Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə9/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   5   6   7   8   9   10   11   12   ...   445

YARADILIŞ 19:1

15

YARADILIŞ 19:38



19

Sodom və Homorranın məhv olması

1

Axşam iki mələk Sodoma gəldi. Lut şəhərin darvazası yanında oturmuşdu. O, mələkləri gördü,



qalxıb onları qarşıladı və yerə qədər əyilib dedi:

2

«Ağalarım, qulunuzun evinə girib gecələyin və



ayaqlarınızı yuyun. Səhər qalxıb yolunuza davam edərsiniz». Onlar dedilər: «Yox, biz gecəni şəhər

meydanında keçirəcəyik».

3

Lut onları çox dilə tutdu, axırda onlar Lutla birgə onun evinə getdilər. Lut



onları qonaq edib mayasız çörəklər bişirdi və onlar yedilər.

4

Ancaq onlar yatmazdan əvvəl cavandan



tutmuş qocaya qədər Sodom şəhərinin hər məhəlləsindən olan kişilər evi əhatəyə aldılar.

5

Adamlar



Lutu çağırıb ona dedilər: «Bu gecə sənin yanına gələn adamlar haradadır? Onları bizim yanımıza

gətir ki, onlarla yaxınlıq edək».

6

Lut bayıra – onların yanına çıxıb arxasınca qapını örtdü.



7

O

dedi: «Qardaşlarım, pislik etməyin.



8

Mənim ərə getməmiş iki qızım var. Qızlarımı sizin yanınıza

gətirim, onlara nə istəyirsiniz, edin. Ancaq bu adamlara toxunmayın, çünki onlar mənim evimin

qonaqlarıdır».

9

Kişilər qışqırıb dedilər: «Geri çəkil! Bu adam burada qəribdir, ancaq ağalıq edir. İndi



səninlə onlardan da pis rəftar edəcəyik». Onlar Luta hücum edib qapını qırmaq üçün yaxınlaşdılar.

10

Onda içəridəki mələklər əllərini uzadıb Lutu evin içinə – öz yanlarına saldılar və qapını bağladılar.



11

Evin qapısı arxasında duran adamları kiçikdən tutmuş böyüyə qədər kor etdilər. Bu səbəbdən

adamlar qapını tapa bilmədilər.

12

Mələklər Luta dedilər: «Burada daha kimin var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların –



nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart,

13

çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın



ə

leyhinə qalxan fəryad Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu məhv edək».

14

Lut gedib qızlarını almaq istəyən kürəkənlərinə dedi: «Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri



məhv edəcək». Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir.

15

Səhər açılanda mələklər Lutu tələsdirərək dedilər: «Qalx yanındakı arvadını və iki qızını götür



get, yoxsa şəhərdəkilərin günahlarına görə məhv olacaqsan».

16

* Lut yavaş tərpəndi. Rəbb ona



mərhəmət etdiyinə görə həmin şəxslər onun, arvadının və iki qızının əlindən tutub şəhərdən kənara

çıxartdılar.

17

Onları çıxaran zaman mələklərdən biri dedi: «Öz canını qurtar, arxana baxma. Bu



düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan».

18

Lut onlara dedi: «Aman, ağam!



19

İndi bu qulun sənin gözündə lütf tapdı və canımı xilas etməklə mənə göstərdiyin xeyirxahlığını

çoxaltdın. Ancaq dağa çata bilmərəm, çünki bəla mənə də yetişə bilər və həlak olaram.

20

Yaxınlıqda



qaça biləcəyim kiçik bir şəhər var. Qoy oraya qaçıb canımı qurtarım. Axı o şəhər kiçikdir».

21

Mələklərdən biri Luta dedi: «Sənin xatirinə bunu da edərəm: dediyin şəhəri dağıtmaram.



22

Tez


ol, oraya qaç! Sən oraya çatmamış Mən bir şey etməyəcəyəm». Buna görə də o şəhər Soar * adlandı.

23

Günəş doğanda Lut Soara gəldi.



24

* Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı,

25

bu şəhərləri, bütün



düzənliyi, oranın bütün sakinlərini və torpaqda bitən hər şeyi məhv etdi.

26

* Ancaq Lutun arvadı



dönüb geriyə baxdı və duz sütununa çevrildi.

27

İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi.



28

Oradan Sodom və Homorraya,

bütün düzənliyə baxdı. O, yerdən kürə tüstüsü kimi bir tüstü qalxdığını gördü.

29

Allah düzənlikdəki şəhərləri məhv etdiyi zaman İbrahimi xatırladı, buna görə də Lutun yaşadığı



şəhərləri dağıdarkən onu fəlakət içindən çıxartdı.

Lut və onun qızları

30

Lut iki qızı ilə birgə Soardan çıxıb dağda yaşadı, çünki Soarda yaşamaqdan qorxurdu. O, iki qızı



ilə bir mağarada qaldı.

31

Onun böyük qızı kiçiyinə dedi: «Atamız qocalıb və bu dünyada insan adətinə



görə yanımıza girməyə bir kişi yoxdur.

32

Gəl atamıza şərab içirək və onunla yataq ki, öz atamızdan



nəslimiz olsun».

33

Onlar o gecə atalarına şərab içirdilər. Böyük qız içəri girib atası ilə yatdı, atası isə



onun nə vaxt yatıb-durduğunu bilmədi.

34

O biri gün böyük qız kiçiyinə dedi: «Mən dünən gecə atamla



yatdım. Gəl bu gecə də ona şərab içirək və sən də onunla yat ki, öz atamızdan nəslimiz olsun».

35

O gecə



yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu

bilmədi.


36

Lutun iki qızı beləcə atalarından hamilə oldu.

37

Böyük qız bir oğul doğdu və onun adını Moav



qoydu. O, indiki Moavlıların əcdadıdır.

38

Kiçik qız da bir oğul doğdu və onun adını Ben-Ammi qoydu.



O, indiki Ammonluların əcdadıdır.

*

19:16 2Pet. 2:7



*

19:22 Soar – ibrani dilind

ə

kiçik. *


19:24 Mat. 10:15; 11:23-24; Luka 10:12; 17:29; 2Pet. 2:6; Y

ə

hd. 7



*

19:26 Luka 17:32




YARADILIŞ 20:1

16

YARADILIŞ 21:21



20

İbrahim və Avimelek

1

İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra bir



müddət Gerarda qaldı.

2

* İbrahim orada arvadı Sara barəsində «bu mənim bacımdır» söylədi. Gerar



padşahı Avimelek adam göndərib Saranı apardı.

3

Ancaq gecə yuxuda Allah Avimelekə görünüb



dedi: «Apardığın qadına görə sən öləcəksən, çünki o, bir nəfərin arvadıdır».

4

Avimelek qadına



toxunmamışdı. O dedi: «Ya Rəbb, məgər sən günahsız xalqı öldürə bilərsən?

5

O adam mənə “bu



mənim bacımdır” demədimi? Qadın özü də “o mənim qardaşımdır” dedi. Mən bunu sadədillik və

təmiz niyyətlə etdim».

6

Allah yuxuda dedi: «Mən də bilirəm ki, sən bunu sadədilliklə etdin. Buna



görə də səni ona toxunmağa qoymayaraq Mənə qarşı günah etməkdən saxladım.

7

İndi isə qadını ərinə



qaytar, çünki o, peyğəmbərdir. Sənin üçün dua edər, salamat qalarsan. Ancaq qadını qaytarmasan,

özün və bütün nəslin hökmən öləcək».

8

Avimelek səhər tezdən qalxıb bütün adamlarını çağırdı və bu sözləri onların qarşısında söylədi.



Adamlar çox qorxdular.

9

Avimelek İbrahimi çağırıb ona dedi: «Bizə nə etdin? Sənə qarşı nə günah



etdim ki, özümün və padşahlığımın üzərinə bu böyük təqsiri gətirdin? Mənə qarşı nalayiq işlər etdin».

10

Avimelek yenə İbrahimə dedi: «Bu işi görəndə nə düşünürdün?»



11

İbrahim dedi: «Düşünürdüm

ki, burada Allah qorxusu yoxdur və arvadıma görə məni öldürəcəklər.

12

O, doğrudan da, mənim



bacımdır: atamız birdir, ancaq anamız ayrıdır. Mən onu arvad aldım.

13

Allah məni ata evimdən



qürbətə apardığı vaxt ona dedim: “Mənə bu cür yaxşılıq elə: gedəcəyimiz hər yerdə mənim barəmdə

‹bu mənim qardaşımdır› söylə”».

14

Avimelek İbrahimə qoyun-keçi, mal-qara, qullar və qarabaşlar verdi. Arvadı Saranı da ona



qaytardı.

15

Avimelek dedi: «Mənim ölkəm sənin önündədir: istədiyin yerdə yaşaya bilərsən».



16

Sonra Saraya dedi: «Bax qardaşına min parça gümüş verdim. Qoy bu gümüş sənin yanındakılara

günahsızlığını göstərən bir sübut olsun və hər kəs sənin günahsız olduğunu bilsin».

17

İbrahim Allaha



dua etdi, Allah da Avimelekə, onun arvadına və cariyələrinə şəfa verdi: onların uşaqları oldu.

18

Çünki



Rəbb İbrahimin arvadı Saradan ötrü Avimelekin evində olan bütün qadınların bətnini bağlamışdı.

21

İshaqın doğulması

1

Rəbb dediyi kimi Saraya nəzər saldı və ona söylədiyi sözü yerinə yetirdi:



2

* Sara hamilə oldu və

İbrahimin qocalıq çağında – Allahın ona söylədiyi vaxt bir oğul doğdu.

3

İbrahim Saradan doğulan



oğluna İshaq * adını qoydu.

4

* Allahın İbrahimə əmr etdiyi kimi o, oğlu İshaqı doğulandan səkkiz gün



sonra sünnət etdi.

5

İshaq doğulanda İbrahimin yüz yaşı var idi.



6

Sara dedi: «Allah mənim üzümü

güldürdü. Bunu eşidən hər kəs mənimlə birgə güləcək».

7

O yenə dedi: «Kim İbrahimə deyərdi ki,



Sara uşaq əmizdirəcək? Amma qocalıq çağında mən ona bir oğul doğmuşam».

Həcər və İsmailin evdən qovulması

8

Uşaq böyüyüb süddən kəsildi. İshaqın süddən kəsildiyi gün İbrahim böyük bir ziyafət verdi.



9

*

Sara gördü ki, Misirli Həcərin İbrahimə doğduğu oğlu ona gülür.



10

Sara İbrahimə dedi: «Bu cariyəni

və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq».

11

Bu iş İbrahimi



çox narahat etdi, çünki İsmail də onun oğlu idi.

12

* Allah İbrahimə dedi: «Uşaqdan və cariyəndən ötrü



narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki İshaqdan törəyənlər sənin nəslin

adlanacaq.

13

Amma cariyənin oğlundan da bir millət törədəcəyəm, çünki o da sənin nəslindir».



14

İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı

da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı.

15

Tuluqda su qurtardı. O, oğlunu



bir kolun altına qoydu.

16

Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun



ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı.

17

Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər?



Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi.

18

Qalx uşağı qaldır, onu qucağına



götür. Mən ondan böyük bir millət törədəcəyəm».

19

Allah Həcərin gözlərini açdı və o, bir su quyusu



gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi.

20

Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa



başladı və mahir oxatan oldu.

21

O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad



aldı.

*

20:2 Yar. 12:13; 26:7



*

21:2 İbr. 11:11

*

21:3 İshaq – ibrani dilind



ə

gülür. *


21:4 Yar. 17:12; H

ə

v. 7:8 *



21:9 Qal.

4:29-30


*

21:12 Rom. 9:7; İbr. 11:18




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə