Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   2   3   4   5   6   7   8   9   10   ...   45

 
29 
eləsin,  ya  tarixdən,  ya  ədəbiyyatdan,  onun  üçün  kitab  olsun. 
Anlayırdı, bilirdi ki, hər kitabda həyatın bir həqiqəti gizlənir. 
O kitab səni tam qane etməsə belə...  
Elə  ona  görə  də  uğurları  çox  erkən  başlandı. Elə  birinci 
kursda  oxuyanda  Azərbaycan  Ali  Məktəb  tələbələrinin 
Ümumrespublika Elmi Konfransında birinci dərəcəli diploma 
layiq  görüldü.  Və  bu  diplomu  ali  məktəbi  bitirənə  qədər  hər 
il təkrar-təkrar qazandı.  
1982-ci  ildə  Rusiyanın  Omsk  şəhərində  keçirilən  Ali 
riyaziyyat  fənni  üzrə  Ümumittifaq  olimpadasının  diplomunu 
aldı. 
1983-cü  ildə  M.  Bauman  adına  Moskva  Ali  Texniki 
Məktəbində keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının 
diplomuna layiq görüldü. 
1984-cü  ildə  “Ən  yaxşı  tələbə  elmi  işi  üçün”  medalı  ilə 
təltif olundu.  
1985-ci  ildə  A.  Sneckaus  adına  Vilnüs  Politexnki 
İnstitutunda keçirilən Ümumittifaq Tələbə Elmi Konfransının 
diplomantı oldu və elmi əsəri kitabda çap edildi.  
Elə  həmin  il  Tallin  Politexnik  İnstitututunda  keçirilən 
Ümumittifaq  Tələbə  Elmi  Konfransının  diplomunu  aldı  və 
yenə də elmi əsəri kitabda çap olundu.  
1986-ci  ildə  Moskva  şəhərində  Ümumittifaq  Xalq 
Təsərrüfatı  Nailiyyətləri  sərgisinin  Qızıl  medalina  layiq 
görüldü. 
Elə həmin il ilk elmi ixtirası Bakı Məişət Kondisionerləri 
zavodunda  istehsalata  tətbiq  olundu  və  bu  ixtira  sayəsində 
dövlətə 1.2 milyon manat dəyərində iqtisadi səmərə verdi.  
Lakin  bütün  bu  nailiyyətlər,  uğurlar  onun  üçün  hələ 
qənaətbəxş deyildi. Çünki onun lap tələbə olduğu vaxtlardan 
fikrində-zikrində  dolanan  bir  ideya  arzularının  fövqündə 
 
30 
dayanırdı  və  o,  bu  arzusuna  çatmaq  üçün  bütün  gücünü, 
qüvvəsini səfərbər edirdi.  
Tələbəliyinin  ilk  çağlarında  oxuyub  öyrənmişdi  ki,  
Vereşaqin adında alim tələbə olarkən düstur kəşf edib. Elə o 
vaxtlardan bir arzu, bir istək onu rahat buraxmırdı; Vereşaqin 
kimi tələbəykən bir düstur, bir üsul kəşf etmək... 
Aylar, fəsillər sürətlə  ötüb  keçirdi.   Amma o, düsturunu 
hazırlayıb  başa  çatdıra  bilmirdi.    Vereşaqin  yaşının  tamam 
olmasını çox üzüntülü qarşılamışdı. Heç kəsə  bildirməsə də, 
özü  bu  üzüntünün  səbəbini  aydınca  bilirdi...  Az  müddətdə 
əli-qolu  soyusa  da,  özünü  ələ  almağı  bacardı.  Bəlkə  də,  bir 
yetənəkli  gənc  kimi  daxildə  özünə  təskinlik  verdi,  ikinci 
məninə  dedi  ki,  mənim  yaradacağım  düstur  onun 
düsturundan  daha  önəmli,  daha  səmərəli  olacaq.  Kəşf  də 
sevgi  kimi  yaşa  baxmır.  Hansı  yaşda  bu  kəşfi  yaradırsan 
yarat,  təki  o  kəşfin  dünyamıza,  insanlara  fayda  gətirsin.  Bu 
inamla çalışaraq iyirmi bir yaşında mexanızmlərin sərbəstlik 
dərəcəsinin təyini üçün  “İsgəndərov düsturu”  nu tətbiq elədi 
və bu tətbiq çox böyük səmərə verdi.  
Bütün  institut  İsgəndərovdan  danışırdı.  Tələbələr  ona 
həsədlə baxırdılar. Paxıllığını çəkənlər də çox idi. Ən çox da 
oğlanlar.  Görəndə  ki,  bu  əl  boyda  “alim”  qızların  maraq 
dairəsindədir,  tələbə  oğlanlar  ona  paxıllıq  edirdilər.  Necə  də 
etməyəydilər; 
bəziləri 
onun 
qədər 
oxusalar 
da, 
kitabxanalarda  oturmaqdan  köhnə  kitab  qoxusu  versələr  də, 
onun etdiklərini edə bilmir, qazandığını qazanmırdılar. Təbii 
ki,  bu  qazanmaq  maddiyyatdan  getmirdi.  O,  da  kasıb  bir 
tələbə  ömrü  yaşayırdı.  Amma  bu  tərəfdən  də,  onun 
üstünlükləri  var  idi.  Lenin  təqaüdü  aldığına  görə  qazancı  o 
biri  tələbələrdən  xeyli  çox  idi.  Ancaq  o  biri  tələbələrdən 
maddi cəhətcə çox fərqlənmirdi. Çünki aldığı təqaüdün üçdə 
ikisini  kitablar  almağa  sərf  edirdi.  Axtarıb,  arayıb  ən  yeni 


 
31 
kitabları  əldə  edirdi.  Adı  çıxmış  bir  kitabı  özününkü 
eləməmiş,  rahatlıq  tapa  bilmirdi.  Tələbə  qızların  göz 
obyektindən aralı düşə bilməməyinin bir səbəbi də elə bu idi. 
Bu gənc, çəlimsiz oğlanı institutun bir nömrəli tələbəsi kimi 
qəbul  edirdilər.  Hansı  qız  istəməzdi  ki,  belə  bir  tələbənin 
maraq dairəsinə düşsün?.. Elçin isə bütün bunlardan xəbərsiz 
kimi  öz  işindəydi.  Oxuyur,  yeni-yeni  kitablar  axtarıb  tapır, 
vaxt  tapan  kimi  kitabxanalara  baş  vurur,  ara-sıra  fələkdən 
məqam  oğurlayıb  kəndlərinə,  doğmalarına  baş  çəkməyə 
gedirdi.  
Elə  bil,  Əhmədavar  da  indi  onu  bir  başqa  gözlə 
qarşılayırdı. Sanki kənd öz “qollarını” açıb, onu qucaqlamaq, 
bağrına basmaq istəyirdi.  
Kənd də canlı insan kimidi. Onun da ürəyi var. Onun da 
gözləri  var.  Onun  da  düşünən  beyni  var  və  o düşünən  beyin 
heç bir zaman səhv eləmir. Yaxşı övladı ilə pis övladını bir-
birindən  ayıra  bilir.  Amma  ən  qəribəsi  bu  deyildi.  Ən 
qəribəsi  o  idi  ki,  yaxşısı  kimi  pisinə  də  kənd  öz  qucağında 
yer verməyi bacarırdı. Müqəddəs ana kimi.  
Kəndə  gələndə  bütün  qohum-qonşular  onun  başına 
yığılardılar.  Hər  kəs  ən  urvatlı  bildiyi  bir  şeyi  Elçin  üçün 
gətirərdi.  İstəyərdilər  Elçin  bu  urvatlı  nemətdən  dadsın.  Və 
bəlkə  də  bunun  gizli  kodu  o  idi  ki,  Elçin  kəndin  havasını, 
suyunu,  duzunu,  çörəyini  unutmasın.  Bu  yerlərə  tez-tez 
gəlsin.  Gəlib  də  tay-tuşlarını  başına  toplasın. Onlara  elmdən 
danışsın.  Gözü  bağlı  olanların  bir  az  da  olsa  gözünü  açsın. 
Qaranlıq çökən qəlblərə işıq şöləsi çiləsin. Axı bu qaranlıqlar 
bizləri  əbədi  zülmətə  sürükləyə  bilərdi.  Bu  qorxunu  ağıllı, 
zəkalı  adamlar  yaxşı  dərk  edirdilər.  Və  bundan  çox 
qorxurdular.  Oxunmamış,  elmsiz,  təhsilsiz  gələcəyin 
zülmətindən  qorxurdular.  Əslində  belə  gələcəkdən  Elçinin 
özü  də  qorxurdu.  Böyük  şairin  dediy  “Əcnəbi  seyrə 
 
32 
balonlarla  çıxır,  biz  hələ  avtomobil  minməyiriz”  dilemması 
qarşısında dayanan gənc oğlan belə vaxtlarında Mirzə Cəlili, 
Mirzə Ələkbər  Sabiri, Üzeyir Hacıbəyovu  və  başqa dahiləri, 
onların yazdıqlarını xatırlayıb, dərin xəyallara qərq olurdu.  
Hələ lap gənc yaşlarından bir fikir ona rahatlıq vermirdi; 
nəyə  görə  bütün  unikal  kəşfləri  qeyri-müsəlman  xalqlarının 
nümayəndələri  edirdilər?  Nə  olmuşdu  bu  müsəlman  deyilən 
zümrəyə?  Axı  vaxtı ilə şərq xalqları  dünyaya  böyük dühalar 
bəxş  etmişdilər.  Qərb  öz  ağıl  mayasını  şərqdən  götürmüşdü. 
İndi  nə  olmuşdu  bəs?  Niyə  belə  dərin  uyquya  dalmışdılar 
müsəlmanlar?  Bu  dəruni  yuxunun  sonunda  nə  gözləyirdi 
müsəlmanı? Bəlkə dini qavramada yanlışlıqlar şərqi bu günə 
saldı?  Ya  bəlkə  xüsusi  ustalıqla  qurulmuş  tora  saldılar  bu 
zavallı zümrəni?  
Bu suallar onun rahatlığını əlindən alır, düşüncəsini zəbt 
edir,  bunun  düsturunu  tapmaq  üçün  hələ  çox da  bərkiməmiş 
beynini səfərbərliyə alırdı.  
Kənd  cavanları  ona  diqqətlə  qulaq  asırdılar. Hər  sözünə 
xüsusi 
məna 
verirdilər. 
Onun 
məntiqli, 
qavramlı 
danışığından  nəyisə,  nələrisə  əxz  edir,  qafalarında  saxlayır, 
yeri  gələndə  ondan  öyrəndiklərini  başqalarına  danışırdılar. 
Nurani qocalar belə ona heyranlıqla qulaq asırdılar.  
Bir  sözlə,  Elçinin  bir  gün,  gün  yarım,  uzağı  iki  gün 
kənddə  olduğu  müddətdə  həm  evlərində,  həm  də  onun 
dolandığı  çevrədə  qələbəlik  olurdu.  Az  yaşında  bu  hörməti, 
özünə  qarşı  bu  ehtiramı  necə  yaratmışdı,  burası  çox  maraqlı 
və düşündürücü idi. 
Əhmədavarda olduğu bu qısa sürədə o, mütləq vaxt tapıb 
Şuşaya da baş çəkməliydi. Bu elə bil, onun üçün yazılmamış 
bir  qanun  idi.  Sanki  Şuşaya  dəyməmiş  Bakıya  qayıtsaydı, 
hardasa bir günah işlətmiş kimi olardı. 
 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə