Rasim gəNZƏLİ qizil türkləRDƏN



Yüklə 9,47 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix12.10.2018
ölçüsü9,47 Mb.
#73263
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

 
81 
Bir tərəfdə Atilla, 
bir yanda Bilgə Xaqan. 
Bayraqları bayraq edən 
 üstündəki qandı, qan. 
 
Sən Şaman duasıyla 
uyumusan, yatmısan. 
Sən “Cəngi” havasıyla 
böyüyüb, boy atmısan. 
 
Elçin  müəllim  bu  dünyada  çox  şeylər  qazanıb.  Ad-san, 
şan-şöhrət,  var-dövlət...  Ancaq  onun  ən  böyük  qazancı,  elə 
bilirəm övladlarıdır. Ona görə ki, o övladlar öz kökü üstündə 
bitiblər  və  inanıram  ki,  onlar  Elçin  müəllimin  ləyaqət  və 
şərəfinə  bir  damcı  da  olsun  ləkə  gətirməyiblər.  Və 
gətirməyəcəklər  də!  Günəşin  çıxışından  günün  necə  olacağı 
bilindiyi  kimi  bu  övladların  da  necə  olacaqları  “səhər 
çağlarından”  görünür.  Görünənə  isə  şərhlər  verməyə  ehtiyac 
qalmır.  
 
 
82 
 
 
 
 
 
“İLHAM”DAN GƏLƏN İLHAM 
 
Görkəmli  söz  adamı,  həm  də  gözəl  insan  Qərib  Mehdi 
keçən  əsrin  səksəninci  illərinin  sonunda  Gəncədə  bir  ədəbi 
dərnək yaratmışdı. Adı “İlham” olan bu dərnəyin məramı çox 
xeyirhax bir işdən xəbər verirdi. Məqsəd nə idi? İlk növbədə 
Gəncə  və  Gəncəbasar  bölgəsinin  söz  adamlarını  bir  yerə 
toplamaq,  onların  ədəbi  qabiliyyət  və  istedadlarını  üzə 
çıxarmaq,  yaxşı  yazanlarla  pis  yazanları  süzgəcdən 
keçirərək,  ədəbi  mühitə  töhvə  vermək.  İkincisi,  yaza  bilən, 
ancaq  yazdıqlarını  ədəbi  ictimaiyyətə  təqdim  etməkdə 
əziyyət  çəkənlərin  kitablarının  çap  olunmasına  köməklik 
göstərmək.  Məram  çox  ulu  məqsədlərdən  xəbər  verirdi.  O 
vaxtlar “İlham” ədəbi dərnəyinə üzv olan, gələn, yazdıqlarını 
təqdim edən qələm sahiblərində elə bir ruh, elə bir inam var 
idi  ki...  Sanki  susuzluqdan  dodaqları  cadar-cadar  olmuş 
canlıya  su  verirdin.  Təşnə  kimi  bu  suyu  ciyərlərinə  çəkən 
adamlar bir daha sözün müqəddəs və  İlahi bir hiss olduğuna 
inanırdılar.  Elə  bil,  qələm  də  “İlham”a  gələnlərin  əlində 
gülümsəyirdi.  Sözlər  pardaxlanıb  çiçək  açır,  gülünün, 
qönçəsinin  ətrindən  insanlar  meyxoş  olurmuş  kimi  öz 
dünyalarından çəkilib, başqa dünyanın sakini olurdular.  
Allah  “ol”  deyərək  bu  dünyanı  yaratmışdı.  Demək,  bu 
dünya  sözün  üstündə  qurulub.  Bu  müqəddəs  sözə  yiyə 
durmaq,  yiyəlik  edərək  kəsərsizliyinin  qarşısını  almaq  elə 
Tanrıya  xidmət  eləmək  kimi  bir  şeydi.  Sözün  qüdrəti  insanı 
var edəndisə, sözün qiymətdən düşməsi dünyanın laxlaması, 


 
83 
sınması  kimi  bir  şeydi  və  bu  ucalıqdan  alçaqlığa  enməmək 
missiyasını  böyük  insanlar  öz  üzərlərinə  götürürlər.  O 
vaxtlar,  dünyanın  qatmaqarışıq  zamanında  Qərib  Mehdi  də 
belə  bir  ağır  missiyanı  öz  üzərinə  götürdü.  Sözün  hər 
kəlməsi,  hər  deyilişi  Qərib  Mehdi  üçün  bir  xüsusi  anlam 
daşıyırdı.  Və  bu  xüsusda  kimsə  sözə  xəyanət  eləmək  yolu 
tuturdusa  elə  o  andaca  Qərib  Mehdi  tərəfindən  dərnəkdən 
uzaqlaşdırılırdı.  
Dərnəyə  təşrif  buyuranlar  arasında  çox  istedadlı  qələm 
sahibləri  də  var  idi.  Musa  Urud,  Nizami  Aydın,  Qəşəm 
Nəcəfzadə,  Sərvaz  Hüseynoğlu,  Xəzangül...  Bir  də  bu 
istedadlıların  sırasında  Elçin  İsgəndər(zadə)  var  idi.  Yeri 
gəlmişkən,  Elçin  müəllimin  soyad  sonluğunu  mötərizəyə 
almağımın  səbəbini  sizə  deyim.  Mən  məqalələrimin  birində 
də bu barədə danışmışdım. Yazmışdım ki, nə qədər axtarsam 
da bu adamda, yəni Elçin müəllimdə bir səhv cəhət tapıb üzə 
çıxara bilməmişəm. Yalnız birindən başqa. Bu da onun soyad 
sonluğu  ilə  bağlıdır.  Bilirsiniz  ki,  ruslar  -ov,  -yev  soyad 
sonluqlarını  özəlləşdirdikləri  kimi,  farslar  da  -zadə  soyad 
sonluğunu  özününküləşdiriblər.  Əslinə  qalanda,  dərinliklərə 
gedəndə  -ov  (ev)  -zadə(oğlu)  sözləri  də  qədim  türklərə 
məxsusdu.  Lakin  əgər  onlar  özlərinə  rəva  görüb,  bu  sözləri 
özlərininki  ediblərsə,  gərək  biz  də  ehtiyatlı  olaq.  Gələcək 
üçün  müşküllər  saxlamayaq.  Bu  gün  fars  Nizami  Gəncəviyə 
utanıb,  qızarmadan  fars  şairi  deyirsə,  sabah  o  fars  Elçin 
İsgəndərzadəyə də fars alimi, şairi deyə təqdim edəcək. Buna 
görə  mən  həmişə  Elçin  İsgəndər(zadə)dən  üzr  istəyərək,  hər 
vaxt onu Elçin İsgəndər kimi təqdim etmək istəmişəm.  
Nə  isə,  bunları  söz  gəldi,  dedim.  Yenə  mövzuya 
qayıdaraq,  “İlham”  ədəbi  dərnəyinin  ilham  verdiyi  şairlərin 
sonrakı  durumlarına  nəzər  salmağı  lazım  bilirəm.  Bayaq 
adlarını qeyd elədiyim və etmədiyim onlarca qələm sahibi bu 
 
84 
dərnəyin  fəaliyyəti  nəticəsində  üzə  çıxdılar,  tanındılar, 
sevildilər,  oxucu  rəğbəti  qazandılar.  Təkcə  kitabımızın 
qəhrəmanı  haqqında  danışsaq,  o  dərnəyin,  həm  də  Qərib 
Mehdinin  gördüyü  işlərin  ucalığından  deməyə  yetərincə  söz 
tapmaq olar.  
Qərib Mehdinin özü ümumən oxucu məhəbbəti qazanan, 
tanınan, üzdə olan yazarlarımızdan biridir. Qələmindən çıxan 
bədii  nümunələrlə  sözə  ilməli  naxış  hörən  bu  qələm  adamı 
sözsüz  ki,  Azərbaycan  ədəbiyyatı  tarixində  öz  imzası  ilə 
qalacaq.  Onu  yaşadan  bir  də  yaratdığı,  uzun  illər  rəhbərlik 
elədiyi  “İlham”  ədəb  dərnəyinin  parlaq  işığı  olacaq  ki,  bu 
işığın sayəsində çox qaranlıqlara nur yağışları yağıb.  
Elçin  İsgəndər  bu  dərnəyə  gələnə  qədər  artıq  söz 
kəhkəşanının  ənginliklərinə  baş  vurmuşdu.  Yuxarıda 
dediyim  kimi  on  yaşından  şeir  yazmağa  həvəs  göstərirdi. 
Ancaq  onun  cilalanması,  sözün  sehrinə  baş  vurması  üçün 
hansısa  şeir  dərnəyinə  getməyi,  yazdıqlarının  bir  şeyə 
yarayıb,  yaramadığını  bilməyi  çox  vacib  idi.  Axı  adamlar 
özlərini çox vaxt tanımırlar. Bəzən çox zəif adam özünü çox 
güclü  sanır  və  yaxud  yazmağın  texnikasını,  vəznini,  qayda-
qanununu,  demək  olar  ki,  heç  nəyini  bilməyən  adam  özünü 
böyük  qələm  əhli  hesab  edir.  Onların  forsundan,  ədasından, 
yerişindən,  duruşundan  xoflanırsan.  Və  beləcə  sözə  qarşı 
səndə  ikili  hisslər  yaranır.  Elə  belələrinin  səbəbindəndir  ki, 
yaxşı  yazanla  pis  yazanı  oxucu  ayırmaqda  çətinlik  çəkir. 
Belədə  yazarın  özü  də,  sözü  də  ucalıqdan  düşür,  hörmətsiz 
olur.  Vaqif  Səmədoğlunun  Moşu  Göyəzənli  kimi  “şairləri” 
çox  vaxt  adamları  elə  çaşdırır  ki,  nadan  adamlar  Moşu 
Göyəzənlinin timsalında klassik və dahi söz adamlarımıza da 
elə “şair” kimi baxırlar.  
Sözlə uğraşmaq Tanrı ilə insan arasında səssiz rabitənin 
ən bariz nümunəsidir. Elə ona görə əbəs yerə demirlər ki, söz 


Yüklə 9,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə