29
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
yaxşısıdır, hamı azadlıq alır, hər kəsin öz həyatını istədiyi
kimi qurmaq imkanı var, lakin digər tərəfdən, guya, “həyatda
qətiyyətli adamların və qayda-qanunun olmaması” nəticəsin-
də belə dövlətdə hər şey dağılıb gedir. Demokratiyanın
dəyişkənliyini və mütəhərrikliyini Aristotel də qeyd edir. O,
sadə, təbiətə yaxın şəraitdə yaşayan xalqlarda demokratik
quruluşu ən qüsurlu sayır. Demokratiyanın digər növləri ona
qeyri-konstruktiv dəyişmələrə meyilli kimi görünür, özü də
o, xalqın hökmranlığı görüntüsü yaratmaqla dövləti bir yığın
demaqoqun idarə etdiyi ictimai quruluşu ən pis quruluş ad-
landırır. Burada möhkəm qanunlar yoxdur, yalnız daim də-
yişən göstərişlər var və bu göstərişlərdə məhkəmə sistemi
ədalət mühakiməsi üzərində təhqirə çevrilir.
Hamılıqla qəbul olunduğu kimi, demokratiya (qədim
yunanca demos xalq və kratos hakimiyyət), xalq haki-
miyyəti hər bir ictimai təşkilatın quruluşunun əsas for-
malarından biridir və öz üzvlərinin onun idarə olunmasında
və səs çoxluğu ilə qərarlar qəbul edilməsində bərabər-
hüquqlu iştirakına əsaslanır. İctimai quruluşun idealı bun-
lardır: azadlıq, bərabərlik, insan ləyaqətinə hörmət, həm-
rəylik və s.; xalq hakimiyyəti uğrunda sosial və siyasi
hərəkat. Demokratiya yarandığı vaxtdan dövlətlə, deməli,
məcburetmə ilə bağlıdır və ən yaxşı halda, çoxluğun azlıq
üzərində hakimiyyətidir, çox vaxt isə, yaxşı təşkilatlanmış,
az-çox dərəcədə xalqın nəzarəti altında olan imtiyazlı
azlığın idarəetmə formasıdır.
Demokratik rejim insanın siyasi azadlığının yüksək
dərəcəsi, onun dövlət idarəçiliyinə təsir göstərməyə imkan
verən hüquqlarının real surətdə həyata keçirilməsi ilə
səciyyələnir. Bir qayda olaraq, siyasi elita kifayət qədər
məhduddur, lakin o, geniş siyasi bazaya arxalanır.
30
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Əsrlər boyu Qərb mütəfəkkirləri demokratiyanı onun
müxtəlif formalarında təsəvvür etmişlər. Demokritin, Pla-
tonun, Aristotelin əsərləri bu və ya digər dərəcədə həmin
formaların şərhi ilə bağlıdır.
Demokrit (eramızdan əvvəl 460-360-cı illər) yunan qul-
darlıq demokratiyasının tərəfdarı idi: “Xalq hakimiyyəti döv-
ründə yoxsulluq hökmdarların dövründəki firavanlıqdan nə
qədər üstündürsə, kölələrə azadlıq da bir o qədər üstündür”.
Demokratiyanın əleyhdarı və quldar aristokratiyanın tərəfdarı
olan Sokrat isə (eramızdan əvvəl 468-399-cu illər) hesab
edirdi ki, fəzilət və bilik alicənab insanların imtiyazıdır,
“əkinçilər və digər işçilər isə özlərinin kimliyini bilməkdən
çox-çox uzaqdırlar... Ona görə də əgər özünü dərk etmək
zəka qanunudursa, onda bu adamlardan heç biri ağıllı ola
bilməz” və deməli, onlar dövlətin idarə olunmasında iştirak
etməyə buraxılmamalıdır. Platon (eramızdan əvvəl 427-347-
ci illər) öz əsərlərində onun ideyalarını inkişaf etdirərək
göstərirdi ki, demokratiya kütlənin, nanəcib demosun haki-
miyyətidir. Platona görə, istibdadla yanaşı, demokratiya da
dövlət idarəçiliyinin ən qeyri-məqbul formasıdır. Aristotel
(eramızdan əvvəl 384-322-ci illər) əks mövqe tuturdu. O,
əsərlərində diqqəti insanın güclü fəaliyyət göstərməsinin
zəruriliyinə yönəldirdi. Azad insana isə praktik, yəni siyasi
fəaliyyətlə dolğunlaşdırılmış həyatı və ya nəzəri, yəni idraki
fəaliyyətlə dolğunlaşdırılmış həyatı layiqli hesab edirdi. Be-
ləliklə, Aristotelə görə, azad vətəndaşlar dövlət işlərində işti-
rak etməyə borcludurlar. Aristotel bu müddəanı əsaslandıra-
raq, “Siyasət” əsərində yazırdı: “Onları hakimiyyətdə iştirak-
dan kənarlaşdırmaq təhlükəlidir: dövlətdə çox adam siyasi
hüquqlardan məhrum olduqda... belə dövlət hökmən düşmən
ovqatlı adamlarla dolu olur”. Aristotel demokratiyanın üstün-
31
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
lüyünü vurğulayarkən bunu onunla əsaslandırır ki, oliqarxi-
yalarla müqayisədə demokratiyalar daha böyük təhlükəsiz-
liyə malikdir və onların mövcudluğu daha uzunmüddətlidir.
Sonralar bu mövzuya Plutarx da toxunmuşdur. O, “Qonaqlıq
və yeddi müdrik” əsərində tarixi-fəlsəfi və sosial problemlər
qaldırır. Onların arasında dövlət idarəçiliyinin forması məsə-
ləsi də var. Plutarx hansı dövlətin daha yaxşı olması barədə
suala müdriklərin dili ilə belə cavab verir:
Solon: “O dövlətdə xalq hakimiyyəti hər şeydən yaxşı və
möhkəmdir ki, orada incidəni məhkəməyə və cəzaya təkcə
incidilən deyil, incidilməyən də cəlb edir”.
Fales: “O dövlət ki, orada nə yoxsul, nə də həddən artıq
varlı vətəndaşlar var”.
Biant: “Ən möhkəm xalq hakimiyyəti o yerdə olur ki,
orada qanundan sanki müstəbiddən qorxan kimi qorxurlar”.
Pittak: “O dövlət ki, səfeh adamların idarə etməsinə yol
vermək olmaz, yaxşılar isə idarə etməyə bilməz”.
Hilon: “Ən yaxşı dövlət o dövlətdir ki, orada qanunları
daha çox, natiqləri daha az dinləyirlər”.
Anaxarsis: “O dövlət ki, orada yaxşı qiymət xeyirxahlığa,
ən pis qiymət əxlaqsızlığa verilir, qalan hər şey isə yarıbayarı
bölünür”.
Kleobul: “Ən ağıllı o xalqdır ki, o ölkədə vətəndaşlar
daha çox qanundan yox, məzəmmətdən qorxurlar”
1
.
Aristotelin elmi fəaliyyətinin ən xarakterik xüsusiyyətlə-
rindən biri onun çoxcəhətli olmasıdır. O, öz əsərləri ilə elmin
1
Б.Рассел. История западной мысли.
Dostları ilə paylaş: |