Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

 
65 
 
 
 
 
 
TANRININ YAR BƏXŞİŞİ 
 
Deyirlər, hər kəs doğulandan bu dünyada yarısını axtarır. 
Yarımçıq  olan  insan  yarısını  tapmayanda  bütöv  olmur, 
tamamlanmır,  beləcə,  çöllərdə  dəli-divanə  kimi  dolaşıb, 
ömrünü  yarımçıq  başa  vurur.  Ona  görə  hər  insanın  tale 
payına  bir  yar  qisməti  yazılır.  Elçinin  də  taleyinə  Afəti 
yazmışdı Tanrı. Elə bir qismət ki...  
Afətin  xalası  Elçingilin  ailəsinə  çox  yaxın  idi.  Tez-tez 
onlara  baş  çəkir,  maraqlanır,  uğurlarına  sevinir,  kədərlərini 
öz kədəri bilirdi. Elçinə o qədər xoş münasibəti var idi ki, bu 
qadının.  Öz  doğma  xalasi  qədər,  bibisi  qədər...  Elçinin 
uğurlarına  çox  sevinərdi.  Gedib  bu  uğurlar  haqqında 
bacısına,  yaxınlarına  danışardı.  Ən  çox  da  bacısı  qızı  Afətin 
yanında ondan söhbət açmağı xoşlayardı.  
-Bilirsən, nə dərrakəli oğlandı bu Elçin? 
Afət susub, xalasının üzünə baxardı.  
-Məktəbi qızıl medalla bitirib.  
Qız yenə onun üz-gözünü süzərdi.  
-Ali məktəbi də qırmızı diplomla bitirib. 
Qız bu dəfə astaca başını bulayardı.  
Bununla xalasına çatdırmaq istəyirdi ki, ay xala, bunları 
çox  demisən,  az  qala,  o  Elçin  deyilən  oğlan  kimdirsə 
tərcümeyi-halını  mənə  əzbərlətmisən.  Afətin  qımışmağından 
nə demək istədiyini, ancaq deyə bilmədiyini anlayırdı xalası. 
Amma  yenə  də  dediyini  deyir,  dayanmadan  o,  oğlanın 
bacarığından danışırdı.  
 
66 
-Tələbə  vaxtı  bir  elmi  ixtiranın  müəllifi  olub.  Fikir 
verirsən, qızım, tələbə vaxtı?! Hər oğulun işi deyil bu...  
Qız içində gülümsəyirdi.  
-Heç üç il, beş il çəkməz alim olar bu oğlan.  
Axırda Afət dözə bilmədi:  
-Xala,  o  qonşunuzun  oğlunu  mənim  yanımda  niyə 
tərifləyirsən? 
Xala ürəyində olanı gizlətmədi. 
-Çox istəyərəm belə kürəkənimiz olsun. 
Onda Afət ürəkdən gülmüşdü. 
Bu  gülməyinin  bir  səbəbi  də  başqaydı.  Artıq  o,  Elçini 
tanıyırdı. Hətta məqam tapıb bir-iki dəfə görüşmüşdülər də.  
Afət əslən Laçın rayonundan olsa da, Ağdamın bir başqa 
kəndində  yaşayırdı.  Hərdən  xalasıgilə  gəlirdi.  Və  bir  kərə 
xalasıgilə  gələndə  xalasının  çox  təriflədiyi  o,  oğlanı 
görmüşdü. Bəzən eşqlər bir baxışdan yaranır. Bu da Tanrının 
bir  möcüzəsi.  Onların  da  bir-birinə  sevgisi  elə  ilk  baxışdan 
yaranmışdı...  
... Elçin o zaman  Gəncə Pedaqoji İnstitutunda  müəllim   
işləyirdi  və  evlərinə  bir-iki  günlük  istirahətə  də  bir  gənc 
müəllim kimi getmişdi. Elə bil, onun taleyində Gəncə ilə bir 
bağlılıq vardı: 
 
Hara getsəm, harda olsam, 
Məmləkətdən uzaqda 
bir Gəncə sevdası 
yaşayır içimdə- 
qatarda, gəmidə, uçaqda. 
 
 
Hara getsəm  
qədim Gəncəyə dönürəm yenə, 


 
67 
Gəncənin çinarları 
yaşıl yarpaq dodaqlarıyla 
gülüm, sənin adını pıçıldayır mənı. 
 
Onu görməyi çox arzulayırdı. Və o qismət bu günəymiş. 
Təsadüfən  qız  qarşısına  çıxdı.  Tanıdı  onu.  İki-üç  il  bundan 
qabaq gördüyü qız idi. Çox dəyişməmişdi.  
 
Hələ bir quş səsi qonmayıb 
təzəcə şeh düşmüş ləçəklərə. 
Xarıbülbül gülümsəyir 
arzulara, ümidlərə, diləklərə, 
bu anda 
bir şeir yazmaq istədim, 
bir şeir sənə... 
 
Elə  o  gün  o  şeiri  pıçıldadı  ona.  İlk  sevgi  şeirini.  Sonra 
ülkər  baxışlarla  baxışıb  o  baxışların  səssiz  pıçıltısında  əhdi-
peyman  bağladılar.  Ancaq  hələlik  bir  müddət  bu  məhəbbəti 
gizli saxlamağa qərar verdilər...  
Xalası Elçini tərifləyəndə ona görə içindən gülümsəyirdi 
Afət... 
Elçinin  anası  Afəti  tərifləyəndə,  beləcə,  Elçinin  də 
içindən bir gülümsəmək keçmişdi...  
Çox gizli saxlaya bilmədilər bu eşqi.  Elçi getdilər... 
  
*** 
Keçən  əsrin  səksəninci  illərinin  sonu  yaxınlaşırdı. 
Ermənilər yenə də əfi ilan kimi baş qaldırıb, Azərbaycan dalı 
məmləkəti  sancmağa  hazırlaşırdılar.  Məsələlər  günü-gündən 
qəlizləşirdi. Elçin gənc və ağıllı bir adam kimi bu hadisələrin 
sonluğunun  hansı  nəticələr  verəcəyi  narahatlığı  ilə  gecələri 
 
68 
yatağına  girir,  elə  bu  narahatlıqla  da  səhərlərini  açırdı.  Hələ 
çox  gənc  olsa  da,  erməni  xislətinin  nə  olduğunu  anlayırdı. 
Bir də onu anlayırdı ki, arxalı köpək qurd basar. Ermənilərin 
arxasında  rusların,  elə  başqa  xristian  dövlətlərinin  də 
dayandığını  bilirdi.  Ruslar  Moskvada  yaxşı  vəzifələrin  bir 
hissəsini ermənilərə vermişdilər.  
Burada tarixə bir baxış: 
Sovetin  yarandığı  vaxtlardan  belə  olmuşdu:  ermənilər 
rus  qardaşlarının  yanında  quyruq  bulaya-bulaya  əsas  vəzifə 
halqalarının  bir  hissəsini  ələ  keçirmişdilər.  Stalin  dövründə 
onun  yanında  dolaşan  Mikoyanın  vasitəsi  ilə  türklərə  qarşı 
çox  qara  planlar  hazırlanırdı.  Bu  planın  içində  sonralar 
Qarabağı 
Azərbaycandan 
qoparmaq, 
Ermənistana 
birləşdirmək niyyəti də var idi. İştah diş altındadır, deyiblər. 
Əvvəl  qədim  oğuz  yurdu  olan  İrəvanı  min  fitnə-fellə 
əlimizdən  aldılar.  Sonra  Göyçə  mahalı,  Vedibasar, 
Zəngəzur...  İndi  də  Qarabağ.  Ermənilər  bilirdilər  ki,  onların 
qara  niyyətlərini  ruslar  müdafiə  edəcək,  alqışlayacaq,  dünya 
birliyi  də  kormuş,  karmış  kimi  bu  işğala  biganə  yanaşacaq. 
Hər  zaman  dünyada  ikili  standartlar  olub  və  bu  gün  də  var. 
Ən  dəhşətlisi  odur  ki,  bu  ikili  standartlar  burulğanında  hər 
zaman  müsəlmanlar,  ən  çox  da  türklər  əziyyət  çəkiblər. 
Görəsən  niyə  belə  olub?  Bəlkə  müsəlmanın  daha  çox 
fanatizmə  yuvarlanması,  az  oxuması,  elmdən  daha  çox 
yuxuya,  ehtimala,  nağıl  və  əfsanələrə  inanması  onun  bu 
faciələrə  düşməsinin  əsas  səbəbi  kimi  görünməlidir?  Ola 
bilər. Lakin başqa bir səbəb də var. Türkün çox qədimlərdən 
gələn  möhtəşəm  keçmişi  başqa  xalqların  yaddaşından 
silinməmişdi.  Onlar  hər  zaman  türklərə  qorxulu  röya  kimi 
baxırdılar.  Və  o  röyadan  qurtulmaq  üçün  türklərə  müxtəlif 
tələlər qururdular. Hərdən o tələni çox ustalıqla işləyib, türkü 
türkə  qarşı  qoyurdular...  İndi  də  çox  böyük  və  hiyləgər  bir 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə