Razılaşdırılıb: Təsdiq edilmişdir



Yüklə 118,06 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü118,06 Kb.
#9730


Razılaşdırılıb: 

Təsdiq edilmişdir: 

 

 

Azərbaycan Respublikası   



Maliyyə Nazirliyi  

Dövlət Sığorta Nəzarəti  

şöbəsinin müdiri 

“AtaSığorta” ASC-nin  

İdarə Heyətinin sədri 

 

 



 

N.C.Xəlilov 

F.F.Əsədov 

 

    



 

 

       ___________________________ 



         __________________________ 

      İmza                                      M.Y. 

                   İmza                                     M.Y. 

            

 

                /___/__________2009-cu il 

                

 

             /___/__________2009-cu il 

 

 



 

 

 



 

 

 



 

 

DƏMİRYOL NƏQLİYYATI VASİTƏLƏRİNİN KÖNÜLLÜ 



SIĞORTASININ QAYDALARI 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

Bakı 2009

 


 

 



1. ÜMUMİ MÜDDƏALAR 

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» 



Azərbaycan  Respublikasının  Qanunu  və  digər  normativ-hüquqi  aktlara  uyğun  olaraq  hazırlanmışdır. 

Bu  Qaydalar  ilə  Nizamnamə  əsasında  fəaliyyət  göstərən  “AtaSığorta”  Açıq  Səhmdar  Cəmiyyəti 

(bundan sonra “Sığortaçı” adlandırılacaq) dəmiryol nəqliyyatı vasitələrinin (dartıcı vasitələr, vaqonlar 

və s.)  sığortasını həyata keçirir. 

1.2.  Bu  Qaydalara  uyğun  olaraq  Sığortaçı  ilə  Dəmiryol  nəqliyyatı  vasitələri  üzrə  sığorta 

Müqavilələrini bağlamaq hüququna  Dəmiryol Nəqliyyatı Vasitələri üzrə sahibkarlıq hüququna malik 

olan fəaliyyət qabiliyyətli fiziki və hüquqi şəxslər malikdir (bundan sonra “Sığortalı” adlandırılacaq). 

1.3.  Bu  Qaydaların  şərtləri  belə  şərtlərə  istinadən  bağlanılan  Müqavilələrin  ayrılmaz  hissəsi 

sayılır və Sığortalı ilə Sığortaçı üçün (bundan sonra Tərəflər adlandırılacaq) məcburidir. 

 

2. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI 



 

2.1.  Bu  Sığorta  Qaydaları  ilə  Sığortaçı  Sığortalının  (Faydalanan  şəxsin)  Sığorta 

Şəhadətnaməsində  göstərilən  sığorta  hadisəsi  nəticəsində  müvafiq  Dəmiryol  Nəqliyyatı  Vasitələrinə 

dəymiş  itki  və  ziyanlara  sığorta  Şəhadətnaməsində  yazılmış  limitlər  həddində  (sığorta  məbləği) 

təminat verir. 

2.2.  Sığorta  müqaviləsi  Sığortaçının  xüsusi  formada  tərtib  olunmuş  blankında  bu  blank  ilə 

nəzərdə tutulmuş məlumatları göstərilməklə Sığortalının yazılı ərizəsi əsasında bağlanılır.  

Bu Ərizəyə tərkibində göstərilmiş məlumatları təsdiq edən müvafiq sənədlər əlavə olunur. 

2.3. Yazılı Ərizənin alınmasından sonra Sığortaçı Sığortalıdan aşağıda göstərilənləri tələb edə 

bilər: 


2.3.1.  Sığorta  müqaviləsi  bağlanarkən  Sığortalı  sığorta  riskinin  müəyyən  olunması  və  sığorta 

haqqının  hesablanması  üçün  zəruri  və  ona  məlum    olan  bütün  halları  və  məlumatı  Sığortaçıya 

bildirməlidir. 

Sığortaçı  əlavə  zəruri  məlumatların  siyahısını  tərtib  edir  və  yazılı  müraciət  formasında 

Sığortalıya göndərir. 

2.3.2. Sığortaçının səlahiyyətli nümayəndəsinə aşağıdakılarda lazımi kömək göstərməlidir: 

– sığortaya alınan Dəmiryol Nəqliyyatı Vasitələrinə baxış keçirmək; 

–  Dəmiryol  Nəqliyyatı  Vasitələrinin  olduğu  yerlərinin  (dəmiryollarının)  və  belə  nəqliyyat 

vasitəsinin yerləşdiyi binaya (qurğu və ya evin) baxış keçirmək; 

– Dəmiryol  Nəqliyyatı  Vasitələrinin  real  dəyərinin  müəyyənləşdirilməsi məqsədi  ilə keçirilən 

ekspertizada iştirak etmək. 

Bu ekspertiza Sığortaçının vəsaiti hesabına keçirilir. 

2.4. Sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması  məlum olarsa: 

Sığortalının  bu  hərəkəti  qəsdən  etdiyi  müəyyən  olarsa,  Sığortaçı  vəziyyəti  öyrəndiyi  tarixdən 

etibarən 1(bir) ay ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş 

verməkdən imtina edə bilər. Belə olan halda Sığortaçı ödənilmiş sığorta haqqını qaytarmaya bilər. 

Sığortalının  hərəkətinin  qəsdən  etmədiyi  müəyyən  olarsa,  Sığortaçı  vəziyyəti  öyrəndiyi 

tarixdən etibarən 1 (bir) ay ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər, sığorta Şəhadətnaməsinin 

şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı almaqla sığorta Şəhadətnaməsini qüvvədə saxlaya bilər. 

 

3. SIĞORTA PREDMETİ 



 

3.1.  Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak 

mənafelərinin aid olduğu dəmiryol nəqliyyatı vasitələridir. 

3.2. Bu Qaydalara əsasən aşağıdakı Dəmiryol Nəqliyyatı sığortalana bilər: 

3.2.1. Vaqon və yarımvaqonlar.  

3.2.2. Sisternlər. 

3.2.3. Refrijeratorlar. 

3.2.4. Dəmiryol Nəqliyyatına aid olan başqa dəmiryol nəqliyyatı vasitələri. 




 

3.3. Bu Qaydalara əsasən aşağıdakı Dartıcı Dəmiryol Vasitələri sığortalana bilər: 



3.3.1. Elektrovozlar. 

3.3.2. Teplovozlar. 

3.3.3. Parovozlar. 

3.3.4. Elektrik qatarları. 

3.3.5. Dizel qatarları. 

3.3.6. Qazotrubovozlar. 

3.3.7.  Dartıcı  Dəmiryol  Vasitələrinə  aid  olan  başqa  dəmiryol  nəqliyyatı  vasitələri  (avtonom 

hərəkət edə bilən vasitələr).  

3.4.  Dəmiryolların  inventar  parklarında,  dəmiryol  nəqliyyatı  sənaye  müəssisələrində  və 

Azərbaycan  Respublikasının  dövlət  dəmiryol  yolları  sisteminə  daxil  olmayan  və  təyin  olunmuş 

qaydada  xüsusi  icazə  almış  fiziki  və  hüquqi  şəxslərin  sahələrində  yerləşən,  Dəmiryol  Nəqliyyatı 

Vasitələrinin  qeydiyyat  bazasında  rəsmiləşdirilmiş  və  istismara  hazır  olan  nəqliyyat  vasitələri  o 

cümlədən elektrovozlar, teplovozlar, parovozlar, motorvaqon və dizel qatarları sığortalana bilər. 

 

4. SIĞORTANIN ƏRAZİSİ 

 

Dəmiryol  Nəqliyyatı  Vasitələri  ancaq  Sığorta  Müqaviləsində  göstərilmiş  ərazidə  (sığorta 



ərazisi/gediş marşrutu) sığortalanmış sayılır. 

 

5. SIĞORTA HADİSƏLƏRİ 



 

5.1.  Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  hərəkətdə  olub-olmamasından  asılı 

olmayaraq,  dəmiryol  nəqliyyatı  vasitələrinin  və  ya  onun  hissələrinin  aşağıda  göstərilən  səbəblərdən 

zədələnməsi, itməsi və ya məhv olması sığorta hadisəsi hesab olunur: 

5.1.1. Yanğın və/və ya partlayış; 

5.1.2. Üçüncü şəxslərin qeyri qanuni hərəkətləri;  

5.1.3. Təbii fəlakətlər;  

5.1.4.  Dəmiryol  nəqliyyat  vasitəsinin  relsdən  çıxması,  aşması,  hər-hansı  başqa  nəqliyyat 

vasitəsi və ya maneə ilə toqquşması, yaxud üzərinə hər-hansı predmetin düşməsi.  

5.2. Təbii fəlakətlər altında aşağıdakılar başa düşülür: 

– su daşqını, yeraltı suların fəaliyyəti; 

– zəlzələ; 

– vulkan püskürməsi; 

– sel, yer sürüşməsi, uçqun; 

– qasırğa, tufan; 

– yerli ərazi üçün qeyri adi olan yağmurlar, şaxtalar və ya başqa təbii hadisələr. 

5.3.  Aşağıdakılar  nəticəsində  sığorta  predmetinin  məhv  olması  və  ya  zədələnməsi  sığorta 

təminatına daxil edilmir: 

5.3.1.   Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi və ya kobud ehtiyatsızlığı;  

5.3.2.  Nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma; 

5.3.3.  Müharibə,  təcavüz,  hərbi  əməliyyatlar,  xarici  dövlətlərin  düşmənçilik  hərəkətləri,  elan 

edilib-edilməməyindən  asılı  olmayaraq  təcavüzkar  hərbi  əməliyyatlar,  vətəndaş  müharibəsi,  hər  cür 

xalq  ixtişaşları,  tətillər,  qiyam,  tədricən  xalq  üsyanları  və  ya  hərbi  qiyamlara  çevrilən  xalqiğtişaşları, 

hərbi qiyam, inqilab, hərbi hərəkətlər; 

5.3.4.  Dövlət  orqanlarının  sərəncamı  ilə  dəmiryol  nəqliyyat  vasitəsinin  ləğvi,  müsadirə 

edilməsi, üzərinə həbs qoyulması; 

5.3.5.  Dəmiryol nəqliyyat vasitəsinin zəbt edilməsi və ya qaçırılması; 

5.3.6.  Dəmiryol  nəqliyyat  vasitəsinin  gedişə  buraxılmasına  qədər  onun  hərəkətə  yararsızlığı 

haqqında Sığortalının və ya onun nümayəndəsinin xəbərdar olması; 

5.3.7.  Zərbə dalğasının bilavasitə və ya vasitəli təsiri; 

5.3.8.  Dəmiryol  nəqliyyat  vasitəsinin  sığorta  müqaviləsində  nəzərdə  tutulmayan  məqsədlər 



 

üçün istifadəsi; 



5.3.9.  Dəmiryol  nəqliyyat  vasitəsinin  xüsusi  sertifikatı  (vəsiqəsi),  həmçinin  müəyyən  tipli 

dəmiryol  nəqliyyat  vasitəsinin  müstəqil  idarə  etmək  üçün  lazımi  hazırlığı  və  ya  təcrübəsi  olmayan 

şəxslər tərəfindən idarə edilməsi; 

5.3.10. Sürücünün, Sığortalının (Faydalanan şəxsin) və ya onun nümayəndəsinin yanğına qarşı 

təhlükəsizlik və dəmiryol hərəkəti üzrə təhlükəsizlik qaydalarına riayət olunmaması; 

5.3.11. Sığorta olunmuş dəmiryol nəqliyyatı vasitələrindən təyinatı üzrə istifadə edilməməsi

5.3.12. Dəmiryol nəqliyyat vasitəsinin və ya onun hissələrinin köhnəlməsi, aşınması; 

5.3.13. Dəmiryol  nəqliyyat  vasitəsinin  onun  texniki  xüsusiyyətlərində  nəzərdə  tutulmayan 

şərtlərlə istismarı; 

5.3.14. Onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, dəmiryol nəqliyyat vasitəsinin 

hissələrinin sınması; 

 

6. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA PREDMETİNİN DƏYƏRİ 

 

6.1.  Bu  Qaydalara  əsasən  dəmiryol  nəqliyyat  vasitəsinin  sığorta  müqaviləsinin  bağlanılma 



gününə olan real dəyəri sığorta pedmetin dəyəri sayılır. 

 

6.2. 



Sığorta  məbləği  sığorta  müqaviləsi  (Şəhadətnaməsi)  üzrə  Sığortaçının  Sığortalıya 

verməyi öhdəsinə götürdüyü ödənişin hədlərini müəyyən edir. 

Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta məbləği hər bir  və bütün 

sığorta  hadisələri  üçün  bütün  sığorta  müddəti  ərzində  verilən  sığorta  təminatı  ödənişinin  maksimum 

miqdarını müəyyən edir. 

 

7. AZADOLMA 

 

Tərəflər  sığorta  şəhadətnaməsində,  sığorta  hadisəsi  zamanı  sığorta  məbləğinin  müəyyən  bir  faizinə 



qədər  olan  zərərin  və  yaxud  zərərin  müəyyən  bir  faizinin  və  ya  məbləğinin  Sığortaçı  tərəfindən 

ödənilməyəcəyini (azadolmanı) razılaşdıra bilərlər. 

 

8. SIĞORTA HAQQI 

 

8.1.  Sığorta  haqqı  sığorta  şəhadətnaməsində  göstərilən  müddətdə  və  qaydada  Sığortalı 



tərəfindən sığorta üçün ödənilən haqdır. Onun miqdarı sığorta tariflərinə əsasən hesablanır.

  

8.2.  Sığorta  haqqının  ödənildiyi  gün  onun  Sığortaçının  bank  hesabına  və  ya  nağd  ödəmə 



zamanı kassasına daxil olduğu gün hesab olunur. 

8.3. Sığorta haqqının ödənilməsi qaydası sığorta müqaviləsi ilə müəyyən olunur. Sığorta haqqı 

tam  və  ya  onun  birinci  hissəsi  müqavilə  ilə  müəyyən  olunmuş  müddətdə  ödənilmədikdə,  sığorta 

müqaviləsi etibarsız sayılır. 

8.4.  Sığorta  haqqının  bütövlükdə  və  ya  hissələrlə  ödənilməsi  razılaşdırıla  bilər.  Sığorta  haqqı 

bütövlükdə  (sığorta  haqqının  birinci  hissəsi)    sığorta  şəhadətnaməsi  təqdim  olunan  zaman,  (qalan 

hissələri isə sığorta şəhadətnaməsində göstərilən tarixlərə qədər) ödənilməlidir. 

8.5.  Sığorta  haqqı  (onun  birinci  hissəsi)  sığorta  şəhadətnaməsi  təqdim  olunan  zaman 

ödənilməzsə,  Sığortaçı  sığorta  ilə  əlaqədar  heç  bir  məsuliyyət  daşımır  və  bu  şərt  sığorta 

şəhadətnaməsində yazılmalıdır. 

8.6.  Sığorta  haqqının  hissələrlə  ödənilməsi  razılaşdırıldığı  halda  sığorta  hadisəsi  baş  verdiyi 

zaman  ödənilməli  olan  bütün  hissələr  sığorta  ödənişindən  birdəfəlik  çıxılır    (bu  şərt  sığorta 

şəhadətnaməsində göstərilməlidir) 

8.7.  Sığorta  haqqının  hissələrlə  ödənilməsi  razılaşdırıldığı  hallarda,  hissələrdən  hər  hansı  biri 

şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) 

günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi 

sığorta  müqaviləsi  bağlandığı  gündən  1  aydan  gec  olmayaraq  ödənilməlidir.  Müəyyən  olunmuş  gün 

ərzində  sığorta  haqqı  ödənilməzsə  sığorta  şəhadətnaməsi  etibarsız  hesab  olunacaq.  Ləğv  etmənin 

hüquqi  qüvvə  qazandığı  tarixə  qədər  keçən  müddətin  sığorta  haqqı  gün  hesabına  görə  hesablanır  və 



 

artıq qalan məbləğ sığorta olunana qaytarılır. 



8.8.  Əgər  sığorta  şəhadətnaməsində  sığorta  haqqının  (birinci  hissəsinin)  ödənilməsinə  qədər 

sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (birinci hissə) sığorta 

şəhadətnaməsi qüvvəyə mindiyi andan 15 (on beş) gün ərzində  ödənilməlidir. Sığorta haqqı (birinci 

hissə) göstərilən müddət ərzində Sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi öz qüvvəsini itirir.   

 

9. SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ 

 

9.1. 



Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.  

Sığorta  yalnız  müqavilənin  (şəhadətnamənin)  qüvvədə  olduğu  müddət  ərzində  baş  verən  sığorta 

hadisələrinə təminat verir. 

9.2.  Sığorta  müddəti,  sığorta  şəhadətnaməsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  sığorta 

şəhadətnaməsində  göstərilən  başlanma  və  sona  çatma  tarixlərində  Azərbaycan  vaxtı  ilə    saat  00-da 

başlayır və saat 00-da sona çatır. 

9.3. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 

9.3.1. müqavilənin qüvvədə olduğu müddət bitdikdə; 

9.3.2. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə; 

9.3.3. Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə

9.3.4. məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə; 

9.3.5. Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 

9.4. 

Sığorta  müqaviləsinə  Sığortalı  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə  Sığortaçı  çəkilmiş 



xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır, əgər bu tələb 

Sığortaçının  sığorta  qaydalarını  pozması  ilə  bağlıdırsa,  o,  sığorta  haqlarını  Sığortalıya  bütünlüklə 

qaytarır. 

9.5.  Sığorta  müqaviləsinə  Sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə  o,  Sığortalının 

sığorta  haqlarını  bütünlüklə  qaytarır;  əgər  bu  tələb  Sığortalının  sığorta  qaydalarını  yerinə 

yetirilməməyi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti 

üçün  sığorta haqlarını qaytarır. 

 

 



10. RİSKİN ARTMASI 

 

10.1.  Sığorta  şəhadətnaməsinin  qüvvədə  olduğu  müddət  ərzində  Sığortalı  sığorta  müqaviləsi 



bağlanan  zaman  Sığortaçıya  bildirdiyi  hallarda  baş  verən,  həmçinin  sığorta  riskinə  əhəmiyyətli 

dərəcədə  təsir  edə  biləcək  və  ona  məlum  olan  digər  bütün  dəyişikliklər  haqqında  Sığortaçıya  təxirə 

salınmadan məlumat verməlidir. 

10.2 


Riskin artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra Sığortaçı sığorta 

şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya artan riskə mütənasib olaraq əlavə sığorta haqqının 

ödənilməsini tələb etmək hüququna malikdir. 

Əgər  Sığortalı  sığorta  şəhadətnaməsinə  edilən  dəyişikliklərlə  razılaşmazsa,  və  yaxud  əlavə 

sığorta  haqqı  ödəməkdən  imtina  edərsə,  sığorta  şəhadətnaməsi  riskdəki  bu  dəyişikliyin  baş  verdiyi 

andan etibarsız sayılır. 

 

11. SIĞORTA HADİSƏSİ ZAMANI EDİLƏCƏK HƏRƏKƏTLƏR 

 

11.1.Sığorta hadisəsi hesab edilən hal barəsində xəbərdar olduqdan 5 gün ərzində, Sığortalı bu haqda 



Sığortaçıya  və  ya  onun  nümayəndəsinə  məlumat  verməyə  borcludur.  Sığorta  şəhadətnaməsində 

məlumat  verməyin  müddəti  və  yaxud  üsulu  göstərilmişdirsə,  o  müəyyən  olunmuş  müddətdə  və 

həmin üsulla həyata keçirilməlidir. 

11.2. Sığortalı  baş  verən  hadisə  barəsində  səlahiyyətli  dövlət  orqanlarına  məlumat  verməyə  və 

qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur. 

 

11.3. Sığorta  hadisəsi  zamanı  Sığortalı  mümkün  zərərin  qarşısını  almaq  və  miqdarını  azaltmaq  üçün 



bütün ağlabatan və mümkün tədbirləri görməlidir. 


 

11.4. Belə tədbirlər həyata keçirilərkən Sığortalı Sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir. 



 

11.5.Sığortaçı  sığorta  hadisəsi  və  onun  nəticələri  ilə  əlaqədar  Sığortalının  bütün  hərəkətləri  üzərində 

nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında 

qərar qəbul etmək imkanına malik olmalıdır. 

11.6.Sığortalı  sığorta  hadisəsi  nəticəsində  zərər  çəkmiş  sığorta  pedmetini  Sığortaçı  baxış  keçirənə 

qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur. 

11.7.Təmirin yeri təmir başlanana qədər Sığortaçı ilə razılaşdırılmalıdır. 

11.8.Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı Sığortaçıya təqdim etmək, həmçinin 

hadisənin digər iştirakçılarının və sığorta hadisəsi  ilə bağlı məsələlərə baxan səlahiyyətli  dövlət 

orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır. 

11.9.Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı 

bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir. 

11.10.

 

Sığorta  hadisəsi  ilə  bağlı  bütün  rəsmi  və  qeyri-rəsmi  təhqiqatlarda  Sığortaçı  öz  hesabına 



Sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır. 

11.11.


 

Sığorta  hadisəsi  faktının  mövcudluğunu  və  onun  səbəb  olduğu  zərərin  ölçüsünü  sübut  etmək 

Sığortalının vəzifəsidir. 

11.12.


 

Sığorta  hadisəsi  faktının  və  şəraitinin,  eyni  zamanda  zərərin  miqdarının  sübut  edilməsi  üçün 

Sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli 

bütün sənədləri Sığortaçıya təqdim etməyə borcludur. 

 

12. ZİYAN VƏ ZƏRƏRİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ 

 

Sığortaçı sığorta hadisələri nəticəsində ortaya çıxan aşağıdakı zərəri ödəyir: 



 

12.1.  Sığorta predmetinə dəyən birbaşa zərər: 

12.1.1. Dəmiryol nəqliyyat vasitəsinə dəyən real zərər; 

12.2.  Sığortaçı tərəfindən ödəniləcək zərərin azaldılması və ya qarşısının alınması məqsədilə 

çəkilən zəruri və məqsədyönlü xərcləri

12.3.  Sığorta  hadisəsinin  səbəbini  və  şəraitini  araşdırmaq,  həmçinin  Sığortaçı  tərəfindən 

ödənilməli olan zərərin miqdarını müəyyən etmək məqsədilə çəkilən xərcləri. 

12.4.  Dəmiryol nəqliyyat vasitəsinə dəyən zərər aşağıdakı kimi müəyyən edilir: 

12.4.1. Məhv olduqda (tam və ya konstruktiv) – sığorta hadisəsi baş verən andakı bazar qiyməti 

həcmində; 

12.4.2. Təmir olunduqda -  

12.4.2.1. 

əgər Dəmiryol nəqliyyat vasitəsi tam təmir edilərsə – təmir xərcləri həcmində; 

12.4.2.2. 

əgər Dəmiryol nəqliyyat vasitəsi qismən təmir edilərsə – təmir xərcləri həmçinin 

Dəmiryol  nəqliyyat  vasitəsinin  tam  təmir  xərclərindən  artıq  olmamaqla,  onun  təmir  olunmayan 

zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində. 

12.4.2.3. 

əgər sığorta müddəti ərzində Dəmiryol nəqliyyat vasitəsi təmir edilməz və xarab 

vəziyyətdə satılmazsa – Dəmiryol nəqliyyat vasitəsinin tam təmiri xərclərindən artıq olmamaqla, onun 

təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində. 

12.5.  Sığorta  müddəti  ərzində  Dəmiryol  nəqliyyat  vasitəsinin  hər  hansı  təmir  olunmamış 

zədədən  irəli  gələn  tam  məhv  olması  (sığorta  hadisəsi  və  ya  digər  səbəb  nəticəsində)  halında  həmin 

zədəyə görə sığorta ödənişi verilmir. 

12.6.  Ayrı-ayrı  hissələrin  dəyişdirilməsi  zərurəti  yarandıqda,  zərər  köhnəlmə  dəyəri 

çıxılmaqla, dəyişdirilən eyni hissələrin bazar dəyəri həcmində müəyyən edilir. 

12.7.  Sığortaçının  seçiminə  görə  əmlakın  təmir  xərcləri  və  ixtisaslaşmış  ekspert  təşkilatı 

tərəfindən  hazırlanmış,  tələb  olunan  təmirin  (bərpanın)  qiymətinin  ilkin  smetası  (hesablanması, 

qiymətləndirilməsi) əsasında, ya da real təmir faktına əsasən müəyyən olunur. 

12.8.  Sığortaçı  sığorta  olunmuş  əmlaka  dəymiş  zərərin  əvəzini  yuxarıda  göstərildiyi  kimi 

müəyyən edilmiş qaydada hər bir sığorta hadisəsi üzrə sığorta məbləği həddində ödəyir. 

12.9.  Vurduğu zərərə görə Sığortalının üzərinə qoyulmuş məbləği Sığortaçı ödəyir. 

12.10.  Sığortaçı  üçüncü  şəxsə  vurulmuş  zərərə  görə  məsuliyyətlə  bağlı  Sığortalının  üzərinə 



 

qoyulmuş aşağıdakı məbləği ödəmir: 



12.11.  əldən çıxmış fayda və ya digər dolayı zərər; 

12.12.  Sığortaçı  tərəfindən  əvəzi  ödənilməli  olan  zərəri  azaltmaq  məqsədilə  Sığortalının 

çəkdiyi  xərclər,  həmin  xərclərin  digər  zərərlə  birlikdə  sığorta  məbləğini  aşa  bilməsindən  asılı 

olmayaraq,  Sığortaçı  tərəfindən  ödənilir,  bu  şərtlə  ki,  belə  xərclər  zərurət  və  ya  Sığortaçının 

göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun. 

12.13.  Sığortaçı  zərərin  qarşısını  almaq  və  ya  azaltmaq  məqsədilə  sığortalının  bilərəkdən 

ağlabatan  və  mümkün  (səmərəli)  tədbirləri  görməməsi  nəticəsində  ortaya  çıxan  zərəri  ödəmək 

öhdəliyindən azad edilir. 

12.14.  Sığorta  hadisəsinin  səbəblərinin  və  şəraitinin  aydınlaşdırılması,  zərərin  həcminin 

müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini 

aşa bilməsindən asılı olmayaraq Sığortaçı tərəfindən ödənilir. 

12.15.  Əgər  Dəmiryol  nəqliyyat  vasitəsinin  sığorta  məbləği  onun  sığorta  dəyərindən  (sığorta 

müqaviləsi bağlandığı gün onun yerləşdiyi yerdəki bazar dəyəri) az müəyyən olunmuşdursa, Sığortaçı 

vurulmuş zərərin, sığorta məbləğinin sığorta dəyərinə olan nisbətinə mütənasib hissəsini ödəyir. 

 

13. SIĞORTA ÖDƏNİŞİ 

 

Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü 



ərzində sığortaçı sığorta ödənişinin  verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması 

haqqında qərar qəbul edir: 

 

Sığorta ödənişinin verilməsi barədə ərizə



 

Sığorta şəhadətnaməsi; 



 

Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və 



ş.); 

 



Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd; 

 



Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı; 

 



Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər. 

 

Sığortalanmış maraqlara vurulan zərərin həcmi müəyyən olunduqdan sonra, sığorta ödənişinin 



hesablanması aşağıdakı qaydada həyata keçirilir: 

 

13.1 



Qismən  sığorta  zamanı  –  zərərin  sığorta  məbləğini  sığorta  dəyərinə  olan  nisbətinə 

mütənasib hissəsi müəyyən edilir. 

13.2 

Sığorta  şəhadətnaməsində  azadolma  nəzərdə  tutulduqda  –  zərərin  həcmi  azadolmanın 



miqdarı çıxılmaqla müəyyən edilir. 

13.3.  Hər bir sığorta hadisəsinə görə sığorta ödənişinin ümumi miqdarı sığorta məbləğini aşa 

bilməz. 

13.4.  Əgər  sığorta  ödənişinin  verilməsi  anına  qədər  sığorta  mükafatı  ödənilməmişdirsə, 

Sığortaçı ödəniş zamanı sığorta haqlarının qalan hissəsini tutmağa haqlıdır. 

13.5.  Sığortaçı sığortalanmış əmlakın məhv olmasının əvəzini ödədikdə və ya onun ayrı-ayrı 

hissələrini  başqası  ilə  əvəz  etdikdə  sığortalının  həmin  əmlaka  və  dəyişilmiş  hissələri  olan  hüquqları 

Sığortaçıya keçir. Bütün qalıqlar Sığortaçıya verilməlidir. 

Sığortalı  həmin  hüquqların  Sığortaçıya  keçməsi  üçün  bütün  zəruri  tədbirləri  görməyə 

borcludur. 

13.6.  İtmiş  əmlakın  sonradan  tapılması  halında  Sığortaçı  öz  rəyinə  əsasən  əmlakı  özündə 

saxlamaq və yaxud sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta 

ödənişi  Sığortaçıya  geri  qaytarılmalıdır.  Əgər  əmlak  korlanmış  vəziyyətdə  əldə  olunarsa,  Sığortaçı 

sığortalıya həmin zərərin əvəzini ödəyir. 

 

Aşağıdakı hallarda  Sığortaçı Sığortalıya sığorta ödənişi verməkdən imtina etməyə haqlıdır: 



 

13.7.  Sığortalının  ona  məlum  olan  məlumatı  verməməyi  və  ya  riskin  dərəcəsini  və  yaxud 

sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar barədə qəsdən 



 

yanlış məlumat verməsi. 



13.8.  Mühüm  şərtlərin  yerinə  yetirilməməsi  ilə  sığorta  hadisəsi  arasında  əlaqənin  olub-

olmamağından asılı olmayaraq Sığortalının sığorta müqaviləsinin mühüm şərtlərinə əməl etməməsi. 

13.9.  Sığortaçıya baş vermiş sığorta hadisəsi haqqında məlumat verməmə və ya gec  məlumat 

vermə,  o  şərtlə  ki,  Sığortaçıda  belə  məlumatın  olmamağı  və  ya  yanlış  məlumat  olması  onun  üçün 

sığorta ödənişini vermək öhdəliyinin yaranmasına təsir etmək imkanına malik olsun. 

13.10.  Yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya itkilərin həcminin 

artmasına  gətirib  çıxarmış  və  ya  kömək  etmiş,  yaxud  da  sığorta  hadisəsinin  şəraitinin  düzgün 

aydınlaşdırılması  imkanlarını  pozmuşdursa,  Sığortalının  sığorta  müqaviləsinə,  bu  şərtlərə  və  ya 

qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtləri yerinə yetirilməməsi. 

 

14. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 



 

14.1


 

Sığortalının hüquqları: 

14.1.1

 

Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan 



maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 

14.1.2


 

Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək. 

 

14.2


 

Sığortalının vəzifələri: 

14.2.1

 

Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 



14.2.2

 

Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan, eyni zamanda sığorta müqaviləsi ilə bağlı 



digər məlumatları Sığortaçıya təqdim etmək; 

14.2.3


 

Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum olan və Sığortaçının müqavilədən imtina 

etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün 

hallar barədə Sığortaçıya məlumat vermək; 

14.2.4

 

Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanmasını təmin etmək. 



 

14.3


 

Sığortaçının hüquqları: 

14.3.1

 

Sığortalı  tərəfindən  verilən  məlumatları  və  həmçinin  Sığortalı  və  Sığorta  olunan  tərəfindən 



Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq

14.3.2


 

Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, 

belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən geri qaytarılmasını tələb etmək; 

14.3.3


 

Sığortalı  ona  məlum  olan  riskin  qiymətləndirilməsi  üçün  əhəmiyyətli  hallar  barəsində  və 

sığorta  hadisəsi  haqqında  Sığortaçıya  qəsdən  yanlış  məlumat  verməsi  aşkar  olunarsa  sığorta 

ödənişini həyata keçirməkdən imtina etmək; 

14.3.4

 

Sığorta  haqqının  hər-hansı  ödənilməmiş  hissəsi  sığorta  müqaviləsində  göstərilən  müddət 



ərzində  ödənilmədikdə,  Sığorta  olunanlara  xidmətlərin  göstərilməsini  dayandırmaq  yaxud 

Sığorta müqaviləsinə xitam vermək; 

14.3.5

 

Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək. 



 

14.4


 

Sığortaçının vəzifələri: 

14.4.1

 

Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir; 



14.4.2

 

Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək; 



14.4.3

 

Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək



14.4.4

 

Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş 



qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq. 

 

 



15. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ 

15.1


 

Sığorta  qanunvericiliyində  və  ya  könüllü  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  hallarda, 

həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının 

tələbi  ilə vaxtından əvvəl  xitam  verilərkən, bu barədə bir tərəf digərinə ən azı  30 gün əvvəl  (sığorta 

müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda 

isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. 




 

15.2



 

 Sığorta  müqaviləsinə  (qrup  halında  sığorta  zamanı  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta 

predmetinə  münasibətdə)  Sığortalının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə,  sığorta 

qanunvericiliyində  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  Sığortaçı  həmin  müqavilə  üzrə  işlərin 

aparılması  xərclərini  çıxmaqla  müqavilənin  (qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər 

hansı  bir  sığorta  predmetinə  münasibətdə)  qurtarmamış  müddəti  üçün  sığorta  haqlarını  ona  qaytarır; 

əgər  bu  tələb  Sığortaçının  sığorta  müqaviləsi  üzrə  vəzifələrini  yerinə  yetirməməsi  ilə  bağlıdırsa, 

Sığortaçı  sığorta  haqlarını  (qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta 

predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır. 

15.3


 

Sığorta  müqaviləsinə  (qrup  halında  sığorta  zamanı,  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta 

predmetinə  münasibətdə)  sığortaçının  tələbi  ilə  vaxtından  əvvəl  xitam  verildikdə  o,  sığorta 

haqlarını(qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə 

ödənilmiş  sığorta  haqlarını)  bütünlüklə  Sığortalıya  qaytarır;  əgər  bu  tələb  Sığortalının  sığorta 

müqaviləsi üzrə vəzifələrini  yerinə  yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin 

aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında 

sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarını) 

qaytarır. 

15.4


 

Sığorta  müqaviləsinə  (qrup  halında  sığorta  zamanı  həm  də  müqaviləyə  hər  hansı  bir  sığorta 

predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı 

tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər 

hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan çox miqdarda sığorta 

ödənişi  verilmişdirsə,  sığorta  haqqı  (qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir 

sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır. 

15.5


 

Sığorta  müqaviləsinə  vaxtından  əvvəl  xitam  verildiyi  halda,  əgər  xitam  verilmə  anınadək 

Sığortaçı  tərəfindən  Sığortalıya  ödənilmiş  sığorta  haqqından  (qrup  halında  sığorta  zamanı  həm  də 

müqavilənin  hər  hansı  bir  sığorta  predmeti  üzrə  ödənilmiş  sığorta  haqlarından)  az  miqdarda  sığorta 

ödənişi  verilmişdirsə,  həmin  sığorta  haqqı  məbləği  ilə  sığorta  ödənişi  məbləği  arasındakı  fərq 

miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin  15.1-ci və 15.2-ci 

bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

15.6


 

Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş 

qaydada  xitam  verilmiş  hesab  edildikdə,  Sığortaçı  həmin  müqavilə  üzrə  işlərin  aparılması  xərclərini 

çıxmaqla  müqavilənin  (qrup  halında  sığorta  zamanı  həm  də  müqavilənin  hər  hansı  bir  sığorta 

predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 15.3-cü və 15.4-

cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.  

15.7

 

Əgər  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmamışdırsa,  işlərin  aparılması  xərcləri 



dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur. 

 

 



 

16. SUBROQASİYA 

 

16.1.  Sığorta  hadisəsi  nəticəsində  əvəzi  ödənilmiş  zərərə  görə  cavabdeh  olan  şəxsdən 



Sığortalının tələb etmək hüququ ödənilmiş məbləğ həddində, subroqasiya qaydasında sığorta ödənişini 

verən Sığortaçıya keçir. 

16.2. Sığortalı Sığortaçıya keçən tələb hüququnun həyata keçirilməsi üçün zəruri   olan bütün 

sənədləri və sübutları ona təqdim etməli və bütün məlumatlar barədə onu xəbərdar etməlidir. 

Əgər Sığortalı Sığortaçı tərəfindən əvəzi ödənilmiş zərərə görə cavabdeh olan şəxsdən özünün 

tələb  hüququndan  imtina  edərsə,  və  ya  onun  təqsiri  ucbatından  bu  hüququn  həyata  keçirilməsi 

mümkün olmazsa, Sığortaçı bütünlükdə və ya müvafiq qisimdə sığorta ödənişi verməkdən azad olunur 

və lazımsız yerə verilmiş sığorta ödənişinin qaytarılmasını tələb etməyə haqlıdır. 

16.3.  Əgər  Sığortalı  vurulmuş  zərərlərə  görə  üçüncü  şəxsdən  zərərin  əvəzini  almışdırsa, 

Sığortaçı  yalnız verilməli olan sığorta ödənişi məbləği  ilə sığortalının üçüncü şəxsdən aldığı  məbləğ 

arasındakı fərqi ödəyir. 

 



10 

 

16. MÜBAHİSƏLƏRƏ BAXILMASI



 

Sığorta  müqaviləsinə  görə  ortaya  çıxan  mübahisələr  tərəflər  arasında  danışıqlar  yolu  ilə  həll  edilir. 

Razılığa  gəlinmədiyi  təqdirdə  mübahisələrə  Azərbaycan  Respublikasının  mövcud  qanunvericiliyinə 

uyğun olaraq müəyyən olunmuş qaydada məhkəmələrdə baxılır.

  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Yüklə 118,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə