RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə5/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   2   3   4   5   6   7   8   9   ...   64

18
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İF L İK
ballaşma”,  və  ya  “antiqlobalistlər”  kimi  informasiya 
vasitələrindən  yaxşı  məlum  olan  hadisələri  nəzərdə 
tutmuruq.  Bunlar  qloballaşmaya  qarşı  yaranan  təbii 
reaksiyanın təzahürləri olsa da, bizi qloballaşma prosesinə 
qarşıdurmanın  mümkün  olub-olmaması  sualı  maraqlan­
dırır.  Çünki  prosesin  tərəfdarları  olduğu  kimi,  onun 
əleyhdarları da mövcuddur.
“Qloballaşma”  sözünün  özü  göstərir ki, bu  proses çox 
əhatəli,  miqyaslı  və  total  məzmunlu  bir  prosesdir.  Onu 
tədqiq  edənləri  haqlı olaraq belə bir sual  maraqlandırır ki, 
qloballaşma  artıq  keçilmiş  yüzillik  və  minilliklərdə  baş 
verənlərin  təkrarıdır,  yoxsa  insanların,  millətlərin  və 
dövlətlərin  qarşıdurmasını  həll  etməyə  yönələn,  pozitiv 
yeni  keyfiyyət  məzmunlu  bir  prosesdir?  Onun  gedişində 
kimlər udacaq və kimlər uduzacaq?
Qloballaşmanın  gerçək  əleyhdarları  arasında  Pekin 
universitetinin  alimlərini  göstərmək  olar.  Onların  yazdığı 
“Çin “yox!” deyə  bilər” kitabında qloballaşma prosesinin, 
bu  sözün  ritorikası  arxasında  gizlənən,  “amerikan- 
laşma”dan başqa bir şey olmaması fikri şərh edilir.
Çin  müəllifləri  bir  çox  beynəlxalq  münasibətlər 
mütəxəssisini  tənqid edärək göstərirlər ki, qloballaşmanın 
“dönməz”  xarakterinə  dair  söylənilənlər  yanlışdır.  Ta­
rixdə bir neçə qloballaşma dalğası mövcud olmuşdur:
• 
Birinci  dalğa  -   İnsanın  Şərqi  Afrikadan  bütün 
dünyaya yayılması prosesi olmuşdur;
• 
İkincisi -  Qəbilə ittifaqlarının meydana gəlməsi;
• 
Üçüncüsü -  ilk dövlətlərin yaranması;
• 
Dördüncüsü -  Roma, Çin və  s.  imperiyaların for­
malaşması;
• 
Beşincisi  -   Kolumbdan  üzü  bəri  -  XX  əsrə  qə- 
dərki dövr.
Kitabın  müəlliflərindən  biri  Van  Deysyan  yazır:  “Ən 
geniş mənada tarixi  aspektdə götürdükdə belə demək olar: 
hər  bir  konkret  dalğa  bəşəriyyətin  inkişafının  mürəkkəb 
və  çoxçalarlı  mərhələlərini  əks  etdinnişdir,  ən  ümumi
FosU I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  19
qanunauyğunluq  kimi  -   insanların  qarşılıqlı  təsirinin 
güclənməsi  amili  çıxış  etmişdir.  Onlar  arasında  əlaqələr 
sürətlənmiş  və  hər  hansı  dövrdə  aparıcı  planetar  qüvvə 
formalaşmışdır.
İndi  söhbət  belə  bir  qüvvənin  formalaşdınlmasından 
deyil,  bu  qüvvənin  kimi  təmsil  etməsindən  gedir.  Bir-biri 
ilə  vuruşan  imperiyalar  dövründə,  iki-üç  əsr  ərzində 
birləşmiş  Çin  imperiyası  təşəkkül  tapdı.  O  dövrün  coğrafi 
təsəvvürlərinə  əsaslansaq  qloballaşmanın  bu  dalğası  başa 
çatdı.  Lakin,  tezliklə  yeni  müharibələr  başladı,  yeni 
mərhələnin  yeni  qlobal  “məhsulu”  ortaya  çıxdı.  Buna 
görə də əsas suallar belədir:
1. Qloballaşmaya çoxluq başçılıq edir, yoxsa azlıq?
2.  Qloballaşmaya  azlıq  başçılıq  edirsə,  bu  insanlar 
(dövlətlər) kimdirlər?”1
Müəllifə  görə,  XX  əsrə  qədər  qloballaşmaya  azlıq 
başçılıq  etmişdir  -   bunlar  bir  qisim  ziyalılar  öz  mə­
sləhətləri  ilə  onlara  kömək  etmiş,  qalan  əksəriyyət  milli 
müstəqillikləri  uğrunda mübarizə  aparmışdır.  Marksizmin 
yaranmasından  sonra  şərait  dəyişmişdir:  Marksın  nə­
zəriyyəsi  qloballaşma  prosesinə  çoxsaylı  insan  kütlələrini 
cəlb  etmişdir.  Marksizm  nümunəsində  XX  əsr  “çoxluğun 
başçılıq  etdiyi”  qloballaşmanın  nümunəsini  vermişdir. 
Azad  təşkilatlanma  formasını  tapmadığı  üçün  bu 
qloballaşma məğlub olmuşdur.
(Yeri  gəlmişkən,  “Tarixin  sonu”  əsərinin  müəllifi 
F.Fukuyamaya  görə,  tarixi  faktlar  sübut  edir  ki,  qlo­
ballaşmanın  yeganə  üsulu,  nümunəsi  “azlığın  liderlik 
etdiyi” qloballaşma ola bilər).
Qloballaşmanı  tədqiq  edən  Çin  müəllifinə  görə,  mü­
asir  qloballaşma  da,  dar  mənada  başa  düşülən,  yalnız 
kapital  və  qərb  dəyərlərinin  intemasionallaşması  kimi 
başa  düşülən,  “azlığın  liderlik  etdiyi”  prosesdir.  Prosesin 
belə  məhdud,  təbii-obyektiv  deyil,  subyektiv  yönəldilən
1 Китай вступающий в XXI  век.  Общество  и экономика.  1999, №9.
с.5.


20
Q LO BA LLA ŞM A   VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
xarakteri,  müəllifə  görə  dünyanın  çox  az ölkələrini  əhatə 
edir  və  XIX  əsrdə  olduğundan  fərqli  olaraq,  daha  geniş 
kapitalist qloballaşmanın baş verməsinə mane olur.
Buna  müvafiq  olaraq  da,  öz  mənafelərində  maraqlı 
olan  qruplar  tərəfindən  qloballaşmanın  miqyas  və 
əhəmiyyətinin  süni  şişirdilməsi  və  ya  təhrif edilməsi  bu 
prosesin həqiqi  mahiyyət və dəyərini  şübhə altına alır.
Qloballaşmaya 
sosial-mədəni 
reaksiyanın 
aşkar 
təzahürü  kimi  antiqlobalistlərin  fəaliyyəti,  XX  əsrin 
sonlarından  etibarən  dünyada  məlum  hadisədir.  Lider  və 
aparıcı  dövlətlərin  yüksək  səviyyədə  aparılan  danı­
şıqlarına  mane  olmağı  əsas  fəaliyyətləri  hesab  edən 
antiqlobalistlərin  də  öz  məntiqləri  olmamış  deyil. 
Antiqloballaşma  dalğasında  siyasi  mövqe  və  rütbə 
qazanan  siyasi  elitasının  nümayəndələri  də  az  deyildir. 
Məsələn:  Yaponiyada  Beynəlxalq  Yarmarka  tikintisi 
əleyhinə  çıxışları  təşkil  edən,  heç  kimin  tanımadığı  bir 
insan  Tokiyonun  qubernatoru  seçilə  bilmişdir.  Bunlar onu 
göstərir  ki,  qloballaşma  və  aııtiqloballaşmanın  mahiyyət 
və  məzmun  aspektlərində  mədəniyyət  faktorunun  çox 
mühüm statusu vardır.
1.3.  Mədəniyyət.  Qloballaşmanın 
mənəvi-mədəni faktorları
Mədəniyyətin  qloballaşma  prosesində  fundamental 
faktor kimi önə çəkilməsi  hansı  zərurətlə bağlı idi?
Bu  suala ən qısa cavab verməyə  cəhd etsək belə deyə 
bilərik:
Qloballaşma,  dünya  iqtisadiyyatı,  internet  və  kom- 
pyüter insanın təbiət və  mahiyyətinin ülvi  və ya  qüsurlu, 
yaxşı  və  ya  pis  tərəflərini  aşkara  çıxarmağa  kömək  edə 
bilər.  Lakin  bir  şeyə  qəti  şübhə  etmək  olmaz.  Bunların 
heç  biri  hər  hansı  bir  mədəniyyətə  və  müəyyən  etnosa, 
yaxud  aparıcı  sivilizasiyaya  mənsub  olmayan,  onların 
fövqündə,  kənarda  və  ya  avtonöm  şəkildə  mövcud  olan
Fosil I. Qloballaşma. Modaniyyət fenomeni qloballaşma kontekstində  21
“ tə p - tə z ə ”   in sa n   y a ra d a   b ilm ə z .  H ə r   b ir  in sa n ,  tə m silç isi 
o ld u ğ u   m ə d ə n iy y ə t  k im i  ö z ə l  “ g e n o tip ə ” ,  ö z ü n ə m ə x su s 
in k iş a f   m ə n tiq in ə   m a lik d ir.  D e m ə li,  m ə d ə n i  u n ifık a siy a, 
b ir-y e g a n ə  
m ə d ə n iy y ə t 
m ə n a sın d a  
b aşa 
d ü şü lə n  
q lo b a lla şm a n ın   re a lla şa c a ğ ı  ab su rd   fikirdir.  S ö h b ə t  y a ln ız  
m ü x tə lif   m ə d ə n iy y ə tlə rin   q arşılıq lı 
tə s iri,  ü n siy y ə ti, 
d ia lo q u   v ə  s .-d ə n   g e d ə  b ilə r.
P ro b le m in   m a h iy y ə tin i  an lam a q   ü ç ü n   m ə d ə n iy y ə tə  
d a ir  ə n   m ü h ü m   k o n se p siy a la rı  q ısa   y a d a   sa lm a q   g ə ­
rə k lid ir.
Bəşəriyyət  elmə,  fəlsəfəyə,  texnikaya  yiyələnmək­
dən  ötrü  min  illərlə  zəruri  təkamül  yolu  keçmişdir.  İn­
sanlar  özünütəsdiq  və  özünüifadə  üçün  mənəvi-mədəni 
fəaliyyətin  müxtəlif növlərini,  o  cümlədən  mif, din,  incə­
sənət,  fəlsəfə,  elm  və  s.  üsullarını  sınaqdan  çıxarmışlar. 
Bəşəriyyətə  özünün  yaradıcı  fəaliyyətinin  məna  və  məz­
mununu  mədəniyyətdə  başa  düşməyə  imkan  vennişdir. 
Bununla  bərabər,  mədəniyyət  həyatımızı  humanizm  ele­
mentləri  ilə  zənginləşdirmişdir.  Bu  isə,  özlüyündə,  insa­
nın  dünyagörüşü  problemlərinin  dərk  edilməsini  şərtlən­
dirir.  Bu  onunla  əlaqədardır  ki,  ancaq  insan  mədəni  real­
lığı  hərtərəfli  və  tənqidi  şəkildə  qiymətləndirməyə qadir­
dir.  Bununla da bəşəriyyət yaradıcı fəaliyyətin təcrübəsini 
dərinləşdirə  və  genişləndirə  bilər.  Elə  buna  görə  də 
mədəniyyətin  əsas  əhəmiyyəti  insanın  özünü  inkişaf  və 
özünü təkmilləşdirmə  ab-havası yaratması və eyni  zaman­
da,  gələcəkdə  onun  mənəvi  aləminin  normativ-varislik 
münasibətlərinin proqramlaşdırılması  ilə ölçülür.
Mədəniyyət  insanın  mahiyyət  qüvvələrinin  inkişafı 
üçün adamların yaradıcılıq  fenomeninin başa düşülməsinə 
yardımçı olur. Yer kürəsində mədəniyyətin tarixi təqribən 
30-40  min  illik  bir  dövrü  əhatə  edir.  Elə  buna  görə  də 
mədəniyyəti  homo  sapiens-in  (ağıllı  insanın) yaşıdı  hesab 
edirlər.  Təsadüfi  deyildir ki, onların hər ikisi Yer üzərində 
yeni  hadisə  hesab  olunur  və  dialektik  cəhətdən  qarşılıqlı 
əlaqədə  və  qarşılıqlı  asılılıqdadır.  Bir  tərəfdən,  mədə­


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə