Reallığa çevrilən arzu



Yüklə 17,9 Kb.
tarix21.06.2018
ölçüsü17,9 Kb.
#50929

MƏMURLA ÜZ-ÜZƏ, YOXSA KOMPÜTER ARXASINDAN?

http://simsar.az/up/news/article/2013/avqust/21/021/e-hokumet1.jpg




1

Reallığa çevrilən arzu 

Təqribən 10 il əvvəl xarici filmləri izləyərkən, insanların internert üzərində geniş informasiya əldə etməsi, müraciət, ödəniş imkanlarının olması bəlkə də çoxlarımıza maraqlı görünür, bu qədər asan həyat tərzini təsəvvürümüzə belə gətirə bilmirdik. İndi isə artıq Azərbaycanda da İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində geniş imkanlar əldə edilməkdədir. Qurulmaqda olan «Elektron Hökumət»in imkanları isə vətəndaşların işini xeyli asanlaşdırmağa xidmət edir. Bu artıq müəssisə və idarələrin, dövlət qurumlarının qarşısında saatlarla növbədə dayanmağın, nahar saatlarının bitməsinin, hansısa məmurun iş başına qayıtmasını gözləməyin sonu deməkdir. Sadəcə kompüter qarşısına keçir və problemimizi həll edirik. Daha asan yolu isə Elektron Hökumət portalına (e-gov.az) daxil oluruq və istədiyimiz dövlət qurumuna müraciət edə, lazımi informasiyanı əldə edə bilirik. Bunun üçün yalnız portalda qeydiyyatdan keçmək, elektron imza əldə etmək lazımdır. 

10 il əvvəl hüquqi əsasları yaradılmış «Elektron hökumət»-in təsis edilməsi ilə bağlı işlər prezident İlham Əliyevin «Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında» Sərəncamı ilə daha da sürətləndi. «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Fərman isə bu istiqamətdə növbəti hüquqi bazanın yaranması idi. 
Bundan sonra bir sıra hökumət orqanlarının elektron xidmətləri vətəndaşların xidmətinə verilib. Ötən ilin aprel ayında isə bir sıra xidmətlər Elektron hökumət portalına (e-gov.az) daxil edilərək, «bir pəncərə» sisteminə salınıb. 

İnternetlə vergi ödəyə, evlənə, qeydiyyatdan keçə bilərik

Elektron hökumət portalından hər kəs istifadə edə bilər - hüquqi və fiziki şəxslər, xarici vətəndaşlar. Əsas məqsəd dövlət qulluqçuları ilə vətəndaşlar arasında olan münasibətləri inkişaf etdirməkdir.


Hazırda 146 elektron xidmətin inteqrasiya olunduğu Elektron hökumət portalında Daxili İşlər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Fövqaladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Təhsil, Səhiyyə nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Dövlət Statistika, Dövlət Torpaq və Xəritəçəkmə, Standartlaşdırma, Metrologiya və Patent uzrə Dövlət komitələrinin və digər dövlət qurumlarının bir çox xidmətləri yerləşdirilib. Burada vətəndaşlar üçün vacib olan xidmətlərin sirasında gəlir vergisi, iş axtarışı, avtomabillərin qeydiyyatı, on-layın ərizə (ali məktəbə daxil olmaq, tikinti işləri üçün raızılıq alınması, müavinət, təqaüd və s-lə bağlı), yaşayış yerinə qeydiyyat və s. göstərmək olar.
Statistik məlumatlara görə, bu ilin ilk altı ayı ərzində 150 min istifadəçi portalın bu və digər xidmətlərindən yararlanıb.
Lakin bu sahədə bir sıra problemlər də mövcuddur. Portalın açılışında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov 2013-cü ilin ikinci yarısına qədər xidmətlərin sayının 300-ə çatacağını bildirsə də, göründüyü kimi fəaliyyət göstərən xidmətlərin sayı bunun yarısı qədərdir. Apardığımız araşdırma zamanı məlum oldu ki, bunun başlıca səbəbi bəzi dövlət qurumlarının öz xidmətlərini hazırlayıb, portala təqdim etməsini gecikdirməsi ilə bağlıdır.

Vətəndaşların «Elektron hökumət»-dən xəbəri varmı?

Elektron Hökumətin yaradılması istiqamətində görülən işlərin təbliği ilə bağlı təsis olunan Elektron Hökumət Bülletinində yerləşdirilmiş məlumata görə, indiyədək vətəndaşlara 14332 elektron imza verilib. Paytaxt Bakıdan fərqli olaraq regionlarda elektron imza əsasən dövlət orqanlarında çalışanlara verilib. «Elektron hökumət»lə bağlı təbliğat işləri həm də portalın rəsmi «Fasebook» səhifəsində (www. Facebook.com e/gov. az) aparılır. Bülletendə qeyd olunmuş məlumata görə, hazırda səhifə istifadəçilərinin sayı 50 min nəfəri ötüb. Həmin səhifədə, eləcə də adıçəkilən bülletendə «Elektron Hökumət»in formalaşması istiqamətində görülən işlər, nəzərdə tutulan layihələr haqda geniş məlumatlar yerləşdirilib. Facebook səhifəsində həmçinin vətəndaşların təklif və rəyləri qeyd olunur ki, bunların da mütəmadi olaraq nəzərə alındığı bildirir. Elə nazir Əli Abbasov da portalın açılışında bunu vurğulamışdı: «Əhalinin arzu və təkliflərini öyrənmək bizə portalın qaneedici səviyyədə işləməsini təmin etməyimiz üçün lazımdır», 

Tədliğat işləri bir neçə istiqamətdə aparılsa da, hələki «Elekron Hökumət»lə bağlı əhalidə kifayət qədər məlumat yoxdur. Apardığımız sorğu da bunu təsdiqləyir.
Xətai Rayon sakini Nisəxanım İbrahimova internet istifadəçisi olsa da, Elektron hökumət portalının fəaliyyətindən xəbərsizdir: «Mənə hər hansı bir sənəd lazım olanda müvafiq quruma üz tuturam. Son zamanlar müavinətlərlə bağlı bir sıra problemlərim çıxmışdı, bunun üçün Sosial Müdafiə Fondunun rayon şöbəsinə getməli oldum. Bütün bunları internet vasitəsilə etməyim çox yaxşı olardı və asan başa gələ bilərdi. Təəssüf ki, indiyədək bu barədə məlumatım olmayıb».
Elşən Səfərov da «Asan xidmət»-dən istifadə etsə və bunu çox bəyənsə də hələ ki, Elektron hökumət portalından istifadə etməyib.
Qeyd etdiyimiz kimi, portaldan istifadə etmək üçün «elektron imza» kartına sahib olmaq lazımdır. 3 il müddətinə verilən kart fərdi şəxslərə 20-30 manata, dövlət hakimiyyət orqanlarına 135 manata, hüquqi və fiziki şəxslərə 168 manata təklif olunur. 


«Azərbaycan MDB məkanında ilk üçlükdədir»

Elektron hökumətin iqtiadi mənfətlərindən danışan iqtisadçı ekspert Vüqar Bayramlı hesab edir ki, elektron hökumət qəraraların qəbulunu çevikləşdirmək, hökumətin fəaliyyətində şəfaflığı təmin etmək, ictimai nəzarətin təmin olunması baxımından əhəmiyyətlidir: «Elektron hökumət hökumət nümayəndələri ilə vətəndaşların arasında birbaşa əlaqənin aradan qaldırılmasına xidmət edir ki, bu da koorrupsiya ilə mübarizə baxımından əhəmiyyətlidir. Əksər ölkələrdə elektron hökumət korrupsiya ilə mübarizənin əsas elementlərindən biridir. Elektron hökumətin tətbiq olunması vətəndaşların daha qısa zamanda öz hesabatlarını təqdim etməyə, vergi və ödənişləri ödəməyə imkan verir ki, bu da öz növbəsində biznesin inkişaf imkanlarını situmulaşdırır. Eləcə də vergi ödənişlərinin izləməsinə imkan verir, bu da vergidən yayınma hallarının aradan qalxmasına yardım edir».


Elektron hökumətin tətbiqinin həm də cəmiyyətin şürunun inkişafına təsir etdiyini deyən iqtisadçı qeyd edir ki, bu daha liberal iqtisadiyyatın yaranmasına kömək göstərmiş olur. 

Azərbaycanda Elektron hökumətin tətbiqi işlərin qəanətbəxş olduğunu deyən V.Bayramlının sözlərinə görə, bu istiqamətdə görülən işlərə görə, ölkəmiz MDB məkanında ilk üçlükdədir: «Bu xüsusən vergi sistemində elektron hökumətin elementlərinin tətbiqində özünü göstərir. Bununla belə tam olaraq «Elektron Hökumət»in tətbiqindən danışmaq doğru olmazdı. Məsələn, tenderlərin keçirilməsi, özələşdirmə hərracları elektron formada keçirilmir. Təbii ki, müəyyən nailiyyətlər əldə edilsə də, müəyyən problemlər də var. Bəzi dövlət qurumları bu məsələdə regionda çempion qurumlar hesab edilsə də, digərləri hələ də elektron hökumətin ən adi elemetlərini tətbiq etməyiblər».



Qeyd edək ki, «Elektron hökumət» biznes sektorunda çalışanlar üçün xüsusi imkanlar açır. Burada vergi və müraciətlərdən əlavə Elektron bəyanamə, yeni şirkətlərin qeydiyyatı, kömrük bəyannamələri, elektron lisenziya və s. xidmətlər nəzərdə tutulur. 

Xatirə Nəsirli 
Yüklə 17,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə