Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   2   3   4   5   6   7   8   9   ...   18

14 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



 

 Yəni bizim kəndçi, o yaşmaqlı balaca Həcər arvadı deyirsən? 



 

Bəli! 



 

Axı, onun nəyi yaraşıqlıdır? 



 

Həmin  yaşmaqlı  balaca  Həcərin  bir  dəstə  yaraşıqlı  oğul-uşağı,  nəvə-nəticəsi 



vardır! Birisinin də adı heç bir yanda pisliyə çəkilməyibdir. Baxanda hərəsi bir 

işin-peşənin  sahibidir.  Bax  birisi  aqronomdur,  birisi  mühəndis,  birisi  də 

müəllim... 

 



Yox,  mən  yaşmaqlı  köhnə  bir  arvadın  adının  təzə  zamanın  yeni  qızına 

verilməsinin  qəti  əleyhinəyəm,  —  deyə  yenə  də  qızım  öz  dediyinin  üstündə 

dayandı.  —  Bütün  evlərə  baxırsan,  təzə-təzə  ad,  bizim  evə  dönürsən,  Nuh 

əyyamından qalan köhnə-köhnə ad! 

 

Mən təkcə yaşmaqlı, balaca Həcəri yox, həm də aynalını əlinə alan, yel qanadlı 



atının  yalmanına  yatan,  gülləni  güllə  üstündən  duşməninin  başına  yağdıran, 

Gorus  qazamatını  dağıdan,  Zəngəzur  naçalniki  Səlimbəylə  kəllə-kəlləyə  gəlib 

onun  silahlı  atlıları  ilə  səngər-səngərə  vuruşan,  adı  dillər  əzbəri  həmin  igid 

Həcəri deyirəm! 

 

Axı, bütün bunlar nə münasibətlədir? Mən bilmək istəyirəm! 



 

O  münasibətlədir  ki,  qızım,  biz  Sabirin  adı  Ələkbəri,  xalq  aşığımızın  adı 



Ələsgəri,  qədimlərdən  danışsaq  Nizaminin  adı  İlyası,  ya  bu  yaxınlardan 

danışsaq Vurğunun adı Səmədi, havalarını heyranlıqla dinlədiyimiz «Koroğlu» 

bəstəkarının adı Üzeyiri, onlarca belə-belə adamlarımızın əziz surətlərini ancaq 

bürünc,  mərmər  heykəllərə  köçürməklə  kifayətlənə  bilmərik!  Mən  əsla  təzə-

təzə  adların  uşaqlarımıza  verilməsinə  zidd  deyiləm.  Ancaq  «köhnədir»  deyə, 

belə  adların  silinib  aradan  getməsinə, gözdən  salınıb itməsinə,  qondarma  süni 

adların bu adları sıxıb-sıxışdırmasına ziddəm! 

 



Atam  yenə  də  bizi  fəlsəfəyə  çəkdi,  —  deyə  ali  məktəbin  son  kursunda  təhsil 

alan  qızım  bu  ittihamı  üstünə  götürmək  istəmədi.  —  Mən  bu  körpəyə  nə 

münasibətlə  Həcər  adını  qoymaq  istədiyimi  soruşduqda,  sən  aynalını  əlinə 



15 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



alan...  Gorus  qazamatını  dağıdan  Həcərdən  dastan  açırsan.  Axır,  ata,  bu  adlar 

nə zamandandır ki, olub keçiblər.  

 

Yox,  qızım,  —  deyə  mən  ciddən  etiraza  qalxışdım.  Bunlar  əsla  olub 



keçməyiblər!..  Bunlar  bizim  atalarımız,  babalarımız,  nənələrimizdir!  hələ  bir 

çoxları  da  müasirlərimiz,  yoldaşlarımızdır.  Mən  bilmirəm  siz,  sabah  hansı 

haqla mənim adımı biryolluq unuda bilərsiniz? 

 



Mən  fəlsəfədən  kənaram,  amma  Həcər  adının  bu  körpəyə  münasibətini 

soruşmaq,  bilmək  istəyirəm,—  deyə  qızım  öz  siyahısını  çıxarıb  hirsindən 

əlində  əzişdirə-əzişdirə  yumruladı.  —  Bizim  evdə  köhnəliklə  yeniliyin 

mübarizəsi qurtarası deyildir! 

—  Onda  «köhnəlik»,  «yenilik»  məfhumunu  doğru başa düşmək gərəkdir!..  Nəyi 

atmağı, nəyi saxlayıb yaşatmağı dürüst anlamaq gərəkdir! 

 

Qızım  mənim  tündləşdiyimi  görüb  çəkindi.  Kim  necə  razı  olub-olmasa  da 



körpənin adı öz-özlüyündə Həcər qaldı. 

 



Payız çıxdı, qış keçdi, yaz ötdü, yay yetişdi. Mollu kəndindən bir dəstə adam 

Bakıya  gəldi.  Onlar  balaca  Həcəri  öz  kəndlərinə  qonaq  çağırırdılar.  Mən  bu 

arada dincəlmək üçün başqa bir yaylağa yola düşdüm... Orada eşitdim ki, bəs, 

Həcərgil Mollu kəndinə yollanıblar. Ad üstündə mənimlə razılaşmayan qızımı 

da  özləri  ilə  aparıblar.  Dedim,  görək  qızım  Mollu  kəndindən  nə  fikirdə 

qayıdacaq, Həcər adı ilə razılaşacaq, ya öz dediyində qalacaqdır?! 

 

Sentyabrın əvvəlində biz, Bakıya dönən günü Həcərgil də Mollu kəndindən evə 



qayıtdı. İlkin mən uzun kirpikli, iri qara gözlərini çevikcə dolandırıb-gəzdirən, 

qol-qanad  açıb  dirçələn  Həcəri  qucağıma  alıb,  o  üz-bu  üzündən  öpdüm.  Qız 

başını dikəldib üzünü neştərli bığımdan qaçırırdı. Qızımdan soruşdum: 

 



Hə, necədir, Həcər adı? 

O, tərəddüd etmədən: 

 

Çox gözəl! — deyə, balaca Həcəri qucağımdan alıb oynatdı, bir küncdə salınan 



xalçanın  üstünə  qoydu.  Uşağın  oyuncaqlarını  da  qabağına  tökdü...  Həcər 

oyuncaqlara cumdu, birisini götürüb o birisini atdı. 




16 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Qızım  nağıl  etdi  ki,  bəs  biz,  Molludan  yuxarı  meşəli  yaylağa  köçdük,  Şirnuxu 

kəndinin yanında Nəbi ilə Həcərin oylaqlarından birisi olan Şırlanbulağın yanında sıx 

palıdlı meşədə düşdük. Bütün Mollu obası axşam-səhər ağız-ağıza verib:. 

 



Nənə,  nənə!  —  deyə  bu  körpəni  çağırırdı.  —  Həcər  nənə,  Həcər  nənə!—

Körpə  əl-əl  gəzirdi.  Hərə  bir  qumrovlu  quzu  gətirib  «Həcər  nənə»yə 

bağışladı.  Həcər  də  qumrovlu  quzuları  toppuş  əlləri  ilə  oxşayıb,  oynatdı. 

İndi «Həcər nənə»nin orada qumrovlu-zınqrovlu bir sürüsü vardır. İndi daha 

bu qıza «Həcər nənə» deməsən, adama sarı baxmaz. 

Söhbətin bu yerində mən, sınaq üçün, xalça üstündə oynayan qızı çağırdım: 

 

Nənə, nənə, Həcər nənə, Həcər nənə!.. 



Qız  oyuncaqlarını  atıb  qollarını  mən  tərəfə  açdı.  Mən,  balaca  Həcəri  yerdən  üzüb, 

yuxarı qaldırdım. 

 

Nənə! Nənə! — deyə ucadan oxşadım. — Həcər nənə, Həcər nənə! 



Balaca  Həcərin  nənəsi,  mənim  uşaq  kimi  kövrəldiyimi  görüncə,  nazik  libasının 

cibindən balaca dəsmalını çıxartdı, həyəcandan yaşaran gözlərini gülə-gülə sildi...  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə