Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

32 

 

məkanda  çox  böyük  həcmdə  informasiyaya  nəzarət  edən, 



dünyada öz sözünü demək imkanına malik cəmiyyətdir.  

 

 



 

Şəkil 3. Vikipediya istifadəçilərin illər üzrə artım 

dinamikası 

 

Vikipediya  müxtəlif  tipli  tədqiqatlar  üçün,  əsasən  də 



cəmiyyətdə  baş  verən  proseslərin  öyrənilməsində  çox  əlverişli 

mühitdir.  Vikipediyanın  bazalarının  hər  kəs  üçün  açıq  olması 

müxtəlif  elmi  araşdırmalarda  viki-layihələrdən  geniş  istifadəyə 

imkan verir. Məsələn, WikiWikked,  WikiLit,  AcaWiki və Wiki 

Papers  saytlarında  müxtəlif  istiqamətlərdə  aparılan  vikimetrik 

araşdırmalar,  əldə  olunan  nəticələr  barəsində  məlumatlar 

işıqlandırılır [29–32].  

 

mln. 




33 

 

Vikimetriyaya (Wikimetrics



)  əsaslanan  tədqiqatlar 

ensiklopedik  məqalələr  arasında  semantik  yaxınlıqdan 

başlayaraq  istifadəçilərin  nüfuzu  və  töhvələrinə  qədər  bütün 

sahələri  əhatə  edir.  Vikimetriya  viki-mühitdə  verilənlərin 

analizinin  daha  effektli  aparılmasını,  strukturlaşdırılmış 

verilənlərin  əldə  olunmasını  və  analiz  zamanı  iş  prosesinin 

keyfiyyətini təmin edir [33, 34]. 

Vebometriya (Webometrics

) termini  ilk  dəfə  1997-cü ildə 

Tomas Elmaynd (Tomas Almind

)  və  Piter  İnqversen  (Peter 

Ingwersen

)  tərəfindən  təklif  edilmişdir.  Onlar  sübut  etməyə 

çalışırdılar  ki,  informasiyanın  ölçülməsində  istifadə  olunan 

metodlar  virtual  məkanın  ölçülməsində  də  istifadə  oluna  bilər. 

Belə  ki,  veb-səhifələrin  müəyyən  sayda  kontentə, 

hiperistinadlara,  istifadəçi  auditoriyasına,  reytinqə  və  s. 

parametrlərə  malik  olması,  eyni  zamanda  səhifələrə  yüklənilən 

kontentin həcmi, keyfiyyəti, məzmunu və s. göstəricilər onların 

müxtəlif kəsiklərdə ölçülməsinə imkan verir [35].  

Virtual  məkanda  informasiyanın  həddən  artıq  çoxalması, 

sosial  şəbəkələrin,  bloqların  və  viki-texnologiyaların 

genişlənməsi  ilə  əlaqədar  vebometriya  bir  neçə  istiqamətdə 

inkişaf  etməkdədir:  bloqometriya  (blogometrics); vikimetriya 

(wikimetrics

)  və  s.  Web  2.0  texnologiyalarına  aid olan bu tip 

tədqiqatlar  çox  zaman  vebometriya  2.0  (webometrics 2.0) kimi 

təqdim olunurlar [6]. 

2004-cü 


ildə  L.  Bjorneborn  və  P.  İnqversen 

şəbəkə 


texnologiya

larında və İnternet məkanında tətbiq edilən proqram 

təminatlarında  aparılan  tədqiqatları  kibermetriya  (cybermetrics



34 

 

adı  altında  birləşdirməyi  təklif  etdilər.  Onlar  bildirdilər  ki, 



kibermetriya  daha  böyük  sahəni  əhatə  edir  və  vebometriya 

kibermetriyanın bir istiqamətidir (şəkil 4). Belə ki, kibermetriya 

elektron ha

lda  saxlanılan  bütün  məlumatların  emalında  yeni 

imkanları  təyin  edir  və  vizuallaşdırır.  Kibermetriya  əsasında 

verilənlər  bazasının  (VB)  və  bu  bazalarda  saxlanılan 

informasiyanın  intellektual    analizi  (Text  Minig, Data Mining

Web Mining,  Image Mining   

və  s.)  ölkələrdə  və  ümumilikdə 

dünyada baş verən prosesləri dərindən öyrənməyə və qərarların 

qəbuluna şərait yaradır [36]. 

 

 

 



 

 

 



 

 

 



Şəkil 4. İnformasiyanın ölçülməsində istiqamətlər 

 

Vebometriya  isə  yalnız  veb-texnologiyalarının  və  İnternet 



məkanındakı  informasiya  resurslarının  yaradılması  və 

istifadəsinin  ölçülməsi  aspektində  faydalıdır.  Vebometriya 

elmmetriyanın  bir  sahəsi  olub  dünya  universitetlərinin,  elmi 

saytların,  ölkələrin  elm  sahəsində  keyfiyyət  və  kəmiyyət 

göstəricilərinin  hesablanmasında  istifadə  olunur  [37]. 

Elmmetriya 

Kibermetriya 

Vebometriya 

Vikimetriya 



35 

 

Vebometrik  tədqiqatların  əsasən  dörd  istiqamətdə  aparılması 



təklif olunur [35–37]: 

1.

 



Veb-

səhifələrin kontent-analizi

2.

 

Saytlara olan hiperistinadların strukturunun analizi



3.

 

Veb-



səhifələrə müraciətlərin analizi; 

4.

 



Veb-texnoloji analiz, veb-

də sosial münasibətlər. 

2009-

cu ildə Mayk Telvoll (Mike Thelwall) vebometriyanı 



daha  geniş  təqdim  edir.  O,  bildirir  ki,  sosial  tədqiqatların  daha 

dərindən  aparılması  üçün  şəbəkəyə  daxil  olan  kontentin  analizi 

vacibdir və bu məsələnin həllində bir çox tədqiqat sahələri üçün 

nəzərdə  tutulan  metod  və  alqoritmlərdən  birgə  istifadə 

edilməlidir.  M.  Telvoll  bildirir  ki,  virtual  mühitdə  toplanan 

informasiyanın həcminin həddən artıq çox olması və əlyetərliliyi 

onlar

ın  emalında  Big Data  texnologiyasından    istifadə  etməyə 



şərait  yaradır.  Virtual  mühitdə  böyük  həcmli  verilənlərin

 

hesablanması  dedikdə  veb-saytlarda, veb-səhifələrdə,  bloqlarda, 



virtual  ensiklopediyalarda,  axtarış  sistemləri  bazalarında 

toplanmış kontentin: mətnlərin, sözlərin, istinadların, multimedia 

resursl

arının sayı və s. nəzərdə tutulur 



[38, 39]. 

Vikimetriya viki-

texnologiyaları  ilə  idarə  olunan  veb-

saytların,  səhifələrin,  səhifələrdəki  kontentin  (mətnin,  sözlərin, 

faylların)  və  hiperistinadların  müxtəlif  aspektlərdən  ölçülməsi 

deməkdir. 

Viki-texnologiyal

arı  əsasında  yaradılan  veb-resurslar 

əsasən  açıq  layihələri  dəstəkləyir,  yəni,  istənilən  İnternet 

istifadəçisi  layihəyə  daxil  olaraq  yeni  veb-səhifə  yarada  bilər, 

mövcud səhifələrdəki kontenti dəyişdirə bilər, yeni kontent əlavə 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə