Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə1/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
  1   2   3   4   5   6   7   8   9   ...   53




 

Rasim 
GƏNZƏLİ 
 
QIYAMƏT QOPANDA… 
 
Roman 
 
 
Əməlləri ilə qiyamət 
gününü 
yaxınlaşdıranlar bu 
dünyanın ən bədbəxt 
məxluqlarıdırlar. 
 
 
Yanından  yeddi  dərə  keçən,  ətəyində  oğru  adamlar  və 
heyvanlar gizlənən, başı şimşəklər görmüş qoca dağın dibindən 
torpaq  yığıb  kisəyə  dolduran,  evə  gətirən,  su  ilə  qarışdırıb 
çiməndə  bədəninin  hər  yerinə  yaxan,  quruyandan  sonra 
yuyunub təmizlənən, qüsl verib, sonradan təzə aldığı alt və üst 
paltarlarını  geyinən  Nazənin  elə  bildi  ki,  tərtəmiz  olub,  daha 
onun keçmişindən əsər-əlamət qalmayıb. 
O gündən qapısından içəri bir erkək pişiyi də buraxmadı. 
Güzgünün  qabağında  dayanıb  özünə  diqqətlə  baxanda  birdən 
hönkürüb  ağladı.  Boğazının  altında  xırda  qırışlar  aydınca 
sezilirdi. Necə olmuşdu o qırışları heç görməmişdi? 
- «Sən necə də gözəlsən, ay Nazənin». 
- «Dərin, elə bil mərmərdən yoğrulub». 
- «Sinən cənnət bağçasıdır, sulu narlar qoşa-qoşa». 
Hardansa  o  sözlər  gəlib  beyninə  dəyir,  qulaqlarında  əks-
səda verir, rahatlığını, dincliyini əlindən alırdı. 
Anası  da  həmin  dağın  dibindən  gətirdiyi  torpağın 
palçığında  yuyunmuşdu.  Onda  onun  əlli,  əlli-beş  yaşı  olardı. 


 

Ancaq  Nazəninin  hələ  heç  qırx  beş  yaşı  da  olmamışdı. 
Boynuna, boğazına xırdaca qırışlar düşsə də, canı hələ çox şux 
idi  və  azı  on  il  də  kişiləri  yatağında  məst  edib,  ağıllarını 
başlarından ala bilərdi. 
Amma…  Dayandı  artıq.  Quranı  göydən  asıb,  keçdi 
altından.  «Bəsdi,  yetər  daha…  Əuzi  billahi  minnəl  şeytanil 
rəcim». 
Göydən  sallanıb  qalan  Quranın  elə  bil,  nəfəsi  daraldı. 
Yaxşı  ki,  bunu  Nazənin  hiss  elədi  və  tez  onu  götürüb  öpdü, 
gözləri  üstünə  qoydu.  Əvvəl  kişiləri  sıxdığı  sinəsinə  sıxdı, 
aparıb divanın üstünə qoyandan sonra dizləri üstə təzim eləyib 
Allahla danışmağa başladı. 
-  Ey  yeri-göyü  yaradan,  özün  bilirsən  ki,  mən  pis  adam 
olmamışam…  (İçindən  gələn  ikinci  səs:  Heç  yaxşı  adam 
olmağıma  da  zəmanət  verən  yoxdur).  Heç  kəsə  paxıllıq 
eləməmişəm… (İçindən gələn ikinci səs: Yaxşı dolanan, pullu, 
sərvətli adam görəndə ürəyim qubar eləyib.) Pis yola düşməyim 
də,  məcburiyyətdən  olub…  (İçindən  gələn  ikinci  səs:  Kefdən 
qala bilməmişəm). 
Həyətdə  hənirti  duyub,  özünü  yığışdırdı,  Quranı  götürüb 
yerinə  qoydu.  Gələn  qızı  Dərya  idi.  Sarı  çantasını  masanın 
üstünə  atıb  anasının  boynuna  sarıldı,  üz-gözünü  öpüşlərə  qərq 
elədi. 
- Ah, mənim gözəl anam, mehriban anam… 
- Yaxşı, yaltaqlıq eləmə, de görüm, indiyəcən harada ölüb 
qalmısan? Bilirsən saat neçədi? 
- On ikinin yarısı… Oy… Neçədi? 
- Dördə qalır… on yeddi dəqiqə. 
- Deməli, on ikinin yarısından məktəbdən qaçmısan, hə? 
-  Yox,  məktəbdəydim…  (Oxuyuram  ki,  məktəbdə  olum) 
Əlavə  dərs  salmışdılar.  (Kimdi  dərs  salan,  heç  öz  dərslərini 
düz-əməlli keçirlər ki?!). 


 

- Eybi yox, mən bu saat sinif rəhbərinə zəng edib hər şeyi 
öyrənərəm.  Sənin  yaşında  olanda  mən  bir  saat  dərs 
buraxmazdım. 
Nazənin əsəbi halda telefona tərəf yeridi. Dəstəyi götürüb 
nömrəni yığdı. 
-  Alo,  Şükufə  müəllimə,  necəsiniz…  Hə,  Nazənindir… 
Çox  sağ  olun…  Bilirsiniz  sizi  niyə  narahat  edirəm?  Bilmək 
istəyirəm  görüm,  Dərya  bu  gün  dərsdən  qaçmayıb?..  Yox, 
axıracan  dinməz-söyləməz  dərslərində  oturub?  Mən  də  elə 
bildirdim…  Yox,  qızımı  tanıyıram,  amma…  Yaxşı  sağ  olun, 
narahat elədim. 
Nazənin dəstəyi yerinə qoyub qızına tərəf gəldi, boynunu 
qucaqladı. 
-  Gördün,  ana?!  (Ay  gördün  ha,  Şükufəyə  buna  görə  bir 
yaxşı ətir almışdım). 
-  Ay  mənim  ağıllı  qızım,  adam  dərrakəli  olar.  İndi  sənin 
elə  vaxtındır  ki,  oğlanlar  ağlını  başından  ala  bilərlər.  Gərək, 
anan  kimi  möhkəm  olasan.  (Mənim  kimi  möhkəm  olsan  tez 
əriyərsən). 
- Qorxma, mən sənin qızınam… Ana, atam gəlməyib? 
- Yox, bəlkə sabah gəldi. 
Nazəninin  əri  dənizdə  işləyirdi.  Neçə  illər  idi  könlünü 
dənizə  salmışdı.  Dəniz  sakit  olanda  da,  coşub-çağlayanda  da 
dənizdən  usanmırdı.  Hələ  desən,  dənizə  olan  sevgisi  gündən-
günə  çoxalıb  elə  dəniz  boyda  olurdu.  On  beş  gündən  bir  evə 
gəlməliydi.  On  beş  gün  istirahət  eləməli,  sonra  bir  röya  kimi 
yenə çəkilib getməliydi.  Amma son zamanlar bir az da qəribə 
olmuşdu…  Evdə  otura  bilmir,  arvadının,  uşaqlarının  üzünə 
yalandan  gülür,  elə  hey  saata  baxır,  gedəcəyi  vaxtın  gəlib 
çatmasını  gözləyirdi.  Əslində  bu  soyuqluq  üç-dörd  günün 
soyuqluğu deyildi. Nazənini sevib alsa da, bir müddətdən sonra 
bilmişdi ki, bu qismət ona xoşbəxtlik gətirəsi deyil… 
- Ana, atam zəng edib. 


 

- Nə deyir? 
-  Deyir,  gələ  bilməyəcəm,  yoldaşım  xəstələnib,  on  beş 
gün onu əvəz edəcəm. 
- Cəhənnəmə gəlsin. Dəstəyi at üstünə! 
- Ana… 
-  Sənə  dedim,  dəstəyi  at  üstünə…  Mənim  günümə  bax. 
Səni dənizdə boğulasan. 
Dərya  day  heç  nə  demədi.  O  birisi  otağa  keçib,  əl 
telefonunu götürdü, kiməsə ismarıc yazmağa başladı. İsmarıcın 
cavabını  alıb,  yenisini  yazdı.  Xırda-xırda  güldü,  yanaqları 
allandı. 
- Ay qız, harda qaldın? 
Anasının  heybətli  səsindən  diksinib  telefonu  çarpayının 
altına atdı. 
- Dərs oxuyuram, axı, sabaha çətin dərslərimiz var. 
-  Oxuyub  bədbəxt  atan  kimi  ya  dənizçi  olacaqsan,  ya 
da… 
Dərya  anasının  dediyi  sözlərin  ardını  eşitmədi.  Yenə 
telefonunu  tapıb  qurdalamağa  başladı.  Yazdıqca  gülümsəyir, 
üzünün  rəngi  haldan-hala  düşürdü.  Birdən  nəsə  oldu  elə  bil, 
üzünün  ifadəsi  dəyişdi,  çənəsini  çarpayının  qırağına  söykəyib 
düşünməyə  başladı.  Nə  olmuşdu  anasına?  Elə  bil  həmənki 
qadın  deyildi;  deyən,  gülən,  şənlənən,  şadlığından  ev-eşiyə, 
həyət-bacaya  sığmayan…  Ancaq  son  iki-üç  ayda  çox 
dəyişmişdi.  Nə  olmuşdu  axı,  nə  baş  vermişdi  görəsən?  Bu 
cavabsız suallar hələ qəlbi bərkiməmiş qızcığazı üzür, öz xəyal 
dalğalarının sularına atırdı. 
Telefonun  zəif  ismarıc  səsi  qızı  xəyallardan  ayırdı. 
Acgözlüklə  yazılanları  gözlərinə  yığdı,  yenə  gülümsədi,  yenə 
çöhrəsi allandı. Durub pəncəsi üstə qapıya tərəf gəldi, qapının 
açarını  astaca  burub  güzgünün  qabağında  dayandı.  Gözucu 
pəncərəyə  nəzər  yetirdi.  Pəncərənin  qalın  pərdəsi  kip 
örtülmüşdü.  Güzgüdə  bir  xeyli  özünə  baxdı,  yan-yörəsini 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə