Rbaycan dilində Müqəddəs Kitab



Yüklə 13,76 Mb.
Pdf görüntüsü
səhifə64/445
tarix30.12.2017
ölçüsü13,76 Mb.
#18835
1   ...   60   61   62   63   64   65   66   67   ...   445

SAYLAR 10:21

113


SAYLAR 11:20

21

Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar.



22

Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama

rəhbərlik edirdi.

23

Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi.



24

Binyamin


qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi.

25

Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday



oğlu Axiezer rəhbərlik edirdi.

26

Aşer qəbiləsinin ordusuna Okran oğlu Pagiel,



27

Naftali qəbiləsinin

ordusuna Enan oğlu Axira rəhbərlik edirdi.

28

İsrail ordu dəstələri bu nizamla yola düşərdilər.



29

Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola

düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib».

30

Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm».



31

Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən.

Bizə bələdçilik et.

32

Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik».



33

İsrail övladları Rəbbin dağından ayrılıb üç gün yol getdilər. Rəbbin Əhd sandığı da üç gün onların

önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin.

34

Düşərgə saldıqları yerdən yola düşdükləri vaxt



Rəbbin buludu gündüz onların üzərində idi.

35

* Sandıq yola düşəndə Musa deyirdi:



«Ya Rəbb qalx!

Qoy düşmənlərin dağılsın,

Sənə nifrət edənlər Sənin hüzurundan qaçsın».

36

Sandıq dayananda belə deyirdi:



«Ya Rəbb, İsrail tayfalarının on minlərinin yanına qayıt».

11

Rəbbin göndərdiyi od və bildirçinlər

1

Camaat çəkdiyi sıxıntıdan Rəbbə şikayət etdi. Rəbb bunu eşidəndə qəzəbi alovlandı. Rəbbin odu



onların arasında yandı və düşərgə ətrafındakıların bəzilərini məhv etdi.

2

Camaat Musaya fəryad etdi.



Musa Rəbbə yalvardı və od söndü.

3

O yerin adı Tavera * qoyuldu, çünki onların arasında Rəbbin odu



yanırdı.

4

* Xalqın arasında olan alçaq yadellilərin iştahası ifrat dərəcədə artdı. İsrail övladları da yenə



ağlayıb dedilər: «Kaş ki yeməyə ətimiz olaydı!

5

Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları,



kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq.

6

Ancaq indi iştahamız küsüb, yeməyə mannadan



başqa bir şey görmürük».

7

* Manna görünüşcə keşniş toxumu kimi idi, rəngi də mirvari rəngində idi.



8

Camaat dolaşar və onu

yığıb dəyirmanda üyüdər yaxud da həvəngdə döyərdilər. Qazanda qaynadaraq kökə düzəldərdilər.

Onun dadı zeytun yağı ilə bişirilmiş yeməklərə oxşayırdı.

9

* Manna gecə düşərgə üzərinə düşən şehlə



bərabər düşərdi.

10

Musa xalqın, hər ailənin çadırının qarşısında ağlamaqlarını eşitdi və Rəbbin qəzəbi çox alovlandı.



Musa da narazı idi.

11

Ona görə Rəbbə dedi: «Sən nə üçün quluna əzab verdin? Sənin gözündə lütf



tapmadığım üçün bu xalqın bütün yükünü mənim üzəriməmi qoyursan?

12

Bütün bu xalqa mənmi



hamilə olmuşam? Bunları mənmi doğmuşam? Məgər Sən istəyirsən ki, südəmər uşağı gəzdirən

dayə kimi atalarına and içib söz verdiyin torpağa onları qucağımda mən aparım?

13

Bütün bu xalqa



yedirtmək üçün əti mən haradan tapım? Çünki onlar mənim qarşımda ağlayaraq “bizə ət ver, yeyək”

deyirlər.

14

Bu xalqı mən təkbaşına daşıya bilmərəm, çünki bu mənim üçün çox ağırdır.



15

Əgər


mənimlə bu cür davranacaqsansa, gözündə lütf tapdımsa, onda nə olar, məni öldür ki, belə əzabı

görməyim».

16

Rəbb Musaya dedi: «Mənə xalq arasında rəhbər və mötəbər saydığın İsrail ağsaqqallarından



yetmiş nəfər topla. Onları Hüzur çadırına gətir və qoy səninlə dursunlar.

17

Mən enərək orada səninlə



danışacağam. Səndə olan Ruhdan götürüb onlara verəcəyəm ki, xalqın yükünü səninlə bərabər

çəksinlər. Bununla da bu yükü təkbaşına daşımayacaqsan.

18

Xalqa de ki, sabah üçün özlərini pak



etsinlər, çünki ət yeyəcəklər. “Kaş ki ətimiz olaydı! Misirdə halımız yaxşı idi” deyərək bərkdən

ağladınız. Bunu Rəbb eşitdi. Ona görə Rəbb sizə ət verəcək, yeyəcəksiniz.

19

Nə bir gün, nə iki gün, nə



beş gün, nə on gün, nə də iyirmi gün yeyəcəksiniz.

20

Düz bir ay, burnunuzdan gələnə qədər, iyrənənə



qədər yeyəcəksiniz; çünki aranızda olan Rəbbi rədd etdiniz və Onun qarşısında “nə üçün Misirdən

*

10:35 Z



ə

b. 68:1 *

11:3 Tavera – ibrani dilind

ə

yanğın. *



11:4 1Kor. 10:6

*

11:7 Çıx. 16:31



*

11:9 Çıx. 16:13-15




SAYLAR 11:21

114


SAYLAR 12:16

çıxdıq?” deyərək ağladınız».

21

Musa dedi: «Arasında olduğum bu xalqda altı yüz min piyada vardır



və Sən deyirsən: “Mən onlara bir aylıq yemək üçün ət verəcəyəm”.

22

Bütün qoyun-keçi və mal-qara



kəsilərsə, onlar doyarmı? Dənizin bütün balıqları tutularsa, onlar doyarmı?»

23

Rəbb Musaya dedi:



«Məgər Rəbbin əli qısaldımı? İndi görəcəksən sənə dediklərim yerinə yetir ya yox».

24

Musa çıxdı və Rəbbin sözünü xalqa çatdırdı. Xalqın ağsaqqallarından yetmiş nəfəri topladı və



çadırın ətrafında dayandırdı.

25

Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb



yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra

etmədilər.

26

Düşərgədə iki adam qalmışdı, birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan yetmiş



nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çökdü və onlar düşərgədə

peyğəmbərlik edirdilər.

27

Bir gənc qaçaraq Musaya xəbər verib dedi: «Eldad və Medad düşərgədə



peyğəmbərlik edirlər».

28

Gəncliyindən bəri Musanın köməkçisi olan Nun oğlu Yeşua «ağam Musa,



onlara qadağan et» deyib fikrini bildirdi.

29

Musa ona cavab verdi: «Sən mənə görəmi qısqanırsan?



Kaş Rəbbin bütün xalqı peyğəmbər olaydı və Rəbb onlara Ruhunu verəydi!»

30

Sonra Musa və İsrail



ağsaqqalları düşərgəyə qayıtdılar.

31

Rəbb dənizdən bildirçin gətirən bir külək əsdirdi. Külək bildirçinləri düşərgənin hər is-



tiqamətindən bir günlük yol qədər uzaqlığa, yerin üzərindən iki qulac qədər hündürlüyə saldı.

32

Bütün o gün, o gecə və ertəsi gün camaat çıxıb bildirçinləri yığdı. Ən az yığan on xomer



yığdı. Bildirçinləri özləri üçün düşərgənin ətrafına sərirdilər.

33

Amma əti hələ dişləri arasında



çeynəməmişdən əvvəl xalqa qarşı Rəbbin qəzəbi alovlandı, Rəbb onları şiddətli vəba ilə cəzalandırdı.

34

O yerin adı Qivrot-Hattaava† qoyuldu, çünki iştahası başqa yemək çəkənlər orada basdırıldı.



35

Camaat Qivrot-Hattaavadan Xaserota köçüb orada qaldı.

12

Məryəmin cəzalanması

1

Məryəm ilə Harun Kuşlu qadından ötrü Musadan giley edirdilər. Çünki Musa özünə arvad



olaraq həmin Kuşlu qadını almışdı.

2

Onlar dedilər: «Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim



vasitəmizlə də danışmadımı?» Rəbb bunu eşitdi.

3

Musa yer üzündə yaşayan bütün adamlardan daha



itaətkar bir insan idi.

4

Rəbb bir anlıq Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırına gəlin». Üçü də oraya



getdilər.

5

O zaman Rəbb bulud dirəyində endi və çadırın girişində durub Harunla Məryəmi çağırdı;



hər ikisi önə çıxanda

6

Rəbb onlara dedi:



«İndi sözlərimi dinləyin;

Əgər aranızda bir peyğəmbər varsa,

Mən Rəbb görüntüdə ona Özümü bildirərəm,

Yuxuda onunla danışaram.

7

* Qulum Musa isə elə deyil,



O bütün evimdə sadiqdir.

8

Mən onunla müəmmalarla deyil,



Üzbəüz açıq danışaram və

O, Rəbbin surətini görür.

Nə üçün qorxmayaraq qulum Musadan gileyləndiniz?»

9

Rəbb onlara bərk qəzəbləndi və oradan getdi.



10

Bulud çadırın üzərindən çəkiləndə Məryəm

cüzama tutulmuş, qar kimi ağarmışdı. Harun Məryəmə baxdıqda gördü ki, o cüzama tutulub.

11

Harun



Musaya dedi: «Ey ağam, rica edirəm ki, axmaqlıq və günah işlədiyimizə görə bizi bu cəzanı çəkməyə

qoyma.


12

Rica edirəm, qoyma ki onun bədəni ananın bətnindən çıxan ölü doğulmuş uşağın yarı

çürümüş bədəninə bənzəsin».

13

Musa Rəbbə fəryad edib dedi: «Yalvarıram, ay Allah, ona şəfa ver!»



14

*

Rəbb Musaya dedi: «Əgər atası onun üzünə tüpürmüş olsaydı, yeddi gün gözdən düşməyəcəkdimi?»



15

Məryəm yeddi gün düşərgədən kənar yerdə saxlandı. O geri gətirilənə qədər camaat köçmədi.

16

Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar.



13

Kənan ölkəsinə nəzər salma

(Qanun. 1:19-33)

11:34 Qivrot-Hattaava – ibrani dilind



ə

həsrət qəbirləri. *

12:7 İbr. 3:2,5

*

12:14 Say. 5:2-3




Yüklə 13,76 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə