Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə240/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   236   237   238   239   240   241   242   243   ...   253

 

 

745



Sözardı 

əvəzi 


2006-cı ildə Azərbaycanın valyuta bazarının həcmi 8 mil-

yard dollara çatmış  və bununla əlaqədar Azərbaycan Milli 

Bankı artıq pul kütləsini sterilizə etmək məqsədi ilə valyuta 

bazarının mühüm oyunçusuna çevrilmişdir. Keçən il valyuta 

bazarında Milli Bankın əməliyyatlarının xüsusi çəkisi valyu-

ta bazarının ümumi həcminin 10-11 faizinə çatmışdır, halbu-

ki əvvəlki illərdə müvafiq göstərici 2-3 faizdən çox deyildi. 

Beləliklə, bazarda artıq təzyiq aradan qaldırılır və 2006-cı 

ilin yekunlarına görə, bir milyard dollar sterilizə edilmiş, bu 

isə manatın həddən artıq möhkəmlənməsinin qarşısını xeyli 

almışdır. Milli valyutanın mövcud olan 5 faiz möhkəm-

lənməsini isə təhlükəli hədd hesab etməyə əsas yoxdur. 

2007-ci il yanvarın 1-nə Azərbaycanın xarici borcunun 

məbləği 1972 milyon ABŞ dollarına bərabər olmuşdur ki, bu 

da ümumi daxili məhsulun 9,9 faizi deməkdir. Əhalinin hər 

nəfərinə düşən xarici borc 232,5 dollardır.  İqtisadi dəyişik-

liklərin həyata keçirilməsi üçün ölkəyə cəlb edilmiş kreditlər 

394,1 milyon dollar və ya xarici borcun 20 faizi qədər ol-

muşdur. Bu məbləğin 6,8 faizini Beynəlxalq Valyuta Fondu, 

13,2 faizini isə Dünya Bankı ayırmışdır.  İnvestisiya layihə-

lərinə  cəlb edilmiş kreditlərin məbləği 1578 milyon dollar 

(bütün xarici borcun 80 faizi) olmuşdur. 

2006-cı ildə qiymətli kağızlar bazarının inkişaf sürəti 1,5-2 

dəfə artmışdır. 2007-ci ildə ikiqat artım proqnozlaşdırılır. 

2006-cı ildə Azərbaycan iqtisadiyyatına 5963,6 milyon 

manat sərmayə qoyulmuşdur. Bu, 2005-ci ildəkindən 14,8 

faiz çoxdur. 2005-ci ildə Azərbaycan iqtisadiyyatına 5424,3 

milyon AZN məbləğində sərmayə qoyulmuşdu. 

Fitch Ratings beynəlxalq reytinq agentliyi fevral ayının 

əvvəlində Azərbaycanın reytinqinin “BB”-dən “BB+”-yə 




 

 

746 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

qaldırıldığını elan etmişdir. Reytinqin dəyişməsi Azərbayca-



nın iqtisadi inkişafının güclənməsi, dövlət borclarının və xa-

rici borcun idarə edilməsinin səmərələşdirilməsi, neft və qaz 

hasilatının sürətlənməsi ilə əlaqədardır. 

İqtisadiyyatın bütün sektorlarında sahibkarlıq təşəbbüsünün 

güclənməsi ölkəmiz üçün ənənəvi güclü sahələrdə ciddi irəli-

ləyişə şərait yaratmışdır. Bu, həmin sahələrdən inkişafın loko-

motivi kimi istifadə etməyə imkan verir. Bütün bunlar ölkə 

iqtisadiyyatının strukturunu dəyişmək, regional və dünya 

əmək bölgüsündə layiqli yer tutmaq üçün real imkandır. Belə 

ki, 2006-cı ildə 173,8 min yeni iş yeri, o cümlədən 103 min 

daimi iş yeri açılmışdır. 2003-cü ilin oktyabr ayından 2006-cı 

ilin sonuna qədər ölkədə 520 minə yaxın iş yeri açılmışdır. 

Bazar münasibətlərinə keçidin əsas  şərti özəl sektorun 

yaradılmasının sürətlənməsidir. Sivilizasiyalı dünya iki baza 

prinsipinə – xüsusi mülkiyyətə və rəqabətə əsaslanan müna-

sibətlər sistemində yaşayır. Cəmiyyət dövlətin güclü müdaxi-

ləsi olmadan inkişaf etməlidir. Yeni şəraitdə şəxsiyyətin fira-

vanlığı üçün başlıcası onun təşəbbüskarlığı, iqtisadi qərar-

ların münasib variantlarını müstəqil seçməyə hazır olmasıdır. 

Son illərdə  həyata keçirilən iqtisadi islahatlar Azərbaycan 

Respublikasında sahibkarlığın inkişafına  şərait yaratmış, 

əhalinin sosial-iqtisadi səviyyəsinin yaxşılaşmasında və iq-

tisadiyyatın inkişafında sahibkarlığın rolunu artırmışdır. Özəl 

sektor Azərbaycanda bazar dəyişikliklərinin əsas generatoru-

na çevrilmişdir. Hazırda ÜDM-də özəl sektorun payı 81 faiz 

təşkil edir. 1995-ci ildə bu göstərici 38 faizə bərabər idi. 

Bütövlükdə, milli iqtisadiyyat ona innovasiya xarakteri 

verilməsi meylinə əsaslanır. Bu məqsədlə makroiqtisadi gös-

təricilər yaxşılaşdırılmaqla yanaşı, iqtisadi sərbəstliyin lazımi 

səviyyədə olmasını, rəqabət üçün bərabər  şərait yaradılma-




 

 

747



Sözardı 

əvəzi 


sını və mülkiyyət hüququnun möhkəmlənməsini təmin etmək 

üçün də iş görülür. Bu cəhətlər nəzərə alınmasa, milli iqtisa-

diyyatı modernləşdirmək və ölkəni tərəqqi edən diyara çevir-

mək çətin olacaqdır. 

Müasir dövrdə respublikanın iqtisadiyyatı yüksək sürətlə 

inkişaf etməkdədir. Son illərdə yeni iş yerlərinin açılması, sa-

hibkarlıq fəaliyyətinin güclənməsi, regionların sosial-iqtisadi 

inkişafı proqramının ardıcıl surətdə həyata keçirilməsi, ümu-

mi daxili məhsulun həcminin artması – bütün bunlar Azər-

baycanın davamlı inkişafının nəticəsidir. Milli iqtisadiyyat 

dünya iqtisadi sisteminə fəal inteqrasiya etməyə başlamışdır 

və bu, ölkənin iqtisadi siyasətinin ən mühüm istiqamətidir. 

Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və 

uğurla həyata keçirilməsi də ölkəmizin qazandığı  uğurların 

təməlini qoymuşdur. Strateji əhəmiyyəti olan, Xəzər neftinin 

beynəlxalq bazarlara fasiləsiz və təhlükəsiz nəql olunmasını 

təmin edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması 

ölkənin uzunmüddətli inkişaf imkanlarını genişləndirir. Bakı-

Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu-

nun tikintisi və digər mühüm layihələrin həyata keçirilməsi 

Azərbaycanın iqtisadi və siyasi potensialını möhkəmləndirir, 

milli inkişaf strategiyası üçün yeni perspektivlər yaradır. 

Bununla yanaşı, unutmamalıyıq ki, ölkəmiz yeni mərhə-

ləyə  qədəm qoyur. Ona görə  də qarşıdakı  işlərin uğurlu ol-

ması  məhz hakimiyyətin fəallığından və bürokratik aparatın 

keyfiyyətli işindən asılıdır. Nə gizlədək, bizdə dövlət xid-

mətini biznesin bir növü kimi başa düşən qapalı və bəzən də 

təkəbbürlü məmurlar təbəqəsi hələ də qalmaqdadır. Buna gö-

rə  də dövlət idarəetməsinin səmərəliliyinin artırılması, mə-

murlar tərəfindən qanunlara ciddi riayət edilməsi milli məka-

nın demokratikləşməsinin mühüm tərkib hissəsidir. 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə