Rauf Məlikov Nizami İbrahimov MƏKTƏBLİNİn tarix lüĞƏTİ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə48/205
tarix04.02.2018
ölçüsü4,42 Mb.
#23928
1   ...   44   45   46   47   48   49   50   51   ...   205

97 

 

fəlsəfəni, tarixi, təbabəti, astronomiyanı, məntiqi, ilahiyyatı öyrənmək üçün buraya 



6-7 min tələbə gəlirdi. 

dastakert

 - Sasanilər dövlətində şərti torpaq mülkiyyəti. 



dastan

 - şifahi xalq yaradıcılığı, nağıl, qəhrəmanlıq eposu forması. 

daş  dövrü

  (əsri)  -  ağac  və  sümük  alətlərlə  yanaşı,  insanların  əsas  əmək 

alətlərini  daşdan  düzəltdikləri  ən  qədim  tarixi  dövr.  Burada  "dövr",  "əsr"  sözü 

şərtidir, belə ki, daş dövrü bacarıqlı insanın meydana gəlməsi 

ilə (iki milyon ildən çox əvvəl) başlamış və metal dövrünün 

(yeddi min il əvvəl) başlanmasınadək - yəni iki milyon ilədək 

davam  etmişdir.  Hələ  bir  neçə  on  il  əvvəl  öz  inkişaflarında 

geri  qalmış  bir  sıra  qəbilələr  daş  dövrünə  yaxın  mərhələdə 

yaşayırdılar.  Daş  dövrü  üç  əsas  mərhələyə  (dövrə)  -  paleolit,  mezolit  və  neolitə 

bölünür. Daş dövrü eneolitlə əvəz olunmuşdur. 

daş heykəllər

 – qədimlərdə əhəngdaşı, qumdaşı və daha bərk daşlardan 1 - 

4 m hündürlüyündə yonulmuş və Monqolustan və Altaylardan tutmuş Dnestrədək 

çöllərdə  qoyulmuş  daş  heykəllər.  Sibirdə  tunc  dövrünə  aid  heykəllər  məlumdur. 

Daş  heykəllər  haqqında  ən  qədim  yazılı  mənbələr  Orxon-Yenisey  qədim  türk 

mətnləri (V - VIII əsrlər) hesab olunur. Daş heykəllərin bir qismi qadın heykəlidir. 

Görünür ki, daş heykəllərin qoyulması ululara etiqadla bağlıdır. 



daşnak

 - "Daşnaksütyun " partiyasının üzvü. 



"Daşnaksütyun"

  (erm.  "İttifaq")  -  1890-cı  ildə  Osmanlı  imperiyasında 

yaradılmış  erməni  millətçi  partiyası.  Minimum  proqramı.  Avropa  dövlətlərinin 

yardımı  ilə  Osmanlı  imperiyası  tərkibində  Ermənistan  üçün  muxtariyyətə  nail 

olmaq;  maksimum  proqramı  -  Aralıq  dənizi  ilə  Qara  dəniz  arasında  "Böyük 

Ermənistan"  adlanan  dövlət  yaratmaq.  XX  əsrin  əvvəllərində  erməni  yazıçısı, 

şovinist  Artsruni  Rusiya  imperiyasının  Cənubi  Qafqaz  torpaqlarında  Ermənistan 

muxtariyyəti yaratmaq ideyasını irəli sürmüşdür. 1904-cü ildə "Böyük Ermənistan" 

yaradılması  planına  Cənubi  Qafqaz  ərazisi  də  əlavə  edildi.  Bu  dövrdə  Cənubi 

Qafqazın 54 qəzasından yalnız 5-də, əsasən İran və Türkiyədən köçürülmüş erməni 

əhalisi üstünlük təşkil edirdi. Ermənilərin kompakt yaşadığı ərazini genişləndirmək 

məqsədi  ilə  "Daşnaksütyun"  partiyası  hədə  və  milli  qırğın  yolu  ilə  azərbaycanlı 

əhalini  öz  yerlərini  tərk  edib  getməyə  vadar  etməyi  qarşısına  məqsəd  qoydu.  Bu 

ideyanın  həyata  keçirilməsi  üçün  daşnaklar  çar  hökumətinin  yardımına  ümid 

bəsləyirdilər. 1905 - 1907-ci illər birinci Rusiya burjua inqilabı

 

dövründə daşnaklar 



çar  hökumətinin  etinasızlığı,  bəzən  də  birbaşa  yardımı  ilə  Cənubi  Qafqazın 

müxtəlif şəhər və kəndlərində azərbaycanlıların qırğınma başladılar. İran, Türkiyə 

və Gürcüstandan silahlı erməni könüllü dəstələri daşnakların yardımına gəlirdilər. 

Azərbaycanlı  əhalinin  qətliamında  çar  ordusunda  qulluq  edən  erməni  əsgər  və 

zabitləri fəal iştirak edirdilər. 1905-ci il fevralın 6 - 10-da daşnaklar Bakıda, 1905-

ci  il  mayın  əvvəllərində  Naxçıvanda,  həmin  il  mayın  axırlarında  İrəvanda, 

avqustun  16  -  23-də  Şuşada  azərbaycanlıların  qırğınını  təşkil  etdilər.  Daşnaklar 



98 

 

1906-cı  ilin  iyununda  Şuşada  yerləşən  rus  qoşunlarının  yardımı  ilə  oradakı 



azərbaycanlıları  qırmağa  başladılar.  Daşnaklar  Azərbaycan  kəndlərinə  də  basqın 

edirdilər.  Azərbaycanlılar  hər  yerdə  daşnaklara  layiqli  müqavimət  göstərirdilər. 

Qaçaq dəstələri də dasnaklara qarşı vuruşurdular. Birinci Dünya savaşı başla-yanda 

müharibənin  qələbə  ilə  başa  çatma-sından  sonra  "Böyük  Ermənistan" 

yaradılmasında Rusiya və digər Antanta ölkələrindəki himayədarlarının yardımına 

ümid  bəsləyən  "Daşnaksütyun"  partiyası  çar  ordusunun  qələbəsi  istəyi  ilə  çıxış 

etdi.  "Daşnaksütyun'  partiyası  "Erməni  milli  şurası"  və  Bakı  Soveti  ilə  birlikdə 

Bakıda  1918-ci  il  mart  qırğınında  fəal  iştirak  etmişdir. 

Şəhərin  azərbaycanlı  məhəllələrinə  basqın  edən  erməni 

döyüşçüləri  dinc  sakinləri  vəhşiliklə  öldürür,  müsəlman 

ictimai binalarını və mədəniyyət ocaqlarını yandırırdılar. 

1918-ci  il  aprelin  əvvəllərindən  sentyabradək  daşnaklar 

Şamaxı,  Quba,  Xaçmaz,  Lənkəran,  Hacıqabul,  Salyan, 

Göyçay  və  Kürdəmirdə  qırğınlar  törətmişdilər.  Baksovetdə,  səmalar  ingilisləri 

Bakıya  dəvət  etmiş  "Sentrokaspi  Diktaturası"  hökumətində  "Daşnaksütyun" 

partiyasının nümayəndələri çoxluq təşkil edirdilər. 1918-ci ilin mayı - 1920-ci ilin 

noyabrında  "Daşnaksütyun"  ennənilərin  Ararat  Respublikasında  hakim  partiya 

olmuşdur. 

Erməni 

respublikasının 



hökuməti 

Azərbaycan 

Demokratik 

Respublikasından  xahiş  etmişdi  ki,  İrəvanı  özlərinə  paytaxt  etmək  üçün  onlara 

versin. Azərbaycanın Müvəqqəti Milli Şurası İrəvanı ermənilərə bir şərtlə verməyə 

razı  oldu  ki,  onlar  Qarabağın  dağlıq  hissəsinə  olan  iddialarından  birdəfəlik  əl 

çəksinlər.  Lakin  İrəvanı  aldıqdan  sonra  daşnak  hökuməti  Zəngəzur,  Naxçıvan  və 

Dağlıq  Qarabağı  tutmağı  qarşısına  məqsəd  qoydu.  1918-ci  ilin  yayında  silahlı 

quldurlara  başçılıq  edən  Andranik  Zəngəzur  və  Naxçıvanın  dinc  azərbaycanlı 

əhalisini  kütləvi  surətdə  qırmağa  başladı.  Azərbaycan  Demokratik  Respublikası 

hökuməti buna cavab olaraq Xosrov bəy Sultanovun başçılığı ilə Qarabağ general-

qubernatorluğunu  yaratdı  və  Qarabağ,  Zəngəzur  və  Naxçıvanda  Azərbaycan 

Demokratik  Respublikasının  suverenliyini  bərpa  edə  bildi.  Daşnak  hökuməti 

"Böyük Ermənistan"ın yaradılması haqqında ideyanı həyata keçirməyə səy göstərdi 

və  Antanta  ölkələrinin  yardımı  ilə  diplomatik  yollarla  Türkiyənin  bir  sıra 

vilayətlərinə, Gürcüstanın bir hissəsinə və Azərbaycanın xeyli hissəsinə (Zəngəzur, 

Naxçıvan və Dağlıq Qarabağ) iddialarla çıxış etdi. 1920-ci ildə Azərbaycan SSR-in 

ağır vəziyyətindən istifadə edən erməni daşnak hökuməti Zəngəzura erməni ordusu 

göndərdi  və  bura  talan  edildikdən  sonra  ermənilər  Naxçıvana  soxuldular.  Buna 

cavab  olaraq  türk  ordusu  Naxçıvanı  öz  nəzarəti  altına  götürdü.  Yalnız  bundan 

sonra  Qırmızı  Ordu  1920-ci  il  iyulun  6-da  Gorusu  tutaraq  erməni  ordusunun 

Zəngəzurun  digər  hissələrinə  gələn  yollarının  qarşısını  aldı.  1920-ci  il  iyulun 

sonları - avqustun əvvəllərində ermənilər Şəmkir  və Qazax qəzalarının ərazilərinə 

soxuldular,  eləcə  də  maneəsiz  olaraq  Zəngəzuru  işğal  etdilər.  Eyni  zamanda, 

Qarabağ qəzalarında erməni-daşnak qiyamları baş verdi. Ermənilərin zəbt etdikləri 



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə