Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə413/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   409   410   411   412   413   414   415   416   ...   445

ZƏKƏRİYYƏ 7:7

928


ZƏKƏRİYYƏ 8:23

7

Yerusəlim əmin-amanlıq içində yaşayarkən, ətrafındakı şəhərlər, Negev və yamaclı-düzənlikli



bölgədə insanlar sakin olarkən Rəbb indi dediyi bu sözləri əvvəlki peyğəmbərlər vasitəsilə

söyləməmişdimi?»

8

Zəkəriyyəyə Rəbbin bu sözü nazil oldu:



9

«Ordular Rəbbi belə deyir:

“Düzgün və ədalətlə mühakimə edin.

Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin.

10

Dul qadına, yetimə, qəribə və yoxsula zülm etməyin.



Ürəyinizdə bir-birinizə qarşı pis niyyətlər tutmayın”.

11

Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını



bağladı.

12

Ordular Rəbbinin Öz Ruhu ilə əvvəlki peyğəmbərlər vasitəsilə göndərdiyi qanunu və



nəsihətləri eşitməmək üçün ürəklərini almaz kimi sərtləşdirdilər. Buna görə də Ordular Rəbbi onlara

çox qəzəbləndi.

13

Ordular Rəbbi deyir: “İndi ki Mən onları çağıranda qulaq asmadılar, onlar



da çağıranda Mən qulaq asmayacağam.

14

Onları qasırğa kimi tanımadıqları millətlərin arasına



səpələdim. Arxada qoyduqları torpaq elə viran qaldı ki, oraya gedib-gələn olmadı. Gözəl torpaq

xaraba qaldı”».

8

Allahın Yerusəlimə xeyir-duası

1

Mənə Ordular Rəbbinin bu sözü nazil oldu:



2

Ordular Rəbbi belə deyir: «Sion üçün böyük

qısqanclıq duyuram. Bəli, onu çox qısqanıram».

3

Rəbb belə deyir: «Siona qayıtdım, artıq Yerusəlimdə



yaşayacağam. Yerusəlim Həqiqət şəhəri, Ordular Rəbbinin dağı Müqəddəs dağ çağırılacaq».

4

Ordular Rəbbi belə deyir: «Yenə Yerusəlim meydanlarında qoca kişilər və qadınlar oturacaq, hər



kəs yaşı çox olduğuna görə əlinə əsa alacaq.

5

Şəhərin meydanları orada oynayan oğlan və qız uşaqları



ilə dolacaq».

6

Ordular Rəbbi belə deyir: «O günlər bu xalqın sağ qalanlarının gözündə bu iş qeyri-mümkün



görünürsə, Mənə də belə görünməlidirmi?» bəyan edir Ordular Rəbbi.

7

«Bax Mən Öz xalqımı



şərq və qərb ölkələrindən qaytaracağam» deyir Ordular Rəbbi.

8

«Mən onları gətirəcəyəm və onlar



Yerusəlimdə yaşayacaq. Onlar Mənim xalqım olacaq, Mən də sədaqət və salehliklə onların Allahı

olacağam».

9

Ordular Rəbbi belə deyir: «Ordular Rəbbinin evinin – məbədin tikilməsi üçün təməli qoyulan



gün orada peyğəmbərlərin dediyi bu sözləri o vaxt eşidənlər, qoy qolunuza güc gəlsin.

10

O vaxtdan



ə

vvəl insan yaxud heyvana heç bir əvəz verilmirdi. Düşmən üzündən heç kəs əmin-amanlıq içində

gedib-gələ bilmirdi. Çünki adamları bir-birinin üstünə salışdırmışdım.

11

Ancaq indi bu xalqın sağ



qalanları ilə əvvəlki kimi rəftar etməyəcəyəm» bəyan edir Ordular Rəbbi.

12

«Çünki əkilən toxum



bəhərli olacaq: tənək bəhrəsini, torpaq məhsulunu, göylər şehini verəcək. Bunların hamısını bu

xalqın sağ qalanlarına mülk olaraq verəcəyəm.

13

Sizi qurtaracağam, ey Yəhuda və İsrail nəsli. Siz necə



millətlər arasında lənət hədəfi oldunuzsa, indi bərəkət qaynağı olacaqsınız. Qorxmayın, qolunuza güc

gəlsin».


14

Ordular Rəbbi belə deyir: «Atalarınız Məni qəzəbləndirən zaman başınıza fəlakət gətirmək

istədim və fikrimdən dönmədim» deyir Ordular Rəbbi.

15

«İndi isə Yerusəlimə və Yəhuda nəslinə yenə



yaxşılıq etmək fikrindəyəm. Siz qorxmayın!

16

* Belə edin: hər kəs öz qonşusuna həqiqəti söyləsin,



ə

min-amanlıq üçün şəhər darvazalarında sədaqət və ədalətlə mühakimə edin.

17

Bir-birinizə qarşı



ürəyinizdə pis niyyət tutmayın, yalandan and içməkdən əl çəkin, çünki bunların hamısı Mənim nifrət

etdiyim şeylərdir» bəyan edir Rəbb.

18

Mənə Ordular Rəbbinin bu sözü nazil oldu:



19

Ordular Rəbbi belə deyir: «Dördüncü, beşinci,

yeddinci və onuncu ayların orucları Yəhuda xalqı üçün sevinc və şadlıq dolu gözəl bayramlar olacaq.

Ancaq siz düzgünlüyü və əmin-amanlığı sevin».

20

Ordular Rəbbi belə deyir: «Hələ çoxlu xalq, çoxlu şəhərin əhalisi də gələcək.



21

Bir şəhərdə

yaşayanlar başqa şəhərə gedib deyəcək: “Gəlin yola düşək, Rəbbin hüzurunda yalvaraq, Ordular

Rəbbini axtaraq. Mən də gedirəm”.

22

Bir çox xalqlar və qüdrətli millətlər Ordular Rəbbini axtarmaq



və Rəbbin hüzurunda yalvarmaq üçün Yerusəlimə gələcək».

23

Ordular Rəbbi deyir: «O günlərdə müxtəlif dillərdə danışan millətlərdən olan on adam bir



Yəhudinin ətəyindən yapışıb “qoy sizinlə gedək, çünki Allahın sizinlə olduğunu eşitmişik” deyəcək».

*

8:16 Ef. 4:25




ZƏKƏRİYYƏ 9:1

929


ZƏKƏRİYYƏ 9:16

9

İsrailin düşmənlərinə cəza

1

* Bu xəbərdarlıq Xadrak ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhəri barəsində nazil olan Rəbbin



sözüdür, çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır.

2

* Bu söz oranın sərhədində



olan Xamat şəhərinə, çox tərəqqi etmiş Sur və Sidon şəhərlərinə də aiddir.

3

Sur özünə bir qala tikdi,



torpaq qədər gümüş, küçə palçığı qədər saf qızıl yığdı.

4

Amma Rəbb onu qovacaq, dənizdəki gücünü



yox edəcək, od onu yandırıb-yaxacaq.

5

* Aşqelon bunu görüb qorxacaq, Qəzzə də çox ağrı çəkəcək,



Eqron da eləcə, çünki ümidi sönəcək. Qəzzədə padşah olmayacaq, Aşqelon sakinsiz qalacaq.

6

Aşdodda



bic doğulanlar yaşayacaq, Filiştlilərin qürurunu qıracağam.

7

Ağızlarından qanı daman əti, dişlərinin



arasından haram yeməkləri alacağam. Onların sağ qalanları Allahımıza məxsus olub Yəhudanın bir

nəsli kimi olacaq. Eqronlular da Yevuslular kimi olacaq.

8

Hücum edən ordulara qarşı evimin ətrafında



ordugah quracağam. Heç bir istilaçı daha xalqımın üzərinə tökülməyəcək. Çünki artıq xalqıma Mən

keşik çəkirəm.



Rəbbin vədi

9

* Ey Sion qızı, böyük sevinclə coş,



Ey Yerusəlim qızı, hayqır!

Bax padşahın sənə tərəf gəlir.

O ədalətli və xilaskardır.

O itaətkardır və bir eşşəyə –

Eşşəyin balası olan sıpaya minib gəlir.

10

* Döyüş arabalarını Efrayimdən,



Atları Yerusəlimdən uzaqlaşdıracağam.

Döyüş kamanları qırılacaq.

Padşahınız millətlərə sülh elan edəcək.

Onun hökmranlığı dənizdən dənizə,

Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.

11

Sizə gəlincə, əhd qurbanının qanından ötrü



Sürgündəki xalqınızı

Susuz quyudan çıxarıb xilas edəcəyəm.

12

Qalanıza qayıdın,



Ey ümid edən əsirlər!

Bu gün sizə bildirirəm ki,

Sizə zəhmətinizin ikiqat əvəzini verəcəyəm.

13

Yəhudanı Özüm üçün kaman kimi çəkəcəyəm,



Efrayimi ox kimi ona qoyacağam.

Ey Sion, övladlarını

Yunan övladlarının üstünə qaldıracağam.

Səni bir döyüşçü qılıncı tək edəcəyəm.

14

Onda Rəbb xalqının üzərində görünəcək,



Onun oxu şimşək kimi çaxacaq.

Xudavənd Rəbb şeypur çalacaq,

Cənub qasırğaları ilə irəli gedəcək.

15

Onları Ordular Rəbbi qoruyacaq.



Düşmənlərini tələf edəcəklər,

Sapand daşları ilə qırıb-çatacaqlar.

Onların qanını şərab kimi içib hay-küy salacaqlar.

Qurban qanı tökülən qablar kimi,

Qurbangahın künc-bucaqları kimi

Qanla dolu olacaqlar.

16

O gün özlərinin Allahı Rəbb



Xalqının sürüsü kimi onları xilas edəcək.

*

9:1 Yeş. 17:1-3; Yer. 49:23-27; Amos 1:3-5



*

9:2 Yeş. 23:1-18; Yez. 26:1–28:26; Yoel 3:4-8; Amos 1:9-10; Mat. 11:20-22; Luka 10:13-14

*

9:5 Yeş. 14:29-31; Yer. 47:1-7; Yez. 25:15-17; Yoel 3:4-8; Amos 1:6-8; Sef. 2:4-7



*

9:9 Mat. 21:4-5; Y

ə

h. 12:14-15 *



9:10

Z

ə



b. 72:8


Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   409   410   411   412   413   414   415   416   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə