Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   2   3   4   5   6   7   8   9   ...   45

 
21 
həqiqətləri  öz  ağıl  süzgəcindən  keçirib,  qəlbinin,  ruhunun 
mayasına hopdururdu.  
Beləcə,  səkkiz  ilin  nə  vaxt  gəlib  ötdüyünü  bilmədi.  Bir 
də baxdı ki...  
...Bu  gün  Əhmədavar  kənd  səkkizillik  yarımorta 
məktəbinin  buraxılış  günü  idi.  Hamı  bəzənib-düzənmiş,  şax 
geyinmişdi.  Valideynlərin  də  üzündən  bəxtəvərlik  seli 
süzülürdü.  O  valideynlərdən  biri  də  Elçinin  atası  idi.  Bilirdi 
ki,  müəllimlər  onun  oğlunu  o  ki  var  tərifləyəcəklər,  xoş 
sözlər  deyəcəklər.  Elə  düşündüyü  kimi  də  oldu.  Çıxış  edən 
müəllimlərin, 
demək 
olar, 
hamısı 
Elçinin 
yüksək 
intizamından,  dərsləri  qavrama  qabiliyyətindən,  məktəbdə 
xoş izlər qoymasından danışdılar. Sonra da tərifnamə ilə onu 
mükafatlandırdılar. Bu onun həyatında qazandığı, hələlik, ən 
böyük  mükafatı  idi.  Rəsmi  hissədən  sonra  bədii  hissə  də 
keçirdilər.  Musiqi  nömrələri,  şeir  parçaları  ilə  səkkiz  illiyi 
bitirənləri  yola  saldılar.  Onlara  uğurlar  dilədilər.  Yollarının 
işıqlı olmasını arzuladılar... 
Artıq  yeni  bir  yola  çıxırdı  Elçin.  Məsuliyyəti  bir  az  da 
artırdı.  Bu  yeni  yol  onu  hara  aparacaqdı?  Çətinliklər  onu 
yorub, yarı yolda saxlamayacaqdı ki? Bütün bunları izləmək 
üçün gərək mənim bu kitabıma yol yoldaşlığı edəsiniz. Onda 
hər şeyi biləcək, xəbərdar olacaqsınız... 
 
22 
 
 
 
 
 
YENİ YOLUN CIĞIRLARI 
 
Artıq  məkan  dəyişmişdi.  İndi  də  Ağdamda  oxuyurdu. 
Altı nömrəli orta məktəbdə. Elə bil, onun taleyinə yazılmışdı 
bu;  bir  neçə  ildən  bir  yerini,  yurdunu  dəyişirdi.  Doğum  yeri 
nazlı Şuşa, ilk cocuqluq çağları Malıbəyli, səkkiz illik təhsil 
illəri  Əhmədavar,  indi  də  Ağdam...  Ancaq  bura  çox  tez 
yovuşdu.  Əvvala  ona  görə  ki,  daha  altı-yeddi  yaşında  uşaq 
deyildi.  İkincisi,  onunla  birlikdə  orta  təhsil  almağa 
Əhmədavardan  bir  neçə  uşaq  gəlmişdi.  Üçüncüsü,  Ağdamı 
yaxşı  tanıyırdı.  Zamandan  məqam  oğurlayan  kimi  uşaqlara 
qoşulub, Ağdama gəlirdilər. Ya bir kinoya gedir, ya dükanda, 
bazarda dolanır, ya da gəzməli, görməli yerlərə baxır, günəş 
qüruba  əyiləndə,  bir  maşına  əyləşib  kəndə  gəlirdilər.  Belə 
vaxtların ən xoş xatirəli anları isə qızlarla bağlı olardı. Ürəyi 
yenicə  isinməyə  başlayan  bu  uşaqlar  rayon  mərkəzində  olan 
qızlara  xüsusi  maraqla  yanaşırdılar.  Bu  qızlar  kənd 
oğlanlarını  nə  qədər  özlərindən  aralı  tutmağa  çalışsalar  da, 
gözləri həsrətlə yanan bu oğlanların qarşısında əriyirdilər. Bu 
qızların  nazı,  işvəsi  onlarda  xoş  narahatlıq  yaradırdı.  Belə 
vaxtlarda  bu  oğlanlara  elə  gəlirdi  ki,  dünyanın  ən  əzablı 
cənnəti  elə  Ağdamın  özüdür.  Bir  tərəfdən  də  qorxurdular. 
Qızların  qohum-əqrabasından,  qardaşlarından  çəkinirdilər. 
Bilirdilər  axı,  bu  yerlərin  özünəməxsus  qaydaları,  kitaba, 
dəftərə yazılmayan qanunları var idi. Onu da bilirdilər, özləri 
duymuşdular,  həm  də,  yaşlı  adamlardan  eşitmişdilər  -  bu 
yerlərdə hələ Sovet hakimiyyəti qurulmamışdı. Bunu camaat 
ironiya ilə deyirdilər. Ancaq hardasa, bu ironiyanın içərisində 


 
23 
hiss  olunası  bir  həqiqət  də  var  idi.  Respublikanın  heç  bir 
bazarında  olmayan,  qadağan  olunmuş  malların  hamısı 
Ağdam  bazarında  satılardı.  Bu  bazarda  ağlına  gələn  nə 
istəsəydin tapardın.  
Amma  bütün  dəmir  qanunlara  rəğmən,  yenə  də  uşaqlar 
“sevgi  oyunlarından”  əl  götürüb,  “tənhalar  adasına” 
çəkilmirdilər.  İlk  məhəbbətin  al  şöləsi  onlarda  bütün 
qorxulara üstün gəlirdi.  
İndi  o  qaynar  nöqtəyə  gəlmişdi  Elçin.  Son  iki  ilini 
burada oxuyacaq, kamal attestatı alacaqdı... 
İnsan ömrünün elə çağları olur ki, gücü-qüvvəsi hər şeyə 
çatır.  Belə  vaxtlarda  ona  elə  gəlir,  dağları  da  yerindən 
oynadıb,  başqa  səmtə  apara  bilər.  Ona  görə  deyirlər,  cavan 
adamlar ölümdən belə qorxmurlar. Sanki onlar ölüm deyilən 
mələyin  onlara  yaxın  gələcəyini  ağıllarına  belə  gətirmirlər. 
Bəzən  gənc  ölümlərin  səbəbi  də  elə  bu  özündən  razılığın 
nəticəsində yaranır.  
Elçin  də  yorulmadan  çalışırdı.  Bu  qədər  işin,  kitab-
dəftərlə  əlləşməyin  müqabilində  çox  da  yorulmadığına  özü 
də heyrət edirdi. Saatın əqrəblərini səhər saat altıya qururdu. 
Saatın zənginə oyanıb, düz məktəbə gedənə qədər oxuyurdu. 
Dərsdən  sonra  uzağı  bir  saat  özünə  istirahət  üçün  vaxt 
ayırırdı.  Əslində  bu  bir  saatda  da  “oxuyurdu”.  Bu  vaxtlarda 
kitablarda  yazılmayanları  öz  ağıl  süzgəcindən  keçirirdi. 
Azərbaycanın  ikiyə  bölünmək,  paralanmaq,  xırdalanmaq 
səbəblərini axtarırdı. Niyə belə olmalıydı axı? Nədən çox az 
xalqlara  qismət  olan  bu  ayrılıq  şərbətini  bizə  də 
içirməliydilər?  Niyə  bu  haqda  ucadan  danışmağı  bizə  yasaq 
eləmişdilər?  Axı  niyə  millətin  çoxusu  bilməməliydi  bu 
həqiqəti? Bu yasaq, bu qadağa dünya xalqlarına nə verəcəkdi 
ki?  Bəs  niyə  o  biri  parçalanan  xalqlar  dərdlərini  ucadan 
bəyan  edə  bilirdilər,  ayrılıqlarını  qəzet,  kitab  səhifələrinə 
 
24 
çıxarır,  hay-haray  qoparırdılar?  Bizlər  isə...  Yalnız  bir  az 
pərdəli,  üstüörtülü  bayatılar,  ağılar  qoşmaqla  dərdimizi 
ovutmağa  çalışırdıq.  Bu  yasaq  yalnız  bizəmi  qoyulmalıydı? 
Axı  nədən,  nə  səbəbə?  Dünyanın  həqiqət  deyilən  gözü  niyə 
kor  olmuşdu,  niyə  tutulmuşdu,  niyə  heç  nəyi  öz  rəngində 
görmürdü?  
Bir  nəfər  dostu  ona  gizlincə  Təbrizin  şəkillərini 
vermişdi.  Demişdi  bax,  amma  heç  kimə  göstərmə.  Bu  da 
Elçinin  hələ  çox  da  bərkiməmiş  qəlbinə  bir  dərd  olmuşdu. 
Axı doğma yurdun bir parçası olan Təbrizin şəkillərinə  niyə 
gizlincə baxmalıydı? Axı niyə Təbrizin özünə getməməliydi? 
O  tikanlı  məftillər  vətən  sevgisini  könüllərdən  silib  apara 
bilərdimi?  Belə  hüznlü  vaxtlarında  Elçin  az  qala  küçəyə 
çıxıb  qışqırmaq,  haray  salmaq  istəyirdi.  Həqiqəti  insanlara 
çatdırmaq  həvəsi  qəlbinə  hakim  kəsilirdi.  Lakin  yenə  də 
sonda  dəmir  qadağalar  onu  sustaldır,  yerində  oturmağa, 
dinməməyə  məcbur  edirdi.  Belə  məsələləri  daha  yoldaşları 
ilə də müzakirə eləməyi xoşlamırdı. Ən məhrəm bildiyi, ürək 
qızdırdığı ürəyindəki ikinci məni idi. Ən mübhəm məsələləri 
də o ikinci məni ilə müzakirə edirdi. 
“-Bu ayrılıq hardan gəldi? 
-Bilmirsənmi? 
-Azdan-çoxdan bilirəm. 
-Onda danışma. Ayrılıq salanlar güclüdürlər.  
-Bəs sonu olacaqmı bu ayrılığın? 
-Bütün ayrılıqların bir sonu olur. 
-Bu  ayrılığın  sonu  çatanda,  biz  bir-birimizi  anlaya 
biləcəyikmi? 
-Qan yaddaşı yardımçı olacaq.” 
Tarix  kitablarında  yazılanların  çoxu  ilə  razılaşmırdı 
Elçin.  Bu  yazılanlarda  qatmaqarışıqlıq,  ağa  qara,  qaraya  ağ 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə