Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə3/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   2   3   4   5   6   7   8   9   ...   253

 

 

14 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Demokratiya mücərrəd anlayışdır, yəni ona nəzərdə tu-



tulan son məqsədə çatmaq üçün hansısa bir konkret çıxış 

nöqtəsi kimi baxmağa imkan vermir. Ona görə  də de-

mokratiya xalq hakimiyyəti ideyalarının yad, yaxud yeni 

olduğu məkanlarda birdən-birə  həyata keçirilə bilməz. Hər 

bir digər nəzəriyyə kimi, o da əvvəlki stereotiplərin bütün-

lüklə yox edilməsini, habelə başqa davranış normaları  və 

standartlarının formalaşması üçün vaxt olmasını  tələb edir. 

Üstəlik, demokratik rejim qurulması prosesinin ambivalent-

liyi demokratik transformasiyanın mahiyyətinə yanaşmanın 

özündədir.  Əgər 1974-cü ildə Portuqaliyada başlanmış 

“üçüncü demokratik dalğa” qlobal demokratik irəliləyişin 

nəticəsi idisə, yeni minilliyin əvvəlində “azadlıq və demokra-

tiya zonasının genişlənməsi”ni çoxları  Pax Americana şərt-

lərinin diktə etdiyi yeni dünya nizamı yaratmaq niyyəti kimi 

qavrayırlar. Eyni zamanda, əgər Sovet İttifaqının süqutu təbii 

iqtisadi və siyasi durğunluğun – zamanın tələblərinə adekvat 

cavab verməyə qadir olmamağın doğurduğu durğunluğun 

yekunu idisə, XXI əsrin  əvvəlində “zərif” transformasiya-

ların baş verdiyi bəzi dövlətlərdə gedən proseslər çox vaxt 

klientalist qruplar vasitəsilə “yeni baxışlar”ın postsovet mə-

kanlarına indoktrinasiyasının nəticəsi olmuşdur. 

Təbii ki, demokratiya yalnız demokratik inkişaf təcrübəsi-

nin olduğu yerdə uğurla həyata keçirilir, lakin bu mühakimə 

tranzit cəmiyyətlərdə demokratiyanın müvəffəqiyyətinin 

mümkünlüyünü  əsla  şübhə altına almır. Lakin demokratik 

keçid daha ehtiyatlı, ölçülüb-biçilmiş  və  ətraflı düşünülmüş 

yanaşma tələb edir. İdeya və baxışlar kommunitarizmin 

ənənəvi strukturuna, yəni ictimai baxışlar sisteminə uyğun 

olmasa, onların ixracı səmərəli ola bilməz. İdxal edilən mo-

dellər transformasiyalı  cəmiyyətlərdə  şəraitə uyğunlaşmağa 




 

15

heç də həmişə hazır olmur, çünki gələcək transformasiyanın 



müvəffəqiyyətini xeyli dərəcədə  bəri başdan cəmiyyətin si-

yasi, iqtisadi və sosiomədəni hazırlığı müəyyənləşdirir. Ona 

görə də, hansı məkanda qurulduğundan asılı olmayaraq, de-

mokratiya təkamül yolu ilə  və suveren olmalıdır ki, bu da 

vətəndaş  cəmiyyətinin kompleks şəkildə  və sabit inkişafını, 

səmərəli siyasi strukturun təsis olunmasını, rəqabət qabiliy-

yətli iqtisadiyyat formalaşdırılmasını  və regional proseslərə 

təsirin fəal mexanizmlərinin tətbiqini təmin etməyə imkan 

verir. XXI əsrdə Azərbaycanın inkişafının milli strate-

giyasının əsas istiqaməti məhz bundan ibarətdir. 

“Demokratik dövlətlər zolağı”nın genişləndirilməsi prob-

lemi “sivilizasiyaların münaqişəsi” baxımından da aktualdır, 

çünki iki dünya, – Qərb və qeyri-qərb dünyası  bəşəriyyətin 

inkişafının trayektoriyası haqqında öz təsəvvürlərini təklif 

edir: bəzilərinin fikrincə, dünyanın sabitliyinin təməli dəyər-

lərin müəyyən iyerarxiyasına  əsaslanan homogen qaydadır; 

digərləri isə öz modellərinə müvafiq surətdə mövcud olmağı 

üstün tutur və bu zaman Qərbin daxili işlərə müdaxiləsini 

rədd edirlər. Demokratik xristian dünyasının daha az de-

mokratik, guya ki, avtoritar, qeyri-qərb dünyasına qarşı qo-

yulması problemi dərinləşdirir. Şübhəsiz ki, bütün bu dema-

qoq təriflər demokratiya anlayışını xalq hakimiyyəti nəzəriy-

yəsi müstəvisindən yeni dünya nizamı qurmağa dair geosi-

yasi nəzəriyyə müstəvisinə keçirmişdir. 

Görünür ki, transformasiyalı  cəmiyyətlərdə demokratiya 

ona mərhələlərlə davranışın yad stereotipləri və normalarının 

aşılanmasını tələb edir. Həm də hər bir belə mərhələ ictimai 

şüurun yeni psixoloji və sosial determinantlar məcrasına 

keçməsini şərtləndirir. Başqa sözlə desək, vaxtilə ingilis ya-

zıçısı Hilbert Kiyt Çestertonun (1874-1936) yazdığı kimi, 

Müəllifdən

 



 

 

16 



Ramiz 

Mehdiyev 

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

“demokratiyaya gəlib çıxmaq üçün inqilab gərək deyildir. 



İnqilabın baş verə bilməsi üçün demokratiya gərəkdir”. 

Bu kitab üzərində iş milli müstəqilliyimizin 15-ci ildönü-

mündə başa çatmışdır. Təbii ki, 15 il hər bir dövlətin tari-

xində olduqca az müddətdir, amma sabit və səmərəli dövlət-

çilik qurulmasından, mükəmməl siyasi strukturun və 

demokratik sistemin formalaşmasından, milli iqtisadiyyatın 

intensiv inkişafından, ölkə  əhalisinin rifahının artmasından 

ötrü Azərbaycan üçün tamamilə kifayət etmişdir. Azərbayca-

nın inkişaf etmiş dövlətlərin səviyyəsinə çatması üçün hələ 

xeyli yol keçmək və çox işlər görmək lazımdır, lakin buna 

baxmayaraq, indinin özündə  cəsarətlə deyə bilərik ki,  

ümummilli lider Heydər  Əliyevin seçdiyi və Prezident 

İlham Əliyevin davam etdirdiyi strategiya Azərbaycan xalqı-

nın tələblərinə və maraqlarına cavab verir. 

Biz bu kitabda Azərbaycan oxucusundan ötrü, habelə de-

mokratiyanın tarixi və “məxməri” transformasiyaların təcrübəsi 

ilə tanış olmaq istəyənlər üçün maraq doğuracaq məsələlərin 

geniş dairəsini ümumi şəkildə  təsvir etməyə çalışmışıq. 

Bununla yanaşı, biz 2005-ci ilin noyabrında, parlament seçkiləri 

ərəfəsində Azərbaycanda “narıncı” inqilab ssenarisinin həyata 

keçirilməsi imkanlarını  və onun iflasa uğramasını da təhlil 

etməyə çalışmışıq, çünki dövlət idarəçiliyi strukturunda 

bilavasitə işləyən insanın mövqeyi təkcə müasirləri üçün deyil, 

gələcək nəsillər üçün də maraq doğura bilər. Biz mümkün qədər 

obyektiv olmağa çalışmışıq, çünki tarix ədalətlidir və yalançı 

iddiaları  qəbul etmir. Professor V.İ.Ukolova A.C.Toynbinin 

“Sivilizasiya tarixin məhkəməsi qarşısında” kitabına ön sözdə 

yazır: “İlk baxışdan tarixin məhkəməsi... hökm verilməsi ilə 

nəticələnən, yaxud, hər halda, qətiliyi vahimə doğuran son 

qiymət verilməsinə  gətirib çıxaran sərt, hətta amansız 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə