Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə2/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   2   3   4   5   6   7   8   9   ...   253

 

11

yönəltməliyik fikri kimlərəsə yanlış görünə bilər. “Böyük 



hökumətlər”in tənqid edilməsi və güclü fəaliyyəti dövlət sek-

torundan özəl bazarlara və ya vətəndaş cəmiyyətinə keçirmək 

cəhdi ötən otuz ildə digər meyillərlə yanaşı, dünya siyasətində 

üstünlük təşkil etmişdir. Lakin zəif, səriştəsiz və ya mövcud 

olmayan hökumətlər xüsusən inkişaf etməkdə olan dünyada 

ciddi problemlərin mənbəyidir”

1



Keçən əsrin 70-ci illərindən ölkənin dövlət idarəçiliyi sis-



temində çalışan bir şəxs kimi, mən bu illər ərzində Azərbay-

canın nə cür taleyüklü dəyişikliklərdən keçdiyini və müstə-

qillik şəraitində hansı zirvələri fəth etdiyini kifayət qədər də-

qiq və aydın görürəm. Lakin bu kitabı yazmaqla mən heç də 

son həqiqəti deməyə iddia etmirəm, düşünürəm ki, bu təşəb-

büs ölkənin elmi fikrini həmin mövzuya dair ciddi araşdır-

malar aparmağa sövq  edəcəkdir. Təəssüf ki, elmi elitamızın 

xeyli hissəsi keçən əsrin 80-ci illərinin axırları – 90-cı illəri-

nin əvvəllərində düşdüyü süstlükdən hələ çıxmamışdır. 

Demokratik inkişaf müasir dünya siyasi kontekstində  ən 

çox müzakirə edilən problemlərdən biridir. Tez-tez eşidirik 

ki, bu və ya digər dövlət “hamılıqla qəbul edilmiş demokra-

tik standartlar”a uyğun gəlmir, yaxud müəyyən məkanda bər-

qərar olmuş “demokratiyanın səviyyəsi”ndən kənara çıxır. 

Bununla yanaşı, formalaşmaqda olan yeni dünya nizamında 

bəzi dövlətlər həmin bu “hamılıqla qəbul edilmiş standart-

lar”ın bir növ “müəllifləri” rolunda çıxış edirlər. Hər halda, 

mənim fikrimcə, demokratiyanın nə olduğunu və onu bəşə-

riyyəti  əsrlər boyu cəlb edən ictimai-siyasi quruluşun mö-

təbər təcrübəsinə  məhz nəyin çevirdiyini xalqlar özləri 

müəyyənləşdirməlidir. 

                                                 

1

 Ф.Фукуямa. Сильное государство. Москва, 2006, с.6. 



Müəllifdən

 



 

 

12 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Bu kitabın yazılması barədə düşünülərkən, keçmiş so-



sialist düşərgəsi ölkələrində baş verən proseslər sərt tranzit-

lərə hazırlığı xeyli dərəcədə  əks etdirirdi. Həmin ölkələrin 

bəzisi, məsələn, Yuqoslaviya, Gürcüstan, Ukrayna, Qırğızıs-

tan mahiyyətcə öz demokratik inkişafının trayektoriyasını 

təkmilləşdirmək cəhdi olan “məxməri” transformasiyalar dal-

ğasını yaşamalı oldu. Digər ölkələr sabit mərhələli keçidin 

təmin edilməsi üçün demokratik hüquq və azadlıqlar məka-

nını genişləndirən gizli transformasiya apardı. Başqaları isə 

avtarkiyanı üstün tutdu. 

Bir çox əsrlər ərzində bəşəriyyət ədalətli idarəetmə modeli 

hazırlamağa çalışmışdır. Platon, Aristotel, Hobbs, Makiavel-

li, Monteskyö, Russo, de Tokvil və çox böyük sayda digər 

məşhur mütəfəkkirlər, filosof və alimlər vahid məkan və 

cəmiyyətin bütün üzvlərinin hüquq və azadlıqlarının təmin 

olunması  çərçivəsində insanların münaqişəsiz, qarşılıqlı su-

rətdə faydalı  şəraitdə yanaşı yaşaması probleminə  dəfələrlə 

müraciət etmişlər. XVIII əsrdə demokratiya uğrunda müba-

rizə aparanlar iddia edirdilər ki, monarxlar və onların nazir-

ləri mənəvi baxımdan pozulmuşlar, ağılsız və qəbahətlidirlər. 

Bununla belə, insanın öz həyat tərzini və  fəaliyyət formala-

rını müəyyən etməsində  bərabərliyə nail olmaq cəhdləri 

sosial gerçəkliyi demokratik qavramağın  əsasına çevrilmiş-

dir. Hələ Benedikt Spinoza vurğulayırdı ki, cəmiyyətin siyasi 

təşkilinin ən yaxşı forması demokratiyadır, ümumi rifahı, zə-

kanın və insana təbiət tərəfindən bəxş olunmuş azadlığın 

hökmranlığını  ən yüksək dərəcədə yalnız o təmin edə bilər. 

Bununla bərabər, materialist filosof deyirdi ki, idarəetmə 

forması  hər necə olsa da, cəmiyyətdə ali hakimiyyət vətən-

daşların yığıncağına məxsus olmalıdır, çünki yığıncağın ira-

dəsini ehtiraslar deyil, ağıl-zəka müəyyən edir. Yalnız dövlət 




 

13

işlərinin kollektiv müzakirəsi ümumi rifahın təmin edilmə-



sinə yönəldilmiş qərarların qəbul olunmasına kömək edir. 

Bəşəriyyət demokratiya epoxasına çox böyük ümidlərlə qə-

dəm qoymuşdur. Lakin təəccüblü deyil ki, xülyalar tezliklə da-

ğılmalı idi. Aydın oldu ki, demokratiyalar monarxiya və ya 

aristokratiyadan, hər halda, heç də az səhvlər buraxmırlar. De-

mokratiyanın hökumət rəhbərləri kimi irəli çəkdiyi  şəxslərlə 

imperator və kralların öz mütləq hakimiyyətinin icrası naminə 

bu mövqeyə yüksəltdikləri  şəxslər arasında aparıla biləcək 

müqayisə heç də həmişə demosun – xalqın nümayəndələrinin 

xeyrinə olmamışdır. 

Bəşəriyyət inkişaf etdikcə  və insanın həyat fəaliyyətini 

dəstəkləmək üçün yeni mənbələr, yeni məkanlar və enerji 

ehtiyatları axtarılması  zərurəti artdıqca, demokratiyanın 

rolunu müəyyənləşdirməkdə geosiyasi və coğrafi-iqtisadi 

mənafelər üstünlük təşkil etməyə başlamışdır. Bərabər 

hüquqlu yanaşı yaşama ideyaları “yeni hegemonluğun” 

qurulması və “demokratik dövlətlər zolağı” deyilən məkanın 

genişləndirilməsi kimi şərh edilməyə başladı. Nəticədə 

demokratiya XXI əsrin  əsas ideoloji silahına – nəinki möv-

cud rejimləri dəyişdirməyə, tranzitlər və transformasiyalar 

doğurmağa, həm də Yer kürəsinin istənilən nöqtəsinə  hərbi 

müdaxiləni “legitimləşdirməyə” qadir olan silaha çevril-

mişdir. Dünyanı, bir növ, iki düşərgəyə - kommunist və 

kapitalist düşərgələrinə bölən “soyuq müharibə” dövrünün 

müddəaları dünya məkanının “azad, qismən azad və qeyri-

azad” kimi yeni bölgüsü prinsiplərinə transformasiya ol-

muşdur. Bununla əlaqədar fransız filosofu Jan Jak Russonun 

(1712-1778) belə bir fikrini xatırlamaq yerinə düşərdi: 

“Azadlıq idarəetmənin hansısa formasından ibarət deyildir: 

o, hər bir azad insanın ürəyindədir”. 

Müəllifdən

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə