Muhazirə 3.
Azərbaycanın əhalisi
Plan
Əhalinin sayı
Əhalini təkrar artımı
Əhalinin cins və yaş tərkibi
Əhalinin təbii hərəkəti, formalasması, müxtəlif demoqrafik proseslər ictimai,
iqtisadi, bioloji amillərin təsiri ilə əhalidə gedən kəmiyyət və keyfiyyət
dəyisikliklərinin nəticəsidir. Bu dəyisikliklər zaman və məkan daxilində dinamik
olub tarixi-cografi səraitdən çox asılıdır.
Hər hansı bir ərazi daxilində əhali qrupunun səciyyələndirilməsi əhalinin
ümumi sayı və onun dinamikası, yəni zaman çərçivəsində dəyisməsi ilə müəyyən
edilir. əhalinin say dəyisməsi nəinki təbii hərəkət, yaxud əhalinin təkrar istehsalı
(yəni dogumun və ölümün nisbətindən) nəticəsində bas verir, həm də əhalinin ərazi
üzrə bölgüsündən, onun miqrasiyasından da asılıdır. əhalinin sayını və tərkibini
dəyisdirən bütün bu proseslər bütövlükdə demoqrafik proseslər adlandırılır.
Yer üzərində ilk insanların nə zaman və harada əmələ gəlməsi məsələsi bu
günədək qızgın elmi diskussiyaların mövzusudur. əndi alimlərin əksəriyyəti hesab
edir ki, Homo sapiens (“kamil insan”) təqribən 50 min il bundan əvvəl Sərqi
Afrikada mərcan rifləri bölgəsində qədim hominidlərdən əmələ gəlmisdir.
Buna görə də sosial-iqtisadi proseslərin planlı idarə olunmasında əhalinin
formalasması və səmərəli yerləsdirilməsi qanunları konkret ərazilər üzrə daha
dəqiq öyrənilməlidir. Azərbaycanda əhalinin formalasmasının özünəməxsus
xarekter xüsusiyyətləri olmusdur. Burada əhalinin demoqrafik göstəriciləri
haqqında olan məlumatlara yalnız XIX əsrin əvvəllərindən baslayaraq rast gəlmək
olar.
Respublikamızın ərazisində xalqların mövcud oldugu dövrdən, yəni XVIII
əsrin əvvəllərindən hal-hazırdakı müstəqillik illərinə qədər müsahidə olunan
demoqrafik göstəriciləri-əhalinin sayı, artım və basqa dəyismələrini müvafiq olaraq
bir neçə dövrə ayırmaq olar:
I dövr: Xanlıqlar dövrü. Bü dövrdə Azərbaycanda 532,4 min, ərəvan
xanlıgında 115 min nəfər əhali yasamısdır. Məhz bu dövrdə ərəvan xanlıgında
yasayan əhalinin təqribən 4/5 hissəsini (84500 nəfər) azərbaycanlılar, 1/5 hissəsini
isə (22-25 min) ermənilər təskil etmisdir.
Azərbaycan Rusiya tərəfindən isgal edildikdən sonra artıq xanlıq sistemi ləgv
olunmus, ümumi idarəetmə sistemi tətbiq olunmaga baslanmısdır. Zaqatala dairəsi,
Bakı və Yelizavetpol (Gəncə) quberniyaları yaradılmıs, onlarla qəzalar ayrılmısdır.
Naxçıvan isə ərəvan quberniyasına aid edilmisdir.
Bu dövrdə əhalinin sayında artım müsahidə edilmisdir ki, buna da əsas səbəb
kimi azərbaycanlıların ərandan, Gürcüstandan və Ermənistandan Azərbaycana
köçməsini göstərmək olar. Bu dövrdə Azərbaycan əhalisi 9 min nəfərdən çox
artmısdır. 1832-1866-cı illərdə Azərbaycan əhalisinin sayı 450,0 min nəfər
artmısdır. 1832-ci ildə Azərbaycan əhalisi 634 min, 1866-cı ildə əhali 1084 min
nəfər idi. 1800-1860-cı illər üçün hesablanmıs artım əmsalı göstərir ki,
Azərbaycanda hər 1000 nəfərə artım 7-9 nəfər təskil etmisdir.
Neft sənayesinin tədricən inkisaf etməsi və Abseronun əsas neft sənayesi
rayonuna çevrilməsi nəticəsində 1863-1875-ci illər arasında səhər əhalisi iki
dəfədən çox artmıs və təxminən 12,2% olmusdur. Bu artımın əsas səbəbi Abserona
ölkəmizin bölgələrindən və digər qonsu ölkələrdən əmək qabiliyyətli əhalinin
gəlməsi olmusdur. Qeyd etmək lazımdır ki, əhalinin dinamikası haqqında müfəssəl
məlumatları məhz siyahıyaalma materialları əsasında toplamaq olar. Bütövlükdə
həm Rusiyada, həm də Azərbaycanda ilk siyahıyaalma 1897-ci ildə aparılmıs və bu
siyahıyaalmanın nəticəsinə görə respublikamızda 1,8 mln nəfər qeydə alınmısdır.
1886-1897-ci illərin məlumatlarının təhlili göstərir ki, bu dövrdə təbii artım
asagı, yəni hər 1000 nəfərə 9-10 nəfər olmusdur. Mexaniki artım bu dövrdə
əhalinin 17%-ə qədər artmasına səbəb olmusdur.
Təhlil olunan dövrdə Azərbaycan əhalisinin mexaniki hərəkəti mürəkkəb
olmusdur. Dəmir yollarının tikintisi, sabit təsərrüfat həyatına keçməsi, kapitalist
təsərrüfatının inkisafı və s. amillər Azərbaycanda əhalinin, xüsusilə səhər
əhalisinin inkisafına sərait yaradırdı.
Abseron rayonunda neft emalı, neft-kimya, müxtəlif avadanlıqların istehsalı,
elektroenergetika sənayesinin inkisafı, hərəkət səbəkəsinin xeyli genislənməsi
nəticəsində rayonun orta artım tempi Azərbaycanla müqayisədə yüksəlmisdir. Bu
dövrdə (1913-cü ilə qədər) Azərbaycanda əhalinin orta artım tempi 1,34% oldugu
halda, Bakı səhərində 3,37% olmusdur.
1913-20-ci illərdə I Dünya müharibəsi, inqilabi hərəkat, ölkə daxilindəki
münaqisələr və s. nəticəsində əhalinin artımında azalma müsahidə edilmisdir. Bu
əsasən təbii artımın azalması hesabına bas vermisdir. Bütövlükdə, Azərbaycanda
bu mərhələdə təbii artım 2,5 dəfə azalmıs, ölüm 1,5 dəfə artmıs, ümumilikdə isə
əhali 387 min nəfər azalmısdır.
Dostları ilə paylaş: |