RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə3/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   2   3   4   5   6   7   8   9   ...   64

10
Q LO BA LLA ŞM A  VƏ  M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
sahəsi  dünya  bazarının  telləri  ilə,  dünyanın  güclü 
dövlətlərinin  siyasi  təzyiq  və  təsiri  ilə  çulğaşmış,  elmi 
kəşf  və  innovasiyaların  nəticələrinin  elliklə  tətbiqi, 
səmərəli  rabitə  və  nəqliyyat  sistemlərinin  köməyi  ilə 
milyonlarla  insanın  qarşılıqlı  hərəkət  və  əlaqələri 
görünməmiş səviyyəyə çatmışdır.
XX  əsrin  sonlarında  bəşər  həyatı  və  dünya  iqtisadiy­
yatının  vahid  informasiya  məkanında  bütövləşməsi 
qloballaşma  prosesinə  tamamilə  yeni,  fərqli  cizgilər 
gətirdi. Bunlar ən müxtəlif sahələrdə öz təsirini göstərdi.
Qloballaşma  fenomeninin  elmi  təhlili  son  10-15  ilə 
aiddir.  R.Robertsona  görə  1994-cü  ildə  ABŞ-ın  konqres 
kitabxanasında  “qloballaşma”  sözü  ilə  adlanan  cəmi  34 
kitab  var  idi.  Prosesin  mahiyyətini  müəyyənləşdirməyə 
gəldikdə  isə,  həmin  R.Robertsonun  fikrincə  “qloballaş­
ma”  -  həm  dünyanın  vəhdət  və  bütövlükdə  anlaşılmasını, 
həm  dünyanın  sıxlaşmasmı,  həm  konkret  qlobal  qarşılıqlı 
asılılığı,  həm  də  XX  əsrdə  qlobal  tamın  dərk  olunmasına 
aid edilə bilər”.
Digər  mövqeyə  görə  “qloballaşma”  -   sosial  təcrü­
bələrin  mütərəqqi  genişlənməsi,  onların  daha  nəhəng 
zaman-məkan  kəsiyinə  qədər yayılmasıdır ki, burada “üz- 
üzə  və  qarşılıqlı  əlaqə”  forması  get-gedə  öz  əhəmiyyətini 
itirir.  Yaxud  başqa  bir  tərifə  əsasən  “qloballaşma”-sosial 
və  mədəni  qurumuna  qoyulan  coğrafi  məhdudiyyətlərin 
getdikcə  zəifləməsi,  insanların  bunu  getdikcə  daha  çox 
sezməsidir.  Hər halda görürük ki, dünya elmi bəşəriyyətin 
inkişafında  individuallıq  və  sosialhğm  -   qloballıqla 
tamamlanması,  zənginləşməsi,  davam  etməsi  fikrində 
yekdildir.
Hansı  prosesləri  qlobal,  qloballaşan  proseslər  adlan­
dırmaq olar?
Qloballaşma  siyasi  müstəvidə  gedən  proseslərin 
fundamental  xüsusiyyətlərini  elə  dəyişməkdədir  ki,  milli 
yaxud  regional miqyaslar bu  gün heç bir vəchlə kafi sayıla 
bilməz.  Son  zamanlar  isə  “ümumdünya  hakimiyyətinə”
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  11
bənzər  bir  qurumun  cizgiləri  görünməkdədir:  bəzi  bey­
nəlxalq təşkilatlar mühüm  siyasi  inteqrasiya funksiyalarını 
həyata  keçirməkdədirlər.  (Məs.  Avropa  Parlamenti,  Bey­
nəlxalq Tribunal, İnterpol və s.)
Digər  istiqamətlər  hərbi-siyasi  blokların  güc  mər­
kəzləri  kimi  intensivlənməsini  (NATO),  böyük  döv­
lətlərin  koalisiyaları  yaratmasını  (“7-lər”),  beynəlxalq  tə­
sisatlar  (BMT,  YUNESKO),  kontinental  birliklər (Avropa 
Birliyi)  və  s.  fövqəlmilli  təsir  və  fəaliyyət  nümayiş 
etdirilməsini də qeyd etmək olar.
Qloballaşma  meyli  mədəniyyət  sferasından  da  yan 
keçməmişdir.  İlk  baxışda  nəzərə  çarpmasa  da  KİV-nin 
insanları  daha  da  yaxınlaşdırması,  dünyanın  ən  müxtəlif 
guşələrində,  həmçinin  ən  ekzotik  məkanlarda  yaşayan 
xalqların mədəni  təcrübə, adət və ənənələrini də hər kəsə 
məlum  və  təqdim  edərək  inteqrativ  prosesləri  sürətlən­
dirilməsi reallıqdır.
* Dünyanın  bütün  xalqlarının  maraq  və  mənafelərinə 
toxunan  qlobal  problemlərin  birgə  həllinə  cəhd  etmək 
həm  də  ümumplanetar  təfəkkür  və  şüurun,  beynəlxalq 
mədəniyyətin formalaşmasını  şərtləndirir.  Buraya ilk növ­
bədə  tədqiqatçılar  beynəlxalq  elmi  ictimaiyyəti  -   huma­
nitar  və  s.  sahələr  də  daxil  olmaqla  alternativ,  pasifist, 
mədəni,  ekoloji  və  s.  hərəkatları,  yəni  özünü  qlobal  miq­
yasda dərk və təsəvvür edə bilən təsisatları aid edirlər
. '
Qloballaşma  elə  proseslər  irəli  sürür  ki,  milli  dövlət­
lər  və  onların  suverenliyi  transmilli  aktların  və  əməliy­
yatların şəbəkəsinə  - “toruna” çulğaşır, qərar qəbul  etmək 
prosesində  onları  nəzərə  almalı  olur.  ’’Lokal-qlobal” 
müstəvi hədsiz tellərlə bağlanır.
Formalaşan  yeni  münasibətlər  qloballaşmanın  miqyas 
və  sərhədləri  haqqında  məsələni  qoymağı  qeyri-mümkün 
edir. “Qloballaşmanı” qəbul etməli, yoxsa etməməli? sualı 
müzakirə  olunmur.  Alimlərimizin  fikrincə qloballaşmanın 
meylini,  inkişaf  məntiqini  duyaraq  düşünülmüş  şəkildə 
ona  qoşulmaq  yeganə  düzgün  alternativdir.  “Planetimiz


12
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
böyük  kəndə,  dövlətlər  isə  burada  qonşulara  çevrilir. 
Qloballaşma  bağlı  qapıları  açır,  millətlər,  xalqlar,  fərdlər, 
müxtəlif  iqtisadiyyatlar  və  mədəniyyətlər  arasında  yeni 
şərait  yaradır.  Qloballaşma  nəticəsində  fəza  daralır, 
zaman  sürətlənir,  bizim  məkana  bağlılığımız  əlimizdən 
alınır”.1
Bəşər həyatının  bütün -  iqtisadi,  siyasi,  sosial, mədə­
ni,  mənəvi,  hüquqi  və  s.  aspektlərini  əhatə  edən  qlobal­
laşma  dönməz  bir  prosesdir.  Bunun  əsas  səbəblərini 
alman  alimi  U.Bek  belə  izah  edir:  “Beynəlxalq  ticarət 
sahəsində  kontraktların  məkanının  genişlənməsi,  maliyyə 
bazarları  və  transmilli  şirkətlərin  nüfiız  və  təsirinin 
güclənməsi;  infonnasiya  və  kommunikasiya  texnolo­
giyaları  inqilabının  davam  etməsi;  insan  hüquqlarının 
qorunması  tələblərinin  biri  və  irəli  sürülməsi,  qlobal 
prinsipə  çevrilməsi;  dünyanı  əhatə  edən  mədəniyyət 
industriyasının  təşəkkül  tapması  və  qlobal  yayınlanması; 
dünya  siyasəti  sahəsində  dövlət-hökumətlərlə  yanaşı 
təsiri  get-gedə  artan  üçüncü  sektor-şirkətlər,  qeyri- 
şirkətlər,  qeyri-hökumət  təşkilatları,  beynəlxalq  qurumlar 
kimi  təsisatların  formalaşması;  qlobal  yoxsulluq  və 
dilənçilik  problemi,  ətraf  mühitin'  qlobal  böhranı  mə­
sələləri;  lokal  səviyyələrdə mədəni  münaqişələr problemi
»>
və s.
Qloballaşmanın  təzahürlərinin  -   konkret  istiqamət­
lərdə  izlənilməsi  əsasən:  demoqrafik-ekoloji,  texnosfera- 
dakı  dəyişikliklər,  iqtisadiyyatın  qloballaşması,  geosiyasi 
sahədə və aspektlərdə müşahidə olunur.
Qloballaşmanın  demoqrafik-ekoloji  faktorları  bir-biri 
ilə  sıx  əlaqədar  olan  iki  sahəni  əhatə  edir.  Təbii  sərvət­
lərin 
tükənməsi 
və  əhali  artımının  nisbəti  hələ
T.Maltusdan  üzü  bəri  təhlil  predmeti  olsa  da  qloballaşma 
prosesində  yenə  də  ən  başlıca  faktorlar  sırasında  durur. 
Bunun  müxtəlif  səbəbləri  vardır.  Əhali  sayının  qlobal
1 Ş.Əsgorov.  Təhsilimiz:  diinon, bu  gün, sabah. -  Bakı, “Azərbaycan” 
nəşriyyatı, 2003.  280 s, s.246-247.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  13
ekoloji  məkana  təsiri  və  təzyiqi,  artımın  sürətlənməsi 
nəticəsində  sosial-siyasi  həyatın  fəailaşması,  yeni  həyat 
məkanlarının  axtarılmasına  sövq  edən  amillərin  ortaya 
çıxması  və  bunların  sivilizasiyalararası  münaqişələr,  toq­
quşma,  çox  hallarda  da  artıq  mövcud  olan  dünyanın  bö­
lünməsinə  cəhdlər  edilməsi  kimi  hadisələrin  mənbəyinə 
çevrilməsi də qloballaşmanın demoqrafik cəhətinə aiddir.
Bizi  demoqrafik  aspektdə  maraqlandıran,  təhlil  etdi­
yimiz mövzu baxımından, onun sosial-mədəni  dinamikaya 
təsiri,  mədəniyyət  sferası  ilə  münasibət  və  asılılığın 
təzahürü  problemidir.  Təsadüfi  deyildir  ki,  BMT  əhali 
artımının  dinamikasını  dünyanın  mədəni-dini  bölgələri 
(lokal  sivilizasiyaları)  üzrə  proqnoz-ssenarilərini  hazır­
lamışdır.  Burada  yeddi  makroregiondan  dördü  dünya 
dinlərinə  mənsubluğa  görə,  qalan  üçü  mədəni-ərazi 
birliklərinə görə qruplaşdırılmışdır.
Demoqrafik  problemlərin  qloballaşmaya  təsirinin 
ümumiləşdirilməsi  ən  kəskin  dörd  istiqamətdə  qruplaş- 
dırılmışdır.
Maraqlıdır ki, bunların içərisində  ikinci yeri, yəni  2-ci 
geodemoqrafik  problem  sırasında  müsəlman  sivilizasiya­
sının  artması  (yarım  əsr ərzindəki  yarım  milyard nəfər və 
ya  “bir  dəfə  yarım”  müşahidə  olunan  artım)  vurğulanır. 
Bunu əsaslandıraraq üçün:  islam sivilizasiyasının kompakt 
ərazilərdə 
məskunlaşmaqla 
kifayətlənməyib, 
bütün 
dünyada bir neçə materiklərə səpələnməsi  və beləliklə də 
başqa  sivilizasiyalarla  bilavasitə,  çevik  kontaktlar  qura 
bilmək  potensialının  güclü  olmasım,  islamın  yüksək 
inkişaf əzminə  malik  gənc  sivilizasiya  olması  və  s.  kimi 
arqumentləri əsas gətirirlər.1
İnformasiya-telekommunikasiya  və  texnoloji  sferanın 
qloballaşması  daha  bir  istiqamət  kimi  ciddi  təhlil  olunur. 
Ümumdünya  informasiya  şəbəkəsinin  formalaşdırdığı 
dünya  məkanı  milli  hədd  və  sərhədləri  ötüb  keçərək 
nəticəsi  birmənalı  olmayan  ziddiyyətli  proseslər  doğur­
1 Bax:  Мир на рубеже тысячалетий,  M, 2001.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə