Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   2   3   4   5   6   7   8   9   ...   21

 

Respub



likası  Prezidentinin  ölkəmizdə  İKT  sektorunun 

inkişafı  sahəsində  imzaladığı  “İnformasiya  əldə  etmək 

haqqında”,  “Elektron  imza  və  elektron  sənəd  haqqında”, 

“Biometrik informasiya haqqında”, “Elektron ticarət haqqında”, 

“Azərbaycan  2020:  gələcəyə  baxış”  və  s.  qərar  və  sərəncamlar 

nəticəsində  bu  gün  Azərbaycan  əhalisinin  70%-nin  İnternetə 

çıxışı vardır. 

Azərbaycan  Respublikasında  2013-cü  ilin  "İnformasiya-

kommunikasiya 

texnologiyaları  ili"  elan  edilməsi  ilə  bağlı 

tədbirlər  planı çərçivəsində  Prezident  İlham  Əliyev  tərəfindən 

imzalanan 2013-cü il 28 mart tarixl

i sərəncamında Vikipediyanın 

inkişaf  etdirilməsi  ilə  əlaqədar  xüsusi  bənd  vardır:  “22. 

Azərbaycana  dair  kontentin  və  Wikipedia  kimi  qlobal 

informasiy

a  resurslarında  Azərbaycan  Respublikası  ilə  əlaqədar 

məlumatların 

inkişaf 

etdirilməsi 

üzrə 

tədbirlərin 



görülməsi (Azərbaycan  Milli  Elmlər  Akademiyası,  Təhsil 

Nazirliyi,  Rabitə  və  İnformasiya  Texnologiyaları  Nazirliyi, 

qeyri-

hökumət təşkilatlarını cəlb etməklə)”. 



Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel 

tarixli 


Sərəncamı 

ilə 


təsdiq 

edilmiş 


“Azərbaycan 

Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-

2020-

ci illər üçün Milli Strategiya” ölkədə İC inkişafı ilə yanaşı 



Azərbaycan  xalqının  tarixi,  ədəbi  və  mədəni  irsinin  qorunub 

saxlanması,  artırılması,  təbliği  və  bu  işdə  İKT-dən  səmərəli  və 

təhlükəsiz  istifadə  mədəniyyətinin  inkişafı,  Azərbaycan 

Respublikasının  milli  maraqlarının  qorunması,  informasiya 

təhlükəsizliyi sisteminin inkişaf etdirilməsidir. Milli Strategiyada 



10 

 

göstərilir  ki,  İC-nin  inkişafı  şəraitində  milli  kontentin  virtual 



məkanda  artırılmasında,  xalqın  milli-mədəni  irsinin  qorunması 

və  inkişafında,  əhalinin  İKT-dən  istifadə  etməklə  bilik 

səviyyəsinin artırılmasında, həmçinin, dövlətin təhlükəsizliyinin 

və  müdafiə  qabiliyyətinin  möhkəmləndirilməsində,  ictimai 

asayişin  qorunmasında  İnternetin,  o  cümlədən  viki-

texnologiya

ların  imkanlarından  istifadə  edilməsinə  diqqət 

yetirilməsi vacibdir.  

Bu  gün  dünyanın  milyonlarla  kompüterini  birləşdirən 

qlobal  İnternet  şəbəkəsinin  ən  nəhəng  layihəsi  olan  Vikipediya 

virtual  ensiklopediyası  özünün  forma  və  tərkibi  baxımından 

müxtəlif  xüsusiyyətli,  sərhəd  tanımayan  şəbəkə  resursları  ilə 

cəmiyyətin  sosial  təşkilinin  ayrılmaz  hissəsinə  çevrilmişdir.  On 

milyonlarla  İnternet  istifadəçisini  bir  yerə  toplayaraq  yeni  bir 

cəmiyyətin  –  viki-cəmiyyətin  yaranmasına  səbəb  olan  viki-

texnologiyaları 

vətəndaşlara  dövlət  siyasətinin  həyata 

keçirilməsində iştirak etmək imkanı verə bilən texnologiyadır. 

 

Ölkədə  sağlam  və  aktiv  viki-cəmiyyətin  formalaşması 



dövlətin  informasiya  resurslarının  İnternetdə  çoxalması,  İC-nin 

inkişafı,  cəmiyyətimizin  demokratiyalaşması,  sosial-iqtisadi 

əlaqələrin  genişlənməsi  və  nəhayət  dünyada  siyasi  və  iqtisadi 

nüfuzunun  yüksəlməsinə  yardım  edə  bilər.  İnformasiya 

təhlükəsizliyinin təşkili sahəsində də 

viki-


cəmiyyətdən səmərəli 

istifadə  edilməsi 

dövlət  orqanları  ilə  vətəndaşlar  arasında 

münasibətlərdə  maddi  resurslara  və  vaxta  qənaət  etməklə,  

inzibati  xidmətlərin  keyfiyyətinin  yüksəlməsinə  təsir  edə  bilər, 

eyni zamanda  ö

lkədə  sağlam  və  aktiv  viki-cəmiyyətin 



11 

 

formalaşması  dövlətin  informasiya  resurslarının  İnternetdə 



çoxalması,  informasiya  cəmiyyətinin  inkişafı,  sosial-iqtisadi 

əlaqələrin  genişlənməsi  və  nəhayət  dünyada  siyasi  və  iqtisadi 

nüfuzunun yüksəlməsinə yardım edə bilər. 

Yuxarıda  deyilənləri  nəzərə  almaqla  ekspress-informasiya 

vebometrik 

tədqiqatlarla məşğul olan alimlər, virtual mühitdə baş 

verən  hadisələri  öyrənən  ekspertlər,  İnternet  məkanında 

kontentin və informasiya resurslarının artırılmasında fəal iştirak 

edən  gənclər,  həmçinin,  informasiya  təhlükəsizliyi  üzrə  

mütəxəssislər üçün nəzərdə tutulmuşdur. 

 

 

 




12 

 

FƏSİL 1. VİKİPEDİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ 

2001-

ci  ildə  viki-texnologiyaları  əsasında  yaradılan  və  bu 



gün dünyada ən populyar beş sayt sırasına daxil olan Vikipediya 

virtual 


ensiklopediyası 

biliyin 


təqdim 

olunmasında, 

demokratiyanın  genişlənməsində,  vətəndaşla  dövlət  strukturları 

arasında  şəffaflığın  və  etibarlılığın  təmin  olunmasında  yeni  bir 

modelin təzahürüdür [1, 2].  

Dün


yada ən nəhəng informasiya mənbəyi olan Vikipediya 

virtual  ensiklopediyası  və  onun  layihələrinin  bu  günkü 

müvəffəqiyyəti sübut etdi ki, müasir dövrdə İnternet istifadəçiləri 

virtual mühitin passiv istifadəçiləri olmaq istəmirlər, onlar bilik 

və bacarıqlarını dünya ictimaiyyətinə göstərmək, virtual mühitin 

bir hissəsi olmaqla dünyada gedən sosial-siyasi proseslərdə fəal 

iştirak etmək arzusundadırlar [3, 4].  

1.1. Viki-texnologiya

ların mahiyyəti 

Amerikalı 

proqramçı 

Uord Kenninqem (



Ward 

Cunningham

tərəfindən  1995-ci  ildə  yaradılmış  viki 



konsepsiyası  virtual  məkanda  toplanan  kontentə  yeni  baxışın 

formalaşmasına təkan verməklə sosial münasibətlərdə və biliyin 

paylanmasında  inqilab  etmişdir  [5].  Viki  konsepsiyası  Web  2.0 

texnologiya

larının  bir  istiqamətidir  və  bu  texnologiya 

istifadəçilərin əməkdaşlığını, şəbəkə vasitəsi ilə koordinasiyasını 

və  real  həyatın  sosial  aspektlərini  özündə  əks  etdirən 

infrastrukturu  xarakterizə  edir.  Web  2.0  texnologiyaları 

aşağıdakıları nəzərdə tutur [6]: 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə