Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   2   3   4   5   6   7   8   9   ...   21

 

keyfiyyətli,  vətəndaşların  informasiya  təminatı  isə  daha  dolğun 



və  zaman  itkisi  olmadan  həyata  keçirilir.  Bu  imkanlar  isə  öz 

növ


bəsində  e-dövlətin  formalaşmasına  səbəb  olur.  İnternetin 

vətəndaşlara verdiyi imkanlar: 

 

daha çox informasiya əldə etməyə şərait yaradır; 



 

informasiyanın  tez  bir  zamanda  ötürülməsinə  və  əldə 



olunmasına səbəb olur; 

 



verilənlər  bankı,  bazaları,  e-kitabxanalar  və  digər 

informasiya  mənbələrindən  onlayn  istifadə  etməyə  imkan 

verir. 

Nəzərə  almaq  lazımdır  ki,  İKT-dən  geniş  istifadə  virtual 



məkanda  həddən artıq böyük həcmdə informasiyanın (Big Data

toplanmasına səbəb olur. Nəticədə bu gün İnternet istifadəçiləri 

virtu

al  məkanda  yüz  milyonlarla  veb-səhifələrə  daxil  edilmiş 



informasiya  ilə  qarşılaşırlar.  Bu  isə  öz  növbəsində  İnternetdə 

lazımi  informasiyanın  və  biliyin  tez  əldə  edilməsi  prosesində 

müəyyən çətinliklərin yaranmasına səbəb olur. 

Digər tərəfdən, əksər veb-resurslara xarakterik olan, kiçik 

mütəxəssislər  qrupu  tərəfindən  yaradılan  və  müəyyən  siyasi 

ideologiyanı təbliğ edən məlumatlar İnternet istifadəçilərini qane 

etmir. 

İnternetin əsasını qoyarkən mütəxəssislər “qlobal biliklər 



bazası” və ya “kollektiv bilik” əldə etmək arzusunda idilər. Lakin 

bunun  əvəzində  bu  gün  İnternet  qlobal  şəbəkəsi  milyonlarla 

lazımlı və lazımsız, doğru və ya yalan, aktual və ya vaxtı ötmüş, 

əhəmiyyətli  və  ya  təhlükəli  məlumatlarla  dolaraq  xaosa 

çevrilməkdədir.  Zaman  keçdikcə  virtual  məkan  pərakəndə 



 

resurslarla necə gəldi yüklənir, axtarış sistemləri isə tələb olunan 



resursların  hamısını  əhatə  edə  bilmir.  Nəticədə  veb-axtarış 

sistemlərindən  kənarda  fəaliyyət  göstərən  “gizli”  resursların, 

müəyyən qruplar tərəfindən yaradılan, düzgünlüyü şübhə altında 

olan veb-

resursların sayı gündən-günə artmaqdadır.  

İnformasiya  bolluğu  nəticəsində  yaranan  problemlərin 

həlli,  İnternet  texnologiyanın  inkişafı  ilə  əlaqədar  düzgün 

informasiyanın  daha  asan  və  tez  əldə  olunması  dövlət  və 

cəmiyyətlərin  dünyadakı  nüfuzunun  artması  baxımından  vacib 

məsələlərdəndir. Vətəndaşlar müasir cəmiyyətin – İC tələblərinə 

uyğun  olaraq  veb-səhifələrdə  hər  an  təzələnən,  zamanla 

ayaqlaşan,  daha  keyfiyyətli,  daha  çox  sayda  insanlar  tərəfindən 

yoxlanılan və zənginləşdirilən informasiya görmək istəyirlər. Bu 

tələblər isə yalnız kollektiv əməkdaşlıq nəticəsində yaranan, hər 

an dəyişdirilmək imkanına malik layihələrdə mümkündür. 

XXI əsrin əvvəllərindən başlayaraq İKT-nin inkişaf etdiyi 

ölkələrdə vətəndaşlar arasında şəffaf münasibətləri təmin etmək, 

müəssisə və təşkilatlarda mühüm məlumatları bir yerə toplamaq 

və 

kollektiv 



şəkildə 

zənginləşdirmək 

üçün viki-

texnologiyalardan (Wiki  technology

)  geniş  istifadə  edilməyə 

başlandı.  Müasir  İnternet  texnologiyalarından  olan  viki-

texnologiya

ların  əsas  məqsədi  hər  bir  İnternet  istifadəçisinə 

istədiyi  zaman,  brauzerdən  çıxmadan  istədiyi  mövzuda  veb-

səhifə  yaratmaq,  səhifələri  dəyişdirmək  və  səhifələrə  müxtəlif 

formatlı  faylların  yüklənməsi  imkanının  verilməsidir.  Viki-

texnologiya

ları  istifadəçilərə  ixtisasından  və  marağından  asılı 

olmayaraq  tam  hüquqlu  veb  proqramçı  kimi  İnternetdə  kontent 




 

yaratmaqla  yanaşı  müzakirələrdə  iştirak  etməyə,  digər 



istifadəçilərin yaratdığı və dəyişdirdiyi kontentə öz münasibətini 

bildirməyə  icazə  verir  ki,  bu  da  cəmiyyətdə  yeni  sosial 

münasibətlərin yaranmasına səbəb olur. 

Viki-texnologiya

ları  vasitəsi  ilə  reallaşdırılan  və  milli 

maraqlar  baxımından  mühüm  əhəmiyyət  kəsb  edən  nəhəng 

layihələrdən 

biri 


Vikipediya 

(Wikipedia

virtual 

ensiklopediyasıdır.  Vikipediya  bu gün İnternetin  ən  geniş 

istifadəçi auditoriyasını qazanan veb-resurslarından, ən populyar 

sosial  şəbəkələrdən  biri,  biliklərin  toplandığı  nəhəng  baza  kimi 

yüksək  reytinq  qazanmışdır.  Vikipediya  ensiklopediyasının 

populyarlaşmasının  əsas  səbəbi  onun  dinamik  və  daima 

yenilənən  olmasıdır.  Bu gün xalq,  dövlət,  hər  hansı  hadisə, 

məşhur  şəxs  və  s.  haqqında  ilkin  informasiya  Vikipediya 

ensiklopediyasından  əldə  olunur.  Bu  baxımdan  Vikipediya 

virtual məkanda ilkin informasiya mənbəyidir. 

Azərbaycanın informasiya mühitinin təhlükəsizliyini təmin 

etmək,  onu  virtual  təcavüzdən,  informasiya  hücumlarından 

müdafiə etmək lazımdır. Bunun üçün İnternet mühitində və onun 

əsas  seqmentlərindən  olan  viki-mühitdə  virtual  Azərbaycanın 

formalaşması  və  genişlənməsinə  xidmət  edən  kontentin 

ar

tırılmasına,  informasiya  bolluğuna  nail  olmaq  gənclərimizin, 



alim və mütəxəssislərimizin üzərinə düşən əsas məsələlərdəndir. 

Belə  ki,  viki-mühitdə  Azərbaycan  həqiqətlərini  əks  etdirən 

informasiya nə qədər çox olarsa, Azərbaycan dünyada daha yaxşı 

tanınar  və  Azərbaycan  xalqına  qarşı  yönəlmiş  dezinformasiya, 




 

yalan,  böhtan  və  əks  təbliğat  xarakterli  resursların  dünya 



ictimaiyyətinə təsiri azalar. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının 

Prezidenti  cənab  İlham  Əliyevin  başçılığı  və  iradəsi  ilə 

ölkəmizdə İC quruculuğu uğurla həyata keçirilir. İKT sektorunun 

inkişaf  tempinin  yüksəldilməsi  və  İC-nin  formalaşması 

Azərbaycanda  dinamik sosial-iqtisadi  tərəqqinin  və  bunun 

nəticəsində  əhalinin  həyat  səviyyəsinin  yüksəlməsinin, 

gəlirlərinin  artmasının,  İnternet  infrastrukturunun  inkişafının, 

İnternet  azadlığının  yüksək  səviyyədə  təmin  olunmasının 

göstəricisidir.  Göstərilən  nailiyyətlər  Azərbaycanın  virtual 

məkanda, o cümlədən Vikipediya kimi nəhəng layihələrdə daha 

layiqli  şəkildə  təmsil  olunmağa, öz milli maraqlarını  yüksək 

səviyyədə qorumağa şərait yaradır. 

İKT sektorunun sürətli inkişafı Azərbaycanda informasiya 

bərabərsizliyinin aradan qaldırılmasına, ölkəmizin İKT sahəsində 

qabaqcıl dövlətlərlə eyni səviyyədə dayanmasına şərait yaradıb. 

2013-

cü  ildə  Azərbaycanın  ilk  telekommunikasiya  peykinin 



orbitə  çıxarılması  isə  İnternet  infrastrukturunun  inkişafını  və 

Azərbaycanda 

informasiya 

bolluğunun 

yaranmasını 

sürətləndirməklə,  insanların  informasiya  tələbatlarının,  dövlətin 

informasiya  təhlükəsizliyinin  təmin  olunmasına,  “Elektron 

Azərbaycan”  Dövlət  Proqramının  uğurla  həyata  keçirilməsinə  

səbəb  olmuşdur.  Azərbaycan  Respublikasında  bu  gün 

informasiya  təhlükəsizliyi  sahəsində  infrastrukturun  inkişafı, 

normativ-

hüquqi bazanın təkmilləşdirilməsi həyata keçirilir. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə