Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   2   3   4   5   6   7   8   9   ...   18

10 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



USTA-

Ş

AG

İ

RD 

 

Bakı  payızının  soyuq  günlərindən 



biri  idi.  Mən  buruqların  arasında  gəzib 

dolanır, neft çıxaran mancanaqlara, içindən 

neft  axan  borulara  baxırdım.  Bu  vaxt  neft 

buruqlarının  arasında  görünən  bir  günbəz 

diqqətimi  cəlb  etdi.  Məni  fikir  götürdü. 

Köhnə  fəhlə  mənzillərinin  yerində  uca 

binalar  tikilmiş,  yanğınlar  törədən  taxta 

buruqların 

yerində 

polad 


buruqlar 

qurulmuşdu.  hər  şey,  hər  şey  dəyişmişdi. 

Bəs  niyə  köhnə  günbəz  toxunulmamış 

qalmışdır?!. 

Yaxına  gəlib  günbəzə  maraqla 

tamaşa  etdim.  Elə  bu  zaman  mənə  tərəf 

buxara  papaqlı,  qalın  qaşlı,  eşmə  bığlı  bir 

kişinin  gəldiyini  gördüm.  Biz  salamlaşıb,  tanış  olduq.  O,  yazıçı  olduğumu,  mən  də 

onun qocaman neftçi olduğunu öyrəndim. 

—Bu günbəzin adı nədir?—deyə mən ustadan soruşdum. 

—«Usta-şagird». 

—Nə üçün «Usta-şagird?» 

—Onun  maraqlı  bir  tarixi  var,—deyə  qoca  neftçi  günbəzin  əfsanəsini 

danışmağa  başladı:  —  Deyirlər  ki,  burada  məşhur  usta,  bir  də  onun  ağıllı  şagirdi 

yaşarmış. İllər keçir. Şagird sənətin sirlərini dərindən öyrənir, öz ustasını ötüb keçir. 

Onlar  bəhsə  girirlər:—«Görək  kim  daha  yaxşı  bir  günbəz  tikər»,  —  deyə  mərc 

gəlirlər. 



11 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Hər ikisi yeddi il gecə-gündüz dincəlmədən çalışır. Hərə öz günbəzinə bir naxış 

vurur.  İş  başa  çatanda  el-oba  axışıb  tamaşaya  gəlir.  Göyə  ucalan iki gözəl günbəzə 

baxırlar.  Camaatın  yarısı  usta  tikən  günbəzə  yaxşı  deyir,  o  biri  yarısı  isə  şagirdin 

günbəzini daha çox bəyənir... 

Mən kişinin sözünü kəsib xəbər aldım: 

—Bəs ikinci günbəz hanı? 

—O çoxdan uçmuşdur! 

—Bəs bu salamat qalan günbəz kimindir? 

—Şagirdin! — deyə qoca neftçi əlini yuxarı qaldırdı, naxışlı daşları bir-birinə 

geydirilən  günbəzin  yaraşıqlı  qülləsini  göstərdi:—Gör  necə  yaxşı  qalıb.  Elə  bil  ki, 

dünən tikilib! 

—Demək zamanın sınaqlarından şagird qalib çıxıbdır? 

—Bəli, şagird, dərs aldığı ustasını ötüb-keçibdir! 

—İndi onların hansını ustad hesab etmək olar? 

—Əlbəttə,  ustasının  zəhmətini  itirməyən,  qədir-qiymətini  bilən  şagirdi  ustad 

hesab etmək olar. 

 Mən,  böyük  sənətkarın  xatirəsinə  hörmətlə  papağımı  götürdüm,  başımı 

ehtiramla əyib qoca neftçinin sözünü təsdiq etdim: 

Kimin qoyduğu abidə daha uzun ömür sürərsə, əsil ustad odur! 

 

 



 

 

 



 

 

 



 

 



12 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



           

 

 



 

 

HƏCƏR

 

 

 



Düz on gün idi ki, evdə ad üstündə dava gedirdi. Hər oğulun-qızın əlində uzun 

bir siyahı vardı. Biri o birinin yaraşdırıb təklif etdiyi adı bəyənməyib gözdən salırdı. 

Mən  isə  bu  münaqişəyə  qarışmırdım.  Qızım  irad  tuturdu  ki,  bəs,  mən  həmişə  öz 

nəvələrimə  köhnə  ad  qoyuram...  Birisinə  atamın  adı  Hüseyni,  birinə  anamın  adı 

Gülsabahı...  Mən  də  möhkəm  söz 

vermişdim  ki,  ad  məsələsində  daha 

kənarda dayanacağam. Külli ixtiyaratı 

evimizdəki  cavanlara  verəcəyəm  ki, 

məqamı  çatdıqca,  istədikləri  təzə-təzə 

adlardan 

yaraşdırıb 

körpələrə 

versinlər.  Daha  bu  körpələr  də  boy 

atıb 


məktəblərə 

gedəndə 


utandıqlarından  köhnəsayaq  adlarının 

qol-qanadlarını  qırıb  qısaltmasınlar, 

əsil adlarını bir qırağa qoyub özlərinə 

müxtəsər  ad  seçərək,  iki  adı  olub 

dolaşığa  düşməsinlər.  Vaxta  ki,  söz 

vermişdim, gərək də öz sözümün üstündə duraydım. 

 —  Siz  niyə  dinmirsiniz,  babası?  —  deyə,  nəhayət,  bir  gün  körpənin  anası 

utana-utana da olsa, mənə müraciət etdi. — Axı, nəvənin adını dövlət dəftərinə qeyd 

etdirmək vacibdir. 

Yenə də yaxamı kənara çəkdim: 

 

Yox,  mən  daha  ad  məsələsinə  müdaxilə  etməyəcəyəm.  Beş  nəvəyə  mən  ad 



qoymuşam, bəsdir! Qoy innən belə növbə cavanlara çatsın! 


13 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



 

Əlbəttə,  növbə  cavanlarındır!—deyə,  qızım,  öz  təklifinin  üstündə  durdu.  — 



Köhnə adları doldurmusan evə, qoymursan ki, bir təzə adı yaraşdırıb bir uşağa 

verək. 


 

Görürsənmi? — deyə mən gəlinimizə inadcıl qızımızı göstərdim. Bu qız təklif 



edən  adın  hər  hansını  öz  körpəniz  üçün  qəbul  etsəniz,  mən  imza  atıb  təbrik 

etməyə hazıram! 

 

O  biri  uşaqlar  da  qızınız  təklif  edən  adlara  etiraz  edirlər.  Neçə  gündür  iş-



peşəmiz elə bu adları bir-biri ilə güləşdirməkdir. 

 



Bu adların çoxu həm gözəl, həm də yaraşıqlıdır. 

 



Biz isə heç bir adın üstündə dura bilmirik! 

 



Bəlkə cavan atanın ürəyində bir təmtəraqlı ad yatıbdır, susur?! 

 



Mən atam təklif edən ada razıyam, — deyə oğlum qızara-qızara dilləndi. 

 



Yox, babası ad ixtiyarını ərsəyə çatan övladlarına veribdir! — dedim. 

 



Bu ad söz-söhbətinin üstündən on gün də keçdi, ay yaxınlaşdı. Qara gözlərini 

açıb yan-yörəsinə məsum nəzərlə baxan, zərif səsi ilə otaqları dolduran adsız 

qız,  öz  varlığını  hamımıza  elan  etdi:  «Mən  gəlmişəm.  Mənə  ad  verin!  Mən 

vətəndaşam!..»  

 

Bəs indi necə olsun, babası? — deyə axır ki, bir qıraqda durub gözləyən nənə 



də  üzünü  mənə  tutdu.  —  Gəlinimiz  də  yamanca  inciyibdir.  Deyir  ki,  ad 

qonaqlığı düzəltməməyiniz bir yana, quru ada nə sözünüz? 

 

Ad barəsində sən öz balalarınla sazişə gəl, qonaqlıq məndən! 



 

Mən istəmirəm hələ bir ad üstündə bir də qonaqların yanında təzədən uşaqların 



davası düşə! 

 



Bəlkə qonaqların birisi elə bir ad təklif etdi ki, hamımız bir səslə qəbul etdik?.. 

 



Yox, gəlin istəyir ki, bu nəvəsinə də babası ad verib qulağına çağırsın! 

 



Mən Həcər adını təklif edirəm! 

 



Mən  isə  qəti  etiraz  edirəm!  —  Necə  deyər,  bu  barədə  bizə  göz  verib  işıq 

verməyən, öz siyahısında olan adların birisini mütləq keçirməyə çalışan qızım 

yenə də irəliyə durub qətiyyətlə səsini ucaltdı.  



Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə