RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə4/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   2   3   4   5   6   7   8   9   ...   64

14
Q LO BA LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
maqdadır.
İqtisadi 
qloballaşma, 
informasiya 
və 
telekom­
munikasiya  texnologiyaları  ilə  paralel  olaraq  elə  bir 
səviyyəyə  çatmışdır  ki,  mütəxəssislər  artıq  qlobal 
iqtisadiyyat,  yaxud  informasiya  və  iqtisadi  baxımdan 
vahid  olan,  bütövləşən  dünyadan  danışmağın  mümkün 
olduğunu vurğulayırlar.
Qloballaşmanın 
geosiyasi 
aspekti 
ilk 
baxışda 
qloballaşmaya əks olan proses təsiri  bağışlayır.
XX  əsrin  ikinci  yarısı  boyu  yeni  müstəqil  dövlətlərin 
formalaşması  baş  verdi.  Lakin  ikiqütblü  dünyadan 
birqütblü  və  ya  çoxqütblü  dünyaya  keçid  bəşəriyyəti 
narahat  edən  problemlərdəndir.  Dünyanın  heç  bir  ölkəsi 
baş  verən  prosesləri  təkbaşına  nəzarət  və  idarə  etmək 
iqtidarında deyildir.
Demoqrafik,  ekoloji,  texnoloji  və  iqtisadi  proseslərin 
qloballaşması 
dövlətlərarası 
geosiyasi 
müstəvidə 
(qarşılıqlı  anlaşmadan  qarşıdurmanın  ən  ifrat-müharibə 
formasına  qədər)  əks-səda  doğurmaya  bilməz.  XX  əsrdə 
dünyanın  siyasi  xəritəsi,  bir  nəslin  həyatı  müddətində  iki 
dəfə  yenidən  dəyişdirilmişdir.  Müharibələr  əvvəlki 
əsrlərdə də mövcud olmuşdur.
Lakin burada keyfiyyət və mahiyyət dəyişiklikləri baş 
vermişdir: 
beynəlxalq 
siyasi 
münasibətlərdə 
lokal
sivilizasiyaların  qarşılıqlı  münasibət  və  münaqişələri  önə 
çıxır,  min  illər  tarixi  olan  və  siyasətin  “başqa  üsullarla 
davamı  sayılan”  dünya  müharibələri,  siyasi  məqsədlərə 
nail  olmağın  başlıca  vasitəsi  kimi  mənasını  itirir  və  həm 
də  bəşəriyyətin  kollektiv  ölümü  və  məhvi  üçün  vasitə 
olmaq kimi qorxunc bir imkanı özündə daşıyır.
Belə 
köklü 
dəyişikliklər 
geosiyasi 
sferada 
sivilizasiyaların  qarşılıqlı  təsirinin  real  şərtləri  və  gələcək 
perspektivlərini -  dialoq yoxsa toqquşmanın aparıcı  vasitə 
kimi qəbul  ediləcəyini müəyyənləşdirməyi tələb edir.
Bütün  bunlar  dünya  miqyasında  qarşılıqlı  münasibət 
tiplərinin  əsasən  hələlik  “sülh  mədəniyyəti”  adlandırılan
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  15
təməl  prinsiplərə  dayaqlanmasını  aktuallaşdırır.  Bu 
barədə ayrıca  bəhs ediləcəkdir.
“Qloballaşma” 
anlayışı 
etimoloji 
cəhətdən 
“qlobus” (lat.) -  yəni “yer kürəsi” sözü ilə əlaqədardır.
Bu  isə  bu  və  ya  digər  proseslərin  ümumplanetar 
xarakterini  ifadə  etdiyini  göstərir.  Lakin  proseslərin 
qloballaşması  sadəcə  bunların  bütün  yer  kürəsini  əhatə 
etməsi  deyildir.  Qloballaşma  hər  şeydən  əvvəl,  Yer 
kürəsində  bütün  ictimai  fəaliyyətin  beynəlmiləlləşməsi 
ilə əlaqədardır.
Bu  o  deməkdir  ki,  müasir  dövrdə  bütün  bəşəriyyət 
sosial-mədəni,  iqtisadi,  siyasi  və  digər  əlaqələrin, 
qarşılıqlı  təsirlərin  və  münasibətlərin  vahid  sisteminə 
daxil  olur.  Beləliklə,  keçmiş  tarixi  dövrlərlə  müqayisədə, 
müasir  dövrdə  bəşəriyyətin  ümumplanetar  vəhdəti 
həddindən  artıq  sürətlənmişdir.  Nəticədə  ümumi  tale, 
ümumi  məsuliyyətlə  əlaqədar  olan  problemləri  prinsipcə 
yeni super sistem təmsil edir.
Ona  görə  də  müxtəlif bölgələr,  dövlətlər  və  xalqların 
sosial-mədəni,  iqtisadi,  siyasi  konsepsiyaları  vahid  sivili­
zasiya  və  yeni  planetar  təfəkkür  üsullarının  yaranmasını 
mürəkkəbləşdirir.1
Son  on  ildə  qloballaşmaya  dair  müzakirələri  diqqətlə 
izləyən  hər  kəs,  burada  vurğunun  dəyişməsini  sezməyə 
bilməz.
İlk  əvvəl,  qlobal  problemlərin  tədqiqi  və  ya 
qlobalistikadan  başlanğıcını  götürən  baxış  vo  mövqelərdə 
dünyanın  vəhdəti  çox  cəzbedici  perspektiv  kimi  an­
laşılırdı.  Onun  müsbət  cəhətlərindən  danışmaq,  ənənəvi 
təkamülçülük  və  modemizasiya  müstəvisində  mühaki­
mələr  aparmaq  daha  mühüm  sayılırdı.  Başqa  sözlə 
deyilərsə  qloballaşma,  sadəcə qarşılıqlı təsir və əlaqələrin 
artması,  çoxalması  demək  olmayıb,  hər  şeydən  əvvəl 
Qərb  mənşəli  hər  şeyin  dünyanın  bütün  qaranlıq
1  A.Şükürov.  Qloballaşma:  mahiyyəti  və  perspektivləri.  Bakı,  2001, 
170 s. -  s.4-5.


16
Q LO BA LLA ŞM A  VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
guşəlorində  bərqərar  olması  meyli  nəzərdə  tutulurdu. 
Bunlara  tipik  nümunə  kimi,  “makdonaldizasiya”  və  s. 
göstərilirdi.  Bu  dövrdə  qloballaşmanın  iqtisadi  aspekti  də 
mühüm rol oynayırdı.
Yəni  qloballaşma yaxşıdır,  çünki  bu  iqtisadiyyat üçün 
yaxşı,  əlverişlidir;  iqtisadiyyat  yaxşı  olarsa,  onda  hamı 
üçün  yaxşı  olacaq.  Qloballaşma  iqtisadiyyata  dövlət 
sərhədləri  tərəfindən  qoyulmuş  maneələri  dəf  etməyə 
kömək edəcək.1
Lakin,  qloballaşmaya  dair  tədqiqatların  gedişində, 
onların  ahəng  və  məzmununda  dəyişikliklər  müşahidə 
edilməyə  başladı.  Bu  xüsusilə  də  sonuncu  dünya 
imperiyasının  -   SSRİ-nin  dağılmasından  sonra  elmi  və 
ictimai  idrakı  düşündürməyə  başladı.  İkiqütblü  dünya 
nizamının  dəyişməsi,  nüvə  təhlükəsinin  səngiməsi  ilə 
dünyadakı  vəziyyət  nəinki  rəvan  inkişafa  yerini  verdi. 
Əksinə  milli-etnik,  dini  münaqişələr  görünməmiş  vüsət 
və miqyas aldı.
“Soyuq  müharibə”nin  sona  çatması  ilə  mədəni 
müxtəlifliyin  simvol'  və  atributları,  bayraqlar,  xaçlar, 
ayparalar  və  hətta  geyim  nümunələri  insanlar  tərəfindən 
sanki  yenidən  kəşf  edildi.  Ən  dəyərli  sərvətə  çevrildi,' 
çünki  mədəni  identiklik -  ən  mühüm və  təməl  prinsipdir! 
İnsanlar  yeni,  əslində  köhnə  bayraqlarla  küçələrə 
çıxır, 
yeni, 
əslində 
köhnə 
mədəni 
müxtəliflik 
simvollarını  bərpa  edir,  bunların  nəticəsində  də  yeni, 
əslində  köhnə  düşmənlərlə  müharibə  vəziyyətləri 
yaranırdı”.2
Bütün  bunlar  “soyuq  müharibə”dən  sonra  baş  verən 
proseslərin  təhlilinə  yeni  yanaşmalar  tətbiq  etməyin 
zəruriliyini  irəli  sürdü.  “Modernləşmə”  nəzəriyyəsinə 
bəslənən  ümidlər  laxladı.  “Mədəni  determinizm”,  yəni 
Qərb-Avropa 
mədəniyyətinin 
ən 
yüksək 
modern
1 Bax: G.Putzer. The Macdonaldization o f society. Califom.  1993.
2
  С.Хантингтон.  Столкновение  цивилизаций.  M.  2003,  607  с.  -  
с .14.
Fəsil I. Qloballaşma. Mədoniyyat fenomeni qloballaşma kontekstində  17
səviyyəli  mədəniyyət hesab  edilməsi  və  dünyadakı bütün 
başqa  mədəniyyət  modellərinin  “modernləşərək”,  inkişaf 
edərək  gec-tez  bu  səviyyəyə  çatacağı,  bunun  daimi  bir 
proses,  Qərb  mədəniyyətinin  yeganə,  etalon-nümunə 
sayılmasına dair mövqelərin yanlışlığı üzə çıxdı.
Qloballaşma  proseslərində  vurğulanan və  önə çəkilən 
universal  unifıkasiya  istiqamətli  tədqiqatlar,  öz  yerini 
müxtəliflik və  çoxçalarlığın da  təməl  prinsip  kimi  nəzərə 
alınmasının mühümlüyünü əsaslandıran tədqiqatlara verdi. 
Demək  olar  ki,  elə  bu  vaxtdan  da  qloballaşmanın 
fövqəladə  dərəcədə  mürəkkəb  və  ziddiyyətli  aspekti  -  
mədəniyyət və qloballaşma problemi gündəliyə çıxdı.
1.2.  Qloballaşmaya qarşı dıınnaq 
mümkiindürmü?
Qeyd  etmək  istərdik  ki,  “qloballaşma”  termininin 
hamı  tərəfindən  yekdilliklə  qəbul  edilməsini  söyləmək 
hələ  tezdir.  Məsələn,  Çin  kimi  böyük  bir  dövlətdə  əksər 
hallarda  “qloballaşma”  sözü  əvəzinə,  “intemasional- 
laşma”,  “transnasionallaşma”  kimi  terminlər  işlədilir. 
Çünki,  hələlik  bu  üç  termin  arasında  prinsipial  fərqlərin 
olduğunu hələ heç kim sübut etməmişdir.1
Yaxud  başqa  tədqiqatçılara  görə  “qloballaşma” 
anlayışı  sadəcə  səhvdir.  Yeni,  çox  yüksək  səviyyədə 
beynəlmiləlləşmiş,  nəzarət  altında  olmayan  iqtisadiyyat 
sadəcə olaraq ağlabatmazdır”.2
Qloballaşmanın  müsbət,  belə  demək  olarsa  inteqrativ 
funksiyası  ilə  yanaşı,  ziddiyyətli  və  qeyri-sabit  məzmun 
daşıyan  istiqamətləri,  imkanların  hədsiz  qeyri-bərabərliyi 
və  qeyri-tarazlığı,  bu  prosesə  mənfi  münasibəti,  hətta ona 
qarşıdurmanı  şərtləndirən  səbəblərdəndir.  Biz  “antiqlo-
'  Удовник  С.Л.  Глобализация:  семиотические  подходы.  M.  2002, 
с.348.
2  Михеев  В.В.  Глоьаляжпяя'в'тготпцаяптгтапуЕежных  ученых. 
Проблемы Дальней» Вовйзкя, 
мши


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə