Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   2   3   4   5   6   7   8   9   ...   21

13 

 



 

İnformasiyanın 

idarə 

olunması: 



axtarışı, 

qiymətləndirilməsi, saxlanması və s.; 

 

Vətəndaşın özünü idarəetməsi: cari vəziyyətdə İnternetdə 



davranış;  

 



Münasibətlərin  idarə  olunması:  İnternet  vasitəsi  ilə 

münasibətlərin qurulması və dəstəklənməsi. 

Lakin viki konsepsiyası Web 2.0 texnologiyaları ilə işləyən 

ənənəvi saytlardan: forumlar, sosial şəbəkələr, bloqlar və s. kimi 

layihələrdən  daha  şəffaf,  çoxşaxəli  və  əlyetərli  olması  ilə 

fərqlənir.  Nəzərə  almaq  lazımdır  ki,  adı  çəkilən  layihələrdə 

müəllif nə zamansa daxil etdiyi kontenti və ya səhifəni silməklə 

müəyyən problemləri oxuculardan gizlədə bilər, viki-layihələrdə 

isə  silinən  və  ya  gizlədilən  kontent  asanlıqla  aşkarlanıb,  bərpa 

oluna bili

r. Bütün müzakirələr açıq şəkildə keçirilir və hər kəs bu 

müzakirələrdə iştirak etməklə viki-texnologiyaların təqdim etdiyi 

imkanlardan geniş şəkildə istifadə edə bilir.  

U. 


Kenninqem  və  həmmüəllifi  Bo Leyf  "The Wiki Way: 

Quick Collaboration on the Web” kitabında viki konsepsiyasının 

mahiyyətini izah edərkən yazırlar 

[5]:


 

 



viki bütün istifad

əçilərə  yalnız  brauzerdən istifadə 

etm

əklə virtual biliyin yaradılması işində iştirak etməyi 



t

əklif edir; 

 

viki müxt



əlif mövzuları əhatə edən veb-səhifələr arasında 

əlaqəni təmin edir və  bu səhifələrin mövcud olub-

olmaması mühüm rol oynamır; 



14 

 



 

viki ensiklopedik m

əqalənin  yazıldığı  veb-səhifələrin 

yaradılması  və  dəyişdirilməsində  kollektiv biliyə 

üstünlük verir. 

Digər  ənənəvi  sosial  şəbəkələrdən  fərqli  olaraq  bu  gün 

viki-texnologiya

ları  ilə  idarə  olunan  layihələr  kollektiv  bilik 

bazasının təşkilində mühüm rol oynayır [2, 6].  

Viki-texnologiya

larını 

bəzən 


“canlı 

sənədlər 

texnologiya

ları”  da  adlandırırlar.  Viki-texnologiyaların verdiyi 

imkanlar 

bunlardır [3, 7]: 

 

veb-s



əhifələrdəki məlumatların 

veb-brauzerdən 

d

əyişdirilmə  imkanının  olması  və  bütün  versiyaların 



serverd

ə yadda saxlanılması; 

 

səhifələrdə edilən bütün dəyişikliklərin həmin anda 



brauzerdə görünməsi;  

 



hiperistinadların  generasiyasının  avtomatlaşdırılması  və 

veb-s


əhifələr 

arasında 

onların 

aktuallığının 

d

əstəklənməsi; 



 

veb-s



əhifələrin  yaradılmasında  HTML  dili  əvəzinə  ona 

oxşar, lakin daha sadə dilin istifadə edilməsi

 

düz



əlişlər tarixçəsinin olması – viki-səhifələrin yarandığı 

andan başlayaraq istənilən dəyişikliyə baxmaq və bərpa 

etm

ək imkanının olması; 



 

viki-



səhifələrin fərdi istifadəçi tərəfindən və ya kollektiv 

şəkildə yaradıla və redaktə edilə bilməsi; 

 

viki-



istifadəçilər arasında müzakirələrin mümkünlüyü

 



viki-

səhifələr arasında semantik əlaqələrin mövcudluğu. 




15 

 

Bu imkanlar viki-texnologiya



ların mənasını təyin edir: hər 

hansı biliyə malik olan istifadəçi həmin informasiyanı veb-saytda 

çap  etməklə  bu  biliyi  başqaları  ilə  bölüşür  və  layihənin 

inkişafında  müəyyən  rol  oynamış  olur. 

15 mart 2007-

ci  ildə 

“wiki” 

sözü  Oksford  İngiliscə  Lüğətinə  (Oxford English 



Dictionary

) daxil edilmişdir [8].   

Bu gün v

iki  konsepsiyası  cəmiyyətin  müxtəlif  sahələrini 

əhatə  edən 

viki-iqtisadiyyat (

Wikinomica

), viki-demokratiya

viki-

parlament  və  s.



 

kimi  yeni  baxışların  inkişafına  da  təkan 

vermişdir.  Vikinomica  menecmentlikdə,  iqtisadi  yanaşmalarda, 

idarəetmədə  kütləvi  əməkdaşlığı  və  qarşılıqlı  münasibəti 

dəstəkləyən  yeni  bir  baxışdır.  İnformasiya  texnologiyaları  üzrə 

ekspert,  tanınmış  alim  Donald  Topskott  özünün  “Vikinomica: 

kütləvi əməkdaşlıq olmaqla hər şeyi dəyişir” kitabında bildirir ki, 

gələcəyin  biznesi  iki  cəhətlə  xarakterizə  olacaqdır:  qapalılıq  öz 

yerini  şəffaf  münasibətlərə  verəcəkdir  və  şirkətlər  istehsalatla 

bağlı  mürəkkəb məsələlərin həlli üçün xarici mütəxəssisləri cəlb 

etməyə çalışacaqlar [9]. 

Viki-texnologiya

ları  ilə  idarə  olunan  Vikipediya virtual 

ensiklopediyasının  təsisçiləri  Oqayo  Universitetinin  fəlsəfə 

doktoru  Larri  Sanqer  (Larry  Sanger)  və  amerikalı  sahibkar 

Cimmi Uelsdir (Jimmy Wales). Onlar 

ilk  dəfə  viki-

texnologiya

larından  istifadə  etməklə  “Nupedia”  İnternet 

ensiklopediyasını yaratmışdılar [10].  

U

ğurlu  struktura  və  semantikaya  malik  olmasına 



baxmayaraq Nupedia 

qapalı virtual ensiklopediya olub müəyyən 

qrup  mütəxəssislər  tərəfindən  yoxlanılan  məlumatlar  hesabına 



16 

 

zənginləşirdi.  Bu  isə  ensiklopedik  məqalələrin  yaradılması  və 



yoxlanılmasında  müəyyən  vaxt  tələb  edirdi  və  məqalələrin 

sa

yının artım dinamikası gözləniləndən fərqli olaraq ləng inkişaf 



edirdi

.  Problemi  nəzərə  alan  Sanqer  və  Uels  ikinci  layihəni  – 

Vikipediya  ensiklopediyasını  İnternetə  buraxmaq  qərarına 

gəldilər. Onlar fəlsəfəsi tamamilə fərqli olan, biliklərini paylaşan 

insa

nlar  sayəsində  zənginləşəcək,  dünyanın  ən  dolğun  onlayn 



ensiklopediyasını  yaratmaq  istəyirdilər.  Bu  təşəbbüs  özünü 

doğrultdu  və  bu  gün  Vikipediya  İnternet  məkanında  fəaliyyət 

göstərən  yüz milyonlarla  sayt  arasında  ən  yüksək  reytinqə 

malikdir.  

Vikipediya l

ayihəsinin  əsasını  qoyanlardan  biri  Cimmi 

Uels viki-

cəmiyyətdəki  əməkdaşlığı  belə  izah  edir:  “Viki-

istifadəçi axşam üç cümlədən ibarət məqalə yaradır. Daha sonra 

sehirli  bir  proses  baş  verir  –  məqaləni  yaradan  istifadəçi  səhər 

yaratdığı  məqalənin  mükəmməl,  ətraflı  və  maraqlı  bir  bilik 

mənbəyinə 

çevrildiyini 

müşahidə 

edir. 

Vikipediya 



ensiklopediyasında məqalələrin kollektiv əməkdaşlıq nəticəsində 

inkişafı  istifadəçilərdə  yeni-yeni  məqalələr  yaratmaq  həvəsi 

yaradır” [11].  

Sosial  şəbəkənin  imkanlarına  malik  olan viki-cəmiyyətin 

müxtəlif  siyasi  baxışlara  və  ideologiyalara  malik  insanlardan 

təşkil  olunması  viki-mühitdə  mübahisələrin,  konfliktlərin  və 

informasiya  qarşıdurmalarının  genişlənməsinə  səbəb  olmuşdur. 

Baş  verən  informasiya  qarşıdurmaları  isə  öz  növbəsində  viki-

cəmiyyətdəki  əməkdaşlığa  zərbə  vurmaqla  müəyyən 

qruplaşmaların,  gizli  sosial  şəbəklərin  yaranmasına  səbəb  olur. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə