Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə6/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   2   3   4   5   6   7   8   9   ...   445

YARADILIŞ 9:27

9

YARADILIŞ 11:9



«Samın Allahı Rəbbə alqış olsun,

Kənan ona qul olsun.

27

Allah Yafəsə genişlik versin,



Samın çadırlarında yaşasın.

Kənan ona qul olsun».



Nuhun ölümü

28

Nuh daşqından sonra üç yüz əlli il yaşadı.



29

O, doqquz yüz əlli il ömür sürüb öldü.

10

Nuhun nəsli

(1Saln. 1:5-23)

1

Nuhun oğulları Sam, Ham və Yafəsin nəsil tarixçəsi belədir. Daşqından sonra onların oğulları oldu.



2

Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras.

3

Qomerin oğulları:



Aşkenaz, Rifat və Toqarma.

4

Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Dodanim.



5

Onların nəsilləri

adalara, öz torpaqlarına yayıldı. Öz millətlərinin arasında dillərə və qəbilələrə ayrıldı.

6

Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan.



7

Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və

Savteka. Raamanın oğulları: Səba və Dedan.

8

Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk



qüdrətli adam oldu.

9

Nəmrud Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin



önündə Nəmrud kimi mahir ovçu» sözü deyilir.

10

Əvvəlcə onun padşahlığına Şinar ölkəsində olan



Babil, Erek, Akkad və Kalne daxil idi.

11

O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri,



Kelahı,

12

Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi.



13

Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular,

14

Patroslular,



Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.

15

Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet,



16

həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar,

17

Xivlilər, Arqlılar, Sinlilər,



18

Ervadlılar, Semarlılar və Xamatlılar. Sonralar Kənan qəbilələri ətraf

yerlərə yayıldı.

19

Kənanlıların ərazisi Sidondan Gerara tərəf Qəzzəyə qədər, Sodoma, Homorraya,



Admaya, Sevoyimə tərəf Leşaya qədər uzanırdı.

20

Bunlar öz ölkələrində və millətlərinin arasında



qəbilələrinə və dillərinə görə ayrılan Ham oğulları idi.

21

Everin bütün oğullarının əcdadı və böyük olan Yafəsin qardaşı Samın da oğulları oldu.



22

Samın


oğulları: Elam, Aşşur, Arpakşad, Lud və Aram.

23

Aramın oğulları: Us, Xul, Geter və Maş.



24

Arpakşaddan Şelah törədi, Şelahdan Ever törədi.

25

Everin iki oğlu oldu: birinin adı Peleq* idi,



çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi.

26

Yoqtandan Almodad, Şelef,



Xasarmavet, Yerah,

27

Hadoram, Uzal, Diqla,



28

Oval, Avimael, Səba,

29

Ofir, Xavila və Yovav törədi;



bunların hamısı Yoqtanın oğulları idi.

30

Onlar şərqdə – Meşadan Sefara tərəf yerləşən dağlıq bölgədə



məskən salmışdı.

31

Bunlar öz ölkələrində və millətləri arasında qəbilələrinə və dillərinə görə ayrılan



Sam oğulları idi.

32

Öz millətləri arasında nəsillərinə görə Nuh oğullarının qəbilələri bunlardır. Daşqından sonra



onların nəsillərindən yer üzünə millətlər yayıldı.

11

Babil qülləsi

1

Bütün dünyada bir dil və bir danışıq var idi.



2

İnsanlar şərqdən köçüb gəldikləri zaman Şinar

torpağında bir düzənliyə rast gəldilər və orada məskən saldılar.

3

Sonra bir-birlərinə dedilər: «Gəlin



kərpic düzəldək və onu yaxşı bişirək». Onlar daş əvəzinə kərpic və palçıq əvəzinə qatran götürdülər.

4

Yenə dedilər: «Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün



yer üzünə yayılmayaq».

5

Rəbb bəşər övladlarının tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi.



6

Rəbb dedi: «Budur,

onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək

istədikləri işə heç kəs mane olmayacaq.

7

Gəlin aşağı enib orada onların dilini qarışdıraq ki, bir-



birlərinin dilini başa düşməsinlər».

8

Rəbb onları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi



dayandırdı.

9

Buna görə də o yerin adına Babil * dedilər, çünki orada Rəbb bütün dünyadakı adamların



dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.

Samdan İbrama qədər olan nəsillər

(1Saln. 1:24-27)

*

10:25 Peleq – ibrani dilind



ə

bölünmə. *

11:9 Babil – bu söz ibrani dilind

ə

qarışdırmaq mənasını verən balal



sözünə bənzəyir.


YARADILIŞ 11:10

10

YARADILIŞ 12:18



10

Samın nəsil tarixçəsi belədir: daşqından iki il sonra Sam yüz yaşında olanda oğlu Arpakşad

doğuldu.

11

Arpakşad doğulandan sonra Sam beş yüz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.



12

Arpakşad otuz beş yaşında olanda oğlu Şelah doğuldu.

13

Şelah doğulandan sonra Arpakşad dörd



yüz üç il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.

14

Şelah otuz yaşında olanda oğlu Ever doğuldu.



15

Ever doğulandan sonra Şelah dörd yüz üç il

yaşadı. Onun çoxlu oğlu və qızı oldu.

16

Ever otuz dörd yaşında olanda oğlu Peleq doğuldu.



17

Peleq doğulandan sonra Ever dörd yüz otuz

il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.

18

Peleq otuz yaşında olanda oğlu Reu doğuldu.



19

Reu doğulandan sonra Peleq iki yüz doqquz il

yaşadı. Onun çoxlu oğlu və qızı oldu.

20

Reu otuz iki yaşında olanda oğlu Seruq doğuldu.



21

Seruq doğulandan sonra Reu iki yüz yeddi il

yaşadı. Onun çoxlu oğlu və qızı oldu.

22

Seruq otuz yaşında olanda oğlu Naxor doğuldu.



23

Naxor doğulandan sonra Seruq iki yüz il yaşadı.

Onun çoxlu oğlu və qızı oldu.

24

Naxor iyirmi doqquz yaşında olanda oğlu Terah doğuldu.



25

Terah doğulandan sonra Naxor yüz

on doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.

26

Terah yetmiş yaşında olanda oğulları İbram,



Naxor və Haran doğuldu.

27

Terahın nəsil tarixçəsi belədir: Terahdan İbram, Naxor və Haran törədi. Harandan Lut törədi.



28

Haran atası Terahın sağlığında doğulduğu ölkədə – Xaldeylilərin Ur şəhərində öldü.

29

İbram və


Naxor özlərinə arvad aldılar. İbramın arvadının adı Saray, Naxorun arvadının adı isə Milka idi. Milka

və İska Haranın qızları idi.

30

Saray sonsuz idi, onun uşağı olmurdu.



31

Terah oğlu İbramı, Haranın oğlu olan nəvəsi Lutu, oğlu İbramın arvadı olan gəlini Sarayı özü

ilə götürdü və Kənan torpağına getmək üçün Xaldeylilərin Ur şəhərindən çıxdı. Onlar Xarana gəlib,

orada məskən saldılar.

32

Terah iki yüz beş il ömür sürüb Xaranda öldü.



12

Allahın İbrama çağırışı

1

* Rəbbİbramadedi: «Öztorpağından,qohumlarınınarasından,ataevindənçıx, sənəgöstərəcəyim



torpağa get.

2

Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam



və bərəkət qaynağı olacaqsan.

3

* Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri



lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq».

4

İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı



vaxt İbram yetmiş beş yaşında idi.

5

İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri



bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan

torpağına gəldilər.

6

İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt



bu torpaqda Kənanlılar yaşayırdı.

7

* Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana



verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi.

8

Buradan Bet-Elin şərqində



yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay

şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbin adını çağırdı.

9

İbram tədricən cənuba



doğru hərəkət edirdi.

İbram Misirdə

10

Bu torpaqda aclıq başlandı. İbram müvəqqəti qalmaq üçün Misirə getdi, çünki ölkədə böyük



aclıq hökm sürürdü.

11

O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən bilirəm ki, sən gözəl



qadınsan.

12

Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır”. Onda məni öldürəcəklər, səni



isə sağ buraxacaqlar.

13

* Bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı



rəftar edərlər və mən də sağ qalaram».

14

İbram Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər.



15

Fironun


ə

yanları da qadını gördülər və onu firona təriflədilər. Qadın fironun sarayına aparıldı.

16

Onun xatirinə



firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar

və dəvələr sahibi oldu.

17

Ancaq Rəbb İbramın arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük



fəlakətlər gətirdi.

18

Firon İbramı çağırıb dedi: «Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının



*

12:1 H


ə

v. 7:2-3; İbr. 11:8

*

12:3 Yar. 22:18; 26:4; 28:14; H



ə

v. 3:25; Qal. 3:8

*

12:7 H


ə

v. 7:5; Qal. 3:16

*

12:13 Yar. 20:2; 26:7




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə