Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə439/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   435   436   437   438   439   440   441   442   ...   445

MARK 9:46

982


MARK 10:30

cəhənnəmə atılmağından yaxşıdır.

46

††

47



*Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək

gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır.

48

*Oradakıları



gəmirən qurd ölmür və oranın yanar odu sönmür.

49

*Çünki hamı odla duzlanacaq.‡‡



50

*Duz yaxşı

şeydir, amma əgər duz dadsız olarsa, ona nə ilə dad vermək olar? Qoy sizdə duz və aranızda da sülh

olsun».


10

Boşanma haqqında

(Mat. 19:1-12)

1

İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun



başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı.

2

Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını



boşamağa icazəsi varmı?»

3

İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?»



4

*Onlar dedi: «Musa

kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi».

5

İsa da onlara belə dedi: «O bu əmri



ürəyiniz inadkar olduğuna görə yazdı.

6

*Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq



yaratdı”.

7

*“Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq



8

və ikisi bir bədən olacaq”.

Artıq onlar iki deyil, bir bədəndir.

9

Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».



10

Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər.

11

*İsa onlara belə cavab



verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir.

12

Ərindən boşanıb



başqasına gedən qadın da zina edir».

İsa uşaqlara xeyir-dua verir

(Mat. 19:13-15; Luka 18:15-17)

13

Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan



etdilər.

14

Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər!



Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.

15

*Sizə doğrusunu deyirəm:



kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».

16

Sonra uşaqları



qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.

Var-dövlət və Allahın Padşahlığı

(Mat. 19:16-30; Luka 18:18-30)

17

İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu:



«Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?»

18

İsa ona dedi: «Mənə niyə



yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.

19

*Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina



etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”».

20

Bu adamsa



İsaya dedi: «Müəllim, bunların hamısına gəncliyimdən bəri riayət edirəm».

21

İsa ona məhəbbətlə



baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən

olacaq. Sonra qayıt,* Mənim ardımca gəl».

22

Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi, çünki



var-dövləti çox idi.

23

İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil



olması nə qədər çətindir!»

24

Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara



cavab verib dedi: «Övladlarım, Allahın Padşahlığına daxil olmaq† nə qədər çətindir!

25

Dəvənin iynə



gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».

26

Onlar daha da



təəccüblənərək bir-birlərinə dedilər: «Elə isə, kim xilas ola bilər?»

27

İsa onlara baxıb dedi: «Bu,



insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür».

28

Peter Ona belə deməyə başladı: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».



29

İsa cavab

verdi: «Sizə doğrusunu deyirəm: Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya

anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki,

30

indi bu dövrdə çəkdiyi



ə

zab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək

††

9:46 C


ə

hənnəmə atılmağından yaxşıdır – bəzi əlyazmalarda cəhənnəmə, sönməz oda atılmağından

yaxşıdır. 46 Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür (Mark 9:43,48). *

9:47 Mat.

5:29

*

9:48 Yeş. 66:24



*

9:49 Lev. 2:13

‡‡

9:49 Duzlanacaq – b



ə

zi əlyazmalarda duzlanacaq. Hər qurban

da duzlanacaq. *

9:50 Mat. 5:13; Luka 14:34-35

*

10:4 Qanun. 24:1-4; Mat. 5:31



*

10:6 Yar. 1:27; 5:2

*

10:7 Yar.



2:24

*

10:11 Mat. 5:32; Luka 16:18; 1Kor. 7:10-11



*

10:15 Mat. 18:2-3

*

10:19 Çıx. 20:12-16; Qanun. 5:16-20



*

10:21


Qayıt – b

ə

zi əlyazmalarda qayıt, çarmıxını götür (Mark 8:34). †



10:24 Allahın Padşahlığına daxil olmaq – b

ə

zi



ə

lyazmalarda var-dövlətinə bel bağlayanlar üçün Allahın Padşahlığına daxil olmaq.




MARK 10:31

983


MARK 11:10

dövrdə isə əbədi həyat almasın.

31

*Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci



olacaq».

İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir

(Mat. 20:17-19; Luka 18:31-34)

32

Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət



bürümüşdü, Onun ardınca gələnlər qorxu içində idi. İsa On İki şagirdi yenə bir tərəfə çəkib başına

gələcək hadisələr barədə danışmağa başladı:

33

«Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və



ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edib başqa millətlərə təslim edəcəklər.

34

Onlar



Bəşər Oğlunu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, üç gündən sonra diriləcək».

Kim üstündür?

(Mat. 20:20-28)

35

Zavdayın oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim, istəyirik ki, dilədiyimizi



bizim üçün edəsən».

36

İsa onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»



37

Onlar İsaya dedilər:

«Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun».

38

*Amma İsa onlara dedi: «Nə



dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz

olduğum kimi siz də vəftiz ola bilərsinizmi?»

39

Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim



içdiyim kasadan siz də içəcəksiniz, Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız.

40

Amma



sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa,

onlara veriləcək».

41

Bunu eşidən on şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı.



42

*Onda İsa şagirdləri yanına

çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da

onlara ağalıq edir.

43

Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz



olsun.

44

Aranızda birinci olmaq istəyən hamının qulu olsun.



45

Çünki Bəşər Oğlu gəlmədi ki, Ona

xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».

Kor Bartimayın gözləri açılır

(Mat. 20:29-34; Luka 18:35-43)

46

Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay



oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu.

47

Nazaretli İsanın orada olduğunu



eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı.

48

Çox adamsa ona qadağan



edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.

49

İsa



dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır».

50

O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi.



51

İsa ondan soruşdu: «Nə

istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni,‡ gözlərim açılsın».

52

İsa ona dedi: «Get,



imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.

11

İsanın Yerusəlimə girməsi



(Mat. 21:1-11; Luka 19:28-40; Yəh. 12:12-19)

1

Onlar Yerusəlimə yaxınlaşarkən Zeytun dağının yamacındakı Bet-Faqe ilə Bet-Anyaya gəldikləri



zaman İsa şagirdlərindən ikisini göndərərək

2

onlara dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girən



kimi hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin.

3

Kim sizdən



soruşsa: “Bunu nə üçün edirsiniz?”, ona “bu sıpa Rəbbə lazımdır, tezliklə yerinə qaytaracaq” deyin».

4

Onlar getdilər. Küçədə bir evin qapısının kənarına bağlanmış sıpa tapıb onu açdılar.



5

Orada


duran bəzi adamlar onlardan soruşdu: «Nə edirsiniz? Bu sıpanı nə üçün açırsınız?»

6

Şagirdlər İsanın



dediklərini onlara təkrarlayanda o adamlar şagirdlərə imkan verdilər.

7

Onlar sıpanı İsanın yanına



gətirdilər və öz paltarlarını sıpanın üstünə sərdilər. İsa sıpanın belinə mindi.

8

Bir çoxu paltarlarını,



bəzisi də ətrafdakı ağaclardan kəsdikləri budaqları yola döşədi.

9

*İsanın önündə gedənlər və ardınca



gələnlər belə nida edirdilər:

«Hosanna!*

Rəbbin ismi ilə Gələnə alqış olsun!

10

Atamız Davudun gələn Padşahlığı xeyir-dualı olsun!



Ən ucalarda hosanna!»

*

10:31 Mat. 20:16; Luka 13:30



*

10:38 Luka 12:50

*

10:42 Mat. 23:11; Mark 9:35; Luka 22:25-26



10:51 Rabbuni – arami

dilind

ə

Müəllimim. *



11:9 Z

ə

b. 118:25-26 *



11:9 Hosanna – ibrani dilind

ə

xilas et. Nida kimi işlənir.




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   435   436   437   438   439   440   441   442   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə