Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

 
33 
Xəzərdən qanadlanıb 
atını göy qurşağına çap. 
Bakıda didərgindi 
Şuşalı göy qurşağı. 
Gözləri Şuşaya sarı 
tumurcuqlayan oğlan! 
 
Şuşada ilk uşaqlıq çağlarını yaşasa da, nədənsə özünü bu 
yurdun  övladı  sanırdı.  Əslində  vətənin  hər  bir  qarışı  onun 
üçün doğma və əziz idi. Ancaq Şuşada özünə qarşı qəribə bir 
məhrəmlik duyğuları hiss edirdi. Elə bil, bu yurdun hər daşı, 
hər qayası, suyu, çiçəyi, ağacı, göy qurşağı, buludu, yağışı da 
onun üçün bir başqa anlam daşıyırdı. Və bu anlamın hardan, 
nədən qaynaqlandığını heç özü də bilmirdi.  
Burada  olduğu  üç-dörd  saat  ərzində  hər  nə  görürdüsə, 
gözlərinin  bəbəyinə  yığmaq  istəyirdi.  Beyninin  yaddaş 
koduna həkk eləməyə çalışırdı.  
Bir haşiyə:  
Zaman  keçib,  vaxt  ötəndən  Şuşasız  günlərə  düşəndən 
sonra  beyninə  həkk  elədiyi  o  xatirələrin  onun  üçün  çox 
faydası  oldu.  Ən  azı  tamam  Şuşasız  qalmadı.  Xatirələrində 
qalmış  cığırın  izi  ilə  tez-tez  oralara  getdi,  gəzdi,  dolandı, 
daşa,  torpağa  sığal  çəkdi,  qayıdıb  yenə  Şuşanın  solğun, 
küskün şəkilləri ilə üzbəüz qaldı...  
Şuşadan  qayıdıb  gələndən  sonra  məqam  tapıb  qələminə 
güc verirdi. Üçüncü sinifdə oxuyandan həm də poetik aləmin 
sirli-sehrli  cazibəsinə  düşmüşdü  axı.  Şeirlər  yazırdı.  Bu 
barədə  bir  az  sonra...  Hələliksə,  Şuşalı,  Ağdamlı  yolların 
işığında  yol  gedirdi.  Qayıdıb  yenə  Bakıya  gəlirdi.  Üç  gün 
ötməmiş yenə o yerlər üçün darıxırdı. Amma özünü tuturdu, 
saxlayırdı. Lap tez-tez gedib gəlmək istəmirdi. Axı o, Bakıya 
vacib  bir  missiya  arxasınca  gəlmişdi.  Oxumaq,  öyrənmək, 
nələrsə  qazanmaq,  nələrəsə  nail  olmaq,  bir  sözlə,  özünü 
 
34 
tapmaq  missiyasının arxasınca. Ona  görə bir fikri o yerlərdə 
olsa da, başqa, ən vacib xəyalı oxumasının yanındaydı. Fikri, 
düşüncəsi  dağılsaydı  o  zəhmli,  tələbkar  müəllimlərdən-
professorlar  Nadir  Qasımzadədən,  Niftulla  Qədirovdan, 
Salman  Qarayevdən  əla  qiymətlər  ala  bilərdimi?  Xüsusilə, 
Salman  müəllimdən  beş  almaq  tələbələrin  ən  böyük 
arzusuydu.  O,  isə  alırdı,  ala  bilirdi.  Öz  zəhmətinin, 
əziyyətinin,  yuxusuz  gecələrinin  barını  dərirdi.  Uşaqlar 
Salman  müəllimdən  dad  qılanda,  o,  gülümsəyirdi,  deyirdi, 
vallah,  Salman  müəllim  mənim  nə  qohumum,  nə  tanışım 
deyil.  Sadəcə,  oxuyub,  əziyyət  çəkib,  qiymət  alıram.  Siz  də 
zəhmət  çəkin,  oxuyun,  qiymət  alın.  Elə  bilirsiniz  mənim 
könlümdən  keçmir  kinoya,  teatra  getmək?  Keçir,  özü  də 
necə.  Bir  dəfə  dram  teatrda  tamaşaya  baxmağı  dünyaya 
dəyişmərəm.  Ancaq  dərslər  imkan  vermir.  Bu  semestrin 
havası getməmiş o biri semestrin vaxtı yetişir.  
Uşaqlar  onun  bu  sözlərinin  qarşısında  bir  söz  deyə 
bilmir, daha Salman  müəllimin arxasınca danışmaqdan da əl 
çəkirdilər.  
Amma  göyərçinin  dimdiyində  də  olsa,  idmanla  məşğul 
olmağa vaxt tapırdı. Gündə bir saat, uzağı iki saat. İnstitutun 
idman zalında həm güləş, həm də ağırlıq qaldırma növləri ilə 
məşğul  olurdu.  Bu  növlərdə  qırx  səkkiz  kiloqram  çəki 
dərəcəsində onun qolunu bükən tapılmırdı. Hərdən yoldaşları 
zarafat edirdilər, deyirdilər, yaxşı, beynin var oxumaqda bizi 
üstələyirsən,  bəs  bu  güc  səndə  hardandır?  Belə  olanda  Elçin 
yoldaşlarını başına yığıb, onlara babasından danışırdı...  


 
35 
 
 
 
 
 
ƏHƏD BABANIN MƏRDLİYİ 
 
Yoldaşlarına  deyirdi,  qohumlarım,  babamı  tanıyanların 
hamısı məni Əhəd babama bənzədirdilər. Atamın atası Əhəd 
babama.  
Əhəd  babam  çox  mərd  kişi  idi.  Nəinki  öz  rayonlarında, 
ətraf  bölgələrin  hamısında  qoçaqlığı,  mərdliyi  ilə  ad 
qazanmışdı.  Yaşlı  adamlar  danışırdılar  onun  mərdliyindən. 
Deyirdilər, onun qolunun gücü qarşısında dayanan az olardı. 
Hələ  o  qanlı  çağlarda,  erməni  davası  olan  vaxtda  onun 
igidliyini  görmüşdülər.  Elə  bir  döyüş  olmazdı  ki,  Əhəd  o 
döyüşdən  erməni  öldürməmiş  qayıtsın.  Ermənilər  də  onun 
şücaətindən  xəbər  tutmuşdular.  Onu  öldürmək,  aradan 
götürmək  üçün  planlar  cızır,  lakin  onu  qurduqları  pusquya 
sala bilmirdilər. Bir ağır döyüşdə kişini ağır yaralayırlar. Elə 
mövqedə imişlər ki, oradan çıxmaq, öz tərəflərinə qaçmaq da 
mümkün  deyildi.  Belə  vaxtda  qanının  qurtaracağını  görən 
Əhəd  kişi  belinin  kəməri  ilə  yarasını  bağlayır.  Bir  gün 
ərzində  beləcə  yaralı  halda  dağda-daşda  ermənilərin 
gözündən  yayınır.  Evlərinə  gəlib  yetişəndə  qanının 
azaldığından  danışmağa  da  taqəti  olmur.  Özünü  qaydaya 
salıb,  yenə  düşmənin  üzərinə  yürüyür.  Yaralı  aslan  kimi  bu 
dəfə bir neçə ermənini təkbaşına məhv edir...  
Babası  olduğuna  görə  belə  danışmırdı  Elçin.  Həqiqətən 
Əhəd  kişi  öz  igidliyi,  mərdliyi  ilə  ad  qazanmışdı.  Çətin 
məqamlarda  adamlar  onun  yanına  gələrdilər.  Ondan  bir  yol, 
 
36 
məsləhət  alardılar.  Əhəd  kişi  də  aram-aram  gələnləri 
dinləyər, çıxış yolunu onlara deyərdi.  
Keçən  əsrin  əvvəllərində  ermənilər  yenə  də  öz 
havadarlarının diktəsi ilə türklərə qənim kəsilmişdilər. Bu iki 
millətin  düşmənçiliyi  çox  qədim  zamanlara  gedib  çıxırdı. 
Baxmayaraq ki, Tanrının bir çətirinin altında yaşayırdılar, bir 
havanı  udurdular,  bir  yeməyi  yeyir,  bir  musiqiyə 
köklənirdilər,  hətta,  qohum,  kirvə  olurdular,  amma  məqam 
düşən  kimi  hay  deyilən  ermənilər  bütün  bu  münasibətləri, 
türklərin  onlara  etdikləri  yaxşılıqları  unudub,  arxadan  zərbə 
vururdular. Babək zamanından belə olmuşdu. Hələ ondan da 
qabaq.  
Burada yenə bir haşiyə: 
Şah İsmayıl Xətainin zamanında İrəvan hökmdarı Rəvan 
xan  Şah  İsmayıla  məktub  yollayır.  Məktubda  o,  təlaşla 
bildirir  ki,  hansı  qüvvələrsə  erməniləri  iki-iki,  üç-üç  bizim 
mahalın  kəndlərində  məskunlaşdırırlar.  Bunun  qarşısı 
alınmasa, gələcəkdə bizim üçün çox çətinliklər olacaq. Çünki 
onlar  hər  zaman  məskunlaşdıqları  yerlərdə  bir  az  çoxalan 
kimi  faciələr  törədiblər,  yerli  əhalinin  isti  aşına  soyuq  su 
qatıblar.  
Sonra  Rəvan  xan  Şah  İsmayıldan  onları  buralardan 
qovmaq  üçün  izn  istəyir.  Lakin  yazılı  mənbələrdə  bilinmir, 
bilinmir ki, Şah İsmayıl Xətai Rəvan xanın məktubuna hansı 
münasibət bildirib.  
Deməli, bu millət lap qədim zamanlardan başqa millətlər 
üçün baş ağrısı olublar.  
Bunlardan  danışırdı  Əhəd  kişi.  Camaata  ayıq-sayıq 
olmağı  tapşırırdı.  Deyirdi,  evinizdə  çörək  yeyən  erməni 
kirvələrinizə də inanmayın. Ona görə ki,  məqam düşən  kimi 
çörək yedikləri qaba tüpürə, xəyanət edə bilərlər.  


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə