Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə14/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   10   11   12   13   14   15   16   17   ...   445

YARADILIŞ 29:4

24

YARADILIŞ 30:12



4

Yaqub onlardan soruşdu: «Ey qardaşlar, haradansınız?» Onlar dedilər: «Biz Xarandanıq».

5

Yaqub


onlara dedi: «Naxorun nəvəsi Lavanı tanıyırsınızmı?» Onlar dedilər: «Tanıyırıq».

6

Yaqub onlardan



soruşdu: «O, sağ-salamatdırmı?» Onlar dedilər: «Bəli, sağ-salamatdır. Odur, qızı Rəhilə də qoyunlarla

gəlir».


7

Yaqub dedi: «Hələ axşama çox vaxt var, sürülərin yığılma vaxtı deyil. Qoyunlara su

verin, sonra aparıb otarın».

8

Onlar dedilər: «Bütün sürülər yığılmayınca və daş quyunun ağzından



yuvarlanmayınca bunu edə bilmərik, yalnız onda qoyunlara su verə bilərik».

9

Yaqub onlarla danışarkən Rəhilə atasının qoyunları ilə gəldi, çünki o, çoban idi.



10

Yaqub


dayısı Lavanın qızı Rəhiləni və dayısı Lavanın qoyunlarını görəndə yaxınlaşıb daşı quyunun ağzından

yuvarladı və dayısı Lavanın qoyunlarına su verdi.

11

Yaqub Rəhiləni öpdü və hönkürtü ilə ağladı.



12

Yaqub atasının qohumlarından və Rivqanın oğlu olduğunu Rəhiləyə bildirdi. Rəhilə də qaçıb atasına

danışdı.

13

Lavan bacısı oğlu Yaqubun gəldiyini eşidəndə onu qarşılamağa qaçdı. Onu qucaqlayıb öpdü



və evinə gətirdi. Yaqub hər şeyi Lavana danışdı.

14

Lavan ona dedi: «Sən, doğrudan da, mənim



sümüyümdən, mənim ətimdənsən». Yaqub onun yanında bir ay qaldı.

Yaqubun Leanı və Rəhiləni arvad alması

15

Lavan Yaquba dedi: «Məgər qohum olduğun üçün mənə havayı xidmət edəcəksən? Mənə söylə,



haqqın nə olsun?»

16

Lavanın iki qızı var idi: böyüyünün adı Lea, kiçiyininki Rəhilə idi.



17

Leanın gözləri

zəif görürdü, Rəhilə isə çox gözəl və qamətli idi.

18

Yaqub Rəhiləyə vuruldu və dedi: «Kiçik qızın Rəhilə



üçün sənə yeddi il xidmət edərəm».

19

Lavan dedi: «Onu sənə vermək başqa adama verməkdən daha



yaxşıdır. Yanımda qal».

20

Yaqub Rəhiləyə görə yeddi il xidmət etdi. Onu sevdiyi üçün bu müddət



gözünə bir neçə gün kimi göründü.

21

Yaqub Lavana dedi: «Vaxtım çatdı; indi arvadımı mənə ver ki, onun yanına girim».



22

Lavan o


torpağın bütün adamlarını topladı və bir ziyafət verdi.

23

Gecə qızı Leanı götürüb Yaqubun yanına



apardı. Yaqub onun yanına girdi.

24

Lavan öz qarabaşı Zilpanı Leaya qulluqçu olmaq üçün verdi.



25

Səhər məlum oldu ki, bu, Leadır. Yaqub Lavana dedi: «Nə üçün mənimlə belə rəftar etdin? Sənin

yanında Rəhilə üçün xidmət etmədimmi? Bəs məni niyə aldatdın?»

26

Lavan dedi: «Bizim yerdə kiçik



qızı böyüyündən əvvəl ərə vermək olmaz.

27

Bu həftəni bitir, onu da sənə verərik. Onun üçün də



yanımda daha yeddi il xidmət etməlisən».

28

Yaqub belə də etdi: o həftəni bitirdi. Lavan da qızı



Rəhiləni ona arvad olmaq üçün verdi.

29

Öz qarabaşı Bilhanı da qızı Rəhiləyə qulluqçu olmaq üçün



verdi.

30

Yaqub Rəhilənin də yanına girdi. Rəhiləni Leadan da çox sevdi. O, Lavanın yanında daha



yeddi il xidmət etdi.

Yaqubun övladları

31

Rəbb Leanın sevilmədiyini görüb onun bətnini açdı. Rəhilə isə sonsuz idi.



32

Lea hamilə olub bir

oğul doğdu və onun adını Ruven * qoyaraq dedi: «Yəqin Rəbb mənim fağırlığımı gördü. İndi ərim

məni sevəcək».

33

O yenə hamilə olub bir oğul doğdu və dedi: «Rəbb sevilmədiyimi eşidib mənə bunu



da verdi». Onun da adını Şimeon† qoydu.

34

Lea yenə hamilə olub bir oğul doğdu və dedi: «İndi bu



dəfə ərim mənə bağlanacaq, çünki ona üç oğul doğdum». Buna görə də adını Levi ‡ qoydu.

35

O yenə



hamilə olub bir oğul doğdu və dedi: «Bu dəfə Rəbbi mədh edəcəyəm». Buna görə də onun adını Yəhuda

§ qoydu. Sonra o, bir müddət doğmadı.

30

1

Rəhilə Yaquba uşaq doğmadığını görəndə bacısına həsəd apardı və ərinə dedi: «Mənə uşaq ver,



yoxsa ölərəm».

2

Yaqubun Rəhiləyə qəzəbi alovlandı və o dedi: «Məgər mən sənin bətninə bəhər



verməyən Allaham?»

3

Rəhilə dedi: «Qarabaşım Bilhanı götür və yanına gir. Qoy o, dizlərimin üstünə



bir uşaq doğsun və ondan uşaqlarım olsun».

4

Rəhilə qarabaşı Bilhanı ona arvad olmaq üçün verdi



və Yaqub onun yanına girdi.

5

Bilha hamilə olub Yaquba bir oğul doğdu.



6

Rəhilə dedi: «Allah məni

haqlı çıxartdı və səsimi eşidib mənə bir oğul verdi». Buna görə də onun adını Dan * qoydu.

7

Rəhilənin



qarabaşı Bilha yenə hamilə olub Yaquba ikinci oğul doğdu.

8

Rəhilə dedi: «Bacımla güclü mübarizəyə



girişib ona üstün gəldim». O, uşağın adını Naftali † qoydu.

9

Lea daha doğmadığına görə qarabaşı Zilpanı götürüb Yaquba arvad olmaq üçün verdi.



10

Leanın


qarabaşı Zilpa Yaquba bir oğul doğdu.

11

Lea «uğur qazandım» deyib onun adını Qad‡ qoydu.



12

Leanın


*

29:32 Ruven – ibrani dilind

ə

baxın, bir oğul. †



29:33 Şimeon – ibrani dilind

ə

eşitmək. ‡



29:34 Levi – ibrani dilind

ə

bağlanma. §



29:35 Y

ə

huda – ibrani dilində mədh edilmiş. *



30:6 Dan – ibrani dilind

ə

hökm etdi. †



30:8

Naftali – ibrani dilind

ə

mənim mübarizəm. ‡



30:11 Qad – ibrani dilind

ə

uğur.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə