Ələsgər küçəsi, 17. 


 

7

 



Demokratiya yolunda: 

irs haqqında düşünərkən 

 

 



 

 

 



 

 

 



 

zərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev 

“Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabında de-

mokratiyanın mahiyyətini və bəşəriyyətin xalq hakimiyyəti qur-

mağa daim can atmasını  təhlil edir, qlobal transformasiyalarla 

əlaqədar Azərbaycanın inkişafının ictimai-siyasi perspektiv-

lərinin futuroloji icmalını verir. 

Demokratikləşmənin kökləri, “demokratik dalğalar”, “məx-

məri” tranzitlər, postsovet dövlətlərinin inkişaf perspektivləri

habelə müxtəlif kliyentalist  ssenariləri həyata keçirməklə təka-

mül yolu ilə inkişafın trayektoriyasını  dəyişdirməyə göstərilən 

cəhdlər müəllifin əsas diqqət yetirdiyi mövzulardır. 

R.Mehdiyevin kitabında müasir dünya nizamı araşdırılır, 

monomərkəzçiliyin mənfi nəticələri üzə  çıxarılır, habelə Yeni 

Dünya Nizamında (Le Nouvel Ordre Mondial) Azərbaycanın 

yeri və rolu təhlil edilir. 

Kitab geniş oxucu dairəsi və  tədqiqatçılar üçün maraq 

doğurur. 




 

 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

 




 

9

 



Müəllifdən

 

 

 



 

 

 



 

Bərabər hüquqlar hamıya, xüsusi imtiyazlar heç kimə. 

 

Tomas Cefferson 

ABŞ‐ın üçüncü prezidenti (1801‐1809) 

 

 

u kitabı yazmaq ideyası məndə çoxdan yaranmışdı. La-



kin uzun müddət bir qərara gələ bilmirdim. Əvvəla, döv-

lət qulluğunda işin həddən çox olması bu cür son dərəcə mə-

suliyyətli və eyni zamanda, yaradıcı  iş üçün az vaxt qoyur. 

İkincisi, cəmi bir neçə illik tarixi olan demokratik Azərbay-

can quruculuğu praktikası ciddi ümumiləşdirmələrə 

başlamağa imkan vermirdi. Lakin 2003-cü ilin prezident 

seçkilərindən sonra Azərbaycanın həyatının bütün sahə-

lərində  əhəmiyyətli irəliləyişlər oldu, mütərəqqi meyillər 

daha da inkişaf etdi, demokratikləşmə prosesi isə daha inten-

siv xarakter aldı. Aydın oldu ki, ölkə demokratik transforma-

siya və sivilizasiyalı birliyə inteqrasiya yoluna möhkəm və 

həmişəlik qədəm qoymuşdur, Yeni Dünya Nizamı sistemində 

özünü inamlı hiss etmişdir, qloballaşan dünyanın çağırışları-

na cavab verməkdən ötrü özünə yeni imkanlar açmışdır. 

Əlbəttə, belə bir şəraitdə ölkənin bütün vətəndaşları kimi, 

məni də demokratiya, ictimai və siyasi quruluşun daha mü-

B

Müəllifdən



 


 

 

10 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

kəmməl səviyyəsi, texnoloji və iqtisadi inkişaf uğrunda, in-



formasiya cəmiyyəti yaradılması uğrunda dünyada gedən ya-

rışda Azərbaycanın hansı yeri tutacağı maraqlandırır. Biz 

bənzərsiz özünəməxsusluğu ilə  fərqlənən dövrdə yaşayırıq. 

Beynəlxalq iqtisadi və siyasi münasibətlərin yeni sistemi 

olan  qloballaşma, dünya informasiya strukturunun ümdə ele-

menti internet, dünya birliyinə öz oyun qaydalarını  qəbul 

etdirən transmilli maliyyə korporasiyaları və sair – zəmanə-

mizin rəmzləri bax, bunlardır. Bütün bunlar bizdən hazırda 

gözəl nəticələr verən islahatların həyata keçirilməsi üçün gə-

ləcəkdə də var qüvvə ilə səylər göstərməyi tələb edir. Azər-

baycanda baş verən dəyişikliklərin dərin mənası  məhz res-

publikanı dünyanın sivilizasiyalı inkişaf yoluna çıxaran isla-

hatların strategiyasındadır. Həmin dəyişikliklər konstruktiv 

müzakirə və mübahisələr aparılmasını tələb edir ki, bunun da 

nəticəsində ölkənin daxili və xarici inkişafı problemlərini 

qlobal ümumbəşəri problemlərlə  vəhdət  şəklində  dərk edə 

bilərdik. Mənim bu kitabım respublikada cərəyan edən ic-

timai-siyasi prosesin əsas cəhətlərini təsvir etmək üçün gös-

tərilən cəhddir. Kitabda araşdırılan məsələlərin seçimi də, nə-

zərdən keçirilən mövzunun xarakterindən asılı olaraq şərhin 

formasının dəyişməsi də bu niyyətlə bağlıdır. 

Demokratikləşmə ilə yanaşı, mən bu məsələlər arasında 

enerjili, iradəli lider başda olmaqla güclü Azərbaycan dövləti-

nin qurulması məsələsini də görürəm. Belə dövlətin qurulması 

ümumən dünya birliyi qarşısında duran ən mühüm məsələlər-

dən biridir, çünki dövlətlərin zəifliyi və tənəzzülü çox sosial-

iqtisadi və siyasi problemlər doğura bilər. Məsələn, məşhur 

Amerika filosofu, sosioloq və futuroloqu Frensis Fukuyama 

bu barədə yazır: “Diqqətimizi dövlətin funksiyalarını məhdud-

laşdırmağa və azaltmağa deyil, məhz güclü dövlət qurmağa 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə