Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə237/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   233   234   235   236   237   238   239   240   ...   253

 

 

736 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

cəyini söyləmək lazım deyildir. Bizim xalqın mentalitetinin 



demokratik dəyərləri qəbul etməyə imkan vermədiyi barədə 

deyilənləri eşidəndə mənə həmişə ağır gəlir. Axı, fransızlarda 

və amerikalılarda olduğu kimi, azərbaycanlılarda da abırlı və 

abırsız adamlar var”. 

Gördüyümüz kimi, bu deyilənlərdə mürəkkəb bir sosial 

proses olan demokratiyaya keçid insanların abırlı  və abırsız 

olmasından asılı edilir. Bütövlükdə isə, L.Hacıyeva ölkənin 

ictimai həyatının mühüm sosial-fəlsəfi problemlərinə toxu-

narkən tam bir sıra elmi xətalara yol verir. Əgər “Azadlıq” 

blokunun həmtəsisçiləri müxalifət mühitində “moda qanun-

vericiləri” roluna iddia etməsəydilər, zənnimcə, onun “elmi 

baxışlarını” nəzərdən keçirməyə vaxt sərf etməyə dəyməzdi. 

Müxalifət xadimlərinin bu cür fikirlərini araşdırdıqda 

“maraqlar”, “dəyərlər” və “demokratiya” kimi anlayışların 

təfsirindəki səhvləri və istəsəniz, yalanları görmək çətin 

deyildir. Radikallar bu elmi kateqoriyaları öz bildikləri kimi 

başa düşməklə oxucuya nəyi nümayiş etdirmək istəyirlər: 

fəlsəfə, sosiologiya və politologiya sahəsində öz biliklərini 

göstərmək istəyirlər, yoxsa, həmişə olduğu kimi, meşşanların 

“savadsızlığına” ümid bəsləyirlər?! Bu suala birmənalı cavab 

vermək çətindir. 

Böyük Sovet ensiklopediyasında

1

 “maraq (sosial ma-



raq)” anlayışı “sosial fəaliyyətin, hadisələrin, əməllərin bi-

lavasitə bu hərəkətlərdə iştirak edən fərdlərin, sosial qrup-

ların, siniflərin motivləri, niyyətləri, ideyaları arxasında 

dayanan real səbəbi” kimi izah edilir. Konkret qərarlar 

qəbul edilməsinə yönəlmiş iqtisadi, siyasi, şəxsi, ictimai 

və başqa maraqlar vardır. 

                                                 

1

 



Большая советская энциклопедия. М., 1972, стр. 945.

 



 

 

737



Sözardı 

əvəzi 


“Dəyər – gerçəkliyin müəyyən hadisələrinin insani, sosial 

və  mədəni  əhəmiyyətini göstərmək üçün fəlsəfi və sosioloji 

ədəbiyyatda geniş istifadə edilən termin. Mahiyyət etibarilə 

insanın fəaliyyətinin ictimai münasibətlərin və onların əhatə 

dairəsinə daxil olan təbii hadisələrin bütün müxtəlif predmet-

ləri dəyər münasibəti kimi çıxış edə, yəni xeyir və şər, həqi-

qət və yalan, gözəllik və eybəcərlik, yolverilən və qadağan 

edilən, ədalətli və ədalətsizlik baxımından qiymətləndirilə bi-

lər; bu cür qiymətlər bəzən şkalalı (müvafiq keyfiyyətli müx-

təlif səviyyələri göstərən…) ola bilər. 

İnsan fəaliyyətinin strukturunda dəyər aspektləri idrak və 

iradə aspektləri ilə qarşılıqlı  şəkildə bağlıdır; dəyər kateqo-

riyalarının özlərində müxtəlif ictimai qrupların və şəxsiyyət-

lərin biliklərinin, maraqlarının və üstünlük verdikləri amil-

lərin istiqamətinin “həddi” ifadə olunmuşdur

1



Deməli, xüsusən demokratiyadan söhbət gedəndə “ma-

raqlar” və “dəyərlər” anlayışlarını bir-birinə qarşı qoymaq 

səhv olardı. Əgər cəmiyyətin maraqları demokratiyanın bər-

qərar olmasının zəruriliyindən ibarətdirsə, artıq bunun özü 

dəyərdir və özünün dəyəri ilə  əlaqəlidir. Ümumi mənada 

deyə bilərik ki, “maraqlar” və “dəyərlər” arasında qarşılıqlı 

əlaqə, qarşılıqlı şərtləndirmə və qarşılıqlı asılılıq var. Əgər 

maraqlar varsa, onlar hökmən konkret dəyərlərə istiqamət-

lənmiş olur. Dəyərlər olmadan maraqlar yoxdur. Demok-

ratiyanın dəyəri “şübhə doğurmur, çünki demokratiyanın 

varlığı o deməkdir ki, müvafiq cəmiyyətdə insanlar – ayrı-

lıqda hər biri və hamısı birlikdə özlərinin müqəddəs seçim 

hüququnu reallaşdıra bilmişlər”

2



                                                 

1

 



Большая советская энциклопедия. М., 1972, стр. 941.  

 

2



 

Теория  и  практика  демократии.  Избранные  тексты.  М., 2006, стр. 

XXIII.

 



 

 

738 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Eyni zamanda, demokratiyaya “oyun qaydaları” kimi tərif 



vermək də  səhvdir. “Demokratiya” anlayışının bu cür səthi 

izah edilməsi hələ formalaşmamış  və refleksiyaya yabançı 

olan radikal müxalifətin apardığı mübarizənin xarakterini, 

məqsədini və  məzmununu tamamilə açıb göstərir. Aydındır 

ki, müxalifətin bu hissəsi üçün demokratiya heç də ictimai 

quruluş forması deyil, iddiaların reallaşdırılması, hakimiy-

yətə  gəlmək üsuludur. Halbuki, amerikalı  tədqiqadçı Yozef 

Şümpeterin fikrincə, demokratiya “siyasi qərarlar qəbul 

edilməsi üçün elə bir institusional mexanizmdir ki, burada 

fərdlər seçicilərin səsləri uğrunda rəqabət mübarizəsi yolu ilə 

qərarlar qəbul etmək səlahiyyəti əldə edir”

1



Demokratiyanın formalarına gəldikdə isə, yuxarıda sitat 

gətirdiyimiz müsahibənin müəllifi çox yanılır. İdrak nəzəriy-

yəsi baxımından demokratiya çoxsaylı  təkcələrdən ibarət 

olan gerçəkliyin  ən ümumi formasıdır. Təkcə ümumisiz 

mövcud ola bilmədiyi kimi, ümumi də təkcəsiz mövcud ola 

bilməz. Deməli, ayrılıqda götürülmüş  hər bir sosiumda xal-

qın inkişaf tarixinin, onun mədəniyyətinin, mentalitetinin və 

başqa amillərin xüsusiyyətlərindən asılı olaraq, demokratiya-

nın özünəməxsus təzahür formaları vardır. 

ABŞ dövlət katibinin Yaxın  Şərq üzrə köməkçisinin 

müavini Skott Karpenterin fikrincə, demokratiyanın inkişafı 

üçün vahid formul yoxdur. “Hər bir regiounun öz xüsusiyyəti 

var və biz nəinki bunu nəzərə almalı, həm də hər bir konkret 

halda yanaşmaları radikal şəkildə dəyişməliyik”

2



Misir Prezidenti Hüsni Mübarək “Rossiyskaya qazeta”nın 



jurnalisti ilə söhbətində (1 noyabr 2006-cı il) demişdir: “Yer-

                                                 

1

 

Теория и практика демократии. Избранные тексты. М., 2006, стр. 7.



 

2

 



“Аmеrikanın səsi”, 21.09.2006.

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə