Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə4/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   2   3   4   5   6   7   8   9   ...   253

 

17

anlayışdır. Lakin xatırlamaq faydalı olar ki, “tarix”, “həqiqət” 



və “iddiaçı” sözləri ümumi kökdən gəlir və ilkin mərhələdə 

tarix təkcə hekayət deyil, həm də axtarışdır və deməli, yekun 

vurulmasını  və bu yekunların ictimaiyyətə  təqdim edilməsini 

nəzərdə tutur”. Mənim təşəbbüsümün nə dərəcədə baş tutduğu 

barədə, qoy bu kitabın oxucuları qərar versinlər. 

Fikrimi tamamlayaraq, Karl Popperin bu sözlərini misal 

gətirmək istəyirəm: “Demokratik təsisatlar öz-özünə yaxşılaşa 

bilməz, onların yaxşılaşması bizdən asılıdır. Demokratik 

təsisatların yaxşılaşması problemi təsisatlar qarşısında deyil, 

həmişə  şəxsiyyətlər qarşısında duran problemdir”. Deməli, 

Azərbaycanın demokratik gələcəyi müstəqilliyin, sabitliyin 

qorunub saxlanılması və klientalist qrupların siyasi hegemon-

luq qurmağa buraxılmaması üçün böyük səylər göstərməli 

olan müasirlərimizin və gələcək nəsillərin öncül vəzifəsidir. 

Bu kitab üzərində işləyərkən mənə kömək göstərənləri xa-

tırlatmaq  ədalətli olardı.  İlk növbədə, təvazökar və  əməkse-

vər gənc insan olan köməkçim Elnur Aslanova təşəkkür et-

mək istəyirəm. Onun internet səhifələrində apardığı axtarışlar 

və lazımi ədəbiyyat seçilməsinə köməyi olmasaydı, mən əl-

yazmanın çapa hazırlanması vaxtını xeyli uzatmalı olardım. 

Nəhayət, bütün bu müddət  ərzində az diqqət yetirdiyim 

ailəmin üzvlərinə qeyri-adi dərəcədə dəyanətli və çox səbirli 

olduqlarına görə minnətdaram. Uzun gecələr yazı masası ar-

xasında işləyərkən vicdan əzabı çəkirdim ki, ailə tədbirlərin-

də  və istirahət zamanı onlara qoşula bilmirəm. Onların ali-

cənablığı olmasaydı, bu kitab, çətin ki, ərsəyə gələrdi. 



Akademik Ramiz Mehdiyev 

Müəllifdən

 




 

 

19



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

 

 



 

 

  FƏSİL 



 

 

 



 

 

 



ƏZABLI 

YOLLARLA 

ULDUZLARA DOĞRU

 

 

 

 




 

 

20 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 



 

 

21



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

 

 



 

 

 



 

 

 



 

 

Gələcək  bu  gün  yaranır  və  müasir  qərarlar 



işləyib  hazırlamaq  üçün  onun  istiqamətlərini 

bilmək  zəruridir.  Gələcəyə  doğru  yol  dünyanın 

hissi  və  rasional  qavranılmasının  hüdudlarında 

–  qurub‐yaratmaq  və  ya  uçurub‐dağıtmaq 

ehtirasının 

alovlana 

biləcəyi 

hüdudlarda 

başlanır. Fikrin hərəkəti məchulluğun gizləndiyi 

bu  qızmar  üfüqlərə  doğru  yönəlmişdir.  Bu 

hərəkət  bilik  xəzinəsini  doldura  biləcəkmi  –  bu 

barədə  həmin  yola  qədəm  qoymağa  cəsarət 

edənlər  qərar  verməlidirlər.  Axı,  xəyalların 

fırtınalı  okeanını  həqiqət  səltənəti  kimi  qəbul 

etmək  çox  asandır.  Nə  kimi  texnologiyalar 

həyata  keçirilsə  də,  sosial  tərəqqinin  baş 

kommunikasiyası  real  coğrafi  məkandan  deyil, 

insanın  daxili  dünyasından  keçir.  Özünü 

dəyişmədən, Dünyanı dəyişdirmək olmaz. 

 

Vladimir Derqaçov 

 

 

əzərə almaq vacibdir ki, ümumən XXI əsr nəinki dünya 

xəritəsində nüfuz dairələrinin yeni geosiyasi bölgüsü ilə 

əlamətdar olmuş, həm də aparıcı dövlətlərin dünyada baş ve-

rən transformasiyalara və demokratik proseslərə münasi-

bətini  əhəmiyyətli dərəcədə  dəyişdirmişdir.  Əgər ABŞ-da 




 

 

22 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

neokonservativ hakimiyyətin əvvəlki illəri (oğul Corc Buşun 



prezidentliyinin birinci müddəti) “Şərqə yeni geostrateji yü-

rüşlər”  əlaməti altında keçmişdisə, oğul Corc Buşun prezi-

dentliyinin ikinci müddəti Şərqi Avropada, Orta Asiyada və 

dünyanın digər regionlarında demokratiyanın daha fəal su-

rətdə irəlilədilməsi dövrü olmuşdur. H.Kissincerin sözləri ilə 

desək, Amerika Birləşmiş  Ştatları – “azadlıq və demokrati-

yanın mayakı” birdən-birə bütün postsovet məkanını sarsıdan 

və mövcud rejimlərin “təminatlı təhlükəsizliyi” barədə təsəv-

vürləri dəyişdirən yeni demokratik dəyişikliklərin başında 

dayanmışdır. 

Yeni “demokratik dalğa” Serbiyada, Gürcüstanda, Ukray-

nada və müəyyən dərəcədə Moldova və Qırğızıstanda inqila-

bi dəyişikliklərin  əsasını  təşkil etmişdir. O, sabitləşməmiş 

sistemləri daha da laxlatdı və dünya nizamının yeni, dünya-

nın bütün subyektlərində demokratik idarəçilik qurulmasına 

yönəldilmiş konturlarını  cızdı. Bundan başqa, “demokratik 

dalğa” nüfuzlu politoloq və iqtisadçıların, jurnalist və anali-

tiklərin apardıqları diskussiyaların əsas mövzusuna çevrildi. 

“Demokratiyaların bir-biri ilə savaşmadığı” barədə tezis 

ta Əfqanıstan və İraqadək, bir sıra postsovet dövlətlərinədək 

təhlükəsizlik zolağı yaradılması və “demokratiya zonası”nın 

genişləndirilməsi üçün real ilkin zəmin olmuşdur. Yeni 

transformasiyalar üfüqündə ABŞ-ın qeyri-demokratik ölkələr 

sırasına aid etdiyi dövlətlər görünür. 

Bununla bərabər, demokratiya zonası genişləndikcə və ye-

ni qərbləşmə daha çox məkanları əhatə etdikcə, qloballaşdır-

ma layihələrinə üstünlük verilməsi yeni paradiqmalar ortaya 

qoyur. Onlar isə, öz növbəsində dünyanın  ən yeni tarixində 

irəliləmə vektorlarını  hərbi-siyasi və iqtisadi təsirdən so-



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə