Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   2   3   4   5   6   7   8   9   ...   45

 
25 
deyilmələr çox idi. İti məntiqlə düşünəndə bu yalan-palanlar 
görünürdü. Və o yalanların çoxunda zərbə yenə bizə dəyirdi.  
...Bu  gün  müəllim  nədənsə  dərsə  gəlməmişdi.  Direktor 
onu yanına çağırdı. Dedi, eşitmişəm, sən hələ birinci sinifdə 
sinif  yoldaşlarına  dərs  demisən?  Bu  günkü  dərsi  apara 
bilərsənmi?  Elçin  başını  aşağı  saldı...  Bir  azdan  onu  həmin 
sinifə dərs deməyə göndərdilər.  
Yadına  gəlirdi.  Doğrudan  da  birinci  sinifdə  oxuyanda, 
sinif  yoldaşlarına  dərs  demişdi.  Sinif  müəllimləri  Həmid 
müəllim  xəstələndiyindən  məktəbə  gələ  bilməmişdi.  Dərs 
hissə  müdiri  Rəfiqə  müəllimə  onu  müəllim  kimi  sinifə 
yolladı...  
Sonralar  Rəfiqə  müəllim  bu  mövzuya  qayıdacaqdı. 
Deyəcəkdi, ay Elçin, onda sizin sinifinizə dərs deməyə başqa 
müəllim  göndərə  bilərdik.  Amma  mən  səni  göndərdim. 
Çünki  artıq  sən  məktəbə  gələndə  birinci  sinifin  proqramını 
bilirdin.  İndidən  mən  səni  bir  müəllim  kimi  sınaqdan 
çıxarmaq istəyirdim.  
Dərsi  pis  aparmadı  Elçin.  Uşaqlar  da  onu  yoldaşları 
bilib, lağa qoymadılar.    
Yuxarı  sinifdə  dediyi  dərs  də  onun  üçün  çətin 
keçməmişdi. Sanki bu işin səmtini bilirdi artıq. Ancaq o, çox 
arzulayırdı  ki,  belə  dərslərdə  öz  əlavələrini  də  edə  bilsin. 
Amma  çəkinirdi.  Bilirdi  ki,  proqramdan  kənara  çıxmaq  bu 
dövlətdə inqilab eləməyə bərabər bir iş idi. Və o, bu inqilabı 
təkbaşına edə bilməzdi. Belə  müəllimlər haqqında eşitmişdi. 
Onların  aqibətindən  də  xəbərdardı.  Ona  görə  proqramdan 
kənar  uşaqlara  bir  söz  demirdi.  Amma  öz  ürəyində  hər 
kitabda yazılana əlavələrini edib, sonra tək-tənha qalanda bu 
əlavələrlə əlləşirdi.  
Zaman su kimi axıb gedirdi. Heç özləri də hiss eləmədən 
bığ  yerləri  tərləmişdi.  Küncdə-bucaqda,  gizlin  bir  yerdə 
 
26 
üzlərini  təraş  edən  uşaqların  sayı  günü-gündən  çoxalırdı. 
Qəribəsi  orasındaydı  ki,  üzlərini  təraş  eləmələrini  öz  sinif 
yoldaşlarından  da  gizli  saxlamağa  çalışırdılar.  Sinif 
yoldaşları  olan  qızlar  da  artıq  qızlar  bulağından  su  içirdilər. 
Həftədən-həftəyə, 
aydan-aya 
gözəlləşir, 
qəşəngləşir, 
dəyişirdilər.  Daha  o  qızlar  deyildilər.  O  qızlar  ki,  bir-iki  il 
bundan  əvvəl  oğlanları  bezdirir,  onları  dağa,  divara 
dırmaşdırır,  dil  boğaza  qoymadan  danışır,  dərs  vaxtı  da 
oğlanların fikrini dağıdırdılar.  
Ayrılıq  vaxtı  çatanda  üzlərindəki  qəm  haləsini  üzaqdan 
sezmək  olurdu.  Yazın  tez  bitməsini,  məktəbin  qurtarmasını 
istəmirdilər  sanki.  Heç  səkkiz  illiyi  bitirəndə  səkkiz  illik 
yoldaşlıqdan  ayrılığın  həyacanı  bu  qədər  olmamışdı. 
Görünür,  yaşın  müəyyən  həddində  insanların  bir-birinə 
bağlanma telləri daha güclü və möhkəm olur. 
Amma yaz bitdi. On illik təhsil başa çatdı. Ayrılıq anları 
yetişdi.  Yenə  vida  mərasimi,  yenə  müəllimlərin  xoş  sözləri, 
qızların  göz  yaşları...  Yenə  ən  çox  Elçindən  danışdılar.  Hər 
müəllim  çıxışının  bir  bəndini  Elçinə  həsr  edirdi.  Ona 
məktəbə  baş  ucalığı  gətirdiyi  üçün  minnətdarlıq  edir,  xoş 
arzularını  çatdırır,  gələcək  həyatında  ondan  böyük  uğurlar 
gözlədiklərini  gizlətmirdilər.  Bu  anlarda  Elçinin  ürəyi  quş 
ürəyi  kimi  çırpınırdı.  Ayrılıq  havası  bir  yana,  müəllimlərin 
onun üzərinə qoyduqları məsuliyyət hissi, bir yandan da ata-
anasının ümid dolu baxışları onu həyəcanlandırırdı.  
On illik təhsili bitirmək işin hələ çox cüzi bir hissəsi idi. 
Hər  şey  bundan  sonra  başlanırdı.  On  illiyi  müvafiq 
qiymətlərlə  bitirib,  sonra  heç  nəyə  nail  olmayan  adamlar 
haqqında  çox  eşitmişdi.  Hətta  ali  məktəbi  əla  qiymətlərlə 
bitirən  adamlar  vardı  ki,  sonda  heç  nəyə  nail  olmamış, 
tamam  başqa  bir  işin  qulpundan  tutub  yaşamağa  məcbur 
olmuşdular.  Yaşının  az  olmasına  baxmayaraq,  Elçin  bunları 


 
27 
bilirdi.  Bilirdi  ki,  savadlı,  kəlləli  olmaq  heç  də  işin  hamısı 
deyil. Bu savada, bu biliyə zəhmətin ətri qatılmasa çox işlər 
yarımçıq  qala  bilərdi.  Bəzən  filosoflar  zəhmətin  hər  bir  işdə 
öndə  olduğunu  vurğulayırdılar.  Hətta  bəzi  filosoflar 
müvəffəqiyyət  qazanmağın  formulasını  cızanda  on  faiz 
savadın  müqabilində  doxsan  faizi  zəhmətə  verirdilər.  Bu  bir 
qədər  mübahisəli  fikir  olsa  da,  həqiqətə  oxşar  şeylər  də 
tapmaq  olardı.  Axı  beynin  bilgisayar  olsa    belə,  zəhmət 
çəkib, tər axıtmağa təpərin yoxsa, uğur qazanmaq imkanların 
sıfır həddinə enəcək. Ərdəmli olmaq, zəhmətə qatlaşmaq, bir 
qara  fəhlə  kimi  çalışmaq  gələcək  işıqlı  həyatının  əsas 
qayəsidir.  
Bunları bilirdi Elçin. Buna  görə öz çıxışında həyəcanını 
çətinliklə  boğub,  müəllimlərə  (elə  ata-anasına  da)  söz  verdi. 
Dedi, gecə-gündüz çalışacağam, oxuyacağam, elmin sirlərinə 
vaqif olacağam. Sizlərin, yurdumun, elimin,  vətənimin adını 
ucaltmaq  üçün  bütün  gücümü,  qüvvəmi  səfərbər  edəcəyəm. 
Sonda lap  kövrələ-kövrələ  “ Elə edəcəyəm  ki, mənə görə nə 
siz  müəllimlərim,  nə  sinif  yoldaşlarım,  nə  də  valideynlərim 
utanclıq  hissləri  keçirməyəsiniz”-deyərək,  tribunanı  tərk 
elədi.  
Alqışlardan  qulaq  tutulurdu.  O  alqışlar  bir  xoş  Tanrı 
küləyi kimi onu götürüb uzaqlara, lap uzaqlara aparacaqdı. O 
yolun  başlanğıcındaydı  hələ.  Müəllimlərin  ona  fərəhlə 
təqdim  etdikləri  qızıl  medal  isə  bir  parlaq  şölə  kimi  onun 
ömür yoluna nur çiləyəcəkdi... 
 
 
28 
 
 
 
 
 
TƏLƏBƏLİK İLLƏRİ  
VƏ YAXUD İSGƏNDƏROV DÜSTURU 
 
Bu da yeni məkan...  
Yeni dövrün başlanğıcı... 
Yeni şəhər, yeni adamlar... 
Sanki bir başqa planetə düşmüşdü. Əvvəl ona elə gəlirdi 
ki,  bu  şəhərə  öyrənmək  onun  üçün  çətin  olacaq.  Yuvasını 
itirmiş quş kimi çırpınır, hara gedəcəyini, hardan gələcəyini, 
harda  dayanacağını  bilmirdi.  Amma...  Bu  Bakıdı.  Onun 
maqnit kimi adamları özünə çəkən gücü var. O maqnit Elçini 
də  bu  şəhərə  çəkdi,  bağladı,  qopmağa  qoymadı.  İlk  vaxtlar 
ona  çox  balaca,  darısqal,  yöndəmsiz  görünən  tələbə 
yataqxanası  indi  elə  böyük,  əzəmətli  görünürdü  ki.  Lap  şah 
sarayı  kimi.  Bir  də  axı  başı  qarışıq  idi,  oturub  nələrisə 
müqayisə  eləməyə,  nəyin  yaxşı,  nəyin  pis  olduğunu  arayıb 
axtarmağa vaxtı-məqamı da yox idi.  
Azərbaycan 
Politexnik 
İnstitutunun 
Mexanika 
fakultəsinə  daxil  olmuşdu.  Bu  elə  bir  sahə  idi  ki,  bir  an 
oxumasını  zəiflətsə,  xırda  bir  tənbəllik  azarına  yoluxsa, 
gecikə  bilər,  çıxdığı  uzun  və  çətin  yoldan  aralı  düşə  bilərdi. 
Onun üçün gündüzünü gecəsinə qatmalıydı. Kitablarla yatıb, 
kitablarla qalxmalıydı. Yaxşı ki, bu ötən illər sevgili deyilən 
kitaba  yar  olmağı  bacarmışdı.  Elə  bir  gün  olmurdu  ki, 
dərslərindən  savayı  iki-üç  kitaba  sığal  çəkib,  boyunu 
oxşamasın.  Hansı  yöndə  olursa-olsun-iqtisadiyyatdan  bəhs 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə