Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   2   3   4   5   6   7   8   9   ...   21

21 

 



 

şəkil  və  video-, audio-fayllar  yükləmək  və  onları  viki-

səhifələrə əlavə etmək; 

 



viki-

istifadəçilərlə  müzakirələr  aparmaq,  kollektiv 

fəaliyyət; 

 



viki-

səhifələrin  digər  dillərdə  yazılmış  variantları  ilə 

tanış olmaq mümkündür.  

Vikipediya praktiki olaraq bütün 

elmi  sahələr və  dünyada 

baş vermiş sosial-iqtisadi proseslər haqqında müəyyən dərəcədə 

informasiyaya  malikdir.  İnformasiyanın  virtual  ensiklopediyaya 

daxil  edilməsinin  operativliyi  İnternet  şəbəkəsində  çox  sürətlə 

yenilənən  informasiya  resursu  yaratmağa  imkan  verdi. Burada 

digər  ənənəvi  ensiklopediyalardan  fərqli  olaraq  terminlərin  və 

hadisələrin yaranma səbəblərinə də cavab tapmaq mümkündür.  

Müxtəlif  sahələr  üzrə  elmi  məqalələrin  çap olunduğu 

“Nature” beynəlxalq elmi jurnalı [18] Vikipediyada yerləşdirilən 

elmi məqalələrin keyfiyyətini qiymətləndirmək məqsədi ilə viki-

səhifələrdəki  kontentlə  dünyada  ən  düzgün  məlumat  mənbəyi 

sayılan  “Britannika”  ensiklopediyasındakı  məqalələri  müqayisə 

etmişdir.  Müqayisənin  nəticəsinə  görə  Vikipediya virtual 

ensiklopediyasındakı  səhvlər  müəllifləri  yalnız  alimlər  və 

tanınmış  mütəxəssislər  olan  “Britannika”  ensiklopediyasındakı 

səhvlərdən  nəinki  çox deyil,  əksinə,  əksər  sahələr  üzrə 

Vikipediya daha dolğun və obyektiv məlumatlara malikdir [19]. 

Əksər  veb-layihələrdən  fərqli  olaraq  Vikipediya 

ensiklopediyasından  müxtəlif  mövzulu  publisistik  və  elmi 

məqalələrin  hazırlanmasında  istifadə  edilməsi  artıq  adi  hal 




22 

 

almışdır. Vikipediya onlayn  ensiklopediyası  istifadəçilərə  yeni 



texnologiyalarla,  son  tədqiqat  nəticələri  ilə,  elmi  dairələrdə 

istifadə  olunan  yeni  mənbələrlə  tanış  etməklə  yanaşı,  istənilən 

mövzuda  daha  düzgün  və  əsaslandırılmış  rəy  əldə  etmək  üçün 

müzakirələrdə  iştirak  etməyə,  müqayisəli  və  tənqidi  analiz 

aparmağa imkan yaradır. 

1.2. MediaWiki 

Viki-texnologiya

ları  ilə  idarə  olunan  veb-layihələr 

yaratmaq üçün müxtəlif proqram təminatlarından istifadə edilir. 

Bu viki-

proqramlar  şəbəkə  istifadəçilərinin  birbaşa  brauzerdən 

veb-

səhifələr  yaratmalarını  və  VB  ilə  əlaqəli  işini  təmin  edir. 



Müxtəlif  viki-proqramlar  mövcuddur  və  onların  fərqləndirici 

cəhəti  informasiyanın  yaradılmasında  və  redaktəsində  istifadə 

olunan  texnologiyaların  müxtəlifliyidir.  Əsasən  CGI-skriptlər, 

Perl, PHP, JSP, ASP, 

Python, Tcl, Small Talk proqramlarından 

istifadə  olunur.  Müasir  viki-proqramlar  yalnız  mətnlərlə  deyil, 

həmçinin,  audio  və  video-fayllar,  elektron  cədvəllər  və  şəkil 

qalereyaları  ilə  işləmək  imkanı  yaradır.  Viki-proqramlara misal 

olaraq DidiWiki, DokuWiki,  FlexWiki, MediaWiki, PmWiki 

proqram  təminatlarını  göstərmək  olar  [20]. Viki-proqramları 

təyin edən əsas şərtlər aşağıdakılardır: 

 



veb-

səhifələrdəki informasiyanın veb-brauzerdə birbaşa 

dəyişdirilməsi  və  bütün  versiyaların  serverdə  yadda 

saxlanılması; 




23 

 



 

hiper


istinadların generasiyasının avtomatlaşdırılması və 

veb-


səhifələr 

arasında 

onların 

aktuallığının 

dəstəklənməsi; 

 



veb-

səhifələrin yaradılması və redaktəsində HTML dili 

və ya ona oxşar, lakin daha sadə dilin istifadə edilməsi; 

 



hər  bir  viki-səhifənin  “history”  adlanan,  mahiyyətcə 

loq-fayl  olan 

köməkçi  səhifələri  vasitəsilə  viki-

məqalələrin  yaradıldığı  andan  istənilən  dəyişikliklərə 

bax

ılması  və  hər  hansı  versiyasının  bərpa  edilməsi 



mümkündür. 

Vikipediya  virtual  ensiklopediyası  və  onun  törəmə 

layihələrinin  yaradılması  və  idarə  olunması  üçün  proqram 

mexanizmi  kimi  MediaWiki  (http://www.mediawiki.org)  açıq 

proqramdan  istifadə  olunur.  MediaWiki  istifadəçi  ilə  veb-sayt 

arasında  qarşılıqlı  əlaqə  texnologiyalarıdır  və  informasiyanın 

kollektiv şəkildə təşkilini və strukturlaşdırılmasını nəzərdə tutur. 

"MediaWiki”  sözü  “media”  və  “wiki”  sözlərindən  yaranmışdır. 

Proqram 

alman  tələbə  Maqnus  Manske  (Magnus Manske

tərəfindən  tərtib  edilmişdir  və  bu  gün  müxtəlif  viki-layihələrin 

yaradılmasında istifadə edilir. Qeyd etmək lazımdır ki, 2002-ci il 

25  yanvar  tarixindən  başlayaraq  vikipediyaçılar hər il “Maqnus 

Manske Gününü” qeyd edirlər [21]. 

MediaWiki  proqram  mexanizmi  ilə  yaradılan  populyar 

layihələr sırasında Sitizendium, Wikiinfo, Letopisi, Wikiznanie, 

Wikitravel  və  s.  ensiklopediyalar  üstünlük  təşkil  edir.  Lakin 

MediaWiki  proqram  təminatı  ilə  yaradılmış  ən  nəhəng  layihə 




24 

 

Vikipediyadır.  MediaWiki  azad  proqram  təminatı  olduğundan, 



hər  kəs  bu  proqramı  İnternetdən  öz  kompüterinə  pulsuz 

yükləyərək ondan istifadə edə bilər. MediaWiki proqramı böyük 

serverlər qrupu üçün nəzərdə tutulmuşdur. 

1.3. Vikipediya sisteminin arxitekturu 

Viki-


layihələrin proqram təminatı PHP dilində yazılmışdır 

və  relyasiya  strukturlu  VB-nı  (MySQL,  Postgre  SQL), 

“memcached” və “Squid” proqramlarını dəstəkləyir. Vikipediya 

sisteminin  işində  Apache  2 veb-serveri  istifadə  olunur. 

Vikipediyanın  idarə  edilməsində  istifadə  olunan  MediaWiki 

sistemi üçün nəzərdə tutulan proqram təminatları bunlardır [21]: 

 

veb-



serverlər: Apache və ya IIS; 

 



PHP-

nin 5.0 və onun yuxarı versiyaları; 

 

VB serveri – 



MySQL 4.0 verilənlər bazasının idarəetmə 

sistemi (VBİS) və onun yuxarı versiyaları; 

 

Postgru SQL 8.1 və yuxarı versiyaları. 



2004-

cü  ilə  kimi  Vikipediya  yalnız  bir  serverdə  işləyirdi, 

2005-ci 

ildə  server  paylanmış  çoxsəviyyəli  arxitektura  üzrə 

genişləndirilir və layihənin işini 39 server təmin etməyə başlayır. 

Vikipediya  və  onun  layihələri  genişləndikcə  serverlərin  sayı  da 

durmadan artır. İlk zamanlar serverlər Florida ştatında WMF-in 

binasında  yerləşirdilər.  Burada  MySQL  VBİS  tərəfindən  idarə 

olunan  bir  əsas  server  fəaliyyət  göstərir  və  metaverilənlər  də 

daxil  olmaqla  əsas  informasiyanı  özündə  saxlayırdı. 

Metaverilənlər  (Metadata)  –  VB-də  saxlanılan  verilənlər 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə