Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI
Coğrafiya – IX sinif ( A variantı)
1. Yer öz oxu ətrafında hansı istiqamətdə fırlanır?
A) şərqdən qərbə doğru
B) qərbdən şərqə doğru
C) günün birinci yarısında şərqdən qərbə doğru, ikinci
yarısında isə əksinə
D) günün birinci yarısında qərbdən şərqə doğru, ikinci
yarısında isə əksinə
E) şimaldan cənuba doğru
2. Dünya səyahətinə çıxan səyyahlar:
A) F.Magellan, X.Kolumb, M.Polo
B) A.Vespuççi, M.Lazarev, İ.F.Kruzenştern
C) F.Magellan, İ.F.Kruzenştern, Y.F.Lisyanski
D) Dreyk, İ.F.Kruzenştern, A.Nikitin
E) İ.F.Kruzenştern, M.Bellinshauzen, C.Kuk
3. Planda miqyassız şərti işarə ilə göstərilən coğrafi obyekti
müəyyən edin.
A) əkin yeri B) iynəyarpaqlı meşə C) dəmiryolu
D) taxta körpü E) qumluq
4. İki yarımkürədə yerləşən materik:
A) Şimali Amerika B) Avrasiya C) Afrika
D) Cənubi Amerika E) Antraktida
5.Yüksəklik artıqca havanın tempraturu necə dəyişər?
A) hər kilometrdə 4 dərəcə azalır
B) hər kilometrdə 6 dərəcə azalır
C) hər kilometrdə 6 dərəcə artır
D) hər kilometrdə 4 dərəcə artır
E) yuxarı qalxdiqca tempratur dəyişmir
6. Gölün şirinsulu olmasının səbəbi:
A) axarsız olması B) dənizlə əlaqəsinin olması
C) suyundan istifadə edilməsi D) axarlı olması
E) çoxlu çayların tökülməsi
7. Miqyası 1:3000 olan planda 2 obyekt arasında 1 sm
məsafə olarsa, onlar arasında həqiqi məsafə nə qədər olar?
A) 3 km B) 30 m C) 300 m D) 3000 km E) 30000 m
8. Dünyanın ən hündür şəlaləsi hansıdır?
A) Zambezi B) Niaqara C)Anhel D) Viktoriya E) İquasu
9. Yerin mərkəzindən ekvatora qədər olan məsafə Yerin
mərkəzindən qütblərə qədərki məsafədən nə qədər
fərqlidir?
A) 6378 km B) 6357 m C) 21 km
D) 6310 km E) 6255 km
10. Avrasiyada ən yüksək dağ zirvəsi və ən dərin çökəklik
hansıdır?
A) Comolunqma və Ölü dəniz B) Momblan və Turfan
C) Kazbek və Qaragiyə D) Elbrus və Xəzər
E) Tyan-şan və Van
11. Antarktida sahillərini əhatə edən okeanlar:
A) Sakit, Hind, Atlantik
B) Atlantik, Hind, Şimal Buzlu
C) Sakit, Atlantik, Şimal Buzlu
D) Hind, Şimal Buzlu, Sakit
E) Aralıq dənizi, Şimal Buzlu, Atlantik
12. Aysberq nədir?
A) suda üzən buz dağı
B) okean dibindəki buz qatları
C) suda üzən quru parçası
D) materikdən ayrılan bərk süxur qatı
E) dünya okeanında ada
13. Azərbaycan Respublikasının yerləşdiyi saat qurşağı:
A) III B) II C) IV D) VI E)XIII
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI
Coğrafiya – IX sinif ( A variantı)
14. Qütb ulduzu hansı coğrafi enlikdə daha kiçik bucaq
altında görünür?
A) 66
0
şm.e. B) 14
0
şm.e. C) 34
0
şm.e.
D) 82
0
şm.e. E) 77
0
şm.e.
15. Şabalıdı torpaqlar hansı təbii zona üçün xarakterikdir?
A) səhralar B) quru çöllər C) iynəyarpaqlı meşələr
D) tundra E) ekvatorial meşələr
16. Hansı materik bütün coğrafi uzunluqlarda yerləşir?
A) Avrasiya B) Afrika C) Antarktida
D) Şimali Amerika E) Cənubi Amerika
17. Günəş sisteminin ən böyük planetini müəyyən edin.
A) Yupiter B) Merkuri C) Yer D) Venera E) Mars
18. Arxipelaq nəyə deyilir?
A) mərcan mənşəli adaya B) eyni mənşəli adalar qrupuna
C) vulkan mənşəli adaya D) sahəsi böyük olan adaya
E)sahəsi kiçik olan adaya
19. Litosfer tavalarının kənarlaşma sərhədində yerləşən
dağlar:
A) Qafqaz B) Orta okean sıra dağları C) Alp
D) And E) Kordilyer
20. Afrikanın səhraları:
1. Tar 2. Namib 3. Qaraqum 4. Rub-Əl-Xali
5. Viktoriya 6. Kalaxari
A) 2,6 B) 2,4 C) 3,6 D) 3,5 E) 1,4
21. A məntəqəsində günəş çıxmazdan az əvvəl havanın
tempraturu -3
0
C, günortadan 2 saat sonra +8
0
C olarsa,
sutkalıq temperatur amplitudunu tapın:
A) 11
0
C B) 5
0
C C)8
0
C D)13
0
C E)15
0
C
22. Azərbaycan Respublikasının neft yataqları:
A) Azəri, Çıraq B) Azəri, Filizçay
C) Mehmana, Qaradağ D) Qobustan,Torağay
E) Daşkəsən, Zəylik
23. Azərbaycanda molibden yatağı:
A) Gümüşlü B) Mehmana C) Parağaçay
D) Daş Salahlı E) Muradxanlı
24. Azərbaycanın hansı iqtisadi rayonunda neft ehtiyyatları
demək olar ki, yoxdur?
A) Aran B) Abşeron C) Quba-Xaçmaz
D) Gəncə-Qazax E) Şəki-Zaqatala
25. Faraş tərəvəzçiliyinin inkişaf etdiyi inzibati rayonlar:
A) Lənkəran, Masallı B) Xaçmaz,Göyçay
C) Qazax, Quba D) Saatlı,Daşkəsən
E) Ağdaş, Gədəbəy
26. Əhalinin sıxlığının nisbətən az olduğu ərazi:
A) Gəncə-Qazax düzü B) Lənkəran ovalığı
C) Muğan düzü D) Samur-Dəvəçi
E) Abşeron
27. Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında müvafiq
olaraq inkişaf edən təsərrüfat sahəsi:
A) ipəkçilik,neft emalı
B) camışçılıq,sitrus meyvəçiliyi
C) pambıqçılıq,ipəkçilik
D) tütünçülük,pambıqçılıq
E) quru subtropik meyvəçilik,tərəvəzçilik
28. Tumlu meyvəçiliyin inkişaf etdiyi iqtisadi rayon:
A) Aran B) Gəncə-Qazax C) Abşeron
D) Dağlıq Şirvan E) Quba-Xaçmaz
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI
Coğrafiya – IX sinif ( A variantı)
29. Təbii kauçuk istehsalı ilə fərqlənən region:
A) Cənub-Qərbi Asiya
B) Cənubi və Şərqi Avropa
C) Cənub-Şərqi Asiya
D) Mərkəzi Asiya və Avstraliya
E) Şərqi Asiya və Şimali Avropoa
30. Aşağıdakılardan hansılar dünyanın siyasi xəritəsində
keyfiyyət irəliləmələrinə aiddir:
1.
Müharibələrin nəticəsində ərazi əldə etməsi,yaxud
itirilməsi.
2.
Dəniz dayazlıqlarının qurudulması yolu ilə ərazilərin
əldə edilməsi
3.
Dövlətlərarası siyasi təşkilatların və ittifaqların
yaranması
4.
İctimai-iqtisadi formasiyaların tarixən əvəz olunması
5.
Dövlət quruluşunun yeni formalarının meydana
çıxması
A) 1, 2, 3 B) 3, 4, 5 C) 2, 3, 4 D) 1, 3, 4 E) 1, 4, 5
31. Dünyanın yanacaq-energetika balansındakı paylarına
görə yanacaq xammalının müvafiq ardıcıllığını müəyyən
edin:
A) neft, yanar şist, təbii qaz
B) daş kömür, torf, neft
C) yanar şist, kömür, uran
D) neft, təbii qaz, daş kömür
E) uran, təbii qaz, neft
32. 10
0
şm.e. və 30
0
ş.u.-dan Bakı şəhərinə hansı istiqamətlə
getmək lazımdır?
A) şimal-şərq B) şimal C) cənub-şərq
D) cənub E) şərq
33. Müvafiq olaraq denudasiya və akkumulyasiya
proseslərin getdiyi ərazilər:
A) Qobustan və Talış
B) Aran və Acınohur
C) Baş Qafqaz və Qanıx-Əyriçay
D) Yan silsilə və Murovdağ
E) Cənub-Şərqi Şirvan və Lənkəran ovalığı.
34. Xəritə-sxemə əsasən aqroiqlim ehtiyatları ilə zəngin
olan yarımadaları müəyyən edin.
A) 4, 5, 6, 7
B) 1, 2, 5, 6
C) 3, 5, 6, 7
D) 2, 3, 4, 6
E) 1, 3, 5, 7
35. Geotermal elektrik stansiyalarının tikilməsi üçün daha
çox imkanı olan bölgələri rəqəmlərə görə müəyyən edin.
A)
1, 3, 5 B) 2, 4, 6 C) 3, 4, 6 D) 1, 2, 4 E) 2, 3, 5
Rayon (Şəhər) mərhələsi
RESPUBLİKA FƏNN OLİMPİADASI
Coğrafiya – IX sinif ( A variantı)
36. Özbəkistan Respublikasının əhalisinin sayı 28 mln.
nəfərdir. Əhalinin milli tərkibinin 80%-i özbəklərin, 5%-ni
isə taciklərin təşkil etdiyini nəzərə alaraq, digər xalqların
sayını tapın.
A) 5,6 mln. nəfər B) 4,2 mln. nəfər C) 1,4 mln. nəfər
D) 22,4 mln. nəfər E) 23,8 mln. nəfər
37. Sxemdə rəqəmlərə uyğun, qara metallurgiyada istifadə
olunan xammal və alınan məhsulları müəyyən edin.
A)1-çuqun,2-rels,3-alunit
B)1-prokat, 2-mis,3-dəmir-oksid
C)1-dəmir-oksid,2-gil-torpaq,3-torf
D)1-volfram, 2-boksit,3-təbii qaz
E)1-daş kömür,2-çuqun,3-rels
38. Dənizə çıxışı olmayan Afrika ölkələri:
A) Zimbabve, Tanzaniya, Mali
B) Niger, Çad, Botsvana
C) Botsvana, Uqanda, Liviya
D) Anqola, Burundi, Malavi
E) Namibiya, Konqo, Seneqal
39. Avropanın Aralıq dənizi sahilində yerləşən ölkələrinə
aid olan cəhətləri müəyyən edin:
1. Rütubətli yayı və quru qışı ilə seçilən iqlim
2. Sitrus meyvələri istehsalı üzrə ixtisaslaşmışlar
3. İnkişaf etməkdə olan ölkələrdir
4. Quru yayı və rütubətli qışı ilə seçilən iqlim
5. Turizm yüksək inkişaf etmişdir
6. İxracında xammal üstünlük təşkil edir
A) 1, 5, 6 B) 1, 3, 5 C) 4, 5, 6 D) 2, 4, 5 E) 1, 4, 5
40. İxracatında xammal və kənd təsərrüfatı məhsullarının
üstünlük təşkil etdiyi ölkələr:
A) Yunanıstan, Türkiyə, Azərbaycan, Avstriya
B) İspaniya, Çin, Fransa, Efiopiya
C) Braziliya, Əlcəzair, İndoneziya, Meksika
D) İtaliya, Ukrayna, Rusiya, Niger
E) İsveçrə, Lüksemburq, Avstriya, Belçika
Dostları ilə paylaş: |