Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə445/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   437   438   439   440   441   442   443   444   445

LUKA 1:57

994


LUKA 2:13

57

Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu.



58

Onun qohum-qonşuları Rəbbin ona böyük

mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər.

59

*Səkkizinci gün körpəni sünnət etməyə



gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər.

60

Körpənin anası isə dedi: «Yox, onun adı



Yəhya olacaq».

61

Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur».



62

Körpənin


atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular.

63

O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun



adı Yəhyadır». Hamı heyrətə gəldi.

64

Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə



başladı.

65

Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq



bölgəsinin hər yerində danışırdılar.

66

Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə



böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.

Zəkəriyyənin peyğəmbərliyi

67

Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:



68

«Alqış olsun İsrailin Allahı Rəbbə!

Çünki Öz xalqına nəzər salıb onları satın aldı.

69

O, qulu Davudun nəslindən



Bizə qüdrətli Xilaskar yetirdi.§

70

Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi



71

Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.

72

Beləcə ata-babalarımıza mərhəmət göstərib



Öz müqəddəs Əhdini xatırladı.

73

Atamız İbrahimə and içdiyi kimi



Bizə elə güc verdi ki,

74-75


Düşmənlərimizin əlindən qurtulub

Həyatımız boyu qorxmadan Rəbbin önündə

Müqəddəslik və salehliklə Ona ibadət edək.

76

*Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan,



Çünki Rəbbin önündə gedəcəksən,

Onun yolunu hazırlayacaqsan.

77

Onun xalqına günahlarının bağışlanması ilə



Xilas olunmaları barədə bildirəcəksən.

78

*Axı Allahımızın ürəyi mərhəmətlidir,



Onun bu mərhəmətinə görə

Ucalarda bizim üçün Günəş** doğacaq ki,

79

Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın,



Ayaqlarımızı sülh yoluna yönəltsin».

80

Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.



2

İsanın doğulması

(Mat. 1:18-25)

1

O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma keçirmək barəsində fərman verdi.



2

Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi.

3

Hamı siyahıya alınmaq üçün öz



şəhərinə yollandı.

4

Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya,



Davudun şəhəri olan Bet-Lexemə yollandı.

5

O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya



alınmaq üçün getdi.

6

Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı.



7

O, ilk Oğlunu doğdu. Körpəni

bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.

Mələklər çobanlara xoş xəbər verir

8

O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi.



9

Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur

saçdı. Çobanları böyük qorxu bürüdü.

10

Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün xalqı çox



sevindirəcək bir Müjdə gətirmişəm.

11

Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu,



Rəbb Məsihdir.

12

Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız».



13

Qəflətən


mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi:

*

1:59 Lev. 12:3



§

1:69 Biz


ə

qüdrətli Xilaskar yetirdi – hərfi tərcümədə Bizə xilas buynuzunu qaldırdı.

*

1:76 Mal. 3:1



*

1:78 Yeş. 9:2

**

1:78 Gün


ə

ş – yəni Məsih.




LUKA 2:14

995


LUKA 2:48

14

«Ən ucalarda Allaha izzət,



Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!»

15

Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: «Gəlin Bet-Lexemə



gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni görək».

16

Onlar tələsik getdilər. Məryəmi,



Yusifi və axurda yatan Körpəni tapdılar.

17

Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql



edilənləri bildirdilər.

18

Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi.



19

Məryəm isə

bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı.

20

Çobanlar bütün gördükləri və eşitdiklərinə



görə Allahı izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş

vermişdi.



İsanın sünnəti və Allaha həsr edilməsi

21

*Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana



bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi.

22

*MusanınQanununagörəpaklanmadövrütamamlanandansonraYusifləMəryəmKörpəniRəbbə



həsr etmək üçün Yerusəlimə gətirdilər,

23

*necə ki Rəbbin Qanununda yazılıb: «Bətndən ilk doğulan



bütün oğlanlar Rəbb üçün müqəddəs sayılsın».

24

Həmçinin onlar qurban təqdim etdilər, necə ki



Rəbbin Qanununda əmr olunub: «İki qumru quşu yaxud iki göyərçin balası».

Şimeonun Allaha alqış duası

25

O vaxt Yerusəlimdə Şimeon adlı bir adam var idi. O, saleh və mömin idi. İsrailə təsəlli veriləcəyini



gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi.

26

Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki,



o, Rəbbin Məsihini görməyincə ölməyəcək.

27

Beləliklə, Şimeon Ruhdan ilham alıb məbədə gəldi.



Körpənin ata-anası Qanunda qoyulan adətə əməl etmək üçün Körpə İsanı məbədə gətirəndə

28

Şimeon



Körpəni qucağına götürdü və Allaha alqış edərək belə dedi:

29

«Ey Pərvərdigar, indi Sənin sözünə görə



Mən – Sənin qulun arxayın ölə bilərəm.

30-32


*Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası,

Millətlərə aşkar edən nuru,

Xalqın İsrail üçün də izzəti

Öz gözlərimlə gördüm».

33

Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi.



34

Şimeon onlara xeyir-

dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya

ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub.

35

Sənin köksünə



isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün

olacaq».


Xannanın peyğəmbərliyi

36

Orada Aşer qəbiləsindən olan Penuel qızı Xanna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi.



Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı.

37

Bu, səksən dörd yaşında dul qadın



idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi.

38

Xanna da



bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin satın alınmasını gözləyən bütün adamlara

Körpə İsa barədə nəql etməyə başladı.



Nazaretə qayıtma

39

*Yusiflə Məryəm Rəbbin Qanununa əsasən hər şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz



şəhərləri olan Nazaretə qayıtdı.

40

Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü



də Onun üzərində idi.

Yeniyetmə İsa məbəddə

41

*Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi.



42

İsanın on iki yaşı tamam olanda

onlar bayram adətinə görə yenə ora getdilər.

43

Bayram qurtarandan sonra onlar evə yollandılar.



Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi.

44

Onlar



İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük yolu gedəndən sonra

Onu dostların və qohumların arasında axtarmağa başladılar.

45

Onu tapmadılar və axtara-axtara



Yerusəlimə qayıtdılar.

46

Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu



və onlara qulaq asır, suallar verirdi.

47

Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat



qalırdı.

48

Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: «Oğlum, bu nədir başımıza



*

2:21 Lev. 12:3; Luka 1:31

*

2:22 Lev. 12:6-8



*

2:23 Çıx. 13:1-2,12

*

2:30-32 Yeş. 42:6-7; 49:6; 52:10



*

2:39 Mat. 2:23

*

2:41 Çıx. 12:1-27; Qanun. 16:1-8




LUKA 2:49

996


LUKA 3:25

gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq».

49

İsa onlara cavab verdi: «Məni nə üçün



axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?»

50

Amma onlar Onun nə demək



istədiyini başa düşmədilər.

51

Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun



anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı.

52

*İsa böyüyürdü və hikmətdə artırdı. O, Allahın və



insanların qarşısında lütf qazanırdı.

3

Vəftizçi Yəhyanın gəlişi



(Mat. 3:1-12; Mark 1:1-8; Yəh. 1:19-28)

1

Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi.



Hirod* Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq

edirdi.


2

Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı

nazil oldu.

3

O da İordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz günahlarının



bağışlanması üçün tövbə edib vəftiz olunmasını vəz edirdi.

4

*Necə ki Yeşaya peyğəmbərin kitabında



yazılıb:

«Səhrada nida edənin səsi gəlir:

“Rəbbin yolunu hazırlayın,

Onun keçəcəyi yerləri düz edin.

5

Hər dərə yüksəldiləcək,



Hər dağ və təpə aşağı endiriləcək,

Yoldakı əyriliklər düzələcək,

Kələ-kötür yerlər hamar ediləcək.

6

Bütün bəşər Allahın xilasını görəcək”».



7

*Yəhya vəftiz olunmaq üçün yanına gələn camaata deyirdi: «Ey gürzələr nəsli! Üzərinizə gələcək

qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib?

8

*İndi isə tövbəyə layiq bəhrələr verin.



Ürəyinizdə “atamız İbrahimdir” deməyə başlamayın. Mən sizə deyirəm ki, Allah bu daşlardan

İbrahimə övlad yaratmağa qadirdir.

9

*Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə



verməyən hər ağac kəsilir və oda atılır».

10

Camaat ondan soruşurdu: «Bəs biz nə edək?»



11

Yəhya onlara belə cavab verdi: «İki köynəyi

olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün».

12

*Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: «Müəllim, biz nə edək?»



13

Yəhya onlara dedi: «Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın».

14

Bəzi əsgərlər də gəlib ondan



soruşdular: «Bəs biz nə etməliyik?» Yəhya da onlara cavab verdi: «Heç kimdən zorla pul almayın,

nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin».

15

Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: «Görəsən bu,



Məsihdirmi?»

16

Yəhya onların hamısına belə cavab verdi: «Mən sizi su ilə vəftiz edirəm, amma



məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O sizi

Müqəddəs Ruhla və odla vəftiz edəcək.

17

Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün



kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq».

18

Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi.



19

*Amma Yəhya hökmdar

Hirodu qardaşı arvadı Hirodiyanı aldığına və etdiyi hər cür pis işlərə görə məzəmmət etdikdə

20

Hirod



etdiyi bütün pis işlərə bunu da əlavə edərək Yəhyanı zindana saldırdı.

İsanın vəftiz olunması

(Mat. 3:13-17; Mark 1:9-11)

21

*Bütün xalq vəftiz olunanda İsa da vəftiz olundu. O dua edərkən göy yarıldı,



22

Müqəddəs Ruh

bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan,

Səndən razıyam».



İsanın nəsil şəcərəsi

(Mat. 1:1-17)

23

İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi. İnsanların zənnincə, O bu nəsildən idi:



Yusif Oğlu Eli oğlu

24

Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu



25

Mattitya oğlu Amos

*

2:52 1Şam. 2:26; Sül. 3:4



*

3:1 Hirod – bu Hirod İsanın anadan olan vaxtında hökmranlıq ed

ə

n padşah Hirodun oğludur.



*

3:4 Yeş. 40:3-5

*

3:7 Mat. 12:34; 23:33



*

3:8 Y


ə

h. 8:33 *

3:9 Mat. 7:19

*

3:12 Luka 7:29



*

3:19 Mat. 14:3-4;

Mark 6:17-18

*

3:21 Yar. 22:2; Z



ə

b. 2:7; Yeş. 42:1; Mat. 3:17; Mark 1:11; Luka 9:35



Document Outline

  • YARADILIŞ
  • ÇIXIŞ
  • LEVİLİLƏR
  • SAYLAR
  • QANUNUN TƏKRARI
  • YEŞUA
  • HAKİMLƏR
  • RUT
  • BİRİNCİ ŞAMUEL
  • İKİNCİ ŞAMUEL
  • BİRİNCİ PADŞAHLAR
  • İKİNCİ PADŞAHLAR
  • 1Saln.
  • İKİNCİ SALNAMƏLƏR
  • EZRA
  • NEHEMYA
  • ESTER
  • ƏYYUB
  • ZƏBUR
  • Sül.
  • VAİZ
  • NƏĞMƏLƏR NƏĞMƏSİ
  • YEŞAYA
  • YEREMYA
  • MƏRSİYƏLƏR
  • YEZEKEL
  • DANİEL
  • HUŞƏ
  • YOEL
  • AMOS
  • AVDİYA
  • YUNUS
  • MİKEYA
  • NAHUM
  • HABAQQUQ
  • SEFANYA
  • HAQQAY
  • ZƏKƏRİYYƏ
  • MALAKİ
  • MATTA
  • MARK
  • LUKA
  • YƏHYA
  • Həv.
  • ROMALILARA
  • 1 KORİNFLİLƏRƏ
  • 2 KORİNFLİLƏRƏ
  • QALATİYALILARA
  • EFESLİLƏRƏ
  • FİLİPİLİLƏRƏ
  • KOLOSSELİLƏRƏ
  • 1 SALONİKLİLƏRƏ
  • 2 SALONİKLİLƏRƏ
  • 1 TİMOTEYƏ
  • 2 TİMOTEYƏ
  • TİTƏ
  • FİLİMONA
  • İBRANİLƏRƏ
  • YAQUB
  • 1 PETER
  • 2 PETER
  • 1 YƏHYA
  • 2 YƏHYA
  • 3 YƏHYA
  • YƏHUDA
  • VƏHY

Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə