RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə14/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   10   11   12   13   14   15   16   17   ...   64

54
Q LO B A LLA ŞM A  VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
Mədəniyyətin  yaranışı  və  təşəkkülü,  haradan  haraya 
doğru  yayılması,  mənbə  və  qaynağında  nəyin  durması 
kimi 
problemlərə 
kreasionizm 
(yaranış 
ideyası 
tərəfdarları)  mövqeyindən  də  maraqlı  izahlar 
təqdim 
edilmişdir.  Bu  baxışların  nümayəndələrinə  görə  mə­
dəniyyət  ya  ilahi  xarakterli,  yaradıcı  vəhy  və  intuisiyanm 
təsiri  ilə  yaranan  və  buna  görə  də  peyğəmbər,  rəhbər, 
mütəfəkkir,  rəssam,  hökmdar,  şair  və  s.  şəxsiyyətlərlə 
bilavasitə  bağlı  olan  bir  fenomendir.  Bu  mövqe  tərəf­
darları  arasında,  ingilis  alimi  və  ədibi  Tomas  Karleylin 
“Qəhrəmanlar,  qəhrəmanlara  pərəstiş  və  tarixdə  qəh­
rəmanlıq  fenomeni”  adlı  məşhur  əsərini  xatırlamaq  olar. 
T.Karleyl  təqdim  etdiyi  “ilahi  təcəssümlü  rəhbər” 
tiplərində  şair  kimi  Danteni,  yazıçı  kimi  Russonu, 
hökmdar kimi Napoleonu və maraqlıdır ki, peyğmbər kimi 
bu  qəbil  şəxsiyyətlər  sırasından  yalnız  Məhəmməd 
peyğəmbəri  bəşəriyyət  və  mədəniyyət  üçün  nümunə 
qəhrəmanlar kimi ayırd etmişdir.
Pozitivizm və təbiətşünaslıq elmlərinin sürətli inkişafı 
gedişində  formalaşan  “katastroflzm”  fəlakətlər  nəzəriy­
yəsinin  də  mədəniyyət  fenomeninə  yanaşma  tərzi  ma­
raqlıdır.
Müxtəlif  mədəniyyətlərin  dövlətlərlə  birgə  fəlakətli 
süqutu,  məhvi  və  tənəzzülünü  təbii  və  sosial  fəlakətlərlə, 
qəfil  xarakterli  hadisələrlə  izah  edən  katastrofızm 
nəzəriyyəsi  tədricən  tənəzzülü  də  mədəniyyətdaxili  par­
çalanma  və ziddiyətlərlə şərh  edir.  Babil  sivilizasiyasının, 
Roma  imperiyasının  süqutu,  Atlantidanm  məhvi  və  s. 
mədəni 
dinamika  problemlərini 
izah  etmək  üçün 
A.Toynbi,  L.Qumilyevlə  başqa  alimlər  də  buna  yaxın 
mövqedən çıxış etmişlər.
Mədəniyyətin  təşəkkül 
və 
inkişafına  təkamül 
yanaşma,  evolyusionizm nəzəriyyəsi  daha uzunömürlü və 
ya  geniş  yayılmış  mövqe  hesab  oluna  bilər.  Evol- 
yusionizmin  əsas  müddəaları  belədir:  mədəniyyət  də 
daimi, təkrar olunan, tədrici  dəyişikliklərə məruz qalır, bu
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  55
dəyişikliklər  gedişində  sadədən  mürəkkəbə  inkişaf gedir, 
“arxaik”,  “ənənəvi”  mədəniyyətlərdən  “müasir  modern” 
mədəniyyətə  yüksəliş  müşahidə  olunur,  bu  “müasirliyi” 
Qərb təcəssüm etdirir.
Təkamül  yanaşma  hələ  geniş  yayılmasına  paralel 
olaraq  tənqid  olunmağa  başlanmışdı.  Əsas  səbəb  isə, 
məlum  olduğu  kimi  burada  təbiətdə,  cəmiyyətdə  və 
bəşəriyyətdə  məna,  məqsəd,  dəyər  kimi  anlayışlara 
biganə  qalınması  idi.  Mədəniyyətin  əsas  vəzifəsi  şəraitə 
adaptasiya,  sonra  da  bu  şəraitin  mənimsənilməsi  yolu  ilə 
yüksək mərhələyə keçmək idi.
Filosoflar və din sahəsində mütəfəkkirlər yalnız fayda 
və  uyğunlaşmanın  deyil,  əxlaq  və  inamın  əsas  rol 
oynamasını  irəli  sürür  və  göstərirdilər  ki,  mədəniyyətdə 
heç  də  bütün  çatlar  təkamülə  uğramır;  hər  bir 
mədəniyyətdə  təməl  sayılan  əbədi,  dəyişməz  dəyərlər 
vardır  ki,  bunlar  yalnız  mədəniyyətin  tam  məhvi  ilə  yox 
ola bilər.
Bu  tənqidi  istiqamət  mədəniyyətlərin  sabit  və  daimi 
müxtəlifliyi  fikrini  daha  əzmlə  inkişaf  etdirdi.  XX  əsrin 
70-80-ci  illərində  “mədəni  identiklik”  nəzəriyyəsini, 
“Qərb 
universalizmi” 
ideyasına 
qarşı 
hərtərəfli 
əsaslandırdı.
Mədəniyyətə təkamül yanaşmanın geniş vüsət alması, 
Viktoriya  dövrünün  İngiltərə  siyasəti  və  iqtisadiyyatının 
nüfuzunun  bütün  dünyada  yüksələn  xətlə  inkişaf vaxtına 
təsadüf  etmişdi.  İngiltərənin  tarixi  nüfuz  və  əzəməti  və 
Qərb  mədəniyyətinin  hökmranlığının  təbii  tarixi  inkişaf 
qanununun  mücəssəməsi  kimi  təqdim  etmək  üçün 
təkamül  çoxdan  gözlənilən  ideya  idi.  Qərb  mədəniy­
yətinin  dünyada  “ən  yüksək”  səviyyə  və  ona  yüksəlmə 
etalonu  kimi  mövcudluğu  təbiətin  və  tarixin  qanunlan 
nəticəsi kimi  səciyyələndirirdi.
Təkamül  yanaşmada  əsas  anlayışlar  “təbii  seçmə”, 
“mübarizə”  və  s.  idi:  yaradıcılıq  potensialı,  mədəniyyət, 
şüur  kimi  kateqoriyalara  biganə  yanaşılırdı.  Əslində  isə


56
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
təbiətdən  fərqli  olaraq,  cəmiyyəti  cəmiyyət  edən  və 
nizam yaradan məhz elə bu anlayışlardır.
Buna  qarşı  çıxan  nəzəri  mövqelərdən  biri  də 
diffuzionizm  idi.  Diffuziya  (“yayılmaq”)  mədəniyyət 
hadisələrinin  (dini  təlimlərin,  texnoloji  ideyaların,  dil  və 
sözlərin),  eləcə  də  mədəni-sosial  praktikanın  bir 
mədəniyyətdən başqasına yayılmasını vurğulayır.
İngiltərə  antropoloqu E.Teylor özünün klassik “İbtidai 
mədəniyyət”  (1871)'  əsərində,  bir  çox  ərazilərdə 
mədəniyyətə  ’’gəlmə”  xüsusiyyətləri  izah  etmək  üçün 
“diffuziya” anlayışından ilk dəfə istifadə etmişdir.
Diffuzionizmə  müxtəlif  mənalarda  başa  düşülməsi 
müşahidə  olunur.  Məsələn,  mədəniyyət  hadisələrinin 
həmişə  bir nöqtədən,  yaxud  birtərəfli  yayılması  (Qərbdən 
Şərqə)  kimi  başa  düşülən  proses  təhrif  olunmuşdur. 
Mədəni  diffuziyanın  “üçüncü  dünya  ölkələri” üçün zəruri 
şərt  olmasını,  onların  bu  yolla  yüksəlməsini  təbliğ  edən 
tədqiqatçıların  mövqeyi  çox  ciddi  arqumentlərlə  əsassız 
olduğu üçün təkzib edildi.
Artıq  yüzillərlə  davam  edən  kolonializm  və  mədəni 
hegemoniya  kimi  təzahür  edən  diffuziyanın  nəticəsində 
üçüncü  dünya  ölkələri  inkişaf  etmək  deyil,  geri  qalmaq 
faktı  ilə üz-üzə qaldılar.
Mədəni  diffuziyanın  təbii-tarixi,  obyektiv  əsasları 
olmamış  deyil.  Əsas  məsələ  mədəni  areal  və  mərkəz 
qismində  kiminsə  istədiyi  ərazi  və  ya  dövləti  elan 
etmək  deyil,  qarşılıqlı  təsir,  bəhrələnmə  prosesinin 
daim  mövcud  olaraq  dünya  mədəniyyətinin  forma­
laşdırması prosesidir.
Mədəni  mərkəz  qismində  gah  Şərq,  gah  Qərb  çıxış 
edə  bilər.  Ədəbiyyat  elmində  diffuziyanın  təzahürü  kimi 
“sərhədsiz  süjetlər”  misal  gətirilir.(məs.:  dünyanın  ən 
müxtəlif xalqlarının  ədəbiyyatında  rast  gəlinən  “Min  bir 
gecə’ nin süjeti). 1
1 Э.Тайлор.  Первобытная  культура.  M,  1989.
Fosil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  57
Dünya  mədəniyyətində  ilk mədəni  mərkəzlər Şərqdə 
təşəkkül  tapmışdır.  Qədim  Şumer  və  Misir  sivilizasi­
yalarını yada salmaq kifayətdir.
Diffuzionizm mədəniyyətlərin qarşılıqlı təsiri  zamanı, 
başqa  mədəniyyətin  nailiyyətlərinin  mənimsənilməsi 
mexanizmini  başa  düşməyə  kömək  edir.  Lakin  mədəni 
diffuziyanın  zorakılıq  və  ya  müdaxilə  faktları  ilə  təbii 
gedişinə  mane  olmaq  müharibələrə,  kolonializm  və  işğal 
siyasətinə  diffuziya  faktı  kimi  bəraət  qazandırmaq 
əsassızdır.
/. 
6. Mədəni-milli identiklik və müxtəliflik: 
mahiyyət və məzmunu
"Soyuq  müharibədən  sonra  dünyada  insanlar 
arasındakı  ən mühüm fərqlər,  nə siyasi,  nə iqtisadi, 
nə də  ideoloji fərqlərdir.  Bunlar mədəni fərqlər  və 
müxtəlifliklərdir.  İnsanlar  ən  sadə  suala  cavab 
istəyirlər:  ".Biz  kim ik?”  sualı  din,  dil,  tarix, 
dəyərlər,  adət-ənənələr
 — 
yəni  mədəniyyət anlayışı 
ilə  cavablandırırlar. 
Yalnız 
"kim ”  olduğunu 
biləndən,  müəyyənləşdirəndən  sonra,  hər  bir xalq 
yaşayış siyasətini müəyyənləşdirməyə başlayır...
(С.Хантингтон. Столкновение цивилизации, c .l7.)
Mədəniyyətə  bəşəriyyətin  tarixi  təcrübəsinin  etnik, 
milli  və  bəşəri  səviyyələrdə  çoxçalarlı,  rəngarəng  fəaliy­
yətinin  ifadəsi  kontekstindən  baxılması,  bu  müxtəlifliyin 
qarşılıqlı  təsir  prinsiplərinin  müəyyənləşdirilməsi,  milli- 
mədəni  “identiklik-özünəməxsusluq”  anlayışının  məna­
sına diqqət yetirməyi tələb edir.
Etnologiyada  yayılmış  fikrə  görə  “mədəni  birlik” 
dedikdə  müəyyən  etnosu  təşkil  edən  müəyyən  toplum 
başa  düşülür  və  burada  mədəniyyət  sosial  həyatın  bütün 
tərəflərini  (siyasət,  iqtisadiyyat və s.  sahələrə ayrılmadan)


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə