RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə2/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   2   3   4   5   6   7   8   9   ...   64

6
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ  M Ü X T Ə LİFLİK
Birinci  yerdə,  etalon  mədəniyyət  kimi  “ingilis-ame­
rikan”  mədəniyyəti  durur,  daha  sonra  qarışıq,  ənənəvi  və 
modernin  cizgilərini  əks  etdirən  “kontinental-avrasiya” 
mədəniyyəti  gəlir;  sonuncu  yerdə  “ənənəvi  avtoritarizm” 
mədəniyyəti  durur.  İngilis-amerika mədəniyyəti  belə  xü­
susiyyətlərə  görə  “nümunə”  sayılır:  homogenlik  (yek- 
cinslik, 
mədəni-dəyər  müxtəlifliklərinin 
olmaması), 
dünyəvi  praqmatizm  (yəni  inam  və  dəyərlər  barədə 
mübahisə etmirlər,  bunlar heç kimi  maraqlandırmır, yalnız 
maraqlar mövcuddur) və  sentrizm-mərkəzçilik  (sağ və  sol 
radikallığa meyl göstərilmir).
Burada,  əlbəttə,  dəyər  və  inam  probleminə  biganə 
olan  “siyasi  insan”  göz  önündə  canlanır.  Lakin  insan  yal­
nız  “siyasi”  simadan  ibarət  deyildir.  Ona bütövlük  xasdır. 
Mədəni-mənəvi  hiss  və  təsəvvürlər,  başqalarını  nəinki 
tamamlayır,  hətta  təməl  və  əsası  təşkil  edir.  Bu  həm  də 
hər  bir  xalqa,  mədəniyyətə  xasdır.  Dəyişikliklər  döv­
ründə,  minillər  boyu  formalaşan  mədəni-mənəvi  dəyər­
lərin ən dərin qatlarına müraciət edilir.
Bəşəriyyətin  özünü  qlobal-tam  kimi  hiss  etməsi  döv­
rünün  başladığından  söz  açmaq  olar.  Belə  şəraitdə  müx­
təlif  mədəniyyətlərin  ünsiyyəti  zəruri  problemə  çevrilir. 
Deyilənlərə  inansaq,  XX  əsrə  qədər  bəşəriyyətin  ümumi 
taleyi  olmamışdır.  Məhz  XX  əsrdə  dünyada  bütün 
mədəniyyətlər  bir-birinə  informasiya  məkanında  çox  ya­
xınlaşmışlar.  Onların  bir-birini  tanıması,  həqiqi  mahiy­
yətini  dərk  etməsi,  bütün  mədəniyyətlərdə  etnik-milli  və 
bəşəri  qatların  olduğuna  inanmağı,  hər  bir  mədəniyyətin 
müxtəliflikdə  vəhdət  təşkil  etdiyinə  əmin  olmağı  şərt­
ləndirir.
“Qlobal  dünyanın  gələcəyini  onun  müxtəlif,  çoxça­
larlı  mədəniyyət  çələngi  təmin  edə  bilər”.  Kitabda  bu 
fikir  əsas  xətt  kimi  keçir.  Qloballaşmanın  mədəniyyət 
fenomeninə  təsirinə  dair  düşüncələrimizlə  bölüşdüyümüz 
bu kitabı oxuyan hər kəsə minnətdarlığımızı bildiririk.
FƏSİL  I.
Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma 
kontekstində
1.1. Müasir dünyada baş verən qloballaşmanın 
təzahürləri
"Əsas  məsələ  budur  ki,  hamının  qloballaşma 
adlandırdığı 
proses 
əslində 
ABŞ-ın 
bütün 
sahələrdə  hökmran  rolunun  genişləndirilməsinin 
sadəcə başqa cür adlandırılmasıdır".
(H.Kissinccr.  İrlandiyada “Triniti  kollec”də 
söylədiyi m ühazirədən.  1999,  12 sentyabr).
Dünyanın  inkişaf  parametrləri  baxımından  müşahidə 
olunan  və  “qloballaşma”  adlandırılan  xüsusi  növ  prob-i 
lemlərin  ortaya  çıxması  yaşadığımız  dövrü  səciyyələn­
dirən ən mühüm əlamətə çevrilib.
Bu  problemlərin  müzakirəsi  və  həlli  perspektivlərinə 
alimlərin,  siyasətçilərin,  filosofların,  iqtisadçıların  bey­
nəlxalq  konfrans,  forum  və  simpoziumları  həsr  edilir. 
Lakin  bununla  problemlərin  mürəkkəbliyi  nəinki  azalır, 
müəyyən mənada hətta çoxalır da.
Qloballaşma  prosesinin  aktuallığı  ən  müxtəlif faktor­
ların çulğaşması  ilə şərtlənmişdir.
Baş  verən  hadisələrin  mürəkkəb  və  ziddiyyətli  meyl 
və  istiqamətləri  ilə  paralel  olaraq  qloballaşmanın  düyün 
nöqtələri  hesab  edilən  əsas  aspektlərinin  ayrı-ayrılıqda 
tədqiqi  çox  vacibdir.  Tədqiqatçıların  fikrinə  görə  bu  as­
pektlər  altıdır: 
demoqrafik,  təbii-ekploji, 
texnoloji,
iqtisadi, siyasi və sosial-mədəni aspektlər.


8
Q LO BA LLAŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə LİFLİK
Qlobal  sivilizasiyanın  gələcək  inkişaf ssenariləri,  bu 
aspektlərin  hərtərəfli,  qarşılıqlı  təhlili  və  ümumiləşdiril­
məsi  nəticəsində  müəyyənləşdirilə  bilər.  Bu  baxımdan 
müəllif öz qarşısına o qədər də asan olmayan bir məqsədi: 
qloballaşma  meyllərinin  ən  mürəkkəb  və  ziddiyyətli 
sahəsi  hesab olunan  mədəniyyət sferasında  bu  prosesin 
əsas  konturlarını,  mənzərəsini  göz  önündə  canlan­
dıraraq,  qlobal  dialoq,  inteqrasiya  və  əməkdaşlığın 
strategiya  və  mexanizmlərini  müəyyənləşdirməyə 
cəhd  etmək işində yardımçı olmağı qoymuşdur.
Bizi  ohatə  edən  sosial,  mədəni  və  mənəvi  reallığın 
inkişaf  ritminin  hədsiz  sürətlənməsi,  insanların  mədəni- 
mənəvi  dəyər  oriyentasiyalarının  köklü  dəyişikliklərə 
uğraması, 
dünyada 
yaşayan 
xalqların  öz 
mədəni 
“müqəddəratı”nın  gələcəyindən  narahat  olması  da  bizim 
məqsədimiz  çərçivəsində  olmaqla  bərabər,  həm  də 
qloballaşma  adlı  böyük  tarixi  çevrilişin  nəticələrini  və 
xarakterini əhəmiyyətli dərəcədə müəyyən edəcəkdir.
^Dünyada mövcud olan  sivilizasiyaların  inkişafı  və bir- 
birinə  yaxınlaşması  prosesi  yeni  deyildir.  Min  illər  əvvəl 
də,  təcrid olunmuş vəziyyətdə  təsəvvür olunsa da, əslində 
lokal  sivilizasiyalar  arasında  çoxsaylı  ticarət-iqtisadi, 
mədəni  və  s.  əlaqələr  və  tellər  yer  kürəsinin  əhali  məs­
kunlaşmış  məkanını  bürümüş,  möhkəmlənmiş  və  əsrlər 
boyu  genişlənmişdir.|fteu  baxımdan  bəşəriyyətin  bütöv­
lükdə  tarixi  inkişaf  prosesinin  mövcudluğu  barədə 
damşmağa  əsas  olduğunu,  qloballaşmaya  daha  qədim 
tarixi  perspektivdən  yanaşmağın  mühümlüyünü  təklif 
edən tədqiqatçılar da çoxdur.
Məsələn:  buddizmin-Benaresdən,  xristianlığın-Yeru­
səlimdən,  İslamın-Məkkədən başlanğıc götürdüyünə əsas­
lanaraq  qlobal  tarixi  inkişafa  nümunə  kimi  bunlardan 
başlamaq  kimi  fikirlər  mövcuddur.  Bu  mövqedə  duran 
alimlərin  baxışlarına  gör.ə  qloballaşma  çoxdan  dünya 
imperiyalarının hərbi,  diplomatik və  ticarət sahəsində  fəal 
siyasətindən təzahür etməyə başlamışdır.
Fosil I. Qloballaşma. Modoııiyyat fenomeni qloballaşma kontek-stinda 
9
Orta əsrlərin tarixində tacirlərin, missionerlərin, əsgər 
və  diplomatların  müxtəlif  ölkələr  arasında  gedən 
ünsiyyəti,  sonralar  sənaye  və  informasiya  inqilablarının 
baş  verməsi  üçün  şərait  yaradan  ilkin  qloballaşma 
“protoqlobalizasiyanın”  işartıları  idi.  XV  əsrin  coğrafi 
kəşfləri  dünyanın  bütöv,  “bir  sistemə”  qovuşmasına  çox 
böyük təsir göstərmişdir.  Eyni  sözləri, bir vaxt pərakəndə 
mövcud  olan  dünyanın  xalqları  arasında  “sıxlaşmanı” 
mümkün  edən  imperializm  və  kolonializm  barədə  də 
söyləmək  olar.  Qərbi  Avropa  insanların  məskunlaşma 
xüsusiyyətlərini  kökündən  dəyişərək,  dünya  birliyinin 
sonrakı  mərkəzlərinin  formalaşmasına  əhəmiyyətli  təsir 
göstərdi.
XX  əsrin  50-ci  illərində  ABŞ-da  formalaşmış  moder- 
nizasiya  nəzəriyyəsinin  tərəfdarları  da  belə  fikirdədirlər 
ki,  modernləşmə  prosesi  Qərbdə  başlasa  da,  özünün 
transformasiya  və  dəyişikliklərə  təkan  vermək  potensialı 
baxımından  həqiqətən  qlobal  bir  proses  olmuşdur. 
“Məkan”  mənasında  başa  düşülən  “qərbləşmə”dən 
“zaman”  ideyasını da nəzərdə  tutan modernləşməyə keçid 
ciddi  əhəmiyyət  kəsb  etmişdir.  Belə  ki,  ilk  əvvəl  yalnız 
“Qərbi  Avropa  üçün  səciyyəvi  olan  inkişaf  meyli  və 
modeli  sonralar  (məsələn,  “sənayeləşmə”  fenomenində) 
artıq  yalnız  “qərb  fenomeni”  kimi  anlaşılmırdı.  Çünki  bu 
proses get-gedə yapon, çin, türk, hind, geniya, braziliya və 
ya  iran  “məzmunlu”  prosesə  çevrilə  bildi.  Buradan  belə 
bir  nəticə  əldə  etmək  olar  ki,  “zaman”  anlamlı,  zamanın 
əsas  əlamət  və  xüsusiyyəti  kimi  başa  düşülən  və  qeyri- 
coğrafı  ideya  məzmunu  kəsb  edən  modernləşmə,  qlobal 
transformasiya  prosesinin  mahiyyətini  daha  dəqiq  və 
aydın əks etdirir.1
Qloballaşmanın  təhlilinə  daha  uzaq  tarixi  mərhə­
lələrdən  baxarkən  məlum  olur  ki,  ikinci  minilliyin  son 
əsrlərində  bu  proses  çox  sürətlənmiş,  “güclü  sel”  kimi 
dünyanı  bürümüşdür.  Planetin  bütün  əhali  məskunlaşmış
1 Bauman Z.  Qlobalization.  1998, p.91.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə