Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə7/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   2   3   4   5   6   7   8   9   10   ...   445

YARADILIŞ 12:19

11

YARADILIŞ 14:16



sənin arvadın olduğunu niyə mənə bildirmədin?

19

Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də



onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get».

20

Firon adamlara onlar barədə



ə

mr verdi və İbramla arvadını sahib olduğu bütün şeylərlə birgə yola saldılar.

13

Lutun İbramdan ayrılması

1

İbram arvadı və sahib olduğu bütün şeylərlə birgə Misirdən çıxıb Negev torpağına getdi. Lut



da onunla idi.

2

İbram çox varlandı: onun çoxlu sürüsü və qızıl-gümüşü oldu.



3

Negevdən çıxıb bir

yerdən o biri yerə keçərək Bet-Elə qədər – Bet-Ellə Ay şəhəri arasında əvvəllər çadır qurduğu yerə

getdi.


4

İbram ilk vaxt düzəltdiyi qurbangahın yanına çatdı və orada Rəbbin adını çağırdı.

5

İbramla birlikdə olan Lutun da qoyun-keçisi, mal-qarası və çadırları var idi.



6

Birlikdə yaşamaq

üçün yer onlara darlıq edirdi, çünki onların malı çox idi və birgə qala bilməzdilər.

7

İbramın



sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. O vaxt bu torpaqda

Kənanlılar və Perizlilər yaşayırdı.

8

İbram Luta dedi: «Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın,



çünki biz qohumuq.

9

Bütün torpaqlar gözünün önündə deyilmi? Gəl ayrılaq. Əgər sən sola getsən,



mən sağa gedəcəyəm, sən sağa getsən, mən sola gedəcəyəm».

10

* Lut başını qaldırıb İordan çayının



kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı

və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi.

11

Lut özünə İordan



çayının kənarındakı düzənliyi seçdi. O, şərqə tərəf hərəkət etdi. Beləcə onlar bir-birindən ayrıldı.

12

İbram Kənan torpağında qaldı, Lut isə düzənlikdəki şəhərlərdə yaşamağa başladı və Sodoma qədər



öz çadırlarını qurdu.

13

Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi.



14

Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi: «Başını qaldırıb dayandığın yerdən şimala,

cənuba, şərqə və qərbə tərəf bax.

15

* Gördüyün bütün torpaqları əbədi olaraq sənə və nəslinə



verəcəyəm.

16

Nəslini yerin tozu qədər çoxaldacağam. Əgər bir nəfər yerin tozunu saya bilərsə, sənin



nəslini də saya bilər.

17

Qalx bu torpağı uzununa və eninə dolaş, çünki Mən onu sənə verirəm».



18

İbram


çadırını götürdü və gəlib Xevronda olan Mamre palıdının yanında məskən saldı. O burada Rəbbə bir

qurbangah düzəltdi.

14

İbramın Lutu xilas etməsi

1

Bu zaman Şinar padşahı Amrafel, Ellasar padşahı Aryok, Elam padşahı Kedorlaomer və Qoyim



padşahı Tidal

2

Sodom padşahı Beraya, Homorra padşahı Birşaya, Adma padşahı Şinava, Sevoyim



padşahı Şemeverə, Bela, yəni Soar padşahına qarşı müharibəyə başladı.

3

Bu son beş padşah indi Duz



dənizi adlanan Siddim vadisində öz qoşunlarını birləşdirdi.

4

Onlar on iki il Kedorlaomerin əsarəti



altında qalmış, on üçüncü il isə üsyan etmişdilər.

5

On dördüncü il Kedorlaomer və onunla birgə



olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri,

6

çöl kənarındakı El-Parana qədər uzanan Seir dağlarında Xorluları qırdılar.



7

Sonra geri qayıdıb

En-Mişpata, yəni Qadeşə getdilər. Bütün Amaleq torpağının əhalisini və Xaseson-Tamarda yaşayan

Emorluları qırdılar.

8

Sodom padşahı, Homorra padşahı, Adma padşahı, Sevoyim padşahı, Bela,



yəni Soar padşahı Siddim vadisinə gəlib,

9

Elam padşahı Kedorlaomerlə, Qoyim padşahı Tidalla,



Şinar padşahı Amrafellə, Ellasar padşahı Aryokla döyüşə girdilər: dörd padşah beş padşaha qarşı

idi.


10

Siddim vadisində qatranla dolu çoxlu çuxur var idi. Sodom və Homorra padşahları döyüşdən

qaçanda oraya yıxıldılar, sağ qalanlar isə dağlara qaçdılar.

11

Qaliblər Sodom və Homorranın bütün



ə

mlakını və azuqəsini götürüb getdilər.

12

İbramın qardaşı oğlu Lutu və onun əmlakını özləri ilə



apardılar, çünki o da Sodomda yaşayırdı.

13

Döyüşdən sağ qurtaran bir nəfər gəlib İbrani İbrama bunu xəbər verdi. O, Eşkolun və Anerin



qardaşı Emorlu Mamrenin palıdının yanında yaşayırdı. Onlar İbramın müttəfiqləri idi.

14

İbram



qohumu Lutun əsir alındığını eşidəndə evində doğulmuş, döyüş təlimi keçmiş üç yüz on səkkiz

nökərini götürüb düşmənləri Dana qədər təqib etdi.

15

Özü və nökərləri gecə vaxtı dəstələrə bölünüb,



onları qırdılar və sağ qalanları Dəməşqin şimal tərəfində olan Xovaya qədər təqib etdilər.

16

İbram



qarət olunmuş bütün əmlakı, qardaşı oğlu Lutu və onun əmlakını, həmçinin qadınları və xalqı geri

qaytardı.



Melkisedeqin İbrama xeyir-dua verməsi

*

13:10 Yar. 2:10



*

13:15 H


ə

v. 7:5



YARADILIŞ 14:17

12

YARADILIŞ 16:6



17

* İbram Kedorlaomer və onunla olan padşahları məğlub edib qayıdanda Sodom padşahı «Padşah

vadisi» adlanan Şave vadisində onun pişvazına çıxdı.

18

Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi.



19

Melkisedeq

İbrama xeyir-dua verib dedi:

«Göy və yeri yaradan Allah-Taala

İbrama xeyir-dua versin.

20

Düşmənlərini sənə təslim edən



Allah-Taalaya alqış olsun».

İbram bütün qənimətin onda birini Melkisedeqə verdi.

21

Sodom padşahı İbrama dedi: «Adamlarımı mənə ver, əmlak isə sənə qalsın».



22

Ancaq İbram

Sodom padşahına dedi: «Göy və yeri yaradan Allah-Taala Rəbbin dərgahına and üçün əlimi qaldırıram

ki,


23

sənin nə bir ipini, nə də bir çarıq bağını götürürəm, ta deməyəsən ki, mən İbramı varlandırdım.

24

Nökərlərin yediklərindən başqa, hər şey sənin olsun. Üstəlik mənimlə gedən adamlar – Aner, Eşkol



və Mamre öz paylarını götürsün».

15

Allahın İbramla əhdi

1

Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın



Mənəm. Mükafatın çox böyük olacaq».

2

İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən?



Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq».

3

İbram sözünə davam etdi: «Sən



mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq».

4

Ona Rəbbin bu sözü nazil oldu:



«O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq».

5

* Rəbb onu bayıra



çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq».

6

* İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.



7

Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən

çıxaran Mən Rəbbəm».

8

İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?»



9

Rəbb ona dedi: «Mənim üçün bir üçyaşlı düyə, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və

bir göyərçin balası gətir».

10

İbram bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı, hər hissəni



o birinin qarşısına qoydu, ancaq quşları iki hissəyə ayırmadı.

11

Yırtıcı quşlar cəmdəklərin üzərinə



uçub gəldilər, ancaq İbram onları qovdu.

12

Günəş batan vaxt İbrama dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çökdü.



13

*

Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və



onlara dörd yüz il zülm ediləcək.

14

* Ancaq onların köləlik edəcəkləri xalqı Özüm cəzalandıracağam.



Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar.

15

Sən isə atalarının yanına gedəcəksən, uzun



ömür sürəndən sonra sülh içində öləcəksən.

16

Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki



Emorluların günah kasası hələ dolmayıb».

17

Günəş batıb qaranlıq düşəndə tüstü çıxan bir təndir və alovlanan məşəl görünərək parçalanmış



heyvanların arasından keçdi.

18

* O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük



Fərat çayına qədər uzanan bu torpaqları –

19

Qenlilərin, Qenizlilərin, Qadmonluların,



20

Xetlilərin,

Perizlilərin, Rafalıların,

21

Emorluların, Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən



sənin nəslinə verirəm».

16

Həcər və İsmail

1

İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi.



2

Saray


İbrama dedi: «Bax Rəbb mənim bətnimi bağladı ki, uşağım olmasın. Qarabaşımla yaxınlıq et, qoy

o mənim üçün uşaq doğsun». İbram Sarayın sözünə qulaq asdı.

3

İbramın arvadı Saray qarabaşı



Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu əhvalat İbram Kənan torpağında

on il yaşadıqdan sonra baş verdi.

4

İbram Həcərlə yaxınlıq etdi və Həcər hamilə oldu. Həcər



hamilə olduğunu görəndə xanımına həqarətlə baxmağa başladı.

5

Saray İbrama dedi: «Mənim təhqir



olunmağıma sən səbəb oldun. Mən qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə

mənə həqarətlə baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin».

6

İbram Saraya dedi:



*

14:17 İbr. 7:1-10

*

15:5 Rom. 4:18; İbr. 11:12



*

15:6 Rom. 4:3,9,22; Qal. 3:6; Yaq. 2:23

*

15:13 Çıx. 1:1-14; H



ə

v. 7:6


*

15:14 Çıx. 12:40-41; H

ə

v. 7:7 *


15:18 H

ə

v. 7:5




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə